Вернуться   ::AzeriTriColor-Форум:: > Азеритриколор > Turan

Turan Форум на азербайджанском и остальных языках тюркской группы

Ответ
 
Опции темы Опции просмотра
Старый 11.06.2012, 17:36   #1
Модератор
 
Аватар для Papa Karlo
 
Регистрация: 24.12.2011
Адрес: Baku
Сообщений: 4,989
Сказал(а) спасибо: 567
Поблагодарили 910 раз(а) в 657 сообщениях
Вес репутации: 59
Papa Karlo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию Əhməd Cavad - Azərbaycan türklərinin istiqlal nəğməkarı

İstiqlal şairi Əhməd Cavad
Əhməd Cavadın anadan olmasının 120 illiyi tamam oldu.




Əhməd Cavadın son şəkili

Onun həyat yolu sal qayaları, dağları dələrək dənizlərə qovuşmağa can atan coşqun dağ çaylarını xatırladır. Bütün həyatı fırtınalarda, mənsub olduğu türk millətinin səadəti uğrunda mücadilələrdə keçdi.

Dəfələrlə təqiblərə, həbslərə, işgəncələrə, təhqirlərə məruz qaldı, amma o, tutduğu haqq yolundan dönmədi, ən ağır vəziyyətlərində belə, türk millətinə xas olan mərdlik və iradə nümayiş etdirdi. Sınmadı, daha doğrusu ən ağır işgəncələrlə belə onu sındıra, məsləkinə xəyanət etdirə, haqqı nahaqqa qurban verməyə məcbur edə bilmədilər. O, əsarət altında olan türk xalqlarının, əvvəlcə, çar Rusiyası, sonra isə bolşeviklərin tapdağı altında inləyən doğma, canından və qanından artıq sevdiyi Azərbaycanımızın milli-azadlıq mücadiləsi simvolu idi. Türklük sevdası canına, qanına elə hopmuşdu ki, o, özünü bunsuz sudan çıxarılan balıq kimi hiss edirdi. Əslində burada haşiyə çıxaraq bir önəmli fakta diqqəti cəlb etmək istəyirik. Ötən əsrin əvvəllərində türk dünyası yeni bir oyanış, intibah dövrü yaşamağa başlamışdı. Bu müstəvidə böyük Krım-Tatar türk yazarı İsmayıl Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarını ortaya ataraq, onu bütün türk gənclərinin əsas qayəsinə, son məqsədinə çevirməklə əsarətdə olan türklərin yeni azadlıq mücadiləsinin əsasını qoydu. Bu da, öz növbəsində, Çin səddindən tutmuş, Adriatik dənizinə, Balkanlara qədər uzanan böyük bir ərazidə yaşayan türk xalqları arasında onlarla yeni azadlıq mücahidlərinin meydana çıxmasında önəmli rol oynadı. Bu yolun davamçıları olan Bəkir Çobanzadə, Salman Mümtaz və digərləri kimi, o da bütün həyatını türk millətinin ətalət yuxusundan ayılmasına, əsarətdən xilas olunmasına həsr etdi. Onun silahı qələmi idi. Yenə də burada bir haşiyə çıxaraq deyim ki, Mehmet Akif Ersoy Anadolu türkləri və bütün türk dünyası üçün nə demək idisə, o da həm Azərbaycan, həm də Anadolu türkləri üçün o demək idi.
Təsadüfi deyil ki, Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətinin banisi olan Məmməd Əmin Rəsulzadə onun haqqında: “O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”,- demişdi.
Bu, doğrudan da, belə idi. Çünki yazdığı hər misrası türk düşmənlərinə açılan güllə yağışı idi. Və bu güllə yağışının altında da günlərin birində sapı özümüzdən olan baltaların - bolşeviklərlə birləşərək, əllərini öz xalqlarının qanlarına batıran xainlərin əli ilə gedər-gəlməzə göndərildi...
Söhbət ötən əsrin ilk 30 ilində türkün azadlıq mücadiləsini özünün əsas həyat qayəsinə çevirərək, şeirləri ilə düşmənlərinin üzərinə od püskürən, “ Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına”,-deyə hayqıran vətənpərvər şair Əhməd Cavaddan gedir.

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.
Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və i.a. (Akademik Bəkir Nəbiyevin "Əhməd Cavad" adlı əsərindən Bakı: "Ozan" nəşriyyatı, 2004. – səh. 29).

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.


Последний раз редактировалось Papa Karlo; 12.06.2012 в 02:38.
Papa Karlo вне форума   Ответить с цитированием
3 пользователя(ей) сказали cпасибо:
Nana (27.07.2012), prostak (12.06.2012), Tebessum (12.06.2012)
Ответ


Здесь присутствуют: 1 (пользователей: 0 , гостей: 1)
 
Опции темы
Опции просмотра

Ваши права в разделе
Вы не можете создавать новые темы
Вы не можете отвечать в темах
Вы не можете прикреплять вложения
Вы не можете редактировать свои сообщения

BB коды Вкл.
Смайлы Вкл.
[IMG] код Вкл.
HTML код Выкл.

Быстрый переход

Похожие темы
Тема Автор Раздел Ответов Последнее сообщение
Azərbaycan xalq mahnıları thundergirl Музыка Азербайджана и мира 71 14.01.2017 09:46
Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifi Papa Karlo Азербайджанское общество 8 14.02.2012 01:46
Azərbaycan kişi adların siyahısı Pan Разное 26 07.02.2008 14:49
Azərbaycan qadın adların siyahısı Pan Разное 23 13.01.2008 23:50
Azərbaycan TV və Radiostansiyaları İnternetdə Pan Информационные технологии 0 07.11.2007 00:54


Текущее время: 01:58. Часовой пояс GMT +5.

Powered by vBulletin® Version 3.8.7
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd. Перевод: zCarot
Rambler's Top100  

Голос Тюркского мира Кавказский полигон