Вернуться   ::AzeriTriColor-Форум:: > Азеритриколор > Политика в Азербайджане

Ответ
 
Опции темы Опции просмотра
Старый 26.01.2009, 04:30   #201
Местный
 
Аватар для Scarlett
 
Регистрация: 17.09.2006
Сообщений: 21,372
Сказал(а) спасибо: 4,389
Поблагодарили 4,346 раз(а) в 3,070 сообщениях
Вес репутации: 260
Scarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человек
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
Улу ондер конечно был плохой человек, но ведь это не оправдание для "идиотов от демократии".
Один раз они уже "повластвовали", да так, что их теперь ставят в пример всем либералам. Не хотелось бы повторять тот опыт.
Мне неприятно, что некоторые "демократы" узурпируют демократические идеи. Как будто именно им народ чем-то обязан.
Ну вот теперь и улу ондер плохой. Вы точно провокатор, нельзя же так, улу ондер святое...




Scarlett вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:31   #202
Местный
 
Регистрация: 07.12.2006
Сообщений: 24,294
Сказал(а) спасибо: 74
Поблагодарили 1,661 раз(а) в 1,294 сообщениях
Вес репутации: 255
Arian на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
Улу ондер конечно был плохой человек, но ведь это не оправдание для "идиотов от демократии".
Один раз они уже "повластвовали", да так, что их теперь ставят в пример всем либералам. Не хотелось бы повторять тот опыт.
Мне неприятно, что некоторые "демократы" узурпируют демократические идеи. Как будто именно им народ чем-то обязан.
Народ, естественно, им обязан. На то он и народ...


Arian вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:38   #203
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://www.kitabxana.org/site/index....&page=1&id=331
Məryəm Oruclu

Müsavatın 1920-1930-cu illərdə
Azərbaycanda gizli fəaliyyət dövrü

27 aprel işğalından əvvəl Müsavat Azərbaycandakı bü*tün siyasi Partiyalara, o cümlədən aldadılmış bəzi türk zabitlərinə Lenin Rusiyanın planlarının nədən ibarət olduğunu ciddi izah edirdi. Lakin müxalifətdə dayanan İttihad, Hümmət, Xalqçı Sosialist Partiyaları nəinki Müsavatın milli birlik çağırışına qo*şulmadılar, hətta hakimiyyətə gəlmək ümidilə daha da fəallaşdılar.

Rus istilasından sonra Sovet hökuməti çalışırdı ki, Azərbaycanda olan siyasi Partiyalar yeni hökuməti tanıdıqları haqqında bəyanatla çıxış etsinlər. İlk vaxtlar Müsavat istisna olmaqla, digər siyasi Partiyalar rəsmi bəyanatla çıxış edərək Sovet hökumətini tanıdıqlarını bildirmişlər. Bunun müqabilində həmin Partiyaların liderləri yüksək vəzifələrlə təmin olundular. İşğaldan sonra Əhrar Partiyasının üzvləri Müsavat Partiyasına daxil oldular, İttihad Partiyası ilə aldadıldığını başa düşərək antisovet hərəkatın fəal iştirakçısı oldu.

Aprelin 29-da yerli bolşeviklər Müsavatdan xaric edilmiş Xəlil İbrahim və Süleyman Abdullayev vasitəsilə Bakıda fövqəladə Müsavat konfransı çağırmağa nail oldular. Konfransda Müsavatın buraxılması və bolşevik platformasının qəbul edilməsi təklifi müzakirə olundu. Lakin konfrans yekdilliklə bu təklifi rədd edərək «bolşeviklər verdikləri və imza etdikləri vədlərinə sadiq qalacaqları təqdirdə Müsavat onlara qarşı loyal buluna*caqdır» şəklində qərar qəbul etdi. Konfransın bu qərarından sonra İnqilab komitəsi sədrinin müavini Mirzə Davud Hüseynov «siz inti*hara qərar verirsiniz» sözlərini demişdi[1]. Bununla da Müsavat rus istila rejiminə qarşı çətin, mürəkkəb mübarizə dövrünə qədəm qoydu.

27 aprel işğalından sonra Azərbaycanın sovetləşməsi prosesi sürətlə həyata keçirilməyə başlandı. Bakının Qırmızı Ordu tərə-findən işğalından iki gün sonra türk komandanlar ruslarla əvəz edildilər[2]. Bir qədər sonra isə Osmanlı zabitlərinin bir qismi həbs edildi, bir qismi isə sürgünə göndərildi. XI Qırmızı Ordunun Siya*si şöbəsinin rəisi V.A.Pankratovun rəhbərliyi altında yara*dılmış «ÇK»lar müdhiş surətdə qanlı edamlar həyata keçirməyə başla*dılar.

Bakıda yaradılmış yeni hökumət formal olaraq Nəriman Nərimanov başda olmaqla Azərbaycan Kommunist Partiyasının digər üzvlərindən təşkil olunmuşdu. Əslində isə bütün real haki*miyyət Azərbaycan Kommunist Partiyasının Mərkəzi komitəsinin katibi, Qırmızı Ordu komandanlığı və ÇK-nin əlində idi ki, bunların da əksəriyyəti ruslar, ermənilər və gürcülərdən ibarət idi. Azərbaycanda bolşevik hakimiyyətinin ruslaşdırma siyasəti əsa*sən iki istiqamətdə aparılırdı. Birincisi, iqtisadiyyatda ciddi mərkəzləşdirmə sistemi yaradılır, ikincisi isə mədəniyyət sahəsində «formaca milli, məzmunca sosialist» şüarı altında mədəniyyətin ruslaşdırılması həyata keçirilirdi. İqtisadi mərkəzçilik nəticəsində Moskvada qəbul edilən bütün dekretlər eyni ilə Azərbaycana tətbiq edilirdi.
Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesi «Azneftkom» adlandırılmış bir müəssisə tərəfindən idarə olunurdu. Moskvadan göndərilmiş Serebrovskinin rəhbərlik etdiyi bu təşkilat birbaşa Rusiyaya tabe olmaqla tamamilə muxtar bir qurum kimi fəaliyyət göstərirdi.

Azərbaycan Türkmənistandan sonra ikinci pambıq əkin sahəsinə çevrilərək Rusiya üçün xammal mənbəyi rolunu oynayırdı. Rus köçkünləri sayəsində «siyasi və iqtisadi müəssisələrdə işçilərin sayı Azərbaycanlıların zərərinə olaraq dəyişirdi»[3].

Xaricdə Azərbaycan yalnız Ankara və Moskvada təmsil olunurdu. Moskvada Azərbaycanı Solovyov adlı bir rus, Ankarada isə İ.Əbilov təmsil edirdi.

Aprel işğalından bir ay keçmiş Azərbaycan xalqı müdhiş bir is*tilaya məruz qaldığını dərk etdi. Müstəqilliyinin itirildiyini, Milli Ordusunun dağıldığını, sərvətinin talandığını, qabaqcıl ziyalıları*nın təqib olunduğunu görən xalq müstəmləkə rejiminə qarşı üs*yan etdi. Üsyanın əsas bazasını Milli Ordunun zabit və əsgərləri təşkil edirdi. Gəncə, Tərtər, Ağdam, Şuşa, Şəki, Zaqatala, Lənkəran, Quba, Göyçay rus işğal rejiminə qarşı ciddi müqavimət gös*tərirdi. Bu üsyanlardan ən böyüyü Gəncədə baş verən üsyan olmuşdur. 1920-ci ilin mayından başlayaraq üsyanı yatırmaq üçün Qırmızı Ordu buraya 8 minlik qüvvə gətirməyə məcbur olmuşdur.

Üsyanın Gəncədə daha böyük vüsət almasının bir sıra səbəbləri var idi. Birincisi, Gəncə milli ideologiyaya və şərəfli tarixi ən*ənəyə malik olaraq müsavatçılığın əsas mərkəzi idi. Burada Müsavatın İdris Əliyevin rəhbərlik etdiyi Gəncə təş*kilatı daha böyük gücə və nüfuza malik idi.

İkincisi, Gəncədə Müsavatın rayon təşkilatından əlavə, digər antisovet təşkilatlar-İttihad, «Allahlılar İttifaqı və Milləti-islam», «Əz*ra*il firqəsi», «Həqiqət ordusu», «Gədəbəy orqanı» adlı təş*kilatlar da fəaliyyət göstərirdi. Bu təşkilatlar ümumi düşmənə qarşı mübarizədə Müsavatla həmrəy idilər.

Ciddi müqavimətə baxmayaraq, bir həftəyə qədər davam edən üsyan amansızlıqla yatırılmışdı.

Ümumiyyətlə, Azərbaycanda rus işğal rejiminə qarşı «1923-cü ilə qədər 53 dəfə, İkinci dünya müharibəsinə qədər isə 200-dən çox» üsyan faktı göstərilir[4]. Bu üsyanların başında Sultan bəy Sul*tanov, Bəhlul Əfəndi, Qasım Çələbi-Qarabağda, Həmdulla Əfəndi - Qubada, Camal Paşa - Lənkəranda və b. dururdu[5].

Araşdırmalar göstərir ki, Müsavat bolşevik işğalının ilk günündən sovet rejiminə qarşı mübarizəyə başlamışdır. Ə.Vahab Yurdsevər yazırdı: «27 aprel axşamı Mirzə Bala ilə birlikdə M.Ə.Rəsulzadənin evinə gedərək məsləhət almış və yoldaşları***mı*z**dan Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə mərhum şair Cəfər Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik»[6].

Azərbaycanda sovetləşmənin ilk günlərində Müsavatın sıralarında müşahidə olunan sol cərəyanın 25 nəfərə qədər üzvünün daxil olduğu təşəbbüs qrupu yaradılmışdı. Görkəmli müsavatçılardan Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Məmməd*zadə, Məmməd Sadıq Quliyev, Qasım Qasımov, Seyid Zər*gərin təmsil olunduğu bu qrup aprelin 29-da Süleyman Abdullayevin Voroşilov küçəsindəki mənzilində sol müsavatçıların yı*ğın*cağını keçirmişdir. Məmməd Sadıq Quliyevin Az. DSİ–yə verdiyi ifadədən aydın olur ki, yığıncağın keçirilməsində əsas məqsəd «Partiyanın (solların) ümumi toplantısını çağırmağa nail olmaq və burada Partiyanın leqal fəaliyyəti üçün Sovet hökuməti ilə danı*şıqlar aparmaq üçün nümayəndə seçmək» olmuşdur[7]. İki gün sonra dövlətin rəsmi icazəsi ilə keçmiş şəhər dumasının binasında ümumi toplantı keçirildi. 300 nəfərə qədər Partiya üzvünün iştirak etdiyi bu toplantıda təşəbbüs qrupunun təklifi ilə hakimiyyətin ünvanına hazırlanmış deklarasiya qəbul edildi. Eyni zamanda 15 nəfər namizədin içərisindən Mirzə Bala Məmməd*zadə, Seyid Zərgər, Əbdül Vahab, Süleyman Abdullayev, Qasım Qasımov və Məmməd Sadıq Quliyevdən ibarət Partiyanın Mərkəzi Komitəsi seçildi. Lakin iki aydan sonra məlum oldu ki, Partiyanın leqal fəaliyyət göstərməsinə icazə verilmir. Buna baxmayaraq, Partiyanın Mərkəzi Komitəsi fəaliyyətini dayandırmadı, gizli iş şəraitinə keçməyə məcbur oldu[8].

Yaradılmış gizli komitə tamamilə gənc və yeni qüvvələrdən ibarət idi. Ağır iş şəraitinə, terrora və təqiblərə baxmayaraq, bu gənclər Partiyanın çar hökuməti dövründəki konspirativ sistemini Bərpa edə bilmişlər. Azərbaycanın bütün bölgələrində Müsavatın yerli təşkilatları yenidən Bərpa edilərək gizli fəaliyyətə keçirilirdi. Müsavatçılar tərəfindən gizli mətbəə yaradılmış, istiqlal dövründə çıxan «İstiqlal» qəzetinin nəşri yenidən Bərpa edilmişdir.

İşğaldan sonra gizli Müsavat təşkilatı olan «İstiqlal»ın sədrliyinə Mirzə Bala Məmmədzadə, müavinliyinə Əbdül Vahab Yurd*se*vər, baş katibliyə Cəfər Cabbarlı, təşkilat katibliyinə Məmməd Sadıq Quluzadə, maliyyə katibliyinə Məmməd Həsən gətirilmişdi. Partiyanın Mərkəzi Komitəsi yanında aşağıdakı komissiyalar fəaliyyət göstərirdi: Siyasi işlər, təşkilat və təbliğat, maliyyə ko*mis*siyaları. Bir qədər sonra keçmiş parlament üzvü Rəhim Vəkilli Mərkəzi Komitə üzvülüyünə qəbul olunaraq siyasi işlər komis*siyasına rəhbərlik etmişdir[9].

Gizli Müsavat təşkilatı üç nəfərdən ibarət qruplar şəklində qurulmuşdu. Yalnız şəhər komitələri və onlar ətrafında qurulan ko*mis*siyalar və Mərkəzi Komitə komissiyaları beş və ya yeddi nəfərdən ibarət yaradılmışdı.

Ə.V.Yurdsevərin yazdığına görə, Gizli Müsavat təşkilatı bütün fəaliyyəti dövründə heç bir kənar qüvvə və dövlətdən maddi yardım almamışdır. Görülən işlər üçün lazım olan pullar öz üzvlərindən və himayə edən vətəndaşlardan alınırdı.

Son dərəcə zərurət olmadıqda təşkilat daxilində protokol, yazı və vəsiqələrdən istifadə edilmirdi. Belə bir zərurət olduqda isə şifrə üsulundan istifadə olunurdu. 28 may kimi tarixi günlərdə sınanmış yoldaşlardan 40-50 nəfərlik gizli ümumi toplantılar təşkil olunurdu. 1922-ci ilin mayında belə bir toplantı Rəhimzadənin Suraxanıdakı evində keçirilmişdi[10].

Gizli Müsavat təşkilatı Şimali Qafqaz və Gürcüstanın milli təşkilatları ilə əlaqə yaratmışdı. 1920-ci ilin dekabrında Müseyib Bədəlbəyov Mustafa Vəkilovla əlaqə yaratmaq və beynəlxalq vəziyyət haqqında informasiya, göstəriş və maddi kömək almaq üçün Tiflisə göndərilmişdi. M.Bədəlbəyov bir qədər pulla bərabər aşa*ğıdakı məlumatlarla qayıtmışdı. «Gürcülər ermənilərə, ermənilər gürcülərə inanmır. Onlar bir-birini aldadırlar. Türkiyənin vəziyyəti ağırdır, onun ərazisinin bir hissəsi Antantanın işğalı altında*dır. Türkiyə yalnız öz azadlığı uğrunda mübarizə aparır. İngiltərə və Fransa kimi güclü dövlətlərə isə inanmaq olmaz. Onlar bir əsgərlərini belə qurban verməzlər. Lakin hər bir qruplaşmaya yardım edəcəklər ki, toqquşmalar, çəkişmələr baş alıb getsin. Bu isə Müsavatın prinsipləri ilə ziddiyyət təşkil edir. Təşkilatlanmaq la*zım*dır ki, Sovet hökumətinin süqutu zamanı başqalarının haki*miyyəti ələ keçirməsinə imkan verilməsin. Hər cür avantüradan qaçmaq lazımdır. Gürcülərin daxili vəziyyəti qeyri-stabildir. Gən*cə üsyanı vaxtında qarışıqlıqdan istifadə edən ermənilərin xeyli türk qırmasını unutmaq olmaz»[11].
Qeyd etmək lazımdır ki, bu dövrdə Sovet hökuməti bir tərə*fdən ağır dağıntılara gətirib çıxaran vətəndaş müharibəsi ilə üz-üzə qalmış, digər tərəfdən isə Antanta ölkələri tərəfindən bloka*daya alınmışdı. Eyni zamanda Qafqazın Sovet hökumətindən təmiz*lənməsi haqqında İngiltərənin tələbi ilə əlaqədar şayiələr və Bakıya türk ordusunun gətirələcəyi haqqında söhbətlər ölkədə gər*ginliyi daha da artırırdı. Bu amillər Partiyanın fəaliyyətinin güc**lənməsinə öz təsirini göstərirdi. Bununla əlaqədar, təşkilatlanmanın ilkin mərhələsini qurtaran Müsavat «Müstəqil Azərbaycan» şüarı ilə öz qeyri-leqal fəaliyyətini daha da genişləndirdi. Araşdırmalar göstərir ki, 1923-cü ilə qədər (müsavatçıların ilk kütləvi həbsinə qədər) gizli Müsavat təşkilatının strukturu aşağıdakı kimi olmuşdur: 1) 5 nəfərdən ibarət Mərkəzi Komitə (MK) və onun nəzdində siyasi komissiya; 2) 3 nəfərdən ibarət Bakı Komitəsi (BK); 3) həm MK-nın, həm də Bakı Komitəsinin nəz*dində hər biri beş nəfərdən ibarət hərbi şöbə; 4) şəhərlərdə özəklər və qəzalarda təşkilatlar[12].

Azərbaycan Dövlət Siyasi İdarəsinin məlumatlarından aydın olur ki, 1921-ci ilin axırlarında Müsavat «Müstəqil Azərbaycan uğrunda!» şüarı ilə hakimiyyəti ələ almağa hazırlaşırdı. Bununla əlaqədar olaraq, Partiyanın hərbi təşkilatının əsası qo*yulmuşdur. Hərbi təşkilat aşağıdakı formada fəaliyyət göstərirdi: Qulubəyov tərəfindən rəhbərlik edilən MK yanında üçlük; MK yanındakı üçlüyə tabe olan aşağı üçlüklər.

İlkin mərhələdə, yəni 1923-cü ilə qədər MK yanındakı hərbi üçlüyə Qulubəyov, İbrahim Axundzadə və Mövsüm İbrahimov daxil idi.

1923-cü ildən sonra isə MK yanındakı hərbi şöbə daha geniş tərkibə malik olmuşdur. Buraya Sadıq Quliyev, Əhməd Hacınski, Əli Hüseyn Dadaşov, İbrahim Axundzadə, İdris Axundzadə və İsrafil Vəkilov daxil idilər. 1923-cü ildən sonra hərbi təşkilat aşa*ğıdakı təşkilat quruluşuna malik idi: 1) MK nəzdində hərbi şöbə; 2) BK nəzdində beşlik; 3) rayonlarda hərbi döyüş hissələri; 4) rayonlarda özəklər[13].

MK yanında hərbi şöbənin (hərbi mərkəzin) əsas rəhbəri Əh*məd Hacınski hesab olunurdu. Hərbi Mərkəz Respublika ərazi*sindəki hərbi təşkilatlara rəhbərlik edirdi. Eyni zamanda hərbi mərkəz hərbi kadrların hazırlanmasında və digər qərarların icra*sında əsas rəhbər orqan hesab olunurdu. Hərbi şöbənin cəmi 3 iclası olmuş, onlar da Əli Hüseyn Dadaşovun evində keçirilmişdir. Arxiv materiallarından aydın olur ki, bu iclaslarda hərbi mərkəzin və özəklərin formalaşmasına aid Quliyevin məlumat xarak*terli məruzələri, MK yanında yaradılmış hərbi beşlikdəki vəziyyət, beşliyin təşkilat quruluşu və vəzifələri barədə təlimat (bu sənəd Ə.Hacınski və Əli Hüseyn Dadaşov tərəfindən hazırlanmışdır) müzakirə edilmişdir[14]. BK yanında yaradılmış hərbi təşkilat Bakı qəzasında ümumi rəhbərliyi həyata keçirirdi. Qəza rayonlara bölünmüş, hər bir rayona rəislər təyin edilmişdi. Bu rəislər yerli hərbi özəklərə rəhbərlik edirdi. Hər bir hərbi təşkilat aşağıdakı şöbələrə malik olmalı idi: təşkilat şöbəsi, operativ şöbə, təchizat şöbəsi, təbliğat və təşviqat şöbəsi. Hər bir rayon rəisi öz rayonunu bütün sahələrdə öyrənməli idi. Rayon hərbi təş*kilatları yalnız Müsavatın icazəsi ilə hərəkət edə bilərdi. Rayon rəisləri müntəzəm olaraq hərbi rəhbərlərlə əlaqə saxlayırdı[15].

BK yanındakı hərbi beşliyə həm MK-nın, həm də BK-nın aşağıdakı nümayəndələri daxil idi: Nurulla Qulubəyov, İbrahim Axundzadə, Nəsrulla Rzabəyov, Mövsüm İbrahimov, İbrahim Atakişiyev. Beşliyə daxil olan hər bir adam aşağıdakı istiqamətdə işlər aparmalı idi: 1) Qulubəyov və Həsənovun icazəsi ilə təşkilata yeni üzvlər cəlb etmək; 2) Müsavatın xeyrinə təbliğat aparmaq; 3) Milli ədəbiyyatı öyrənmək, latın əlifbasının əleyhinə iş aparmaq (o vaxt bütün türk dünyası ərəb əlifbasından istifadə etdiyi üçün 1926-cı ilə qədər müsavatçılar latın əlifbasının təbli*ğinə qarşı çıxmışlar)[16]. MK yanındakı beşlik müntəzəm olaraq Da*daş Həsənovun, İbrahim Atakişiyev və Mövsüm İbrahimovun mənzilində yığışırdı. Hərbi təşkilatda ideya-tərbiyə işlərinə böyük əhəmiyyət verilirdi. Bu işə Əbdül Vahab Məmmədzadə rəhbərlik edirdi. Rayonlarda və sıravi üzvlər arasında təbliğat işinə M.Niya*zi rəhbərlik edirdi[17].
1925-ci ildə MK-nın birinci tərkibində yaranmış fikir ayrılığı və təqiblərin güclənməsi ilə əlaqədar hərbi təşkilatın fəaliyyəti zəifləməyə başlamışdır. Xüsusilə, 1923-1926-cı illərdə keçirilən kütləvi həbslər nəticəsində, MK-nın və hərbi rəhbərliyin əsas fəalları həbs edilmiş və hərbi təşkilatın tamamilə zəifləməsinə gətirib çıxarmışdı.

1920-1937-ci illərdə gizli Müsavat təşkilatı rus işğalına etiraz edən və xalqı mübarizəyə çağıran bəyannamələr çap etdirərək xalq içərisində yayırdı. 1923-cü ildə istilanın üçüncü ildönümü münasibətilə Partiyanın nəşr etdirdiyi bəyannamədə deyilirdi: «Bu gün hər kəsə aydındır ki, 27 aprel faciəsi kommunistlərin hər yerdə çığırdıqları kimi Azərbaycan kəndli və fəhləsinin inqilabı deyil, sadəcə rus ordusunun vəhşicəsinə istilasıdır. Azərbaycan türk xalqının məsum axan qanından fışqıran milli intibah rus ordusunun son qəbir daşı olacaqdır. Ey türk xalqı, səni azad edəcək qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir»[18].

28 May, 27 aprel və 15 sentyabrda müntəzəm olaraq yayılan bu bəyannamələr hökuməti tədbirlər görməyə məcbur edirdi.

1920-ci ilin axırlarından 1923-cü ilin ortalarına qədər Fövqəla*də Komissiya Müsavat üzvləri arasında seçmə həbslər apardı. Bir ay-ay yarım çəkən istintaqdan sonra məhbuslar buraxılırdılar. Həbsə alınanlar içərisində Kərbalayi Vəli Mikayil oğlu Mi*kayilov, Rəhim Alı Ağa oğlu Vəkilov, Qurban İsabala oğlu Məmmədov, Salman Məmməd oğlu Rəhimov, Məşədi Haşım oğlu İslamov, Novruz Ağa oğlu Ağayev, Baba Hüseyn oğlu Cəbiyev, ümumiyyətlə, 30-dan çox müsavatçı vardı[19].

Pankratovun rəhbərlik etdiyi XI Ordunun Xüsusi şöbəsi Bakıda və Azərbaycanın başqa şəhərlərində yaradılan bölmələrində «Sovet hakimiyyətinin düşmənləri»nin siyahılarını tərtib edirdi. Bu siyahılara əsasən xüsusi şöbənin özündə və bütün rayonlarda Fövqəladə üçlüklər təşkil edilir və bütün «düşmənlər» bu üçlüklərin qərarlarına əsasən həbs düşərgələrinə sürgün olunurdular. Tezliklə XI Ordunun Xüsusi şöbəsini əvvəl Fövqəladə Komissiya (ÇK), sonra isə Baş Siyasi İdarə əvəz etdi. Lakin Fövqəladə üç*lüklər öz işlərini əvvəlki kimi davam etdirərək sürgün etməkdən əlavə çox asanlıqla güllələnmə qərarlarına əl atırdılar[20].

ZaQafqaziya Fövqəladə Komitəsinin sərəncamı ilə 1923-cü ilin axırlarında müsavatçıların birinci kütləvi həbsləri keçirilmişdir. «ÇK»-*nın təzyiqi altında avqustun 14-də MK-nın həbs olunmuş iki üzvünün və bir neçə Partiya üzvlərinin imzası ilə Partiyanın buraxılması və azadlıqda qalan müsavatçıları Sovet hökumətinin plat*formasını qəbul etməyə çağıran bəyannamə buraxıldı[21]. Lakin azad*lıqda olan müsavatçılar xüsusi vərəqələr yayaraq, bu bəyan*namənin təzyiq altında imzalandığını bildirmişlər.

1923-cü ilin sentyabrında gizli mətbəə aşkar edilərək ikinci həbslər həyata keçirildi. Həbs olunanlar içərisində Əbdül Vahab Məmmədzadə, Kərbalayi Vəli Mikayilov, Rəhim Vəkilov da var idi. Mətbəədə işləyən Məmməd Sadıq Quluzadə həbslərlə əlaqədar gizli şəraitə keçməyə məcbur olmuşdu. Həbs olunanlar SSRİ-nin şimal bölgələrinə sürgün edilmişdilər. Bu zaman Bakı*da olan Xarici Büronun üzvü Mirzə Bala Məmmədzadə İrana getməz*dən əvvəl Əhməd Hacınskiyə və Dadaş Həsənova bildirmişdi ki, onlar MK-nın ikinci tərkibinə təsdiq olunmuşlar[22].

Beləliklə, ağır şəraitə baxmayaraq, MK-nın ikinci tərkibi yara*dılaraq Partiyanın gizli fəaliyyəti davam etdirilmişdir. MK-nın ikinci tərkibi 1926-cı ilin noyabrına qədər fəaliyyət göstərmişdir. Onun fəaliyyətinin əsas istiqamətlərini aşağıdakılar təşkil edir: həm təş*kilati, həm də taktiki istiqamətdə Müsavatın qeyri-leqal fəaliyyətini Bərpa etmək: M.Ə. Rəsulzadənin şəxsində İs*tan*bulda olan Xarici Büro ilə, İranda mühacirətdə olan M.B.Məmməd*zadə və M.S.Quluzadə ilə əlaqə saxlamaq; Türkiyə konsulluğu ilə əlaqə saxlamaq; ümumi kəşfiyyat xarakterli materiallar toplamaq; hərbi təşkilatı Bərpa etmək; hakimiyyətin ələ keçirilməsinə hazırlıq. MK-nın rəhbərləri Dadaş Həsənov və Əhməd Ha*cınski 5-6 illik gizli iş təcrübəsinə malik idilər. Onlar il*kin dövrlərdə Sovet hökumətinə qarşı silahlı mübarizənin tərəf*darları olmuşlar. Lakin hər cür açıq üsyan cəhdlərinin darma*da*ğın edilməsi ilə əlaqədar MK-nın ikinci tərkibi əsasən kadrların tər*biyəsi ilə bağlı iş aparmışdır. MK Müsavatın Xarici Bürosunun direktivləri əsasında fəaliyyət göstərmişdir[23].

1925-1926-cı illər Partiyanın fəaliyyətinin canlanması ilə xarak*terizə olunur. Bu dövrdə müsavatçılar bir tərəfdən ideoloji işi gücləndirir, digər tərəfdən isə hərbi üsyana ciddi şəkildə hazırlıq görürdülər. Ayrı-ayrı kəndlərdə təşkilatın özəklərinin yaradılması xey*li sürətlənmişdi. Bu dövrdə Bakı təşkilatının aşağıdakı özəkləri mövcud idi: 1. Nardaran-rəhbəri Nağdəli Ağa Dadaş oğlu; 2) Maş*tağa - rəhbəri Balod; 3) Güzdək - rəhbəri Ağaverdi; 4) Kürdə*xanı- rəhbəri Əli Dost Kərim oğlu; 5) Saray - rəhbəri Salman Kərim oğlu; 6) Qala - rəhbəri Kərbəlayi Mövsüm; 7) Qobu - rəhbəri Allah*verdi Bədəl oğlu; 8) Keşlə - rəhbəri Nüsrət Quliyev; 10) Şüvəlan - rəhbəri Mövsüm Quliyev; 11) Binəqədi - rəhbəri Firu*din Aslanbəyov[24].

1926-cı il martın 11-də Azərbaycan Fövqəladə Komissiyasının sərəncamı ilə MK-nın üzvləri Dadaş Həsənov, Əhməd Hacınski, MK-nın müvəkkili Əli Yusifzadə və 34 nəfər Partiya üzvü həbs edilmişdi. Oktyabr ayında keçirilən növbəti həbslər zamanı Partiyanın 31 üzvü həbs edilmiş və bununla da MK-nın ikinci tərkibi ləğv edilmişdir[25].

1926-cı ilin həbslərindən sonra Partiyanın fəaliyyətində qısa müddətli durğunluq yaranır. Lakin az sonra MK-nın üçüncü tərkibi formalaşır. Belə ki, 1927-ci ilin əvvəllərindən müsavatçılar yeni*dən fəallaşırlar və qısa müddət ərzində güclü iş aparırlar. 1927-ci ildən sonra Müsavat əsasən gənclərin ideya-siyasi tər*biyəsi və onlarda milli ruhun yüksəldilməsi istiqamətində iş aparmışdır. MK-nın üçüncü tərkibinin sədri Məmməd Əli Ata*məmmədovun istintaq zamanı verdiyi ifadədən aydın olur ki, bu dövrdə «MK-nın əsas işi gənclərin ideya-siyasi mübarizəsini, onların milli ruhda inkişafını təmin etmək, bolşevik ideolo*giyasının gənclərə təsirinin qarşısını almaqdan» ibarət olmuşdur[26]. Lakin 1927-ci ilin oktyabrında keçirilən kütləvi həbslər nəticəsində MK-nın və BK-nın sonuncu tərkibi ləğv edilmiş, Balaxanı-Sabunçu rayon komitəsi və Bakı təşkilatının fəalları həbs edilmişdi. Ümumiyyətlə, bu dövrdə keçirilən əməliyyatlar nəticəsində 241 nəfər həbs edildi[27]. Eyni zamanda Qarabağ vilayət komitəsi, Lən*kəran, Şamaxı qəza komitələrinin fəalları həbs edilmişdi. Bu həbslərdən sonra Partiyanın fəaliyyətində yenidən fasilə yaranmışdı.

1928-ci ilin əvvəllərindən başlayaraq, BK-nın sonuncu tərkibinin üzvü Məmməd Qulu Babayev Partiyanın fəaliyyətini yeni*dən Bərpa etməyə cəhd edir. Bu dövrdə kütləvi həbslərin keçirilməsi ilə əlaqədar Bakıda müsavatçıların fəallığının zəifləməsi mü*şahidə olunurdu. Bunun nəticəsində Bakı müsavatçıları ittihadçılarla ümumi təşkilat yaratmaq cəhdləri etmişlər. Belə ki, şəx*si tanışlıq əsasında bir-birinin mənzillərinə yığışıb siyasi və ədəbi möv*zularda söhbət edən köhnə müsavatçıları və ittihadçıları Sovet hökumətindən ümumi narazılıq birləşdirirdi. 1928-ci ilin mayında keçirilən belə yığıncaqların birində köhnə müsavatçılar və ittihadçılar Mirzə Cəlil Yusifzadə, Əli Heydər Babayev, Əhməd Ha*cıyev, Yusif Əli Əliyev, Yusif Nəcəfov, Məmməd Salayev və baş*qaları «Müstəqil Azərbaycan» adlandırdıqları təşkilatın təşəb*büs mərkəzini yaratdılar. Bu təşkilatın əsas vəzifəsi Azərbaycan mü*hacirlərinin işi və beynəlxalq vəziyyət haqqında mün*təzəm olaraq informasiya almaq məqsədilə Müsavatın Xarici Bü*rosu və onun İrandakı komitələri ilə əlaqə yaratmaqdan ibarət olmuşdur. 1928-ci il may ayının axırlarında «Müstəqil Azərbaycan» təş*kilatı öz üzvləri Əliyev və Hacıyev vasitəsilə Türkiyənin Bakıdakı vitse-konsulu ilə əlaqə yaratmış və onun vasitəsilə M.Ə.Rəsulzadəyə «Ocaq-Saz» qəzeti, antisovet xarakterli şerlər, M.Ə.Rəsulzadənin ailəsinin məktubunu və köhnə müsavatçıların Bakıda ümumi vəziyyəti haqqında məktub göndərmişdir.
Təşkilat sürgün edilmiş müsavatçıların vəziyyətini yüngülləşdirmək və Sovet hakimiyyət orqanlarında ümumi vəziyyəti öyrənmək məqsədilə 2 nəfər kommunisti öz tərəflərinə çəkmişdir. 1928*-*ci ilin iyulunda bu kommunistlərdən biri təşkilatın keçirdiyi yığıncaqlarla əlaqədar hökumətin informasiyaya malik olması haqqında təşkilat üzvlərini xəbərdar etmiş və həbslərdən yayınmaq üçün təşkilatın işini dayandırmağı təklif etmişdir. «Müstəqil Azərbaycan» təşkilatının üzvləri güclü repressiyalardan ehtiyat edərək öz fəaliyyətlərini qeyri-müəyyən vaxta qədər dayandırmışlar. Bundan bir qədər sonra keçmiş müsavatçıların daxil olduğu təşəbbüs üçlüyü adlanan qrup antisovet fəaliyyəti fəallaşdırmağa cəhd etmişdir. Bu qrupa Mirhəsən Mustafa, Ağa bəy, Ələsgər Əliyev daxil idilər. Bu üçlük müntəzəm olaraq yığışır və yeni üzvlərin cəlb edilməsi ilə məşğul olurdu. Lakin bir neçə müsavatçının güllələnməsindən sonra onlar öz fəaliyyətlərini dayandırdılar[28].

Qeyd etmək lazımdır ki, bu dövrdə müntəzəm olaraq keçirilən həbslər nəticəsində yerli qeyri-leqal təşkilatların Müsavatın Xarici Bürosu və komitələri ilə əlaqələrində müəyyən müddət fasilə yaranır və çətinliklərə baxmayaraq bu əlaqələr yenidən Bərpa olunurdu. Qeyd edildiyi kimi, Bakı müsavatçıları ilə Xarici Büronun İrandakı komitələri arasında əlaqələr Müsavatın Lənkəran təş*kilatı vasitəsilə həyata keçirilirdi. Daha güclü və yaxşı təşkil olunmuş Lənkəran təşkilatı İranla sərhəddə yaşayan keçmiş zabit Məmməd Həsən Hüseynov vasitəsilə İranla əlaqə saxlayırdı. Lakin 1927-ci ilin may-iyun aylarında Hüseynovun bolşeviklərə işləməsi haqqında Təbriz komitəsinin məlumatına əsasən, Ma*sallı komi*təsinə onunla bütün əlaqələri kəsmək göstərişi verilmişdi. Bununla əlaqədar 1927-ci ilin 20 iyununda təşkilatın qərarı və Ərdəbildə Təbriz komitəsinin nümayəndəsi Cəfər Cəfərovun ça*ğırışı ilə Masallı komitəsinin katibi gizli olaraq Sovet-İran sərhədini keçərək Ərdəbilə gəlmiş və burada Cəfər Cəfərovla görüşmüşdür. Cəfər Cəfərov Lənkəran müsavatçılarının işi və vəziyyəti haqqında məlumat almış və ona 177 nüsxə müxtəlif müsavat ədəbiyyatı («Azəri Türk», «Prometey» və s.) və təşkilat üçün tapşırıqlar vermişdir: 1. Ayda bir dəfədən az olmayaraq İranla əla*qə saxla*maq və bu məqsədlə daimi vasitəçi ayırmaq, Lənkəran müsavatçılarının İranla bütün əlaqələri Masallı Komitəsi müsavatçıları vasitəsilə olmalıdır. Masallı komitəsi Bakı müsavatçıları ilə əlaqə yaradır. İrana məktub yazmamaq və İrandan gələn məktublara inanmamaq, əgər belə məktublar olsa, deməli, onları İranda lap çox olan Sovet agentləri göndərmişlər. Bütün sərəncam və göstərişlər şifahi veriləcəkdir; 2. Üzvlər ara*sında maksimum iş aparmaq, onlardan ləyaqətli, ciddi, siyasi məsələlərdən baş çıxaran şüurlu döyüşçülər hazırlamaq; 3. Azərbaycan ərazisində silahlı qüvvələr və artilleriya anbarlarının yerləşməsi haqqında məlumatlar toplayıb təcili olaraq İrana göndərmək; 4. M.Ə.Rəsulzadə Fransadan qayıdan kimi bütün təşkilatlara təlimatlar göndəriləcəkdir. Azərbaycanda yerli təşkilatların işinə rəhbərlik üçün plan nəzərdə tutulmuşdur. Məsələn, Bakı təş*kilatı üzrə işə Məmməd Sadıq Quliyev, Lənkəran təşkilatı üzrə işə isə Mirzə Səlim Axundzadə rəhbərlik edəcəkdir. Təşkilatın bütün üzvlərinə bildirin ki, tezliklə müharibə olacaq. (bu haqda dəqiq məlumatı M.Ə.Rəsulzadə gətirəcəkdir). Müharibə başlayan kimi bütün təşkilatlara silahlı üsyan təşkil etmək üçün təşkilatçılar göndəriləcəkdir.

1928-ci il avqustun 28-də Masallı komitəsinin 4 üzvünün və bir neçə fəal müsavatçının iştirak etdiyi yığıncaq keçirilmiş və bura*da əsasən beynəlxalq vəziyyət haqqında informasiya, direktiv və ədəbiyyat gətirmək üçün İrana nümayəndə göndərilməsi məsələsi müzakirə olunmuşdur. Yığıncaqda Təbriz Komitəsi ilə əlaqə saxlamaq üçün Masallı komitəsinin nümayəndəsi kimi Qubad Cahangir oğlunun namizədliyi təsdiq edilmişdir.

Lənkəran müsavatçılarının fəallığının artması da müşahidə olunurdu. Belə ki, 1928-ci il fevralın 1-də təşkilatın 160 üzvü var idi*sə, artıq iyun ayında təşkilat genişlənərək özündə 237 üzvü birləşdirirdi[29].

Qeyd edək ki, 1927-ci ildən sonra Azərbaycanda müsavatçıların fəaliyyətinə Azərbaycana Milli Mərkəzi (AMM) rəhbərlik edirdi. 1930-cu ilin axırlarına qədər azadlıqda qalan müsavatçılar Müsavatın Xarici Bürosu ilə və AMM ilə əlaqə saxlayaraq öz fəaliyyətlərini onların direktivləri əsasında qururdular.

Sovet hökumətinin kollektivləşdirmə siyasəti ilə əlaqədar olaraq, 1929-1932-ci illərdə müsavatçılar Partiyanın fəaliyyətinin ağırlıq mərkəzini kəndə keçirdilər. Kolxozlaşma və sovxozlaşma prosesinin başlanması ilə əlaqədar, Xarici Büro Bakıya müra*ci*ət*namə göndərərək müsavatçıların qarşısında mühüm tarixi vəzifələrin durduğunu qeyd edirdi. Sovet kəşfiyyatının məlumatlarında bu vəzifələrin bütün ölkədə kiçik özəklər yaratmaq, Azərbaycanda gedən proseslər və təşkilatların vəziyyəti ilə Xarici Büronu müntəzəm şəkildə məlumatlandırmaq, müxtəlif təbəqələr və zümrələr arasında təbliğatı gücləndirmək, yerli kommunistlərdən Moskva əleyhinə istifadə etmək, ölkədə güclənən qolçomaq hərəkatını ideya-siyasi cəhətdən təlimatlandıraraq, onları ideoloji mübarizə yoluna yönəltməkdən ibarət olması göstərilirdi[30].

Müsavat kəndlilər arasında yaydığı Bəyannamədə mübarizənin ictimai, sinfi deyil, siyasi və milli olduğunu qeyd edirdi. Bu bəyannamədə Müsavat «xalqı milli istiqlal və milli hakimiyyət uğrunda mübarizəyə» çağırırdı[31]. Təsadüfi deyil ki, kollektivləşdirmə siyasətinin müqavimətlə qarşılandığını qeyd edən «Bakinskiy raboçiy» qəzeti yazırdı: «Kəndlilərin bu müqavimətini idarə edən müsavatçılardır»[32].

Eyni zamanda 1930-cu ilin mayında AzKP-nin X qurultayında D. Bünyadzadə kəndli hərəkatını idarə edən müsavatçıların həbs olunması haqqında məlumat vermişdir[33].

Hələ 1928-ci ilin sentyabrında AKP-nin Bakı təşkilatının geniş iclasında Mirzoyan göstərirdi ki, «başlıca düşmənimiz olan Müsavat Partiyasını ideoloji və mədəni cəhətlərdə amansızcasına məhv etməliyik».
1930-cu ilin 7-8 avqustunda keçirilən kütləvi həbslər nəticəsində 48 nəfər müsavatçı, o cümlədən Məmməd Qulu Babayev Müsavatın Xarici Bürosu ilə əlaqədə olmaqda və Sovet hökumətinə qarşı silahlı üsyan hazırlamaqda günahlandırılaraq həbs olundular. Həbs olunmuş müsavatçılar «ölüm adaları» adlanan Solovki və Kond adalarına sürgün edilmişlər[34].

Keçirilən həbslərə baxmayaraq, 1930-cu ilin fevralında Müsavatın Bakı təşkilatı Şəkərovun rəhbərliyi altında öz fəaliyyətini Bərpa edə bilmişdir. Təşkilat 1930-cu ildə xeyli fəallaşaraq, 1925-1926-cı illərdə MK-nın üçüncü tərkibinin Salyan, Əli-Bayramlı, Quba, Sabirabad və Masallı rayonlarında yaratdığı müsavat təşkilatları ilə əlaqə yaratmış və onlara direktiv və ədəbiyyat göndərən Təbriz komitəsi ilə geniş əlaqələr qura bilmişdi. 1931-ci ildə keçirilən həbslər nəticəsində Bakı təşkilatı ləğv edilmiş və 200 nəfərə qədər müsavatçı həbs edilmişdi[35].

M.C. Bağırovun yazdığı məruzənin materiallarından aydın olur ki, 1936-cı ildə 752 nəfərdən ibarət 78 əks-inqilabi təşkilat aşkar edilərək ləğv edilmişdir[36].

Aprel işğalından sonra Müsavatın fəaliyyətini nəzərdən keçirərək belə nəticəyə gəlmək olar ki, Partiya sovet hökumətinə qarşı mübarizədə bir neçə mərhələdən keçmişdir. Birin*ci mərhələ 1920-1923-cü illəri əhatə edir. Bu dövrdə ilk vaxtlar Partiya əsas müxalifət Partiyası kimi leqal fəaliyyət gös*tərməyə cəhd edir. Lakin bu, mümkün olmadıqda Partiya Sovet hökumətinə qarşı silahlı mübarizəyə üstünlük verməyə məcbur olur. Bu məqsədlə Müsavatın hərbi təşkilatlarının əsa*sı qoyulur. Bu dövrdə keçirilən kütləvi həbslər, güllələnmələr və sürgünlər Partiyanın qüvvələrini tükəndirməmiş və Partiya öz qeyri-leqal fəaliyyətini davam etdirmişdir.

İkinci mərhələ 1923-1926-cı illəri əhatə edir. Bu mərhələdə Partiya, Sovet hökumətinin silahlı üsyan yolu ilə devirmək məqsədindən əl çəkməsə də, öz taktikasını dəyişməyə və bir qədər ehtiyatla fəaliyyət göstərməyə məcbur olmuşdur. Bu dövrdə əsas diqqət Partiyanın yerli təşkilat və özəklərinin möh*kəmlənməsinə, təbliğatın güclənməsinə və Xarici Büro ilə əlaqələrin genişləndiriliməsinə yönəlmişdir. Partiya bu dövrdə ideoloji mübarizəyə üstünlük verərək gənclərin ideya-siyasi tərbiyəsinə xüsusi fikir vermişdir. Üçüncü mərhələ 1926-1931-ci illəri əhatə edir. Bu mərhələdə SSRİ ilə İngiltərə arasında münasibətlərin kəskinləşməsi ilə əlaqədar Müsavatın bir qədər fəallaşması nəzərə çarpır. Bu dövrdə Müsavatın silahlı üsyan cəhdləri daha da artır və Müsavat həbslər nəticəsində ləğv edilmiş təşkilatlarını Bərpa etməyə başlayır. Bu dövrdə Partiya əsasən Xarici Büronun direktivləri əsasında fəaliyyət göstərir. 1931-ci il həbsləri nəticəsində Müsavatın fəallarının bir qismi güllələnir, bir qismi isə Sibirə sürgün edilir.
Dördüncü mərhələ 1931-1937-ci illəri əhatə edir. Bu dövrdə Müsavat mütəşəkkil təşkilata malik olmamışdır. Bu mərhələdə Azərbaycanın mütərəqqi fikirli ziyalıları, şair və yazıçıları həbs*dən yayınan müsavatçılarla birləşərək gizli təşkilat və qruplar təşkil etmişlər. Onlar gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, azadlıq və istiqlaliyyət ideyalarının yayılmasında mühüm rol oynamışlar. Bu dövrdə əksər hallarda Azərbaycanın mütərəqqi fikirli adamları “müsavatçı” damğası ilə repressiyaya məruz qalmışlar.

1936-cı ildə keçirilən kütləvi həbslər və 1937-ci ildə davam etdirilən repressiyalar onların fəaliyyətinə tamamilə son qoy*muşdur. 1941-ci ildə bütün SSRİ ərazisində olduğu kimi, Azərbaycanda da ciddi hərbi rejim yaradılmışdır. Bununla əlaqədar Müsavat Azərbaycan daxilində öz fəaliyyətinə uzun müd*dət fasilə verməyə məcbur olmuşdur.

* * *

[1] M. B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh.137.

[2] M.Ə. Rəsulzadə. Azərbaycan Cumhuriyyəti. səh.69.

[3] M.Ə.Rəsulzadə. Çağdaş Azərbaycan tarixi, B., 1990, səh. 98.

[4] Ə.Qaraca. Azərbaycanın yaxın tarixinə qısa bir baxış. səh.20.

[5] "Bakinski raboçi" 20.05.1924.

[6] Ö.V.Yurdsevər. "Gizli Müsavat" təşkilatının xarakterik vəzifələri" - "Müsavat" bülleteni. İstanbul, ¹ 4, 1962, səh. 15.

[7] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, fond 1, siyahı 19, iş 8923, v.61

[8] Yenə orada.

[9] Ə.V.Yurdsevər. "Gizli Müsavat" təşkilatının xarakterik vəzifələri. səh.15.

[10] Ə.V.Yurdsevər. "Gizli Müsavat" təşkilatının xarakterik vəzifələri. səh.18.

[11] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, fond 1, siyahı 19, iş 8923, в.62.

[12] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, fond 1, siyahı 19, iş 8923, v.63.

[13] Müsavat bülleteni, ¹2(6), Bakı, 1994, səh. 30.

[14] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v. 65.

[15] ASPİHDA, f. 1, siyahı 88, iş 5, v. 44.

[16] Yenə orada, v. 48.

[17] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v. 70.

[18] M.B. Mehmetzade. Milli Azerbaycan Hareketi, səh. 144.

[19] Z.Bünyadov. Qırmızı terror. Bakı,1993, səh. 40.

[20] Yenə orada, səh. 32-33.

[21] “Бакинский рабочий” гязети, 14.08.1923.

[22] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v. 35.

[23] Yenə orada, v. 36.

[24] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v.48.

[25] Yenə orada, v.60.

[26] Yenə orada, v.78.

[27] ASPİHDA, f.1, siyahı 88, iş 5, v.57.

[28] Azərbaycan EA, Tarix İnstitutunun elmi arxivi. f. 1, siyahı 19, iş 8923, v.6.

[29] Azərbaycan EA, Tarix İnstitutunun elmi arxivi. f. 1, siyahı 19, iş 8923, v.6.

[30] Yenə orada, v.73.

[31] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh.154.

[32] "Bakinskiy raboçiy" qəzeti, 17 aprel 1930, ¹ 87.

[33]"Bakinskiy raboçiy" qəzeti, 19 iyun 1930, N 138.

[34] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh.153.

[35] X.İbrahimli Azərbaycan siyasi mühacirəti. Bakı,1997, səh.80.

[36] ASPİHDA, f. 1, siyahı 88, iş 137, v.1

ночной дозор вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:40   #204
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://www.kitabxana.org/site/index....&page=1&id=332
Məryəm Oruclu,
Azərbaycanda və Mühacirətdə
Müsavat Partiyasının Fəaliyyəti
(1911-1992)


2. Müsavatın Mühacirətdə Fəaliyyəti

Müsavatın Xarici Bürosunun, Azərbaycan Milli Mərkəzinin Yaranması Və Fəaliyyəti

1920-ci ildə Azərbaycanın işğalından sonra xaricə güclü mü*hacir axını başladı. Bu mühacirlərin əsasını sabiq mülkədarlar, sənaye və ticarət burjuaziyası, Milli Ordunun əsgər və zabitləri, nazirlər, parlament üzvləri, yüksək dövlət məmurları, siyasi Partiya üzvləri, müstəqil əqidəyə malik ziyalilar təşkil edirdi. Xaricdəki milli mühacirət iki əsas qrupa bölünürdü: siyasi və qeyri-siyasi mühacirlər[1]. Bu mühacirlərin heç olmazsa siyasi his*səsini mütəşəkkil hala gətirib müəyyən bir təşkilat ətrafında birləşdirmək vacib bir vəzifə kimi qarşıda dururdu.

1920-ci il istilasından sonra xaricə gedən Azərbaycan müha*cirləri Tehran, Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon və İstanbul şəhərlərində müxtəlif mühacir cəmiyyətləri qurmuş, lakin bu cəmiyyətlər uzun müddət fəaliyyət göstərməmiş və tezliklə öz fəaliyyətlərini dayandırmışdilar. Yalnız Müsavatın görkəm**li nümayəndələrinin, xüsusilə M.Ə.Rəsulzadənin xaricə mü*ha**cirətindən sonra müxtəlif ölkələrdə nizamsız şəkildə səpələnmiş Azərbaycan mühacirlərini bir təşkilat ətrafına toplamaq mümkün olmuşdur.

Milli hökumətin süqutundan sonra həbs olunan, sonra isə Stalin tərəfindən azad etdirilib Moskvaya aparilan M.Ə. Rəsulzadə Gizli Müsavat təşkilatının köməyi ilə xaricə mühacirət etməyə məcbur olmuşdu.

Gizli Müsavat təşkilatının sədr müavini Əbdül Vahab Yurd*sevər yazırdı: «Müsavatın gizli Mərkəzi Komi*təsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskva*dan qa*çırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək M.Ə.Rəsulzadə ilə əlaqə yaradılmışdı. M.Ə.Rəsulzadəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Lenin*qrada getsin. Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi[2].

M.Ə.Rəsulzadə Finlandiyadan Fransaya, oradan isə 1922-ci ildə Türkiyəyə gələrək birinci növbədə Müsavatın Xarici Bürosunu təşkil etmiş və 1923-cü ilin iyunundan etibarən «Yeni Qafqasya» məcmuəsini təsis etmişdir. Əsasən Müsavatın mühacirətdəki üzvlərindən təşkil olunmuş Xarici Bürodan əlavə yeni bir təşkilatın yaradılması vacib bir məsələ kimi qarşıda dururdu. Belə ki, bu dövrdə Azərbaycan mühacirlərinin xeyli hissəsini heç bir siyasi mənsubiyyəti olmayan və müxtəlif təbəqələrə mənsub olan adamlar təşkil edirdi. Bu qisim mühacirləri Azərbaycanın istiqlalı uğrunda mübarizə ideyası ətrafında birləşdirmək və müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycanliların bir mərkəzdən idarə olunması zərurəti mey*dana çıxırdı. Bu zərurəti dərk edərək M.Ə.Rəsulzadə 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzini (AMM) yaratmış və bu mərkəzdə Müsavat Partiyasından olmayan şəxslərlə birlikdə milli mübarizəni davam etdirmişdir.

Azərbaycan Milli Mərkəzi Türkiyədə qeyri-leqal fəaliyyət göstərərək öz ətrafında türkçü meylli ziyaliları birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsi ittihadçı və müsavatçılardan təşkil olunmuşdu. Buraya M.Ə. Rəsulzadə, X. Xasməmmədov, M. Vəkilov, Ə. Əmircanov, Ə. Şeyxülislamov daxil idilər. Əmircanov və Şeyxülislamov AMM-in rəhbərliyində olmalarına baxmayaraq, «onlar İstanbulda olan ittihadçilara yaxınlaşmağa çalışırdılar»[3]. Bununla əlaqədar olaraq, siyasi mühacirətin vahid bir təşkilat ətrafında birləşməsi prosesi ləng gedirdi. Azərbaycan Milli Mərkəzi bir tərəfdən təşkilatlanmağa, digər tərəfdən isə Azərbaycanda cərəyan edən faciələri türk və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə nəşriyyata başlamışdı. Azərbaycan Milli Mərkəzinin sədri M.Ə.Rəsulzadə «Milli Mərkəzin Türkiyə, İran və Avropadakı çeşidli fəaliyyətlərindən təmsilçilik quraraq fəaliyyətə keçirmişdir»[4]. Milli Mərkəzin əsas məqsədi Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və müstəqil milli Azərbaycan dövlətinin yaradılmasından ibarət olmuşdur. AMM Qafqazın Müstəqilliyi Ko*mitəsi ilə və Milli Əks-inqilabçiların ZaQafqaziya Birliyi Komi*təsi ilə güclü əlaqələr qura bilmişdi. Azərbaycan Milli Mərkəzi Müsavatın Xarici Bürosu ilə sıx əlaqədə fəaliyyət göstərirdi[5].

Müsavatın Xarici Bürosu ilk vaxtlar Partiya üzvlərinin daha çox məskunlaşdığı Türkiyə və İranda öz komitələrini yara*daraq geniş fəaliyyətə keçmişdi. Xarici Büro İstanbulda fəaliyyət göstərirdi. Onun sədri M.Ə.Rəsulzadə, katibi M.B.Məmməd*za*də, xəzinədarı X.Xasməmmədov olmuşdur. Onların hər üçü Xarici Büronun Rəyasət Heyətini təşkil edirdi. Büronun üzv*ləri Şəfi Rüstəmbəyli və Mustafa Vəkilov Rəyasət Heyətinin üzv**ləri ilə birlikdə Xarici Büronun İcraiyyə orqanına daxil idilər ki, bunları da «beşlik» adlandırırdılar. Məmməd Sadıq Axundzadə və Ab*bas*qulu Kazımzadə Büronun üzvləri kimi fəaliyyət göstərirdilər. İs*tan*bulda Müsavatın digər fəal üzvləri Həsən Fət*tahov, Əmirxan Xan Xoyski, Həmdi Qaraağazadə, Məşədi Əli Rə*****fiyev, Məmməd Ağaoğlu, Mirzə Hacızadə, Səlim Ağasibəyov, Ka**mal Qənizadə, Həsən İbrahimzadə və başqaları fəaliyyət gös*tərirdilər[6]. Xarici Büro konspirasiya məqsədi ilə büro üzv*lərinin bir-*birlərindən Azərbaycandakı gizli təşkilatlar haqqında heç nə soruşmaması haqqında qərar çıxarmışdı[7]. Xarici Bü*ronun Maliyyə ko*mis**siyasına əvvəlcə M.Ə.Rəsulzadə, sonra isə M.Ə.Rəfiyev rəh*bərlik edirdi. Xarici Büronun daxilində maliyyə məsələləri ilə əlaqədar olaraq mübahisələr olduğundan komis*siyaya 1925-ci ilin dekabrından Ş.Rüstəmbəylinin rəhbərlik etməsi qərara alındı[8].

Bu dövrdə İstanbulda Müsavatın üzvü «Azəri-türk» jurnalının redaktoru Məmməd Sadıq Axundzadənin sədrliyi ilə yaradılmış Azərbaycan Gənclər Birliyi (AGB) də fəaliyyət göstərirdi. Gənclər təşkilatının işində Azərbaycan Milli Mərkəzinin və Müsavatın Xarici Bürosunun üzvləri Şəfi bəy Rüstəmbəyli, Mustafa Vəkilov və Şeyxülislamov da iştirak edirdilər. Birliyin yaradılma*sında əsas məqsəd gəncləri təşkilatlandırmaq, onların milli vətən**pərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, həmçinin birlik üzvlərindən ehtiyacı olanlara maddi yardım göstərməkdən ibarət olmuşdur. Birliyin yerləşdiyi «Azəri-türk» jurnalının redaksiyasında hər həftənin beşinci günü ümumi yığıncaqlar keçirilir və burada müxtəlif siyasi mövzular müzakirə edilirdi. Redaksiya Müsavatın üzvləri üçün klub rolunu oynayırdı. Türkiyə qanunlarına əsasən, siyasi Partiyaların fəaliyyətinə icazə verilmədiyinə görə burada öz iclaslarını keçirən Müsavatın özü üçün Gənclər Birliyi həm də himayədar rolunu oynayırdı[9]. Eyni za*manda bu dövrdə Müsavatın Səməd Muradov, Nəsrulla Aşurbəyov və Nağı Şeyxzamanovun daxil olduğu Trabzon, Məmməd Əli Əfəndizadənin sədri olduğu Qars, Mustafa Vəkilovun qohumu Yasinin rəhbərlik etdiyi Amasiya, Azərbaycanın Batum*dakı sabiq konsulu doktor Əfəndiyevin daxil olduğu Smirna komi*tələri fəaliyyət göstərirdi.İlk vaxtlar müsavatçılara «Türk ocaqları» və onun başqanı, Türkiyənin maarif naziri Həmdullah Sübhi Tanrıövər yardım edirdi[10].

Bu dövrdə Partiyanın İranda da komitələri fəaliyyət göstərirdi. Cəfər Cəfərovun sədri olduğu Müstəqil Azərbaycan Tehran komitəsi Məmməd Əli Rəsulzadə və Qulam Şərifov da daxil olmaqla üç nəfərdən ibarət idi. Rəşt və Ənzəli təşkilatları Tehran komitəsinə tabe idilər. Eyni zamanda burada Ərdəbil və Astara təşkilatlarının tabe olduğu Teymur bəy Məlikaslanovun sədrliyi ilə Müstəqil Azərbaycan Təbriz komitəsi də fəaliyyət göstərirdi. Bu Komitəyə, o cümlədən Ağa Zeynal Məmmədov, Məmməd Sadıq Quliyev də daxil idilər. M.Quliyev Partiyanın Xarici Bürosunun qərarı ilə Ərdəbildən Təbrizə göndərilmişdi[11].

Beləliklə, istiqlalın itirilməsindən sonra Türkiyə, İran, Fransa və Polşada məskunlaşan Azərbaycan mühacirləri bolşevizmə qarşı mübarizəni davam etdirərək, siyasi və tarixi ədəbiyyat nəşr etdirib yayır və Azərbaycandakı Müsavat təşkilatlarına müntəzəm olaraq təlimatlar göndərirdilər. Qeyd etmək lazımdır ki, bu dövrdə Türkiyə SSRİ ilə öz təhlükəsizliyi xatirinə dostluq münasibətlərində olduğundan mühacirlər əsasən Avropa döv*lətlərinin yardı*mına arxalanırdılar.
Xaricdə məskunlaşan istiqlalçı mühacir təşkilatlarının əlaqələrinin güclənməsi nəticəsində «Prometey», Qafqazın Müstəqilliyi Komitəsi və Qafqaz Konfederasiyası kimi mütəşəkkil təşkilatlar yaradılmışdı. Bu təşkilatlar rus olmayan millətlərin siyasi mübarizəsinin istiqamətləndirilməsində mühüm rol oynamışlar. «Pro*metey» təşkilatı Müsavatın lideri M.Ə.Rəsulzadənin təşəbbüsü və Polşa hökumətinin köməyi ilə 1926-cı ildə Parisdə yaradılmışdır[12]. «Prometey» təşkilatına aşağıdakı ölkələrin mü**hacir təşkilatları daxil idi: Ukrayna (Şulqin), Azərbaycan (M.Ə.Rəsulzadə, M.Mehdiyev), Gürcüstan (N.Jordaniya, Q.Qvazova), Türküstan (Çokayev), Dağlilar (M.Sunşev, Xurşilov, Şakmanov), Azad Kazaklar, Karel-Mordvillər, Krım (Seyid Əhmədov) və b. Təşkilata ümumi rəhbərliyi Şakmanov həyata keçirirdi. «Prome*tey» təşkilatının İstanbulda böyük bir filialı fəaliyyət göstərirdi. Bu filiala müxtəlif millətlərin nümayəndələrindən M.Saxoyev, Seyid Əhmədov, Osman Xoca, M. Vəkilov, Murski və b. daxil idi. Q.Qvazavanın rəhbərliyi altında təşkilatın «Prometey» adlı jurnalı nəşr olunurdu. M.Ə. Rəsulzadə jurnalda müntəzəm olaraq yazilar, məqalələr dərc etdirirdi. Erməni mühacirləri bu təşkilatda fəaliyyət göstərməkdən imtina etmişlər[13].

Qeyd etmək lazımdır ki, Avropa dövlətlərinin yardımına arxalanaraq, Müsavat Gürcüstan və Şimali Qafqaz milli təşkilatları ilə ittifaqa girmiş, ilk əvvəl Qafqaz İstiqlal Komitəsi təşkil etmiş, sonra isə istiqlaldan sonra Qafqaz işlərini aparacaq Qafqaz Konfederasiyası Şurasını yaratmağa nail olmuşdu. Bolşeviklərə qarşı vahid blok yaratmaq məqsədi güdən Qafqaz Konfederasiyası sazişi 1934-cü ildə Brüsseldə imzalanmışdır[14]. Sazişi Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə və Ə.M. Topçu*başı, Şimali Qafqaz tərəfindən M.Q.Sunşev, İbrahim Çumşov, Tausul*tan Şakman, Gürcüstan tərəfindən Noy Jordaniya və Gürcüstanın Parisdə səfiri olmuş A.Çxenkeli imzalamışlar. Ermənistan Qafqaz Konfederasiyası Şurasına daxil olmaqdan imtina etmişdi[15]. Qafqaz Konfederasiyası Şurası üç+bir prinsipi ilə yaradılmışdı: Azərbaycan, Gürcüstan, Dağlilar+Polşa. Polşa Şuranın üzvlərinin fəaliyyətini əlaqələndirir və onlara maliyyə yardımı göstərirdi. Təşkilatda hərbi, mətbuat, hüquq şöbələri fəaliyyət göstərirdi. Eyni zamanda burada operativ işləri həyata keçirmək üçün M.Q.Sunşev, İ.Salamoda və M. Mehdiyevdən ibarət üçlük mövcud olmuşdur[16].

Qeyd edək ki, xaricdə məskunlaşmağa məcbur olmuş müha*cirləri birləşdirən bu təşkilatlar Rusiyada bolşevizmə qarşı mübarizədə xalqların fəaliyyətini istiqamətləndirir və onları milli istiqlal uğrunda mübarizəyə hazırlayırdı. Bu məqsədlə Sovet Rusiyasında gizli fəaliyyət göstərən istiqlalçı təşkilatlarla əlaqələr yaradılır, onlara qəzet, jurnal, siyasi ədəbiyyat və təlimatlar göndərilirdi.
Mühacirət həyatında M.Ə.Rəsulzadənin direktivi ilə 1923-1928-ci illərdə «Yeni Qafqasya», 1928-ci ildə «Azəri türk», 1929-1931-ci illərdə «Odlu Yurd», 1930-1931-ci illərdə «Bildiriş jurnal və qəzetləri nəşr edilmişdir. O cümlədən 1934-cü ilin axırlarından etibarən aylıq «Qurtuluş» məcmuəsi, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə türkcə, almanca, fransızca, rusca, farsca müxtəlif kitab, bəyannamə və məqalələr, Müsavatın maddi və mənəvi yardımı ilə İstanbulda «Azərbaycan Yurd Bilgisi adı altında aylıq elmi bir məcmuə nəşr olunmuşdur. Partiya orqanı olaraq fransız dilində «Azərbaycan» və türkcə «Müsavat» adlı bülleten təsis edilmişdi[17].

M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Müsavatın xaricdə fəaliyyətinin xeyli genişlənməsi Sovet hakimiyyəti dairələrində böyük narahatlıq doğururdu. 1925-ci ildə Azərbaycanda «ÇK»-nın beşillik fəaliyyətindən bəhs edən Bağırov Müsavatın xaricdəki fəaliyyəti üzərində dayanaraq göstərirdi: «Azərbaycanın əks-inqilabçiları M.Ə.Rəsulzadənin ətrafına toplanaraq öz irticaçı fəaliyyətlərinə başlamışlar. Onlar fürsət düşdükcə fəhlə-kəndli Şura hökumətinə zərər vurmağa çalışırlar»[18]. 1925-ci ildə Sovet İt*tifaqının xarici işlər komissarı Çiçerin Bakıda keçirilən IV Sovetlər qurultayında etdiyi çıxışında göstərirdi: «Son zamanlar müsavatçıların Türkiyədə fəaliyyətinin gücləndiyini qeyd etməmək olmaz. Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək Sovet hökuməti əleyhinə olan intriqalara etiraz etmişik və buna, nəhayət, xitam verilməsini tələb etmişik»[19].

Bu dövrdə beynəlxalq aləmdə Türkiyənin vəziyyətinin pis olması və böyük imperialist dövlətləri tərəfindən təzyiqlərin artması Türkiyəni eyni vəziyyətdə olan Sovet İttifaqı ilə yaxınlaşdırırdı. Onlar ümumi düşmənə qarşı mübarizədə bir-birlərinə müttəfiq kimi baxırdılar. 1921-ci ildə Moskvada RSFSR-lə Türkiyə arasında dostluq haqqında, 1925-ci ildə isə Sovet İttifaqı ilə Türkiyə arasında üç il müddətinə hücum etməmək və neytrallıq haqqında imzalanan müqavilələr bunun nəticəsi olaraq meydana çıxdı[20]. Sovet İttifaqının təsiri ilə Türkiyənin müsavatçılara təzyiqləri artır və nəticədə onların fəaliyyəti xeyli məhdud*laşırdı. 1927-ci ildə Türkiyə hökuməti «Yeni Qafqasya»nın nəşrini qadağan etdi və Azərbaycan Milli Mərkəzinə göstərdiyi yardımı dayandırdı. Türkiyə ilə Sovet İttifaqı arasında bağlanan sazişin gizli bir hissəsinə əsasən, 1931-ci ildə müsavatçılar Türkiyəni tərk etməyə məcbur oldular. Azərbaycan mühacirlərini Polşa hökuməti böyük həvəslə qəbul etdi. Müsavatın lideri M.Ə.Rəsulzadə dost bir ölkənin rəhbəri kimi himayəyə alındı[21].

Arxiv materiallarından aydın olur ki, Müsavatın Xarici Bürosunun İranda yaradılmış Tehran və Təbriz komitələri geniş antisovet fəaliyyət göstərərək, Sovet hökumətinə qarşı istiqlal mübarizəsi aparmışlar. Bu dövrdə İrandakı müsavatçılar içərisində fars və türk təmayülləri arasında mübarizə müşahidə olunurdu. Fars meylli qüvvələrə parlamentin sabiq üzvü, molla Mirzə Səlim Axundzadə rəhbərlik edirdi. Mirzə Səlim Axundza*dənin arxasında rəsmi olaraq İran hökumətinin yerli nümayəndələri dayanırdılar. Onlar fars təmayüllü qüvvələrin təsir dairəsini genişləndirmək məqsədi ilə bu qüvvələrə maddi kömək göstərirdilər. Türk təmayüllü qüvvələrə isə Məmməd Sadıq Quliyev rəh*bərlik edirdi. Mirzə Bala Məmmədzadə İstanbula getdikdən sonra M.S.Quliyev Xarici Büronun Cənubi Azərbaycandakı nümayəndəsi təsdiq olunmuşdu. O, burada öz ətrafına ideyalı müsavatçıları toplamışdı. Mirzə Səlim Axundzadədən fərqli olaraq, M.S.Quliyev Xarici Büronun köməyindən istifadə edirdi[22]. 1933-1934-cü illərdən etibarən, fars təmayüllü qrup Zülqədərovun rəhbərliyi al*tında fəaliyyət göstərirdi.Qrup daha çox müstəqil fəaliyyət gös*tərməyə çalışır və Müsavatın adını dəyişərək «Milli İstiqlal» sözü ilə əvəz etmək təşəbbüsü ilə çıxış edirdi. Zül*qədərov qrupu bunu «Müsavat» sözünün Azərbaycanda gözdən salınması ilə əlaqələndirirdi[23]. Bununla Xarici Büro İrandakı Təbriz və Ərdəbil komitələri vasitəsilə yerli təşkilatlara konkret direk*tivlər göndərərək, onların Sovet hökumətinə qarşı mübarizə əzmini qoruyub saxlamağa çalışırdı.

Müsavatın Xarici Bürosu və AMM müxtəlif ölkələrə səpələnmiş Azərbaycan siyasi mühacirətinin bir mərkəzdən idarə olunma*sına çalışırdı və bu istiqamətdə fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycan mühacirətinin İstanbul qrupu (M.Ə.Rəsulzadə) ilə Paris qrupu (Ə.Topçubaşı, C.Hacıbəyli, Ə. Şeyxülislamov) ara*sında müəyyən narazılıq və soyuqluq nəzərə çarpırdı. Belə ki, Paris qrupu özünü Azərbaycanın əsas təmsilçisi hesab edərək, daha çox müstəqil fəaliyyətə üstünlük verirdi. Bununla əlaqədar M. Ə. Rəsulzadə 1928-ci ildə Parisə gedərək qrupun nümayəndələri ilə görüşmüş və bir mərkəzdən idarə olunma prinsipinin zəruriliyinə onları inandıra bilmişdi. Nəticədə Paris qrupu “hər cəhətcə özünün tabe bir müəssisə halında Milli Mərkəzin ən böyük və hakim milli müəssisəsi olduğu qərarına gəldi»[24].

1931-1932-ci illərdən sonra Azərbaycanın daxilində və xaricində Müsavat təşkilatlarının fəallığının zəifləməsi müşahidə olunurdu. Bu, bir tərəfdən Azərbaycan Dövlət Siyasi İdarəsinin müntəzəm olaraq keçirdiyi həbslər və sürgünlərlə, digər tərəfdən isə Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi daxilində mövcud olan fikir ayrılığı və ixtilafların dərinləşməsi ilə əlaqədar idi. Belə ki, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbul qrupunda Mustafa Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov və digərləri M.Ə.Rəsulzadəyə müxalifət mövqeyində dayanırdı. Getdikcə dərinləşən ixtilaflar Müsavat mərkəzlərinin fəaliyyətini ləngidirdi. Narazılığı ara*dan qaldırmaq məqsədilə 1928-ci ildə Partiyanın rəhbər orqanı olan Divanın yenidən formalaşdırılması qərara alındı. Yeni Divan ayrı-ayrı Partiya mərkəzlərinin təmsilçilərindən ibarət olmalı idi. Lakin əksəriyyətin qəbul etdiyi qərara qarşı çıxdığına görə Ş. Rüstəmbəyli, X. Xasməmmədov, M. Sadıq İstanbul təşkilatından xaric edildilər[25]. Ş. Rüstəmbəylinin yazdığına görə, «firqəçilərdən bir qrupu da onlara qoşularaq ayrıldı»[26]. Lakin tezliklə bir neçə nüfuzlu şəxsin barışdırıcılıq mövqeyi nəticəsində Partiyada parçalanmanın qarşısı alındı. İlk vaxtlar ixtilafların səbəbi formal olaraq Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbuldan Parisə və yaxud Varşavaya köçürülməsi məsələsində yaranmış fikir ayrılığı kimi qələmə verilirdi. Arxiv materiallarından aydın olur ki, əslində bu mübarizə Partiyaya rəh*bərlik, onun rəhbər xadimlərinin təsir dairəsinin müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Qruplar arasında getdikcə güclənən mübarizə 1934-cü ildə Partiyadan bir qrupun xaric edilməsinə gətirib çıxardı. M.Ə.Rəsulzadə isə bu barədə yazırdı: «Şəfibəy*çilik kənardan belə təsəvvür yaradırdı ki, guya Müsavat artıq parçalanmış, bir tərəfdə Müsavat, digər tərəfdə isə «Ədəmi-Mərkəziyyət» qalmışdır»[27].

1934-cü ildə Şəfi bəy Rüstəmbəyli Azərbaycan millətçilərinin sənədlərini SSRİ-də yaşayan qardaşına ötürməkdə günahlandırılaraq Partiyadan xaric edildi. Buna cavab olaraq Ş.Rüstəmbəyli Azərbaycan Milli Mərkəzinin və Müsavatın lideri M.Ə. Rəsulzadənin ünvanına təhqir xarakterli məktub göndərdi[28]. Eyni zamanda, Ş. Rüstəmbəyli 1934-cü ildə «Yıxılan bütlər», yenə həmin ildə N. Şeyxzamanlı «Biz və onlar» kitablarını nəşr etdirərək, Partiya liderinə böhtan xarakterli ittihamlar irəli sürdülər. Bu ittihamlara qarşı M.Ə.Rəsulzadə 1934-cü ildə «Şəfibəyçilik» kita*bı*nı yazaraq, şəfibəyçiliyi «Milli Azərbaycan hərəkatına qarşı atılan şübhəli intriqalar» kimi qiymətləndirdi»[29].

Müsavatçılar SSRİ-nin təkidi və tələbi ilə Türkiyəni tərk etdikdən sonra Türkiyə hökumətinin qərarı ilə İstanbulda nəşr olunan «Odlu Yurd», «Azəri Türk», «Bildiriş» , «Yeni Türküstan» məcmuə və qəzetləri bağlandı. M.Ə.Rəsulzadə 1932-ci ilin yanvarın 10-da Berlində nəşr etdirdiyi «İstiqlal» qəzetində bu münasibətlə «Qısılmayan bir səs» adlı məqalə dərc etdirdi. Məqalədə M.Ə.Rəsulzadə göstərirdi ki, «Türkiyə taktikasının dəyişəcəyinə intizarən Azərbaycan milli hərəkatının səsi, təbii olaraq qısıq qala bilməz. Berlində çıxan bu qəzet İstanbulda bağlanan qəzet və məcmuələrin gördükləri vəzifəni davam etdirməyə mükəlləfdir»[30].

Arxiv materiallarından aydın olur ki, Polşa Baş Qərargahının II şöbəsi Müsavat Partiyasını və onun mətbuat orqanlarını maliyyələşdirmişdir. Bu kömək nəticəsində Partiya rəhbərləri təşkilatın işini qurmuş və hətta gənc şagirdlər üçün təqaüd təyin etmişdilər[31].

1936-cı ilin avqustunda Varşavada Milli Müsavat Xalq Partiyasının konfransı keçirildi[32]. Konfrans ilk olaraq katib və üç nə*fərdən ibarət Mandat komissiyası seçmiş, eyni zamanda iclasları və çıxışları tənzim edən reqlament qəbul etmişdi.

Konfransın ikinci iclasında M.Ə.Rəsulzadə «Milli Hərəkatda Partiya» mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, Partiyanın həm Azərbaycanın daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini qeyd etdi.

Konfrans Partiya sıralarının təmizlənməsi məsələsini müzakirə edərək ilk növbədə Mir Əziz Seyidli və Şəfi bəy Rüstəmbəyli haqqında vaxtı ilə Partiya rəhbərliyinin çıxardığı Partiyadan xaric edilmə qərarını təsdiq etdi. Sonra isə Partiya liderini təhqir etmiş Nağı Şeyxzamanlı, Xəlil Xasməmmədli və Səlim Ağasıbəyli Partiya sıralarından xaric edildilər[33].

Konfrans Partiyanın 7 nəfərdən ibarət Divanını seçdi. Partiya liderlərinin təklifi ilə sonradan daha iki nəfərin Divan üzvlüyünə cəlb edilə bilməsi haqqında qərar qəbul edildi[34].

Partiyanın lideri M.Ə.Rəsulzadə Müsavatın proq*ramında dəyişikliklər edilməsi zərurətini qeyd etdi. Partiyanın əvvəlki proqramının qəbulundan keçən müddət ərzində milli və beynəlxalq sahədə baş verən fövqəladə hadisələri özündə əks etdirən «Yeni Proqram Əsasları» konfransda müzakirə edilərək qəbul edildi. «Yeni Proqram Əsasları» 1917-ci il proq*ramından Partiyanın məqsədlərini daha aydın ifadə etməsi ilə fərqlənirdi.

Partiya 1917-ci ildə qəbul edilmiş proqramında Rusiya daxilində federativ dövlət qurumunun yaradılmasını önə çəkirsə, yeni proqramda demokratik prinsiplərə əsaslanan müstəqil Azərbaycan dövlətinin yaradılmasını əsas götürür.

1917-ci il proqramında Müsavat «Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz etməz» tezisi ilə çıxış edirdi. Yeni proqramda bu tezis təkmilləşdirilərək «Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti rus istilasından qurtula*caq, qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır» şəklində ifadə olunmuşdur[35]. «Yeni Proqram Əsasları»nda müsavatçılığın «böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənpərvərliyindən» ibarət olduğu göstərilir[36]. Özünün birinci proqramında millətin siniflərdən ibarət olduğunu və Müsavatın zəhmətkeş xalqın mənafeyini müdafiə etdiyini bildirən Müsavat «Yeni Proqram Əsasları»nda daha mükəmməl olan Milli Təsanüd nəzəriyyəsini irəli sürür. Milli Təsanüd fərdlə ümumi mənafelərinin uzlaşdırılması, hər cür sinif və zümrə hakimiyyətinin rədd edilməsi haqqında nəzəriyyədir. Proqramda göstərilir: «Müsavatçılıq, Milli Birlik və Təsanüdü əsas olaraq alır və hər türlü sinif və zümrə hakimiyyətini rədd edər»[37].

«Yeni Proqram Əsasları» sözdə sülhpərvər cildə girən Sovet hökumətinin iç üzünü həm daxildə, həm də xaricdə hər cür vasitə ilə açıb göstərir, bolşevizm əleyhinə olan beynəlxalq təşkilatlarla əlaqə yaradıb Azərbaycanın istiqlal mübarizəsini bütün dünyada beynəlmiləl məsələ səviyyəsinə qaldırmağın zəruriliyini qeyd edir. Eyni zamanda Milli İstiqlalı Bərpa etmək və onu hər cür təhlükələrdən qorumaq üçün siyasi müqəddəratları eyni olan Qafqaz xalqları ilə konfederativ əsasda bağlılığın vacibliyi gös*tərilir. Varşava konfransı müsavatçılığın ideoloji cəhətdən dol*ğunlaşmasında və Partiya daxilindəki ixtilafların aradan qaldırılma*sında mühüm rol oynadı. Belə ki, 1936-cı il konfransından sonra Partiya daxilində ixtilafların olması ilə bağlı heç bir fakt yoxdur.

Araşdırmalar göstərir ki, Aprel işğalından sonra Müsavat Türkiyə, İran, Fransa və Polşada məskunlaşan müsavatçıları və digər Azərbaycan mühacirlərini vahid təşkilat ətra*fında birləşdirməyə çalışmış və buna nail olmuşdur. Müha*cirətdə Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi yaradılmış və Azərbaycan mühacirlərinin bolşevizmə qarşı mütə*şəkkil mübarizəsi təmin edilmişdir. Partiyanın Xarici Bürosu və AMM Azərbaycandakı Gizli Müsavat Təşkilatı ilə əlaqələr yara*daraq ona təlimatlar göndərmiş və təşkilatın Sovet hakimiyyətinə qarşı mübarizəsini istiqamətləndirmişdir. Eyni zamanda Partiya bolşevizmə qarşı mübarizə aparan xalqların mühacirətdəki nümayəndələri ilə birlikdə antisovet təşkilatların yaradılmasına çalışmış və bu təşkilatların işində fəal iştirak etmişdir.

Mühacirət həyatının çətinliklərinə baxmayaraq, Müsavat öz konfransını keçirmiş və Azərbaycanın müstəqilliyinin Bərpasını qarşısına əsas məqsəd qoyan yeni proqramını qəbul etmişdir. Partiya rəhbərliyi Partiyadaxili ixtilafları aradan qaldırmağa nail olaraq, müxtəlif ölkələrdə yaradılmış komitələrin fəaliyyətini əlaqələndirmək missiyasının öhdəsindən gələ bilmişdir.

[1] M. B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 163.

[2] Ə.V. Yurtsever. Gizli "Müsavat" teşkilatının harakteristikk vazıfaları. səh.18.

[3] ASPİHDA, f. 1, siyahı85, iş 656, v. 33.

[4] A. Karaca. "Azerbaycan milli kurtuluş haraketinin mühaciret hayatından". -"Azerbaycan" jurnalı, sayı 282, səh. 68.

[5] X.İbrahimli., R.Zeynalov. Müsavat Partiyasının 1920-ci il 27 aprel istilasından sonrakı fəaliyyəti tarixindən. - "Müsavat bülleteni", ¹1(5),Bakı,1993, səh.7.

[6] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.21.

[7] ASPİHDA, f. 1, siyahı 85, iş 745, v. 36.

[8] X. İbrahimli. Azərbaycan siyasi mühacirəti. Bakı, 1996, s. 108.

[9] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.22-23.

[10] ASPİHDA, f. 1, siyahı 85, iş 462, v. 597.

[11] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.23-24.

[12] Mühlen, Patrik Von zuz.Camalihac ile Kızıyıldız arasında. Ankara,1984,səh.20.

[13] Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi (AMTN), f.7,siyahı 2, iş 344, v.5

[14] Yenə orada, f.7, siyahı1, iş168, v.22.

[15] A. Karaca. Azerbaycanın yakın tarihine kısa bir bakış. səh. 69.

[16] X. İbrahimli., R. Zeynalov. Müsavat Partiyasının 1920-ci il 27 aprel istilasından sonrakı fəaliyyəti tarixindən. - "Müsavat bülleteni", 1(5), Bakı,1993, səh. 8-9.

[17] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 182.

[18] "Kommunist" qəzeti, 07.06.1925.

[19] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh. 175.

[20] Èñòîðèÿ ìåəäóíàðîäíûõ îòíîøåíèé è âíåøíåé ïîëèòèêè ÑÑÑÐ. Ò.1,Ì.,1986, səh.93.

[21] A. Karaca. Azerbaycanın yakın tarihine kısa bir bakış, səh.23.

[22] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi. f.1, siyahı19, iş 8923, v.2-3.

[23] AMTN arxivi, Azərbaycan Dövlət Siyasi İdarəsinin məxfi-siyasi şöbəsinin məruzəsi. f. 308, siyahı 19, iş 9, v. 47.

[24] M. E. Resulzade. Şefibeyçilik. Varşava, 1934, səh. 24.

[25] M. E. Resulzade. Şefibəyçilik. Varşava, 1934, səh 24.

[26] Ş.Rüstembeyli. Yıkılan putlar. İstanbul, 1934, səh. 29.

[27] M. E.Resulzade. Şefibəyçilik. Varşava,1934, səh 64.

[28] AMTN arxivi, f. 7, siyahı 1, iş 1241, v. 125-127.

[29] M. E. Resulzade. Şefibəyçilik. Varşava, 1934, səh. 3.

[30] A. Karaca. Azerbaycanın yakın tarihinə kısa bir bakış. səh.24.

[31] AMTN arxivi, f. 416, siyahı 1, iş 321, v.104.

[32] AMTN arxivi, siyahı 2, iş 78, v.3.

[33] "Müsavat bülteni", N1, Varşava, 1936, səh. 6.

[34] Yenə orada, səh. 7.

[35] "Müsavat bülteni", N 1, Varşava, 1936, səh. 5.

[36] Yenə orada, səh. 9.

[37] Yenə orada, səh. 5.

ночной дозор вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:41   #205
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

II Dünya Müharibəsi və
Ondan Sonrakı Dövrdə Müsavatın Fəaliyyəti

İkinci dünya müharibəsinin başlanması mühacir təşkilatlarının fəaliyyətini canlandırmışdı. Bu dövrdə alman və rus qoşunları tərəfindən Polşanın işğalı ilə əlaqədar M.Ə.Rəsulzadə başda olmaqla digər müsavatçılar Polşanı tərk edib əvvəlcə İngiltərəyə, 1940-cı ildə isə Rumıniyaya gəlmişlər. Burada onlar Ankara və Berlin komitələri vasitəsilə fəaliyyətlərini davam etdirmişlər[1]. Müsavatın Berlin komitəsinə Hilal Münşi, Ankara komi*təsinə isə Kərim Odər başçılıq edirdi[2]. Azərbaycanda bolşe*viz*mə qarşı üsyanların amansızlıqla yatırılması müsavatçıları belə qənaətə gətirmişdir ki, qəddar bolşevizm yalnız xarici qüvvələrin köməyi ilə məhv edilə bilər. Buna görə də SSRİ-yə qarşı müharibə elan etmiş hər hansı bir dövlətə, təbii olaraq, müttəfiq kimi baxılırdı. İlk vaxtlar Almaniya Sovet İttifaqı ilə ittifaq müqaviləsi bağladıqdan sonra müsavatçılar Qərb dövlətlərinə böyük ümidlə baxırdılar. Sovet İttifaqı Almaniya ilə Polşanı böləndə, Baltik ölkələrinin müstəqilliyinə təcavüz edəndə, Finlandiyanı darmadağın edəndə müsavatçılar və digər mühacir təşkilatları İngiltərə, Fran*sa, Skandinaviya və başqa Avropa ölkələri tərəfindən SSRİ-yə qarşı müharibə başlanacağını gözləyirdi. Bu dövrdə Azərbaycan mühacirləri SSRİ-yə və Almaniyaya qarşı mübarizədə Qərb döv*lətlərini müttəfiq hesab edirdilər. Lakin Qərb dövlətləri faşizm təhlükəsi qarşısında SSRİ ilə ittifaqa üstünlük verdilər. Bu müna*sibətlə Ə.Fətəlibəyli yazırdı: «Bizim xatirimizə Qərb döv*lətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi, biz də onların xatirinə atalarımızın ənənələrini tapdayıb xalqımızı kölə halına salmış Böyük Rusiya və Sovet İttifaqı uğrunda vuruşa gedə bilməzdik»[3].

Müharibənin əvvəllərində Hitler Almaniyası bolşevizmə qarşı mübarizədə rus müstəmləkəsi altında olan xalqların mühacir təşkilatlarının fəaliyyətini canlandırmağa çalışırdı.Bu məqsədlə Azərbaycan milli-azadlıq hərəkatının lideri, Müsavatın rəhbəri M.Ə.Rəsulzadə 1941-ci ildə Almaniyanın Şərq Nazirliyi tərəfindən Almaniyaya dəvət olundu. M.Ə.Rəsulzadə nazirliyin siyasi bölməsindəki Qafqaz şöbəsinə rəhbərlik edən professor fon Mende ilə görüşdü. Fon Mendenin əməkdaşlıq təklifi ilə əlaqədar M.Ə.Rəsulzadə bildirmişdi ki, yalnız Almaniya Azərbaycanın müstəqilliyini tanıyacağı təqdirdə o, birgə işləməyə razılıq verə bilər. Görüş zamanı M.Ə.Rəsulzadə Azərbaycan türklərinin yəhu*dilərlə eyniləşdirilib kütləvi şəkildə güllələnməsi faktı ilə əlaqədar narahatçılığını bildirmişdi. M.Ə.Rəsulzadənin qeydsiz-şərtsiz Azərbaycanın müstəqilliyinin tanınması şərtinə qarşı, almanlar Müsavatın X. Xasməmmədov qrupuna üstünlük verərək, onlarla dialoq qurmuş və seçilərək Berlinə gətirilən əsirlərdən ibarət yeni mühacirlərdən Müsavata qarşı alternativ olaraq istifadə etmək yolunu tutmuşdular[4].

Bəzi məlumatlara görə, Almaniyaya əsir düşən Azərbaycan türklərinin sayı 150 min, bütün türklərin və başqa Qafqazlıların sayı isə milyona çatırdı[5].

Bu dövrdə hərbi düşərgələrə səpələnmiş Azərbaycan türkləri çox acınacaqlı vəziyyətdə idilər. Hərbi düşərgələrdə dözülməz işgəncələrə məruz qalan Azərbaycan türkləri yavaş-yavaş qırılmağa başlayırdı. Belə şəraitdə Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyıb-tanımamasından asılı olmayaraq, Azərbaycan türklərinin şərəfini, ləyaqətini və həyatını qorumağa səy gös*tərmək tələb olunurdu. Bu zaman Azərbaycan türkləri ara*sında böyük nüfuza malik olan mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginski (o, 1940-cı ildə Moskvada Hərbi Akade*miyanı bitirmiş, 1941-ci ildə Almaniya tərəfinə keçmişdi) 1941-ci ilin avqustunda Azərbaycan legionlarının təşkilinə icazə verilməsi xahişi ilə Hitlerə məktub göndərir. Bu zaman «İldırım sürətli müharibə» planı hazırlayıb, müharibəni 1941-ci ilin qışına qədər başa vuracağına əmin olan Hitler milli legionların təşkilinə heç bir əhəmiyyət vermirdi. Lakin Hitlerin «İldırım sürətli müharibə» planı boşa çıxdıqdan sonra «1941-ci ilin dekabrın 22-də rəsmən türküstanlı, gürcü və Qafqaz müsəlman legionlarının təşkilinə» icazə verildi[6]. Qafqaz müsəlman legionu sonradan Azərbaycanlı və Şimali Qafqaz legionu olmaq etibarı ilə iki yerə ayrıldı.

İlk legionların qərargahı əsasən Polşada yerləşirdi. Azərbaycan legionu əvvəlcə Abbas bəy Ataməlibəyov, Fətəlibəyli-Dü*dən*ginski və Fuad Əmircandan ibarət qrup tərəfindən idarə olunurdu[7].

70 min Azərbaycan türkünü özündə birləşdirən legionda «Azərbaycan» və «Hücum» adlı qəzetlər çapdan çıxırdı. Legionların təşkilindən sonra M.Ə.Rəsulzadə və Hilal Münşi tərəfindən Berlində Milli Azərbaycan komitəsi yaradıldı. Milli Azərbaycan Komi*təsinin əsas vəzifəsi Azərbaycanın müstəqilliyini alman hökum*ətinə qəbul etdirməkdən ibarət idi. Onun proqramında deyilirdi ki, «Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə aparmaq, Qafqaz millətlərinin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq Komi*tənin əsas qayəsini təşkil edir»[8]. M.Ə.Rəsulzadə sonralar yazırdı: «Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir. Bu Komitə Milli Azərbaycan davasının əsaslarını Alman məqam*larına qəbul etdirmək üçün fəaliyyətə keçmişdir»[9]. Lakin Hitler Almaniyası əsas üs*tünlüyü Azərbaycan legionerlərinə və xüsusən milli legionlarla alman ordu qərargahı arasında yaradılan Azərbaycan Rabitə hey*ətinə verirdi. Milli Azərbaycan Komitəsi gec də olsa müstəqilliyin tanınma*sına nail oldu. Tanınma aktı 1945-ci ilin 17 martında im*zalandı. Bu, bir tərəfdən Almaniyanın müharibədə məğ*lubiyyəti ilə əlaqədar idisə, digər tərəfdən müstəqillik uğrunda milli-azadlıq mücahi*d**lərinin apardığı dönməz mübarizəsinin nəticəsi idi.

Qeyd edək ki, M.Ə.Rəsulzadə təşkil edilmiş Azərbaycan legionları ilə əlaqə saxlayır və onların fəaliyyətini istiqamətləndirirdi. 1943-cü ildə M.Ə.Rəsulzadə Azərbaycan legionları qarşı*sında çıxış edərək, onların öz istiqlaliyyəti uğrunda mübari*zə aparan xalqlara qarşı vuruşmasının əleyhinə olduğunu bildirən bəyannaməni açıqladı. Bununla əlaqədar M.Ə.Rəsulzadə Hitlerin göstərişi ilə 1943-cü ilin axırlarında Almaniyanı tərk etməyə məcbur oldu. Bir müddət Buxarestdə və Vyanada qaldıqdan sonra M.Ə.Rəsulzadə 1945-ci ildə yenidən Almaniyaya qayıdır. Müharibə qurtarandan sonra M.Ə.Rəsulzadəyə aydın oldu ki, alman əsirliyindən geri qayıdan Azərbaycan türkləri «Vətənə xəyanətdə» ittiham olunaraq kütləvi şəkildə güllələnirlər. Bu əsirlərin həyatını xilas etmək məqsədilə M.Ə.Rəsulzadə Münhendə 1945-ci ildə «Azərbaycan Demokrat Birliyi» cəmiyyətini yaratdı. Cəmiyyət ilk növbədə bu qanlı prosesin qar*şı*sını almaq üçün Amerika, İngiltərə hökumətlərinə bəyanatlarla müraciət etmişdir. «Azərbaycan Demokrat Birliyi» cəmiyyəti əsirlərin həyatının xilas edilməsində mühüm rol oynadı. Cəmiyyət əsirlərə müraciət edərək onları vətənə geri dönməkdə tələsməməyə və onların digər dövlətlərdə məskunlaşmasına kömək edəcək qısa adı «ADB» olan Azərbaycan Demokrat Birliyi ətra*fında birləşməyə çağırırdı[10]. Bu məqsəd*lə M.Ə.Rəsulzadənin rəh*bərliyi altında Türkiyə-Azərbaycan cəmiyyəti də yaradılmışdı. Bu cəmiyyət Türkiyə hökuməti ilə danışıqlar aparıb əsirlərin Türkiyəyə gətirilməsi üçün icazə ala bilmişdi.

1947-ci ildə Münhendə M.Ə.Rəsulzadə 33 səhifəlik «Azərbaycan tarixindən» kitabını Azərbaycan Demokrat Birliyinin üzvləri - Əhməd Yaşad, Məhəmməd Kəngərli, Heydər Atakın köməyi ilə nəşr etdirdi. ADB-nin üzvləri kitabı Avropadakı Azərbaycanlılara yaydılar. 1947-ci ilin axırlarında M.Ə.Rəsulzadəyə Türkiyəyə qayıtmağa icazə verildi. Türkiyədə onun əsas işi buraya gələn Azərbaycan əsirlərini yerləşdirməkdən ibarət idi. Gələnlərin sayı çoxaldıqca onların bir təşkilat ətrafında birləşməsi zərurəti meydana çıxırdı.

Bu məqsədlə M.Ə.Rəsulzadə 1949-cu ilin fevral ayının 1-də Azərbaycan Kültür Dərnəyini yaratmışdır. Dərnəyin bu adla yaradılmasının əsas səbəbi o dövrdə Türkiyə hökumətinin digər mühacirlər kimi Azərbaycan türklərinin siyasi fəaliyyətinə də icazə verməməsi olmuşdur. Bununla əlaqədar Azərbaycan Kültür dərnəyinin Nizamnaməsinin birinci maddəsində yazılmışdır: «Azərbaycan Kültür Dərnəyi adı ilə bir dərnək qurulmuşdur. Dərnək siyasətlə uğraşmaz. Mərkəzi Ankaradadır. Şöbəsi yox*dur»[11]. Nizamnaməyə görə, dərnəyin əsas məqsədi «Azərbaycanı, onun tarixini, mədəniyyətini öyrənmək, işləmək və yaymaq, kitab, qəzet və jurnal çap etmək və mədəniyyət yığıncaqları tərtib etmək, ehtiyacı olan Azərbaycan türklərinə maddi və mənəvi yardım göstərməkdən» ibarət olmuşdur[12].

Dərnəyə ən azı iki adamın zəmanəti ilə 18 yaşına çatmış hər bir türk üzv ola bilərdi. Dərnəyə girərkən 250 quruş giriş pulu verilir, ildə 1200 quruşa qədər üzvlük haqqı alınırdı. 41 maddədən ibarət olan nizamnamə dərnəyin fəaliyyətini istiqa*mətləndirirdi. Dərnəyin ilk toplantısında doktor İbrahim Bədəl M.Ə.Rəsulzadənin dərnəyin fəxri sədri seçildiyini elan etdi. Məmməd Altun*bəy, Həmid Ataman və Əziz Alpautdan ibarət qrup yaradıldı. Bu qrup dərnəyin ilk qurultayı çağırılana qədər tam səlahiyyətlə dər*nəyin işinə rəhbərlik etməli idi.

1952-ci il aprelin 1-də Azərbaycan Kültür Dərnəyinin orqanı olan «Azərbaycan» jurnalının ilk nüsxəsi çapdan çıxdı. Bu jurnalda tarix, sənət, ədəbiyyat, kültür və milli mövzularda dəyərli məqalələr, M.B.Məmmədzadənin və Ə.V.Yurdsevərin Azərbaycan milli azadlıq hərəkatına dair yazıları yayınlanmışdı.
1953-cü ildə Türkiyədəki mühacirlər arasında siyasi fəallıq nəzərə çarpırdı. Bununla əlaqədar olaraq, M.Ə.Rəsulzadə 1924-cü ildə yaratdığı Azərbaycan Milli Mərkəzini yenidən təşkil etmiş və 25 nəfərdən ibarət bir mərkəz qurmuşdu. M.Ə.Rəsulzadə mərkəzin işinə əsasən gəncləri cəlb edərək, onun siyasi fəaliyyətində bir canlanma yaratmışdı[13].

Azərbaycan Milli Mərkəzi hələ 1951-ci ilin noyabr ayının 30-da Münhendə Şərqi Avropa, Qafqaz və Türküstan mühacirlərinin toplantısında iştirak etmişdi. Konfransda Polşa, Litva, Latviya, Estoniya, Çexiya, Slovakiya, Xorvatiya, Macarıstanın nümayəndələri iştirak edirdilər. Konfrans Levitskinin başçılığı altında keçirilirdi. Müzakirələrdən sonra konfrans 7 maddədən ibarət qərar qəbul etmişdi. Qərarda deyilirdi: «Azərbaycan, Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Belorusiya, İdil-Ural, Qazaxıstan, Krım, Türküstan və Ukrayna milli təşkilatlarının təmsilçiləri olan bizlər, azad millətlərin əfkari-ümumiyyələrinə və siyasi mü*hitlərinə müraciət edir və rus-bolşevik imperializminə qarşı yap*dıqları mübarizədə millətlərimizə yardım və Atlantik bəyannaməsi prinsipləri daxilində hürr millətlər cərgəsinə qatılmalarını təmin etmələrini rica edirik»[14].

Qafqaz Respublikalarının müstəqilliyini Bərpa etmək uğrunda mübarizədə birgə işin əsaslarını hazırlamaq və müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Şimali Qafqaz Milli Mərkəzləri 1952-ci il dekabrın 11-15-də Münhendə konfrans keçirmişdi[15]. Burada Qafqaz xalqları konfransının Bəyannaməsi qəbul edilmişdi. Bəyannaməni Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə, Gürcüstan tərəfindən R.Qabaşvili, Şimali Qafqaz tərəfindən A. Maqoma imzalamışdı.Bəyannamədə göstərilirdi ki, konfrans Qafqaz xalqlarının ruslaşdırılması siyasəti yeridən Moskvanın imperialist zülmünə qarşı müqaviməti gücləndirmək və Qafqaz Respublikalarının müstəqilliyini Bərpa etmək uğrunda mübarizəni genişləndirmək məqsədilə bu xalqların Milli Mərkəzlərinin birgə fəaliyyətini təşkil etməyi zəruri hesab edir. Eyni zamanda konfrans Qafqaz Respublikalarının suverenliyinin Bərpasından sonra da onların Qafqaz Konfederasiyası prinsipləri əsasında sıx birliyini zəruri hesab edirdi. Konfrans dünya ölkələrinə müraciətlə bildirirdi ki, Sovet Rusiyasının işğalçılıq siyasəti 1939-cu ildə Polşa və Pribaltika dövlətlərinə hücumla deyil, 1919-cu ildə Ukraynanın və 1920-1921-ci illərdə Qafqaz Respublikalarının işğal edilməsi ilə başlamışdır. Konfrans Birləşmiş Millətlər Təşkilatına müraciət edərək,Qafqaz xalqlarına qarşı xüsusi amansızlıqla həyata keçirilən genosidə son qoyulması üçün təcili tədbirlər görülməsini xahiş etmişdi. Konfrans eyni zamanda Qafqaz xalqlarının milli azadlıq mübarizəsinə rəhbərlik etmək və xaricdə onu təmsil etmək üçün «Müstəqil Qafqaz Komitəsi» adlı orqanın yaradıldığını göstərirdi[16].

Konfrans 1952-ci il oktyabrın 16-da Münhendə yaradılmış Anti-bolşevik Mübarizəni Əlaqələndirmə Mərkəzi ilə (ABMƏM) əməkdaşlığa münasibətini bildirərək belə bir əməkdaşlığın mümkün olmadığını qeyd etmişdi. Çünki ABMƏM 1951-ci ilin 7 noyabrında imzalanmış Visbaden sazişi kimi yalnız Baltik dövlətlərinin işğal faktının qəbul edir və Qafqaz Respublikalarının müstəqilliyinin Bərpa edilməsi prinsiplərini rədd edirdi. Konfrans iştirakçıları həmin sazişləri imzalamış Qafqazlıları ittiham edərək göstərirdilər ki, onlar bununla Qafqaz xalqlarının milli-azadlıq mübarizəsini Rusiyanın daxili işi səviyyəsinə endirmişlər[17]. Azərbaycan Milli Mərkəzi və Müsavat Partiyası, onun lideri M.Ə.Rəsulzadə Qafqaz xalqları ilə birlikdə aparılan milli-azadlıq mübarizəsini beynəlxalq səviyyəyə qaldırmaq və böyük dövlətlərin dəstəyini almaq üçün səylərini davam etdirirdilər.

1955-ci ildə Müsavatın lideri M.Ə.Rəsulzadənin vəfatından sonra Partiyaya və Azərbaycan Milli Mərkəzinə Mirzə Bala Məmmədzadə rəhbərlik etmişdir. Bu zaman M.B.Məmməd*zadə Münhendəki Sovetlər Birliyini Tədqiq Institutunda çalışırdı. İnstitutda Elmi şuranın sədri olan M.Ə.Məmmədzadə 1957-ci il iyulun 26-da Münhendə keçirilən «Qırx illik sovet hakimiyyəti» adlı elmi konfransın təşkilatçısı olmuşdur. Konfransda aşağıdakı möv*zulara aid çıxışlar edilmişdir:
1. Bolşevizmin ideoloji təməlləri və məruz qaldığı dəyi*şikliklər; 2. Bolşevik diktatorluğunun öz inkişaf mərhələlərində aldığı siyasi və dövlət formaları; 3. Milli problem və həlli vasitələri; 4. Bolşevizmin «Sosialist cəmiyyəti» qurmaq uğrundakı mübarizəsi; 5. Sovet ədəbiyyatının və sənətinin sovet cəmiyyəti həyatını Partiya siyasəti ruhunda tərbiyə etmək üçün əsas amil olaraq istifadə edilməsi; 6. Sovetlər Birliyinin xarici siyasəti[18].

1959-cu ildə M.B.Məmmədzadənin vəfatından sonra Ankarada Müsavatın növbəti Məclisi keçirilmiş və Kərim Odər Müsavatın başqanı seçilmişdir. Bu dövrdə Azərbaycan Milli Mərkəzinə də müsavatçı Əbdülvahab Yurdsevər rəhbərlik edirdi.

Araşdırmalar göstərir ki, altmışıncı illərdə müsavatçılar daha çox həmin dövrdə fəaliyyət göstərən antisovet təşkilatlarda təmsil olunaraq, kommunizmə qarşı ideoloji mübarizəyə üstünlük verirdilər. Bu dövrdə müsavatçılar «Azərbaycan» jurnalında Azərbaycanın istiqlal tarixi ilə bağlı M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.V.Yurdsevərin, K.Odərin və digər müsavatçı liderlərin məqalələrini nəşr etdirərək, müsavat ideologiyasını təbliğ edirdilər.

1965-ci il dekabrın 11-də müsavatçıların təmsil olunduğu Azərbaycan Kültür Dərnəyinin 16-cı konfransı keçirildi. Konfransı Azərbaycan Milli Mərkəzinin başqanı, Müsavatın liderlərindən biri olan Ə.Vahab Yurdsevər açmışdır. Müsavatın başqanı Kərim Odər konfrans başqanlığına, Heydər Atak ikinci başqanlığa, Hüseyn Cahid Ağüzüm və Ənvər Roman katibliklərə seçilmişlər. Konfransda dərnəyin maliyyə vəziyyəti ilə bağlı yeni mənbələrin axtarılması, «Azərbaycan» jurnalının yeni formada çıxarılması, kommunizmlə mübarizədə daha cəsarətli hərəkət edilməsi problemlərinə aid müzakirələr aparılmışdır[19]. 70-ci illərdə ağır maddi məhrumiyyətlərə baxmayaraq, müsavatçılar «Azərbaycan» jurnalının nəşrini davam etdirərək Sovet mətbu*atında onlara qarşı aparılan böhtan kompaniyasına tutarlı cavablar verirdilər.

1981-ci ildə Kərim Odərin vəfatından sonra doktor Məhəmməd Azər Aran Azərbaycan Milli Mərkəzinin və Azərbaycan Milli Müsavat Xalq Partiyasının başqanı seçilmişdir. Partiyanın yeni rəhbərliyi aşağıdakı şəxslərdən ibarət idi: doktor Məhəmməd Kənkərli-başqan yardımçısı; Əhməd Qaraca-Baş katib; Feyzi Ağüzüm-mühasib oldular[20].

80-cı illərdə müsavatçıların fəaliyyəti daha çox kommunizm və Sovet hökuməti əleyhinə, Azərbaycandakı vəziyyətə aid yazılar çap etdirməklə, 28 may istiqlal gününü, 27 aprel Azərbaycanın işğalı gününü və digər mühüm hadisələri qeyd etməklə, elmi konfranslar keçirməklə məhdudlaşırdı.

Müsavatın mühacirətdəki fəaliyyətinin təhlili göstərir ki, müsavatçılar mühacirətdə əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərmişlər:

- Partiya liderləri mühacirət həyatının ilk günlərindən Partiyanın fəaliyyətinin Bərpasına başlamış və mütəşəkkil təşkilat yaradılmasına nail olmuşlar. Müsavatın Xarici Bürosu və onun müxtəlif ölkələrdə yaradılmış komitələri qısa müddətdə təşkilatlanma işini başa çatdıraraq, Azərbaycanla əlaqə yarada bilmiş, daxildəki Müsavat təşkilatlarını təlimatlandıraraq, onların Sovet hakimiyyətinə qarşı mübarizəsinə rəhbərlik etmişdir.

- Müsavat Rusiyanın müstəmləkəsi altında olan millət və xalqların mühacirətdəki istiqlalçı Partiya və təşkilatları ilə sıx əlaqə yaratmış və bolşevizmə qarşı mübarizədə rus məhkumu olan xalqların vahid antisovet mübarizə blokunun yaradılmasının təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. Xüsusilə, Müsavat taleləri eyni olan Qafqaz xalqlarının ümumi düşmənə qarşı birgə fəaliyyətinin zəruriliyini dərk edərək Qafqaz Konfederasiyası ideyasını irəli sürmüş və bu istiqamətdə əməli fəaliyyət göstərmişdir.
- Müsavatın liderləri SSRİ-nin müstəmləkəçilik siyasətini qəbul etməyən dövlətlərlə əlaqələr yaradaraq müstəqilliyin Bərpası uğrunda mübarizədə onların dəstəyinə arxalanmışlar. Partiya, o cümlədən müxtəlif səviyyəli konfrans və toplantılarda iştirak edərək böyük dövlətlərə və beynəlxalq təşkilatlara müraciət etmişdir. Bununla da Partiya Azərbaycan məsələsinin SSRİ-nin daxili işi səviyyəsindən beynəlxalq səviyyəyə qaldırma*ğa səy etmiş və Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi faktını dünyanın böyük dövlətlərinə və beynəlxalq təşkilatlara qəbul etdirmək uğrunda mübarizə aparmışdır. Eyni zamanda Müsavatın liderləri kommunizmə qarşı ideoloji mübarizə apararaq müsavatçılığı təbliğ edən məqalələr nəşr etdirmiş və keçirilən elmi konfranslarda kommunist ideologiyasının əsaslarını kəskin tənqid etmişlər.
- Partiya uzun müddət mübarizə əzmini saxlayaraq, müstəqillik uğrunda mübarizədə dönməzlik göstərərək xalqın milli ruhunun və mübarizə əzminin qorunub saxlanmasına müsbət təsir göstərmişdir.

* * *

[1] Müsavat Partiyasının sorğu kitabı. Bakı, 1994, səh. 27.

[2] AMTN arxivi, f.1358, siyahı 2, iş 541, v.6.

[3] Ə. Fətəlibəyli. "General L. Biçeraxova açıq məktub". -"Sabah" qəzeti,
12-30.06.1992.

[4] Müsavat Partiyasının sorğu kitabı. səh. 28.

[5] "Sabah" qəzeti, 12-3O.06.1992.

[6] Mühlen,Patrik Von zuz.Camalihac ile Kızılyıldız arasında. Ankara,1984,səh.54

[7] Mühlen,Patrik Von zuz.Camalihac ile Kızılyıldız arasında. Ankara, 1984,səh.112.

[8] "Yeni Kafkasya", N9, Münhen,1952.

[9] "Azerbaycan" jurnalı, 9 (33), Ankara, 1954. səh.11.

[10] "Müxalifət" qəzeti, 17.O4.1996.

[11] Azerbaycan Kültür Derneyinin Nizamnamesi, Ankara,1949.

[12] "Azerbaycan" jurnalı, N1, Ankara, 1952.

[13] N. Yaqublu. Məmməd Əmin Rəsulzadə. səh.244.

[14] "Kafkasya" jurnalı, N4/5, Münhen, 1951, səh. 48.

[15] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.101.

[16] Yenə orada, v.101-102.

[17] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1,siyahı19, iş 8923, v.102-103

[18] "Azerbaycan" jurnalı, ¹ 5(65), Ankara, 1957, səh. 15.

[19] "Azerbaycan" jurnalı, ¹163-166, Ankara, 1965, səh. 31.

[20] N. Yaqublu. Müsavat Partiyasının tarixi. Bakı, 1997. səh.259.

ночной дозор вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:41   #206
Местный
 
Регистрация: 09.08.2006
Сообщений: 7,423
Сказал(а) спасибо: 175
Поблагодарили 85 раз(а) в 67 сообщениях
Вес репутации: 87
Pan на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

ночной дозор, Вы меня за идиота держите или ...?
Вы способны привести данные о том, что "новый" Мусават получил "политическое наследие" от продолжавшего в каком-либо свою деятельность "старого" Мусавата? К чему эти "простыни"?
__________________
Genclerin etiraz aksiyasi

Pan вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:49   #207
Местный
 
Регистрация: 07.12.2006
Сообщений: 24,294
Сказал(а) спасибо: 74
Поблагодарили 1,661 раз(а) в 1,294 сообщениях
Вес репутации: 255
Arian на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
ночной дозор, Вы меня за идиота держите или ...?
Вы способны привести данные о том, что "новый" Мусават получил "политическое наследие" от продолжавшего в каком-либо свою деятельность "старого" Мусавата? К чему эти "простыни"?
Естественно, за идиота. Если бы он нас за людей держал, то у него был бы шанс сидеть там, где я его видеть не хотел бы...


Arian вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:56   #208
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
ночной дозор, Вы меня за идиота держите или ...?
Вы способны привести данные о том, что "новый" Мусават получил "политическое наследие" от продолжавшего в каком-либо свою деятельность "старого" Мусавата? К чему эти "простыни"?
Вы обвинили нынешнее поколение мусаватистов в том, что они не имеют моральное и юридическое право называть себя наследниками исторической партии Мусават.
А я привел доказательство, что нынешний Мусават имеет право на это. Нет "старого" и "нового" Мусавата, есть партия Мусават, котрая существует с 1911 г. по наше время.

Затем Вы выразили сомнение в том, что функционировала ли эта партия 20-е-80-е гг. прошлого века. Я ответил, что есть научные работы об этом периоде партии. То, что Вы прочли в течении довольно короткого времени вас не убедило. Поэтому я выставил некоторые части одной книги, чтобы участники форума могли сами попытаться найти ответы на эти вопросы.

Конечно историкам еще предстоит углубленное изучение истории партии Мусават. Но и нам не помешало бы прочитать то, что уже написано.

Изучать надо не только матчасть, но и нашу историю

ночной дозор вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:58   #209
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Вот видите, некоторые уже все "прочли".
А Вы говорите "простыня"....

ночной дозор вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 04:58   #210
Местный
 
Регистрация: 09.08.2006
Сообщений: 7,423
Сказал(а) спасибо: 175
Поблагодарили 85 раз(а) в 67 сообщениях
Вес репутации: 87
Pan на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от ночной дозор Посмотреть сообщение
Вы обвинили нынешнее поколение мусаватистов в том, что они не имеют моральное и юридическое право называть себя наследниками исторической партии Мусават.
А я привел доказательство, что нынешний Мусават имеет право на это.
КАК????? Будьте логичны и лаконичны, пожалуйста.
__________________
Genclerin etiraz aksiyasi

Pan вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:00   #211
Местный
 
Аватар для Scarlett
 
Регистрация: 17.09.2006
Сообщений: 21,372
Сказал(а) спасибо: 4,389
Поблагодарили 4,346 раз(а) в 3,070 сообщениях
Вес репутации: 260
Scarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человекScarlett - очень-очень хороший человек
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
ночной дозор, Вы меня за идиота держите или ...?
Вы способны привести данные о том, что "новый" Мусават получил "политическое наследие" от продолжавшего в каком-либо свою деятельность "старого" Мусавата? К чему эти "простыни"?
По времени заметно, что вы даже и не ознакомились с содержанием "простыни", а уже предъявляете обвинение. Не чувствуется что вы хотите прояснить. Скорее базарите чем доставляете огромное удовольствие Ашеру.




Scarlett вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:00   #212
Местный
 
Регистрация: 09.08.2006
Сообщений: 7,423
Сказал(а) спасибо: 175
Поблагодарили 85 раз(а) в 67 сообщениях
Вес репутации: 87
Pan на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

И отдельно: ответьте пож-ста на вопросы моего поста № 194
__________________
Genclerin etiraz aksiyasi

Pan вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:02   #213
Местный
 
Регистрация: 09.08.2006
Сообщений: 7,423
Сказал(а) спасибо: 175
Поблагодарили 85 раз(а) в 67 сообщениях
Вес репутации: 87
Pan на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Scarlett Посмотреть сообщение
По времени заметно, что вы даже и не ознакомились с содержанием "простыни", а уже предъявляете обвинение. Не чувствуется что вы хотите прояснить. Скорее базарите чем доставляете огромное удовольствие Ашеру.
ДА, не ознакомился. На момент написания моего поста я видел только первый копи-пейст, в котором были даты 1920-1930.
Я общаюсь на форуме не для того, чтобы кому-то доставлять удовольствие. За "побочные эффекты" отвественности не несу.
__________________
Genclerin etiraz aksiyasi

Pan вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:04   #214
Местный
 
Аватар для Ziyadli
 
Регистрация: 11.08.2006
Сообщений: 10,736
Сказал(а) спасибо: 1,871
Поблагодарили 1,741 раз(а) в 1,057 сообщениях
Вес репутации: 120
Ziyadli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
Простите, но это очередной пустой текст! Там говорится о каких-то отдельных действиях Расулзаде, умершего как простой человек в 1955-ом. Я же задавал вопрос о преемстенности и политическом наследии Мусавата!
В принципе Пан прав. О какой преемственности может идти речь, если после смерти Расулзаде деятельность Мусавата была очень минимальной? И Йени Мусават может настоять о формальной преемственности (насколько я знаю, был какой-то документ, где члены партии Мусават передали свое наследие новой партие).

Сама деятельностъ старого Мусавата в АДР изучена очень плохо. Впрочем, как остальная наша история.

Само слово Мусават из арабского означает Равенство (корень сави-ййэ). По идеологии они были социал-демократами.

Тут самое смешное. В Азербайджане есть еще одна социал-демократическая партия. Но только с русскоязыЦно-городским направлением. (Тут все дружно вспоминаем наследие Вели Ахундова...)))

Самую интересную мысль в этой теме сказал Эркин: "Причина в том, что в Азербайджане нет политического общества. Общества, объединенного не по региональному и/или родовому признаку, а по политическим и правовым принципам."

И с ним я полностью согласен.

Я всегда спрашивал себя, чем отличаются политически наши партии друг от друга и не находил особенных политически-идеологических разниц. Но Эркин (как всегда гениально) сформулировал все в одном предложении.

У нас общество не политическое. Из нас ее (политику) десятилетиями выбивали. Первая наша политическая партия называется Дифаи (Защита) и их деятельность это защита наших от произвола империи. Из нее выросли разные партии как Мусават (равенство- соцдемы), Ухувват (братство- исламисты), Уммат (община- коммунисты).

Чтобы общество организовалась политически оно должно себя чувствовать хозяином на собственной земле и ответственным за судьбу своей страны... я так думаю.
__________________
I am back!


Ziyadli вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:16   #215
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
ДА, не ознакомился. На момент написания моего поста я видел только первый копи-пейст, в котором были даты 1920-1930.
Я общаюсь на форуме не для того, чтобы кому-то доставлять удовольствие. За "побочные эффекты" отвественности не несу.
но слово "простыни" Вы написали во множественном числе.

ночной дозор вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:17   #216
Местный
 
Регистрация: 09.08.2006
Сообщений: 7,423
Сказал(а) спасибо: 175
Поблагодарили 85 раз(а) в 67 сообщениях
Вес репутации: 87
Pan на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от ночной дозор Посмотреть сообщение
но слово "простыни" Вы написали во множественном числе.
Это была не первая...
__________________
Genclerin etiraz aksiyasi

Pan вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:18   #217
Местный
 
Регистрация: 07.12.2006
Сообщений: 24,294
Сказал(а) спасибо: 74
Поблагодарили 1,661 раз(а) в 1,294 сообщениях
Вес репутации: 255
Arian на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Ziyadli Посмотреть сообщение
В Азербайджане есть еще одна социал-демократическая партия. Но только с русскоязыЦно-городским направлением. (Тут все дружно вспоминаем наследие Вели Ахундова...)))

Тут ты прав на все 100. Но, боюсь, в тебе говорит нормальная обида за то, чтоникогда ни один гянджинец... Дальше продолжить?

Цитата:

Самую интересную мысль в этой теме сказал Эркин: "Причина в том, что в Азербайджане нет политического общества. Общества, объединенного не по региональному и/или родовому признаку, а по политическим и правовым принципам."
Эркин, кстати, корнями откуда? Скажи мне это, и я предскажу его политическую судьбу...

Цитата:


И с ним я полностью согласен.

Я всегда спрашивал себя, чем отличаются политически наши партии друг от друга и не находил особенных политически-идеологических разниц. Но Эркин (как всегда гениально) сформулировал все в одном предложении.

У нас общество не политическое. Из нас ее (политику) десятилетиями выбивали. Первая наша политическая партия называется Дифаи (Защита) и их деятельность это защита наших от произвола империи. Из нее выросли разные партии как Мусават (равенство- соцдемы), Ухувват (братство- исламисты), Уммат (община- коммунисты).

Чтобы общество организовалась политически оно должно себя чувствовать хозяином на собственной земле и ответственным за судьбу своей страны... я так думаю.
Общество, которое в Азербайджане чувствует себя хозяином на своей земле - это крестьянская община. Да и то не везде...


Arian вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:27   #218
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Приношу извинения всем за длинные копи-пейсты и обещаю, что это в последний раз.

Судя повсему мои оппоненты не читают все это ("меня терзают смутные подозрения", читают ли они вообще на азербайджанском языке), но я благодарен им за то, что они актуализировали эту тему. Изучение истории Мусават нам всем не помешает.

Pan, здесь есть ответы на все Ваши вопросы.


3. Müsavatın Azərbaycanda
Fəaliyyətinin Bərpası

1988-ci İldən Sonra Milli-Demokratik Hərəkat Və Müsavatın Bərpası Üçün Siyasi Şəraitin Yaranması
80-ci illərin axırlarında Azərbaycanda başlayan milli-demokratik hərəkat Sovet İttifaqında gedən proseslərin tərkib his*səsi kimi inkişaf edirdi. Belə ki, 80-ci illərdə bütün sosialist ölkələrində olduğu kimi, Sovet İttifaqında da, nə qədər pərdələnmə cəhdləri olsa da, dərin böhran halları müşahidə olunurdu. Ölkə iqtisadiyyatında mövcud olan durğunluq əlamətləri, təbii olaraq, ictimai həyatın digər sahələrində də öz əksini tapırdı.

Bu zaman Sovet cəmiyyətində yaranmış mürəkkəb vəziyyəti geniş və açıq şəkildə analiz etməyə başlayan kommunist rəhbərliyi belə nəticəyə gəldi ki, ölkənin iqtisadi və ictimai həyatında dərin durğunluq əlamətləri mövcuddur. Təhlillər əsasında aydın oldu ki, ölkədə milli gəlirin artım tempi sonuncu üç beşilliklərə görə iki dəfə azalmışdır. Eyni zamanda təkpartiyalılıq prinsipi üzrə formalaşan cəmiyyətin avanqard və hege*mon qüvvəsi hesab olunan Sovet İttifaqı Kommunist Partiyası (Sov. İKP) rəhbərliyində və dövlət aparatında iş qabiliyyətinin, tələb*karlığın, intizam və məsuliyyətin zəifləməsi getdikcə daha açıq şəkildə özünü göstərirdi[1]. Digər tərəfdən, totalitar siya*si rejimin, iq*tisadi sahədə zorakılığa əsaslanan ictimai münasibətlərin hakim olması, hər cür fikir azadlığının, fərdiyyətçiliyin təqib edilməsi cəmiyyətin tənəzzülünü doğuran amillər kimi çıxış edirdi.

Eyni zamanda Sovet İttifaqının iflası bir sıra xarici səbəblərlə də əlaqədar idi. Belə ki, kapitalist və sosialist sistemləri ara*sında hərbi paritet yaratmağa nail olan SSRİ-yə qarşı dünyanın demokratik dövlətləri qüvvələrini birləşdirirdi. Ümumdünya anti*kommunist liqasının fəaliyyəti genişlənmişdi. Beynəlxalq müsəlman dini mərkəzlərinin nümayəndələri də bu liqaya qoşulmuşdu. Ümumdünya islam liqası 1976-cı ildə kommunizmə qarşı müharibə elan etmişdi[2]. Xüsusilə, 70-ci illərin ortalarında SSRİ-nin Şərqi Avropada orta radiuslu raketlər yerləşdirməsi və 1979-cu ildə Əfqanıstana hücumu ilə əlaqədar olaraq, dünyanın demokratik qüvvələri sovet təhlükəsinə qarşı hərbi proqramlar işləyib hazırladılar. Lakin SSRİ-nin artıq bu tədbirlərə, xüsusən külli miqdarda vəsait tələb edən yeni hərbi proqramlara cavab verməyə imkanı yox idi[3].

Digər tərəfdən, əlindən qüdrətli hərbi potensialı, o cümlədən raket, nüvə, bioloji, kimyəvi və s. silah növləri olan böyük bir imperiyanın qiyam nəticəsində (kortəbii yolla) idarəolunma qabiliyyətini itirməsi inkişaf etmiş dövlətlər üçün təhlükə yarada bilərdi. Ona görə də ABŞ və Qərb dövlətləri Sovet İttifaqının kortəbii yolla dağıdılmasında maraqlı deyildilər. Bu sahədə ölkə rəhbərliyinin bir qrupunun maraqları Qərb dövlətlərinin maraqları ilə üst-üstə düşürdü. Ölkənin dərin siyasi və sosial-iqtisadi böhran ərəfəsində olduğunu dərk edən bu qrup cəmiyyətin yenidən qurulması üçün yeni strateji kursun əsasını qoydu. 1985-ci ilin aprelində bu qrup tərəfindən hakimiyyətə gətirilən Mixail Qorbaçov dərhal yenidənqurma siyasətini, xəttini elan etdi. Sov.İKP MK-nın 1985-ci ilin aprelində keçirilən plenumunda yeni strateji kursun - yenidənqurma konsepsiyasının əsası qoyuldu.

Beləliklə, cəmiyyətin mənəvi atmosferinin normal əlaməti olan aşkarlığın, tənqid və özünü tənqidin inkişafı, aşağıdan tənqidə şərait yaradılması üçün ciddi tədbirlər görülməyə və islahatlar aparılmağa başlandı. Artıq ölkə rəhbərliyi başa düşdü ki, yenidənqurma zərurətdir və onun gecikdirilməsi yaxın zamanlarda ciddi sosial, iqtisadi və siyasi böhranın güclənməsi ilə əlaqədar daxili vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər[4].

ABŞ və Qərb dövlətləri üçün yenidənqurmanın mahiyyəti nəhəng Sovet imperiyasını dünya marağına və tələbinə uyğun şəkildə dəyişdirməkdən ibarət idi. Dünyanın inkişaf etmiş döv*lətlərinin marağı və tələbini isə demokratik cəmiyyətlərin yara*dılma*sı təşkil edirdi. Qərb demokratiyası birinci növbədə Sovet imperiyasının təsir dairəsində olan Şərqi Avropa dövlətlərinin azad olması və bunun dinc yolla həyata keçirilməsi üçün bütün poten*sialını işə saldı. Nəticədə Şərqi Almaniya, Polşa, Çexoslo*vakiya, Ma***carıstan, Rumıniya, Bolqarıstan Respublikaları Sovet təsir da*irəsindən azad olub demokratik cəmiyyət qurmaq imkanı əldə etdilər. Müttəfiq Respublikalardakı dissidentlər müxtəlif təşkilatlar yaratmağa başladılar. Bu proses xüsusilə, Baltik ölkələrində daha sürətli xarakter aldı. Qərbin dəstəyinə arxalanan Baltik döv*lətləri dinc yolla imperiya tərkibindən çıxaraq müstəqillik əldə etdilər.
Sovet cəmiyyətinin tənəzzülünü doğuran amillərə son qoymaq üçün irəli sürülmüş Yenidənqurma siyasəti müəyyən mərhələdə yuxarılarla aşağılar arasında ziddiyyətlərin baş verməsinə gətirib çıxardı. Ziddiyyət yuxarıların bu yeni siyasətə uyğunlaşa bilməməsindən, aşağıların isə artıq köhnəliyi qəbul etmək istəməməsindən irəli gəlirdi. Yenidənqurma ilə müəyyən olunan yeni şəraitdə kommunist rəhbərlər dövlət idarəçiliyini köhnə metod*larla aparmaqda davam edirdilər. Bu isə konkret problemlərin həllindən çox onun daha da dərinləşməsinə səbəb olurdu.

Azərbaycanda konkret Dağlıq Qarabağ münaqişəsini buna misal göstərmək olar. Post-sovet məkanında olan digər Respublikalarla müqayisədə Azərbaycanda bir sıra faktorlarla əlaqədar vəziyyət daha mürəkkəb xarakter almışdı. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) erməni əhalisinin separatizmi vəziyyəti daha da mürəkkəbləşdirdi. Vilayətdə yaşayan ermənilər DQMV-nin Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi tələbləri ilə çıxış edirdilər. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanması üçün katalizator rolunu oynadı. Dağlıq Qarabağla bağlı hadisələr artıq xalqın sosial-iqtisadi problemlərini kölgədə qoyurdu. Mərkəzi Moskva hökumətinin ermənipərəst mövqe tutması və yerli Azərbaycan rəhbərliyinin bu problemin həllində bacarıqsızlıq göstərməsi ölkədə kütləvi mitinqlərin keçirilməsini şərtləndirirdi. 1988-ci ilin əvvəllərindən ilk kütləvi etiraz tədbirləri başlamışdı. Hərəkat həmin ilin so*nunadək, demək olar ki, kortəbii xarakter daşıyırdı[5].

Bu dövrdə artıq imperiya rəhbərliyi inqilabdan yayınmaq və imperiyanın kortəbii şəkildə dağılmasının qarşısını almaq üçün demokratik islahatlar həyata keçirməyə başlamışdı. Bu proses Rusiyadan fərqli olaraq, digər milli Respublikalarda daha ağrılı şəkildə gedirdi. Belə ki, SSRİ-də hakim xalq hesab olunan ruslar partokratiyaya, yəni kommunist diktaturasına qarşı mübarizə apararaq zümrə hakimiyyətini ləğv etmək və milli hakimiyyəti bərqərar etmək uğrunda çıxış edirdilər. Sovet imperiyasında yaşayan qeyri-rus millətlər isə milli-azadlıq mübarizəsi yolunu tu*taraq Sovet İttifaqından ayrılmaq və milli dövlətçiliyi Bərpa etmək uğrunda mübarizə aparırdılar. İlk vaxtlar Sov. İKP MK-nın irəli sürdüyü yeni siyasi xəttin, demokratiya və aşkarlıq prin*sipinin bəhrəsi olaraq, digər milli Respublikalarda olduğu kimi, Azərbaycanda da bir sıra birlik və cəmiyyətlər meydana çıxmağa başladı.

80-ci illərin axırlarında əsasən Azərbaycan ziyalıları tərəfindən yaradılan bu birlik və cəmiyyətlər sovet cəmiyyətindəki bütün mənfi halları tezliklə aradan qaldırmaq, aşkarlıq və demokratiyanın canlanması, sosial ədalətin bərqərar olması naminə Partiya və dövlət tərəfindən həyata keçirilməyə başlayan yenidən*qurmaya kömək etməyi əsas məqsədləri hesab edirdilər. Belə birliklərdən biri «Çənlibel» elmi-ədəbi birliyi 1987-ci ilin aprel ayında Bakıda təşkil olunaraq Azərbaycan türklərinin ilk leqal təşkilatı kimi fəaliyyətə başlamışdı. «Çənlibel» xalq sənəti və folklor həvəskarları birliyi 7 nəfərdən ibarət İdarə heyəti tərəfindən idarə olunurdu. İdarə heyətinə Vurğun Əyyubov, Fuad Ağayev, Bəxtiyar Tuncay, Tofiq Rəsulov, Həsən Merac, Ağası Məmmədov, Ənvər Börüsoy daxil idilər. Sonradan Bəxtiyar Tuncay və Fuad Ağayev İdarə heyətindən çıxarılmış, Tağı Xalis*bəyli, Nemət Pənahov, Məhəmməd Hatəmi İdarə heyətinə daxil edilmişdilər. Maraqlı məşğələlər keçirməyə nail olan «Çənlibel» birliyi özünə getdikcə daha çox dinləyici cəlb edə bilmişdi. Birinci məşğələdə dinləyicilərin sayı 120-150 nəfər idisə, sonuncu məşğələdə bu rəqəm 300-350 nəfərə çatmışdı. Özünün mədəni-maarif tədbirləri ilə birlik xalqın maariflənməsinə xidmət etmişdi. Birliyin sədri Vurğun Əyyubov olmuşdur.

1988-ci ildə «Çənlibel» birliyindən ayrılan bir qrup tərəfindən Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi - «Varlıq»ın əsası qoyulmuşdu. Bu qrupa Vurğun Əyyubov, Əbülfəz Əliyev, İsa Qəmbərov, Arif Abdullayev, İsmayıl Təriqpeyman, Fəzail Ağa*malıyev və digərləri daxıl idilər. «Varlıq» 1988-ci ilin noyabrında Azadlıq meydanında keçirilən kütləvi mitinqlər dağıdıldıqdan sonra gizli şəraitdə yaradılmışdı. Bu təşkilat həmin dövrdə Bakıda elan edilmiş fövqəladə vəziyyət şəraitində fəaliyyət göstərirdi. İlk vaxtlar onun 20-25 nəfər üzvü var idi. Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi-»Varlıq»ın yarandığını bildirən Bəyannamədə deyilirdi: «Son aylarda baş verən Qarabağ fitnəkarlığı və onunla bağlı hadisələr, Respublika Partiya və dövlət rəhbərlərinin həmin hadisələrə laqeyd münasibəti xalqımızın kəskin hiddətinə və kütləvi nümayişlərə, mitinqlərə səbəb olmuşdur. Yenidənqurmanı həyata keçirmək üçün Azərbaycan demokratik aşkarlıq mərkəzi (Varlıq) yaratmaq xalqımıza su və hava qədər vacibdir»[6].

Proqram sənədlərinə görə, «Varlıq» qarşısında duran vəzifələri 3 istiqamətdə həyata keçirməyi nəzərdə tuturdu. Birincisi, Respublikanın mədəni-maarif işlərində yenidənqurmanı həyata keçirmək üçün aşkarlıq və demokratikləşdirməni ümumxalq hərəkatı*na çevirmək; ikincisi, Respublikanın siyasi-ictimai məsələlərinin həllində geniş xalq kütləsinin yaxından iştirakını təmin etmək; üçün*cüsü, Respublikanın sosial-iqtisadi məsələlərində yeni*dən*qurmanı həyata keçirmək üçün aşkarlıq və demokratiyanı canlandırmaq[7].

Proqramda yenidənqurmaya mane olan məsələlərin aşkara çıxarılması və həmin məsələlərə qarşı görüləcək işlərin müəyyənləşdirilməsi, Azərbaycan dilinin və digər etnik qrupların dil, mədəniyyət sahələrində inkişafını təmin etmək üçün təkliflərin ha*zırlanması, SSRİ-də hüquqi dövlətin yaradılmasına yardım edilməsi, Partiyanın kadr siyasətini həyata keçirməyə kömək etmək üçün bürokratların aşkara çıxarılması və s. prinsiplər öz əksini ta*pırdı. Proqrama görə, Mərkəz Partiya, hökumət orqanları, icti*mai və yaradıcı təşkilatlarla sıx əlaqəni təmin edərək müəyyən sahələr üzrə birgə iş planının hazırlanmasını nəzərdə tuturdu.

Əsasnaməyə görə, «Varlıq» ölkədə gedən aşkarlıq, demokratikləşmə və yenidənqurma gedişinin Azərbaycan SSR-də həyata keçirilməsini sürətləndirmə tərəfdarlarını birləşdirən təşkilatdır. Təşkilat Respublikanın milli suverenliyinin təmin olunması uğrunda mübarizə aparır, müxtəlif ictimai-siyasi təşkilatlarla bərabər hüquqda bütün Sovetlərin seçkisində iştirak edir, deputatlığa namizədlər irəli sürür, yığıncaqlar - diskussiyalar, müzakirələr, görüşlər, nümayişlər, mitinqlər təşkil edir, milli bayramları, tarixi hadisələri qeyd edir[8].

Bu zaman «Varlıq»la bərabər, Azərbaycanda digər qeyri-formal qrup və təşkilatlar da fəaliyyət göstərirdi. 1988-ci ilin yayından etibarən, yaradılan bu qrup və təşkilatlar ayrı-ayrılıqda fəaliyyət göstərir və onlar arasında əlaqələr çox zəif idi. Qarabağ problemi ilə bağlı olaraq xalq kütlələrinin əksər hissəsi fəallaşmış və siyasi mübarizəyə atılmışdı. Respublika rəhbərliyinin Qarabağ prob*le*mini həll etməkdə göstərdiyi acizlik ölkədə mövcud olan qeyri-formal qrup və təşkilatların fəaliyyətini əlaqələndirməyi tələb edirdi. Belə şəraitdə Azərbaycanın ərazi bütövlüyünü və real su*verenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat yaratmaq ideyası tədricən yaranır və formalaşırdı.

1988-ci ilin yayında «Bakı alimlər klubu»nda fəaliyyət göstərən ziyalılar tərəfindən SSRİ tərkibində suverenliyə nail olmaq şüarını irəli sürən Pribaltika xalq cəbhələri tipli Azərbaycan Xalq Cəbhəsi (AXC) yaratmaq üçün Təşəbbüs qrupu yaradılmışdı. Təşəbbüs qrupu bir neçə ay ərzində AXC-nin Proqram və Nizamnaməsini hazırladı və Azərbaycan xalqının tarixinə dair seminarlar, o cümlədən Azərbaycanın digər qeyri-formal təşkilatlarının konfransını təşkil etdi. Keçirilən çoxsaylı müzakirələrin nəticəsi olaraq 1989-cu il fevralın axırı, martın əvvəllərində AXC təşəbbüs qrupu və «Varlıq» qrupu arasında siyasi saziş imzalandı və AXC müvəqqəti təşəbbüs mərkəzi (AXC MTM) yaradıldı. Sazişə əsasən AXC MTM-nin işçi orqanı - Koordinasiya şurası yaradıldı və onun tərkibi hər qrupdan 5 nəfər olmaqla 10 nəfərdən ibarət olaraq təsdiq edildi[9].

Bu dövrdə AXC-nin qısa müddətdə geniş xalq kütlələrinin dəstəyinə malik olması Azərbaycan rəhbərliyinin narahatlığına səbəb olurdu. Bu səbəbdən də AXC-nin yaradılması prosesi və onun rəsmi qeydiyyata alınması məsələsi güclü müqavimətlə qarşılaşırdı. Xüsusilə, Sov.İKP MK-nın 1989-cu il aprel Plenumundan sonra Azərbaycanın rəsmi dairələri AXC ideyasını xalq kütlələrinin gözündən salmaq üçün geniş təbliğat kampaniyasına başladılar. Lakin AXC-yə qarşı yönəldilmiş bu kampaniya rəsmi dairələrin gözlədiklərinin əksinə olaraq, cəmiyyətdə AXC-nin nüfuzunun daha da artmasına səbəb olurdu. Xalqın dəstəyinə arxalanan AXC MTM SSRİ-nin digər Respublikalarının müxtəlif qeyri-formal təşkilatlarının nümayəndələri və xarici müxbirlərin iştirakı ilə Bakıda regionda millətlərarası münasibətlərə həsr olunmuş konfrans keçirməyə nail olmuşdu. Eyni zamanda AXC MTM rus və Azərbaycan dillərində qeyri-leqal «AXC bülleteni» nəşr edir və Dağlıq Qarabağla əlaqədar əsl həqiqəti dünya icti*ma*iyyətinə çatdıran əsas mənbə rolunu oynayırdı.

1989-cu ilin yanvarında Moskva hökumətinin A.Volskinin rəh*bərliyi altında DQMV-də Xüsusi İdarə Komitəsinin (XİK) yara*dılması ilə Azərbaycanın kommunist rəhbərliyi faktiki olaraq DQMV-nin idarəçiliyindən uzaqlaşdırılmış oldu.

A.Volskinin ermənipərəst mövqe tutması muxtar vilayətə axışan erməni yaraqlılarına Azərbaycanlıları DQMV-dən çıxarmaq üçün imkan vermiş oldu. Nəticədə DQMV-nin Azərbaycanlı əhali*si kütləvi şəkildə öz evlərindən qovulmağa başladılar. Azərbaycanın rəsmi dairələrinin bu prosesin qarşısını almaqda göstərdiyi acizlik və bacarıqsızlıq geniş xalq kütlələrini məyus edir və onları DQMV-də Azərbaycanın suverenliyini təmin edə biləcək alternativ qüvvənin tapılması zəruriliyi fikrinə gətirirdi. Bu dövrdə xalq kütlələrinin rəğbətini qazanmağa nail olmuş AXC MTM belə bir qüvvə rolunu oynayırdı.

1989-cu il iyulun 16-da Bakıda yarımleqal şəraitdə AXC-nin təsis konfransı keçirildi. Konfrans Azərbaycan Elmlər Akade*miyası Əlyazmalar İnstitutunun əməkdaşı, tarixçi Əbülfəz Əliyevi AXC sədri seçdi. Konfransda eyni zamanda 15 nəfərdən ibarət İdarə Heyəti seçildi. İdarə heyətinə Sabit Bağırov, İsa Qəmbərov, Rəhim Qazıyev, Tofiq Qasımov, Sülhəddin Əkbərov, Zərdüşt Əlizadə, Leyla Yunusova, Etibar Məmmədov, Nəcəf Nəcə*fov, Nemət Pənahov, Yusif Səmədoğlu, Hikmət Hacızadə, Əlikram Hümbətov, Pənah Hüseynov, Canbaxış Umudov daxil idilər. Konfrans AXC-nin Proqram və Nizamnaməsini qəbul etdi[10].

Proqram sənədlərinə görə, AXC Respublika həyatının bütün sahələrinin köklü şəkildə yenidən qurulması və demokratikləşdirilməsi uğrunda fəaliyyət göstərən ictimai təşkilatdır. Proqramın siyasi hissəsində SSRİ tərkibində Azərbaycan SSR-in siyasi, iqtisadi və mədəni suverenliyinə nail olmaq AXC-nin əsas məqsədi elan olunurdu. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradılması, tam hüquqi dövlətin təşəkkülü AXC-nin son məqsədi kimi göstərilirdi. Təsis konfransının qəbul etdiyi xüsusi qətnamədə AXC-nin mövqeyi açıqlanaraq göstərilirdi ki, «AXC SSRİ tərkibində qalmaqla Respublikanın suverenliyinə nail olmaq prespektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. Yenidənqurma baş tut*mayacağı halda AXC Azərbaycanın tam dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaqdır[11]«.

İqtisadi sahədə AXC Azərbaycan SSR-in ərazisində yerləşmiş bü*tün müəssisə, təşkilat və idarələri Respublika Ali Sovetinin ta*beliyinə keçirilməsi, Azərbaycanın torpaq, meşə, sular, mineral xammal və digər təbii sərvətlər üzərində tam iqtisadi suverenliyinin Bərpa edilməsi tezislərini əsas götürürdü. Eyni zamanda proq**ramda iqtisadi plüralizm, mülkiyyətin müxtəlif formaları mü*da*fiə edilir, xüsusi mülkiyyət məsələsi isə açıq şəkildə qeyd edilmirdi[12].

1989-cu ilin 29 iyul, 5 və 12 avqustunda Bakının baş mey*danında keçirilən kütləvi mitinqlər AXC-nin artıq geniş xalq kütlələri tərəfindən dəstəkləndiyini və Respublikanın problemlərini həll etməkdə acizlik göstərən rəsmi rəhbərliyə alternativ qüvvə kimi qəbul olunduğunu göstərirdi.

1989-cu il 15 sentyabrda Azərbaycan SSR Ali Sovetinin sessiyasında AXC liderlərinin təzyiqi ilə SSRİ Ali Soveti qarşısında DQMV-də Xüsusi İdarə Komitəsinin ləğv olunması məsələsinin qaldırılması, o cümlədən Azərbaycan SSR-in suve*renliyi, iqtisadi müstəqilliyi və vətəndaşlıq haqqında qanun layi*hələrinin ümumxalq müzakirəsinə vermək haqqında qərar qəbul edildi. Eyni zamanda 1989-cu ilin 5 oktyabrında AXC Azərbaycan SSR Nazirlər Soveti tərəfindən rəsmən qeydə alındı[13]. Bu dövrdə AXC artıq rəsmi hakimiyyət orqanlarından fərqli olaraq, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənirdi və Azərbaycanda ən kütləvi təşkilat kimi proseslərə təsir etmək qabiliyyətinə malik idi. AXC-nin çap etdirdiyi 200 min tirajlıq «Azadlıq» və 20 min tirajlıq «Svoboda» qəzetləri ictimai rəyin AXC-nin xeyrinə formalaşması və geniş xalq kütlələri tərəfindən müstəqillik ideyalarının mənimsənilməsi üçün mühüm rol oynayırdı. Bu dövrdə AXC-nin getdikcə artan nüfuzu Azərbaycanda öz dayaqlarından məhrum olmaq istəməyən Moskva hökumətini narahat etməyə bilməzdi. AXC-nin möhkəmlənməsinin qarşısını almaq üçün, mövcud strukturlarını məhv etmək və yerli kommunist rejimini qoruyub saxlamaq üçün SSRİ-nin tarixinə qara hərflərlə yazılmış 20 yanvar faciəsi törədildi. SSRİ Ali Soveti Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında M.S.Qor*baçov tərəfindən imzalanmış fərman qəbul etdi və 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeridilərək dinc piketlər təşkil etmiş əhali vəhşicəsinə qırdırıldı[14]. Demokratik hərəkatın 200-dən çox fəalı həbs olundu, AXC gizli fəaliyyətə keçməyə məcbur oldu.

Əksəriyyəti AXC üzvlərindən ibarət olan «Demokratik Azərbaycan» deputat blokunun təzyiqi altında Ali Sovet 1991-ci il oktyabrın 18-də «Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı»nı qəbul etdi. Eyni zamanda Ali Sovet İqtisadi ittifaq müqaviləsini rədd etdi. AXC və digər müxalifət qüvvələri Ali Sovetin buraxılmasına nail olmasalar da, «komblok və demblok üzvlərindən paritet əsasla yaradılmış 50 nəfərdən ibarət tərkibdə Milli Şuranın təşkilinə nail oldular»[15]. Bununla da de*mokratik qüvvələr Respublikanın ali qanunverici orqanına nəzarət etmək imkanı qazanmış oldular.

Azərbaycanda 80-ci illərin axırlarında başlanan demokratik hərəkat tarixinin təhlilindən aydın olur ki, bu dövrdə kommunist rejiminə qarşı dayanan Azərbaycan xalqının şanlı mübarizəsinə AXC rəhbərlik etmiş və əsas avanqard qüvvə kimi çıxış etmişdir.
Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar, daha geniş xalq kütlələrinin siyasətə cəlb olunduğu bir dövrdə AXC kortəbii şəkildə başlanmış xalq hərəkatına mütəşəkkillik vermişdir. AXC xalq hərəkatına rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xal*qın mübarizəsini düzgün istiqamətləndirməyə çalışmış və əksər hallarda buna nail olmuşdur. Bununla da əsrin əvvəllərində Müsavatın Azərbaycan xalqının tarixində oynadığı şərəfli rol əsrin sonlarında AXC-yə qismət olmuşdur. Təsadüfi deyil ki, AXC öz fəaliyyəti dövründə əsrin əvvəllərində fəaliyyət göstərən Müsavatın ideyalarını həyata keçirmək uğ*runda mübarizə apardığını dəfələrlə bəyan etmişdir. Məhz AXC-nin yaranmasında da 1918-1920-ci illərin təcrübəsi və ənənələri, o dövrdə formalaşmış milli dövlətçilik ideyaları və bu ideyaların daşıyıcısı olmuş Müsavatın fəaliyyət tarixi ilə bağlı amillər mühüm rol oynamışdır.

Araşdırmalar göstərir ki, milli-demokratik hərəkatın başlanması ilə milli ideologiyanın dirçəldilməsi zərurəti meydana çıxdı. Bu dövr cəmiyyətin iflasa uğrayan kommunist ideologiyasına alter*nativ ideologiya axtarışında olması ilə xarakterizə olunur. Cəmiyyətin müstəqillik və demokratiya tələbləri müsavatçılığın əsas prinsiplərini təşkil edirdi. Buna görə də milli-demokratik hərəkat labüdən müsavatçılığı mənimsəmək zərurəti ilə üzləşmişdi. Beləliklə, Respublikada gedən proseslər uzun illər milli ideologiyanın daşıyıcısı olmuş Müsavatın Bərpasını labüd edirdi.
Azərbaycan Milli-Demokrat Partiyası «Yeni Müsavat»ın
Yaranması Bərpa Prosesinin İlkin Mərhələsi Kimi
Keçmiş SSRİ-də cəmiyyətin demokratikləşdirilməsi prosesi, daha sonra milli-demokratik hərəkat başlayan zaman Müsavat ideyası Azərbaycanda yenidən aktuallaşdı. Uzun illər «əks-inqilabçı, «xalq düşməni» kimi qələmə verilən Müsavat Partiyasına yeni baxış formalaşmağa başladı. Bununla əlaqədar olaraq, milli-demokratik hərəkatın ilk dövrlərində Müsavatın dirçəldilməsi cəhdləri edildi. 1989-cu ildə yaradılmış «Birlik» cəmiyyəti bu ideyanı reallaşdırmağa çalışırdı. Cəmiyyət «Birlik» adlı orqanı vasitəsilə müsavatçılığın geniş təbliği üçün mühüm işlər gördü. Nəticədə 1989-cu il oktyabrın 24-də milli-azadlıq hərəkatının bir qrup iştirakçısı (Mənsur Əlisoy, Niyazi İbrahimli, Əh*məd Rza, Bəxtiyar Tuncay, Əziz Qaraca və s.) tərəfindən Azərbaycan Milli-Demokrat Partiyası «Yeni Müsavat»ın (AMDP «Yeni Müsavat») yaradıldığı bəyan edildi. Bu Partiyanı yara*danların əsas məqsədi müsavatçılıq ideologiyasını dirçəltmək və Azərbaycanda əski Müsavat Partiyasını Bərpa etmək olmuşdur. Partiyanın yaradıldığını bildirən Bəyannamədə deyilirdi: Müsavatın varisi və zamanın tələbi olan Azərbaycan Milli-Demokrat Partiyası «Yeni Müsavat» siyasi təşkilat olmaq etibarı ilə vahid və müstəqil Azərbaycan uğrunda mübarizə aparan Partiyadır, «Sözdə, fikirdə, işdə birlik» prinsipi əsasında fəaliyyət göstərir, siyasi platforma kimi «türkçülük, islamçılıq, müasirlik» prinsipini qəbul edir».

1990-cı il iyunun 29-30-da AMDP «Yeni Müsavat»ın Gəncə şəhərində təsis konfransı keçirildi. Konfransda 21 kənd və şəhər rayonları təmsil olunmuş, həlledici səslə 26, məşvərətçi səslə 28 nümayəndə, 13 nəfər isə müşahidəçi kimi iştirak etmişdi[16]. Konfransda AMDP «Yeni Müsavat»ın təsis olunduğu elan edilmiş, Partiyanın Məramnamə və Nizamnaməsi qəbul edilmişdir. Proqrama görə, AMDP «Yeni Müsavat» Rusiya imperiyası ilə İran dövləti arasında bağlanmış və Azərbaycanı iki hissəyə bölmüş 1813 və 1828-ci illər müqavilələrini rədd edir. Hər iki Azərbaycan arasında iqtisadi-siyasi, mədəni və mənəvi əlaqələrin Bərpasını qarşıya məqsəd qoyur, sərhəd rejiminin götürülməsini, sərbəst gediş-gəlişin təmin edilməsini tələb edir[17]. Proqramın siyasi his*səsində 1920-ci il 28 aprel işğalına siyasi və hüquqi qiymət verilməsi, Azərbaycan ərazisində xarici bazaların olmaması, Azərbaycan Demokratik Cümhuriyyətinin Bərpa olunması, qanunvericilik, icraedici hakimiyyətlərinin ayrılması, konstitusiya məhkəməsinin vacibliyi müddəaları öz əksini tapır.

Proqrama görə, Partiya cəmiyyəti düşmən qütblərə bölən antoqonist sinfi mübarizə nəzəriyyələrinə qarşı çıxır, zümrə hakimiyyətini rədd edir, fərdi azadlıq, xüsusi təşəbbüskarlığı və mülkiyyətin toxunulmazlığını qəbul edir. Partiya milli birlik və həm*rəyliyə əsaslanan, cəmiyyətdə gedən dəyişiklikləri özündə əks etdirən milli dövlətçilik konsepsiyasını müdafiə edir[18].

Proqramda əski Müsavat tərəfindən irəli sürülmüş azad Qafqaz Konfederasiyası ideyası təsbit olunmuşdur.

Aqrar sahədə Partiya Azərbaycan kəndlisini torpaq üzərində əsas mülkiyyət sahibi hesab edir və qeydsiz-şərtsiz olaraq tor*pağın kəndliyə qaytarılmasına tərəfdar çıxır.

AMDP «Yeni Müsavat»ın ali orqanı ildə bir dəfə çağırılan qurul*taydır. Qurultaylararası dövrdə qanunverici orqan ayda bir də*fə ça*ğırılan Baş Şura, icraedici orqan isə Katiblər Şurasıdır. Baş Şuraya hər rayon təşkilatından seçilən bir səlahiyyətli nümayəndə daxıl olur. Katiblər Şurası Partiyanın qurultayında seçilən baş icra*edi*ci orqandır. Katiblər Şurası Partiyanın katibləri və mətbuat or*qanlarının redaktorlarından ibarətdir. Katiblər Şurası Partiyanın ümumi xəttinin həyata keçirilməsini icra edir, müxtəlif səviyyələrdə AMDP «Yeni Müsavat»ı təmsil edir və sənədləri imzalayır.

Konfrans AMDP «Yeni Müsavat»ın icraedici orqanı olan Katiblər Şurasının tərkibini təsdiq etmişdir. Katiblər Şurasına Mən*sur Əlisoy, Rasim Mürsəlov, Niyazi İbrahimli, Bəxtiyar Tuncay, Əhməd Rza, Rauf Şenol seçilmişlər. Eyni zamanda konfrans Partiyanın qurultayına qədər qəzet redaktorlarının da səlahiyyətlərini təsdiq etdi: 1) «Yeni Müsavat» qəzeti - Partiyanın ideya-siyasi xəttini müəyyən edən aparıcı orqanın redaktoru Rauf Şenol; 2) Dini təbliğ qəzeti «Allahu əkbər» - redaktoru Aydın Əlizadə; 3) «Yurdum» informasiya bülleteni - redaktoru Rəfail Bağırov[19].

Konfrans nümayəndələri 1920-ci il 27-28 aprel hadisələrini işğal hesab etmək haqqında, 1990-cı il 20 yanvar faciəsinə siyasi qiymət verilməsi haqqında, sərhədboyu zonada vəziyyət haqqında, siyasi dustaqlar haqqında, Azərbaycan Ali Sovetinə seçkilər haqqında bəyanatlar qəbul etdilər.

AMDP «Yeni Müsavat»ın Baş Şurasının 1990-cı il dekabrın 21-də keçirilən iclasında Partiyanın Azərbaycan Milli Müsavat adlandırılması haqqında qərar qəbul edildi.

Azərbaycan Milli Müsavat 1991-ci il sentyabrın 21-22-də Gəncə şəhərində I qurultayını keçirmişdir. Qurultayda Katib*lər Şurasının, Baş Şuranın, «Yeni Müsavat» qəzeti redak*torunun hesabatları dinlənilmiş və Partiyanın adı «Azərbaycan Milli Müsavat Partiyası» kimi təsdiq edilmişdir. İclasda Partiyanın icraedici və sərəncamverici orqanının AMMP-nin Mərkəzi İcraiyyə Komitəsi (MİK) adlandırılması qərara alınmışdır. Qurul*tayda Mərkəzi İcraiyyə Komitəsinin aşağıdakı tərkibi seçilmişdir: Nəsib Nəsibzadə, Niyazi İbrahimli, Bəxtiyar Tuncay, Əhməd Rza, Vaqif İsmayılov, Rasim Mürsəlov, Sahib Əhmədov. Nəsib Nəsib*zadə gizli səsvermə yolu ilə Azərbaycan Milli Müsavatın Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. Eyni zamanda qurultayda aşağıdakı tərkibdə Nəzarət Təftiş Komitəsi seçilmişdir: Azər İbrahimov, Əlövsət Babayev (Talışxanlı), Balababa Allahnəzərov, Kamal Mentürk, Güldar Məmmədov[20].

Qeyd edək ki, müsavatçılığın ideya-nəzəri əsaslarının təbliğində AMDP «Yeni Müsavat»ın böyük xidmətləri olmuşdur. Üzv*lərinin sayının az olmasına baxmayaraq, təşkilat «Yeni Müsavat», «Allahü Əkbər», «Yurdum» adlı qəzetlər nəşr etdirərək müsavatçılığın Azərbaycanda təbliğinə müəyyən dərəcədə nail olmuşdur. 1990-cı il yanvar hadisələrindən sonra Partiyanın üzvləri rus ordusunun Azərbaycanda törətdikləri qanlı cinayətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırdılar. Bu məqsədlə bir neçə təşkilat üzvü İrana getmiş, «Azadlıq» radiosuna məlumatlar vermiş, video-kasetlər yaymışlar[21]. 1990-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Partiyanın sentyabr ayında qəbul etdiyi bəyanatda çoxPartiyalı sistem üçün seçki qanununun qəbul edilməsi, seçki kampaniyasının müddətinin ən azı 3 aya qədər uzadılması və seçkilərin təyin olunduğu günə 3 ay qalmış Bakıda fövqəladə vəziyyətin ləğv edilməsini tələb edirdi[22].

Lakin Partiya Azərbaycan siyasi həyatında kifayət qədər geniş sosial dəstək təmin edə bilmədi. Bu dövrdə Partiyanın üzvlərinin sayı 200-300 nəfərə yaxın idi.

AMMP Mərkəzi İcraiyyə Komitəsinin iclasında N.Nəsibza*dənin təklifi ilə Müsavatın əski adına layiq şəkildə Bərpa edəli bilməməsi məsələsi müzakirə edilmişdir. Müzakirələr zamanı bu, qismən Partiya rəhbərliyinin fəaliyyətsizliyi, siyasi təcrübənin kifayət etməməsi ilə əlaqələndirilmişdir. Bu, digər tərəfdən Azərbaycandakı mövcud siyasi vəziyyətlə də əlaqədar idi. Belə ki, bu dövrdə digər siyasi təşkilatlara nisbətən daha kütləvi və mütəşəkkil təşkilat olan Azərbaycan Xalq Cəbhəsi öz fəaliyyətində müsavatçılıq ideologiyasına əsaslanırdı. Müsavatçılıq ideologiyası ətrafında geniş xalq kütlələrini birləşdirən Azərbaycan Xalq Cəbhəsi siyasi həyatda daha geniş sosial dəstəyə malik idi. Kütləvi təşkilat kimi Azərbaycan Xalq Cəb*həsinin yüksək nüfuzu Azərbaycanda yenicə yaranmış siyasi Partiyaların fəaliyyətini kölgədə qoyurdu. Belə bir şəraitdə Azərbaycan Milli Müsavat Partiyasını əski adına layiq şəkildə Bərpa etmək cəhdləri geniş uğur qazana bilmədi.

Milli Müsavat Xalq Partiyasının Türkiyədəki Divanının 1991-ci il iyulun 10-da keçirilən toplantısında 71 ildən bəri mühacirətdə fasiləsiz olaraq milli-azadlıq hərəkatına rəhbərlik edən Müsavatın yaranmasının 80 illiyi münasibəti ilə onun rəsmən fəal bir surətdə Ana Vətən Azərbaycanda yenidən siyasi fəaliyyətə başlaması və bu qayda ilə ölkədə təşkilatlanması haqqında qərar qəbul edilmişdi[23].

AMMP Mərkəzi İcraiyyə Komitəsinin 1992-ci il yanvarın 4-də keçirilən iclasında MİK-in sədri Nəsib Nəsibzadə hesabat məru*zəsi edərək, MİK-ni fəaliyyətinin kifayət qədər əhatəli olmaması, bu səbəbdən də Partiyanın təşkilatlanma prosesinin ləng getdiyi haqqında məlumat vermişdir. Bu iclasda Türkiyədəki Müsavatın baş katibi Əhməd Qaraca da iştirak edirdi. Nəsib Nəsibzadə vəziyyətdən çıxış yolu kimi Müsavatın fəaliyyətini Bərpa etmək üçün daha geniş bazada Bərpa Mərkəzini yaratmağı təklif etmişdi.

Əhməd Qaraca mövcud şərtlər daxilində Müsavatın əski adına layiq qurulması və gücləndirilməsi zəruriliyini qeyd edərək, Türkiyədəki Mərkəzin Bakıya köçürülməsinin vacibliyini bildirdi. O, Nəsib Nəsibzadənin təklif etdiyi Bərpa Mərkəzi ideyasını bəyəndiyini qeyd etdi. Beləliklə, qərara alındı ki, Müsavatın Bərpasını sürətləndirmək üçün Bərpa Mərkəzi yaradılsın və onun tərkibi Müsavatın Divanı tərəfindən təsdiq edilsin[24]. Partiyaya geniş sosial dəstək qazandırmaq məqsədilə Azərbaycan Xalq Cəbhəsinin bir sıra nümayəndələri ilə danışıqlar aparıldı və Müsavatın Bərpa Mərkəzi yara*dıldı. Bərpa Mərkəzinin tərkibi aşağıdakı kimi müəyyənləşdirildi: Abbas Abdulla, Arif Hacıyev, Vurğun Əyyubov, İbrahim İbrahi*mov, İsa Qəmbər, İsmayıl Şıxlı, Məryəm Həsənova, Mirbaba Babayev, Mürşüd Məmmədov, Nəsib Nəsibzadə, Niyazi İbrahim*li, Niyazi Mehdi, Rafiq İsmayılov, Rauf Şenol, Rizvan Hüseynov, Sabit Bağırov, Sədrəddin İsmayılov, Tofiq Qasımov, Yusif Səməd*oğlu, Şövkət Tağıyeva, İxtiyar Şirinov.

Müsavatın Türkiyədəki Divanının 1992-ci il martın 21-də keçirilən toplantısında Müsavatın Azərbaycanda rəsmən yenidən qurulması, təşkilatlanması, yayılması və Azərbaycanın siyasi həyatında öz yerini tuta bilməsi məqsədi ilə Bərpa Mərkəzinin yuxarıda göstərilən tərkibi təsdiq edilmiş və qərarın həyata keçirilməsi üçün Nəsib Nəsibzadəyə tam səlahiyyət verilmişdir. Divanın qərarında göstərilirdi ki, 5 gün ərzində Partiya qurucuları öz aralarında vəzifə bölgüsünü həyata keçirərək, 21 gün ərzində fəaliyyət haqqında məlumatı Divana bildirəcəklər. Bu rəsmi işlər qurtardıqdan sonra Bərpa Mərkəzi Azərbaycan Respublikasında Müsavatın Divanının yeritdiyi siyasətə uyğun şəkildə Partiyanı təmsil etmək səlahiyyətinə və hüququna malik olacaq*dır. Bununla da Bərpa Mərkəzi hər cür idari, sosial təşkilatlanma, maliyyə mənbələrinin təmini və sərf edilməsi səlahiyyətinə sahib olurdu. Yalnız xarici əlaqələr və milli siyasət sahəsində Partiya Divanının tövsiyyəsinə önəm verilməsi, Partiyanın strategiyasının müəyyən edilməsində Divanın təcrübəsindən yararlanmaq tövsiyə edilirdi. Divan Müsavatın III (Bərpa) qurultayı çağırılana qədər, Partiyanın yeni*dən Bərpası ilə əlaqədar bütün məsələlərdə Bərpa Mərkəzinə fövqəladə səlahiyyət və imza hüququ vermişdi[25].

Beləliklə, 1992-ci ilin martında Müsavatın Bərpa Mərkəzi Türkiyədəki Azərbaycan mühacirətinin nümayəndələri tərəfindən tanınmış və ona Müsavat adından çıxış etmək səlahiyyəti verilmişdi.

Müsavat Bərpa Mərkəzinin 1992-ci il iyunun 28-də keçirilən yığıncağında aşağıdakı tərkibdə rəhbər orqanlar seçilmişdir. Sədr-İsa Qəmbər, birinci katib - Nəsib Nəsibzadə, təşkilati işlər üzrə katib - Sabit Bağırov, ideologiya işləri üzrə katib - Aydın Balayev, əlaqələr üzrə katib - Niyazi İbrahimli, Nəzarət qrupunun sədri - Vurğun Əyyubov, Nəzarət qrupunun üzvləri - Şövkət Tağıyeva, Rizvan Hüseynov, mətbuat üzrə katib - Rauf Şenol[26].

Bərpa Mərkəzinin bəyanatında deyilirdi ki, «millətin imanı olan müsavatçılığın proqram məqsədləri - müstəqil, demokratik Azərbaycan dövləti, vahid Azərbaycanın etnik-mədəni bütövlüyü, azad Qafqaz evi, türk xalqlarının mədəni-siyasi birliyi və sosial-iqtisadi sahədə milli təsanüdün əldə edilməsi - yaxın gələcəyin ümdə problemləridir. Bərpa mərkəzi bu yolda mübarizə aparan bütün qüvvələrlə sıx əməkdaşlığa hazır olduğunu, onun həm də Azərbaycan Xalq Cəbhəsindən olan üzvlərinin AXC ideyalarına sadiq qaldığını bəyan edir»[27]. Bərpa Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində Bakının 11 rayonunda, Naxçıvan MR-nın 3 rayonunda, bütövlükdə isə 54 şəhər və rayonlarda Bərpa büroları yaradıldı[28]. Bərpanın son mərhələsi olaraq, Partiyanın III (Bərpa) qurultayı*nın keçirilməsi qərarlaşdırıldı.

Dövrün tədqiqi göstərir ki, kommunist ideologiyasına alternativ axtarışları prosesində aktuallaşan müsavatçılığın əsas prinsip*ləri ilk vaxtlar milli-demokratik hərəkatın önündə gedən AXC-nin əsas prinsiplərini təşkil etsə də, konkret olaraq Müsavatın Azərbaycanda Bərpası üçün ilk cəhd 1989-cu ildə Azərbaycan Milli Demokrat Partiyası «Yeni Müsavat»ın yaradıcıları tərəfindən edildi. Yuxarıda göstərdiyimiz səbəblər üzündən Müsavatın Azərbaycanda Bərpası ilə əlaqədar öz mis*siyasını tam yerinə yetirə bilməsə də, bu Partiya müxtəlif mətbuat orqanları təsis edərək, müsavatçılığın ideya-nəzəri əsaslarının təbliğ olunmasında mühüm rol oynadı.

Müsavatın III (Bərpa) Qurultayı

1992-ci il oktyabrın 12-də Müsavat Bərpa Mərkəzinin qərarına əsasən Partiyanın III (Bərpa) qurultayının 1992-ci il no*yab*rın 7-8-də Bakı şəhərində keçirilməsi nəzərdə tutuldu. 1992-ci il noyabrın 6-da Müsavatın III (Bərpa) qurul*tayının sim*volik açılış mərasimi keçirildi. Mərasim indiki Elmlər Akade*miyasının Rəyasət Heyətinin binasında Partiyanın I və II qurul*tay*ları*nın keçirildiyi və bir müddət Mərkəzi Komitənin yerləşdiyi əski «İsmailiyyə binasında başlandı. Nümayəndələr burada Azərbaycan Demokratik Respublikasının qurucusu və Müsavatın öndəri M.Ə.Rəsulzadənin ömrünün son illərində xalqı*mıza mü*raciətinin lent yazısını dinləyərək, Şəhidlər xiyabanı*na yollandılar. Həmin gün Azərbaycan Xalq Cəbhəsinin iclas salo*nunda Partiyanın Proqram və Nizamnaməsinin ilkin müzakirəsi keçirildi.

1992-ci il noyabrın 7-də Respublika sarayında Müsavat III (Bərpa) qurultayı 1468 nümayəndənin iştirakı ilə öz işinə başladı. Qurultayda Müsavat Bərpa Mərkəzinin sədri İsa Qəmbərov hesabat məruzəsi ilə çıxış edərək göstərdi ki, Bakının 11 rayonunda, Naxçıvanın 3 rayonunda, ümumiyyətlə, 54 şəhər və rayonda Müsavatın Bərpa büroları yaradılmışdır. İndiyə qədər Partiyaya 2622 üzv qəbul edilmişdir[29].

Partiyanın yeni proqram layihəsini Nəsib Nəsibzadə təqdim etdi. Proqram və Nizamnamə müzakirə edilərək qəbul edildi. Proq*ramın girişində göstərilirdi ki, yeni müsavatçılar nəsli Müsavat ənənəsinə sədaqətini elan etməklə bərabər, dəyişən şəra*itdə yeni vəzifələrə uyğun yeni şüarlar irəli sürür və praqmatizmi əsas prinsip kimi qəbul edir[30].
Yeni Proqram 1936-cı ildə qəbul edilmiş proqramın əsas müd*dəalarını özündə əks etdirir. Proqram 1918-1920-ci illər döv*lət quruculuğu təcrübəsini nəzərə alaraq, güclü Azərbaycan dövlətinin formalaşdırılmasını və onun vətəndaşların xidmətinə tabe etdirilməsini Müsavatın yaxın gələcəkdə əsas məqsədi kimi qarşıya qoyur. Proqramın siyasi hissəsində müstəqil milli dövlətin aşağıdakı atributlarının formalaşdırılması nəzərdə tutulur: milli pasport sistemi, maliyyə, bank və vergi sistemi, gömrük sis***temi, sərhədlərin qorunması, ordu və donanma, milli təhlü*kəsiz*lik xidməti, xarici siyasət orqanları sistemi, milli zəmində inki*şaf edən iqtisadiyyat[31]. Proqram eyni zamanda demokratiyanın əsas şərti kimi azad seçkilərin keçirilməsini, parlamentin haki*miyyət bölgüsü prinsipinə uyğun olaraq ali icraedici orqanlarından ayrı olmasını və müstəqil fəaliyyət gös*tərməsini, məhkəmə haki**miyyətinin müstəqilliyinin təmin edilməsini, çoxPartiyalı sistemin bərqərar olmasını Partiyanın siyasi sahədə əsas vəzifələri kimi göstərir. Proqram Azərbaycanda yaşayan bütün xalqların hü*quq bərabərliyinin qanunla tanınmasını, azsaylı xalqların və etnik qrupların dilinin, mədəniyyətinin inkişaf etdirilməsi üçün şəraitin yaradılmasını xüsusi qeyd edir.

Müstəmləkədən müstəqilliyə, totalitar cəmiyyətdən demokratik cəmiyyətə keçid dövründə milli birlik və vətəndaş həmrəyliyi zəruridir. Buna uyğun olaraq, Partiyanın yeni Proqramında milli təsanüd nəzəriyyəsinə əsaslanan effektiv sosial-iqtisadi islahatların təmin edilməsi nəzərdə tutulmuşdur. Özəlləşdirmə ilə bağlı Proqramda göstərilir ki, «özəlləşdirmə uzunmüddətli və çoxmər*hələli proses olmalı, qarışıq formalarda həyata keçirilməli, əmək və sahibkarlıq fəallığını təmin etməklə dinamik iqtisadiyyat sistemi qurmaq naminə aparılmalıdır[32]«.

Aqrar sahədə Partiya demokratik prinsiplərlə, konkret şəraiti nəzərə almaqla tədricən və çoxpilləli formada gerçəkləşməsi nəzərdə tutulan aqrar islahatları zəruri hesab edir. Proqramda göstərilir: «Bu prosesin ilk dövrlərində mövcud təsərrüfatların bazar subyektləri kimi real müstəqilliyini təmin etməklə məqsədə*uyğun hallarda torpaq islahatı aparılmalıdır». Proqramda yaxın gələcək üçün Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri göstərilmişdir. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, qonşu ölkələrlə normal münasibətlərin qurulması, Azərbaycanın dünya dövlətləri birliyinin bərabər*hü*quqlu üzvünə çevrilməsi bu istiqamətlərin əsasını təşkil edir. Partiyanın Proqramında Azərbaycanın bölünməsinin tarixi ədalət*sizliyi göstərilir. Partiya Azərbaycanın iki hissəsi arasında hər cür əlaqələrin genişləndirilməsi əsasında milli-mədəni bütövlü*yün təmin edilməsini nəzərdə tutur[33]. Partiya hesab edir ki, Azərbaycan öz xarici siyasətində Azad Qafqaz evi ideyasının reallaşdırılmasına çalışmalıdır. Bütün Qafqazda insan haqları və milli hüquqlar uğrunda mübarizə müdafiə edilməli, münaqişələrin danışıqlar yolu ilə region daxilində həll edilməsinə səy göstərilməlidir. Qeyd edək ki, Müsavatın əvvəllər irəli sürdüyü və müdafiə etdiyi Qafqaz Konfederasiyası ideyası ilə müqayisədə Azad Qafqaz evi ideyası öz aktuallığına görə seçilir. Belə ki, Müsavat Azad Qafqaz evi ideyasını irəli sürərkən müasir dövrün tələblərini nəzərdə tutmuş və reallıqdan çıxış etmişdir.

Müsavat Azərbaycanın xarici siyasətində türk və islam dünyasına yönəlmiş ayrıca siyasi xəttin olmasını zəruri hesab edir. Proqramda göstərilir ki, «Azərbaycan dövləti türk və islam dünyasının istiqlal mübarizəsini müdafiə etməli, onların arasında sıx əlaqələrin yaranmasına çalışmalıdır[34]«.

Nizamnaməyə görə, Partiyanın ali orqanı 2 ildən bir çağırılan qurultaydır. Qurultay Partiyanın Proqram və Nizamnaməsini qəbul edir, Partiyanın fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir, Partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını (MNTK) seçir. Qurultaylararası dövrdə Partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. İki ayda bir dəfədən az olmayaraq çağırılan Məclis öz üzvləri arasından katibləri və Məclisin Divanını seçir və onların hesabatlarını dinləyir, seçkili dövlət orqanlarına namizədlər göstərir. Məclisin iclasları arasındakı dövrdə Partiyanın fəaliyyətinə Məclisin Divanı rəhbərlik edir. Divan Partiyanın başqanı, katibləri və Məclisin müəyyən etdiyi sayda digər üzvlərdən ibarət olub, Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir. Partiyanın cari işlərinə rəhbərliyi və qərarların həyata keçirilməsinə nəzarəti baş katibin başçılığı ilə katiblər həyata keçirirlər. Katiblərin hər biri Partiyanın fəaliyyətinin müəyyən hissəsinə (konseptual məsələlər, təşkilati məsələlər, maliyyə, informasiya və b.) rəhbərlik edir. Baş katib Partiyanın icra aparatına rəhbərlik edir və onu təmsil edir[35]. Qurultay Bərpa Mərkəzinin birinci katibi Nəsib Nəsibzadənin təklifi ilə Partiyanın adını konkretləşdirdi. Qurultayın qəbul etdiyi qərarda deyilirdi: «Qurultay Partiyanın 81 illik fəaliyyəti dövründə rəsmən bir neçə ad (Müsəlman Demokratik firqəsi-Müsavat, Türk Ədəmi-Mərkəziyyət firqəsi-Müsavat, Milli Azərbaycan Müsavat Xalq firqəsi, Azərbaycan Milli Demokrat Partiyası-»Yeni Müsavat», Azərbaycan Milli Müsavat Partiyası) daşıdığını və «Müsavat» adının dəyişılməzliyini, eyni zamanda Partiyanın bu adla tanındığını nəzərə alaraq Partiyanın rəsmi adını «Müsavat Partiyası» kimi qəbul edilməsini qərara alır»[36].

Qurultay təşkilati məsələyə baxaraq, Bərpa olunmuş Müsavatın sədrini seçdi. Gizli səsvermə yolu ilə İsa Qəmbər əleyhinə yalnız 23 səs almaqla, əksər səs çoxluğu ilə Müsavatın sədri seçildi. Qurultay eyni zamanda Nizamnaməyə uyğun olaraq Müsavatın Mərkəzi Şurasını və Mərkəzi Nəzarət-Təftiş komissiyasını seçdi.

Qurultayda əski Müsavat nəslinin böyük ideoloji-siyasi sərvət yaratdığı qeyd edildi. Bu irsin toplanması, sistemləşdirilməsi və təbliği məqsədi ilə «Müsavat irsi» adlı komissiyanın yaradılması qərara alındı. Eyni zamanda Müsavatın nəzəri orqanı olan «Müsavat bülleteni»nin çapının davam etdirilməsi qərara alındı.

Qurultay ümummilli problemlər mövzusunda daimi məsləhətləşmələr keçirmək təklifi ilə digər Partiyalara müraciət etdi. Məsləhətləşmələrin ilk mövzusu olaraq «Milli birlik və onu təmin etmək yolları» probleminin müzakirəsi təklif olunurdu[37].

1992-ci il dekabrın 27-də Müsavat Məclisinin toplan*tı*sı keçirilmiş və Məclisin aşağıdakı komissiyaları yaradılmışdı: 1. Döv*lət quruculuğu və hərbi işlər komissiyası; 2. İqtisadiyyat ko*mis*siyası; 3. Müsavat İrsi komissiyası; 4. Milli Təsanüd ko*missiyası; 5. Xarici siyasət komissiyası.

Qeyd edək ki, Müsavatın bir sıra üzvləri Ə. Elçibəy hakimiyyəti dövründə dövlətdə yüksək vəzifələrdə çalışmış və Respublikada dövlət quruculuğu prosesində fəal iştirak etmişlər. Partiyanın Başqanı İsa Qəmbər 1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.

Beləliklə, uzun illərdən sonra Müsavatın Azərbaycanda fəaliyyəti tam Bərpa olundu. Bu Partiyanın müasir siyasi spek*trdə yeri ilə bağlı mülahizələr maraqlıdır. Birinci proqramının əsas müddəalarına və Partiyaların müasir anlamda təsnifatına gö*rə Müsavat mərkəz-sol Partiyası idi. Bununla əlaqədar M.Ə.Rəsulzadə yazırdı: «O zamankı Müsavat proqramı əsasda milliyyətçi, istiqlalçı bir proqram olmaqla bərabər, sosial məsələlərdə bəzən hətta firqənin əsl qayəsini təşkil edən milli ümdələrlə təzad təşkil edən ifratlara belə qapılmışdır... O zaman bir tərəf*dən libe*ralizm, digər tərəfdən də internasional sosializm cərəyanlarının zamana hakim təsirlərinə rəğmən, milliyyətçi qalmağı bacaran Müsavat üçün indiki ümumi ruhdan mülhəm olaraq, daha milli bir siyasət və daha təsanüdçü sosial bir sistem təsbit etmək qeyri-mümkün idi»[38].

İkinci və üçüncü proqramlarına görə Müsavat mərkəz*çi xarakterini qoruyub saxlayaraq, soldan sağa meylləndi və mərkəz-sağ Partiyası kimi formalaşdı.

80-ci illərin axırlarında Azərbaycanda cərəyan edən proseslərin təhlili əsasında aşağıdakı nəticələrə gəlmək olar:

- Yenidənqurma prosesinin yaratdığı münbit şərait, Dağlıq Qarabağda baş verən hadisələr, Mərkəzin və Azərbaycanın ko*mmunist rəhbərliyinin getdikcə dərinləşən problemləri həll edə bilməməsi Azərbaycanda milli-demokratik hərəkatın başlanma*sını şərtləndirdi. Respublikanın qarşılaşdığı ciddi problemlərin həllinin vacibliyi, təbii olaraq, cəmiyyətdə müstəqillik və demokratiya meyllərini yaratdı və proseslərin sonrakı inkişafında bu amilləri milli-demokratik hərəkatın əsas tələblərinə çevirdi.

- Cəmiyyətdə getdikcə iflası dərinləşən kommunist ideologiyasına alternativ olaraq müstəqillik və demokratiya prinsiplərini özündə əks etdirən müsavatçılıq yenidən aktuallaşdı və əski Müsavat Partiyasına yeni baxışlar meydana gəldi. Bu, bir tərəfdən o dövrdə kütləvi ictimai-siyasi təşkilat olan AXC-nin öz fəaliyyətində müsavatçılığa əsaslanmasında, digər tərəfdən isə konkret olaraq Müsavat Partiyasını Azərbaycanda Bərpa etmək cəhdlərində öz əksini tapırdı. Belə cəhd 1989-cu ildə edilsə də, Türkiyədə fəaliyyət göstərən Müsavat rəhbərliyi tərəfindən Azərbaycanda bu Partiyanı Bərpa etmək istəyən şəxslərə səlahiyyət vermək və ölkə daxilində Partiyaya geniş sosial dəstək qazandırmaq üçün bir müddət vaxt tələb olundu. Partiya 1992-ci ildə Azərbaycanda Bərpa olundu və mərkəz - sağ Partiyası kimi formalaşdı.

[1] Ì.Ñ.Ãîðáà÷åâ. Ïåðåñòðîéêà è íîâîå ìûøëåíèå. Ìîñêâà, 1987, səh.17.

[2] T.Qaffarov. Azərbaycan tarixi XX əsrin 80-90-cı illəri. Bakı, 1997, səh.5.

[3] T.Qaffarov. Azərbaycan tarixi XX əsrin 80-90-cı illəri. Bakı, 1997, səh.5-6.

[4] Ì.Ñ. Ãîðáà÷åâ. Ïåðåñòðîéêà è íîâîå ìûøëåíèå. Ìîñêâà, 1987, səh.30.

[5] T.Qaffarov. Azərbaycan tarixi XX əsrin 80-90-cı illəri. səh.18.

[6] Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi - "Varlıq"ın Bəyannaməsi və Proqramı. Bakı, 1988, səh.1.

[7] Yenə orada, səh.3.

[8] Azərbaycan Demokratik Aşkarlıq Mərkəzi - "Varlıq"ın Əsasnaməsi, Bakı, 1988, səh.5.

[9] "Qurtuluş" jurnalı, N1, Bakı, 1992. səh.3.

[10] Azərbaycan Xalq Cəbhəsinin 16 iyul 1989-cu il Tə'sis konfransının materialları.- "Qurtuluş" jurnalı, ¹3-4, Bakı,1992, səh.2-4.

[11] Azərbaycan Xalq Cəbhəsinin Proqramı. səh.3-5.

[12] Azərbaycan Xalq Cəbhəsinin bülleteni. ¹3, Bakı, 1989, səh.1.

[13] "Qurtuluş" jurnalı, ¹1, Bakı, 1992, səh.6.

[14] A. Balayev. Azərbaycan Xalq Cəbhəsinin yaranması və fəaliyyəti (1988-1991).-"Qurtuluş" jurnalı, ¹1, Bakı, 1992, səh.8.

[15] "Azadlıq" qəzeti, 29.11.1991.

[16] "Yeni Müsavat" qəzeti, noyabr 1989.

[17] Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ın Məramnaməsi,səh.3.

[18] Yenə orada, səh. 4.

[19] "Yeni Müsavat" qəzeti, iyul 1990.

[20] "Yeni Müsavat" qəzeti, dekabr 1991.

[21] N. Yaqublu. Müsavat Partiyasının tarixi. səh. 269.

[22] "Yeni Müsavat" qəzeti, 199O, N1O-11.

[23] "Azerbaycan" jurnalı, ¹285, Ankara, 1994, səh.32.

[24] "Yeni Müsavat" qəzeti, yanvar 1992.

[25] "Azerbaycan" jurnalı, ¹285, Ankara, 1994, səh.33.

[26] "Yeni Müsavat" qəzeti, 09.07.1992.

[27] "Yeni Müsavat" qəzeti, 02.07.1992.

[28] "Yeni Müsavat" qəzeti, 12.11.1992.

[29] "Yeni Müsavat" qəzeti, 12.11.1992.

[30] Müsavat Partiyasının Proqramı və Nizamnaməsi, Gəncə, 1993, səh.4.

[31] Müsavat Partiyasının Proqramı və Nizamnaməsi, səh.5.

[32] Yenə orada, səh.8.

[33] Müsavat Partiyasının Proqramı və Nizamnaməsi, səh.10.

[34] Yenə orada, səh.11.

[35] Yenə orada, səh. 21-22.

[36] "Yeni Müsavat" qəzeti, 12.11.1992.

[37] Yenə orada.

[38] "Azərbaycan" jurnalı, 288, Ankara, 1992, səh. 15

ночной дозор вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:28   #219
Местный
 
Аватар для Ziyadli
 
Регистрация: 11.08.2006
Сообщений: 10,736
Сказал(а) спасибо: 1,871
Поблагодарили 1,741 раз(а) в 1,057 сообщениях
Вес репутации: 120
Ziyadli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Pan Посмотреть сообщение
Улу ондер конечно был плохой человек, но ведь это не оправдание для "идиотов от демократии".
Один раз они уже "повластвовали", да так, что их теперь ставят в пример всем либералам. Не хотелось бы повторять тот опыт.
Мне неприятно, что некоторые "демократы" узурпируют демократические идеи. Как будто именно им народ чем-то обязан.
Хм... Плохой ли он или хороший человек это нас мало касается. Ибо мы должны (можем) оценивать как политика. Микто из нас не был с ним знаком и не является его родственником, чтобы обсуждатъ его как человека. Скажем, хорошим ли человеком был Расулзаде? Не знаем. Знаем кое-что о его политдеятельности. Так же и ГА.

И оценка его деятельности в Азербайджане дело сложное. Надо делить на периоды и на вопросы:

Периоды до и после независимости.

После приобретения независмости он сделал несколько очень важных вещей для Азербайджана. А также оставил сложное наследие.

Оценивая его деятельностъ из точки зрения демократии, то можно сказать, что он недемократ и его правление (как правление многих сильных личностей) не было благоприятным для развития демократии. Но если оценить из точки зрения укрепления страны, то скорее положительно.

Теперь надо для себе выяснить, какова была его миссия вообще. Я не думаю, что его миссия была именно укрепление демократии.

Сама демократия сложная штука и установить ее в несвободном обществе дело трудное. Совок не оставил нам свободное общество в наследство, а тоталитарное. Там, где нет гражданских свобод, там демократия невозможна.

Пан тут приводил в пример Прибалтику. Но Прибалтика отличается от других советских республик тем, что она была приобщена к нам намного позднее и уже сформировавсиемся гражданскими обществами. А у нас были несколько опытов: АДР и НФА. Потом было правление Гейдара Алиева: правление сильного лидера в несформировавшиемся обществе с кризисом государственности. Вспомним те времена, когда он пришел к власти.
__________________
I am back!


Ziyadli вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:32   #220
Местный
 
Аватар для Ziyadli
 
Регистрация: 11.08.2006
Сообщений: 10,736
Сказал(а) спасибо: 1,871
Поблагодарили 1,741 раз(а) в 1,057 сообщениях
Вес репутации: 120
Ziyadli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от usher Посмотреть сообщение
Тут ты прав на все 100. Но, боюсь, в тебе говорит нормальная обида за то, чтоникогда ни один гянджинец... Дальше продолжить?
Обида? Ошибаешся. Во мне нет обиды ни на какое правление, кроме на совка. Я в принципе, после совка и уехал из страны.

Цитата:
Эркин, кстати, корнями откуда? Скажи мне это, и я предскажу его политическую судьбу...
Зачем? Причем тут его политическая судьба?

Цитата:
Общество, которое в Азербайджане чувствует себя хозяином на своей земле - это крестьянская община. Да и то не везде...
Шутишь? Со мной можно. Валяй :4:
__________________
I am back!


Ziyadli вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:33   #221
Местный
 
Регистрация: 07.12.2006
Сообщений: 24,294
Сказал(а) спасибо: 74
Поблагодарили 1,661 раз(а) в 1,294 сообщениях
Вес репутации: 255
Arian на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Ziyadli Посмотреть сообщение
Пан тут приводил в пример Прибалтику. Но Прибалтика отличается от других советских республик тем, что она была приобщена к нам намного позднее и уже сформировавсиемся гражданскими обществами. А у нас были несколько опытов: АДР и НФА. Потом было правление Гейдара Алиева: правление сильного лидера в несформировавшиемся обществе с кризисом государственности. Вспомним те времена, когда он пришел к власти.


Только про Прибалтику - неправильно. Они - европейцы. И этим все сказано... И дело не в том, когда они...


Arian вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:43   #222
Местный
 
Регистрация: 07.12.2006
Сообщений: 24,294
Сказал(а) спасибо: 74
Поблагодарили 1,661 раз(а) в 1,294 сообщениях
Вес репутации: 255
Arian на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Ziyadli Посмотреть сообщение
Обида? Ошибаешся. Во мне нет обиды ни на какое правление, кроме на совка. Я в принципе, после совка и уехал из страны.


Зачем? Причем тут его политическая судьба?

.Шутишь? Со мной можно. Валяй :4:
1.Обида должна быть и есть.

2.Его политическая судьба напрямую связана с его происхождением. Бура Азербайджандыр...

3.Впервые не шучу.


Arian вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:53   #223
Местный
 
Аватар для Ziyadli
 
Регистрация: 11.08.2006
Сообщений: 10,736
Сказал(а) спасибо: 1,871
Поблагодарили 1,741 раз(а) в 1,057 сообщениях
Вес репутации: 120
Ziyadli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от usher Посмотреть сообщение


Только про Прибалтику - неправильно. Они - европейцы. И этим все сказано... И дело не в том, когда они...
Хмм... а как же албанцы не европейцы что ли? Там та же самая канитель. Понятие европеец штука непонятная, если ее применять к обществу.

И так же всякие менталитет неприменима к политике. Всякие мы ментально не доросли... такая ерунда.

Для того, чтобы устабовить демократию в нашем обществе нужны ломать многие устои.

Во первых, в какой-то мере должен быть хаос для начала. Люди должны увидеть и почувствовать вкус гражданских свобод. Дело абсолютно рисковое в нашем положении.

Во вторых, должны быть какие-то институции, которые будут поддерживать функцию государственности во время того же хаоса. Они у нас функционируют только потому, что есть контроль сверху. Иначе вообще перестанут. И тут же дилемма: если есть контроль сверху, то значит верх и конторлирует.

В третьих, свобода штука такая: каждый обходится с ним так, как хочет. Например, Италия. Там редко какое правительство продержалась два года подряд. Только тов. Берлускони держался долго. И то методами авторитаризма. Но Италия не погрязла в хаосе, так как у них институции функционируют и имеют традиции. И главное Италия не окружена врагами. А у нас... если у нас будет хаос, то сама государственность в опастности. Я так думаю
__________________
I am back!


Ziyadli вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 05:55   #224
Местный
 
Аватар для Ziyadli
 
Регистрация: 11.08.2006
Сообщений: 10,736
Сказал(а) спасибо: 1,871
Поблагодарили 1,741 раз(а) в 1,057 сообщениях
Вес репутации: 120
Ziyadli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от usher Посмотреть сообщение
1.Обида должна быть и есть.

2.Его политическая судьба напрямую связана с его происхождением. Бура Азербайджандыр...

3.Впервые не шучу.
1. Тогда тебе известно обо мне больше, чем мне самому

2. Все может быть, но тут тема не его полит-судьба.

3. Ну тогда поздравляю с первым нешуточным постом
__________________
I am back!


Ziyadli вне форума   Ответить с цитированием
Старый 26.01.2009, 06:00   #225
Местный
 
Регистрация: 07.12.2006
Сообщений: 24,294
Сказал(а) спасибо: 74
Поблагодарили 1,661 раз(а) в 1,294 сообщениях
Вес репутации: 255
Arian на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Ziyadli Посмотреть сообщение
1. Тогда тебе известно обо мне больше, чем мне самому

2. Все может быть, но тут тема не его полит-судьба.

3. Ну тогда поздравляю с первым нешуточным постом

1. Естественно. А что тебе может быть известно о себе самом, чего я не знаю?

2. Тема, конечно, не та. Думаю, что его уже слили.

3. Ну, поздравь... Я всегда готов к различного рода поздравлениям...


Arian вне форума   Ответить с цитированием
Ответ


Здесь присутствуют: 1 (пользователей: 0 , гостей: 1)
 
Опции темы
Опции просмотра

Ваши права в разделе
Вы не можете создавать новые темы
Вы не можете отвечать в темах
Вы не можете прикреплять вложения
Вы не можете редактировать свои сообщения

BB коды Вкл.
Смайлы Вкл.
[IMG] код Вкл.
HTML код Выкл.

Быстрый переход

Похожие темы
Тема Автор Раздел Ответов Последнее сообщение
Allah rəhmət eləsin! Shahin Разное 24 16.01.2009 14:14


Текущее время: 01:01. Часовой пояс GMT +5.

Powered by vBulletin® Version 3.8.7
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd. Перевод: zCarot
Rambler's Top100  

Голос Тюркского мира Кавказский полигон