Вернуться   ::AzeriTriColor-Форум:: > Азеритриколор > Азербайджанское общество

Ответ
 
Опции темы Опции просмотра
Старый 17.02.2013, 19:55   #26
Модератор
 
Аватар для Papa Karlo
 
Регистрация: 24.12.2011
Адрес: Baku
Сообщений: 4,989
Сказал(а) спасибо: 567
Поблагодарили 910 раз(а) в 657 сообщениях
Вес репутации: 57
Papa Karlo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

milyonçu Hacı Zeynalabdin Tağıyevlə müsahibə

http://www.youtube.com/watch?feature...=GINXNsU5yAc#!



Allah Rəhmət Eləsin! Qəbri Nurla Dolsun!
__________________
"Сила правительства держится на невежестве народа, и оно знает это
и потому всегда будет бороться против просвещения. Пора нам понять это.
"
Л.Н. Толстой


Последний раз редактировалось Papa Karlo; 17.02.2013 в 20:00.
Papa Karlo вне форума   Ответить с цитированием
Старый 18.03.2013, 00:50   #27
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Гаджи Зейналабдин Тагиев и члены его семьи.

Такое вот трио было у него дома.

__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
2 пользователя(ей) сказали cпасибо:
Dismiss (07.03.2014), Renata (18.03.2013)
Старый 23.11.2013, 15:15   #28
Модератор
 
Аватар для Papa Karlo
 
Регистрация: 24.12.2011
Адрес: Baku
Сообщений: 4,989
Сказал(а) спасибо: 567
Поблагодарили 910 раз(а) в 657 сообщениях
Вес репутации: 57
Papa Karlo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Bakıda müsəlman aləminin ilk qız məktəbinin açılmasından 112 il ötür

Цитата:
Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük oğullardan biri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, milli azadlıq hərəkatının üzvlərindən biri - Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O, müstəmləkə altında yaşayan, hər cür tərəqqiyə, inkişafa səbəb olacaq vasitələrdən məhrum edilmiş millətinin irfanı üçün çalışır, vuruşur, dövrün ziyalıları ilə birgə çıxış yolları axtarırdı. Yaxşı bilirdi ki, müsəlman-tatar adlandırılan millətinin tərəqqisi, gömüldüyü zülmətdən qurtulması üçün maarif, mədəniyyət, mətbuat, qəzet, dərgi, məktəb, təhsil lazımdır, bu millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə yalnız millətin öz övladları yandıra bilər. Beləliklə, bu işıq 112 il öncə Tağıyevin Bakıda min bir əzab-əziyyətlə açdığı Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbindən başladı.

XX əsrin əvvəllərində bütün maneələrə baxmayaraq Hacının maddi və mənəvi dəstəyi ilə maarifi və milli mədəniyyəti təbliğ edən, yayan cəmiyyətlərin, xeyriyyəçi təşkilatların, ittifaqların fəaliyyətləri çoxalır, öz hesabına onlarla azərbaycanlı gənci Rusiya və başqa diyarlarda ali təhsil almağa göndərirdi. Onun bu sahədə gərgin fəaliyyəti çox keçmədən Azərbaycanda milli özünüdərkin dirçəldilməsinə təkan verdi. Bundan başqa o, neft maqnatı kimi ad çıxarsa da, iqtisadiyyatın başqa sahələrinə də maraq göstərirdi. Bu maraq ilk növbədə Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün iş yerləri açmaq idi. Bu mövqedən çıxış edərək Tağıyev böyük balıq sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi kimi obyektlər açır, insanları, xüsusən kasıbları işlə təmin edirdi.

Nisbətən də olsa ölkədə baş verən dirçəliş birtərəfli qaydada idi, qızlar təhsildən, tərəqqidən tamamilə kənarda qalırdı. Xaricdə oxumağa gedən gənclər öz millətinin qızı ilə deyil, əcnəbilərlə evlənir, nəticədə bunun da millət üçün faydası olmurdu. Hacının əsas hədəfi qızlar üçün məktəb açmaq, azərbaycanlı qızlarının elmə-təhsilə vaqif olmasına çalışmaq idi. Ölkə bir tərəfdən çar Rusiyasının müstəmləkəsindən əziyyət çəkirdisə, digər tərəfdən də daxildəki qaragüruhçu dindarların, cahillərin təhsilə, elmə, irfana həqarətlə baxması onun əl-qolunu bağlayırdı. Belə bir cəmiyyətdə qızlara məktəb açmağın nə demək olduğunu yaxşı bilən Hacı bu barədə müdrikcəsinə düşünürdü. “Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyin mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə başlamalıyam” - deyib məqsədinə doğru gedirdi.

Şərq dünyasının ilk mesenatı Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək xalqa müraciət etdi: “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, özü-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz”.

Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yer seçilməsinə və inşasına diqqət yetirir. Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman və irfan insanına mane olmağa çalışırlar. Naəlac qalan Hacı qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa cəhalətin ağzını qapaya bilir.

1897-ci ildən Hacı qollarını çırmayıb işə başlayır. Bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. Məktəb açmaq asan məsələ deyildi. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir (Keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində). Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardımçı olur. Yeri gəlmişkən deyək ki, Hənifə xanım məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.

Nəhayət, tarixi gün gəlir. Düz 111 il öncə - 1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edərək yazır: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: “Çox yaşa Hacı!”.

Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı yaraşıqlı uniforma geyinirdilər. Qeyd edək ki, bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.
__________________
"Сила правительства держится на невежестве народа, и оно знает это
и потому всегда будет бороться против просвещения. Пора нам понять это.
"
Л.Н. Толстой

Papa Karlo вне форума   Ответить с цитированием
Пользователь сказал cпасибо:
Scarlett (23.11.2013)
Старый 06.03.2014, 23:45   #29
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Короче, недавно мы с друзьями решили все это проверить. Это оказался огромной уткой от наших СМИ.

Не нашли, ни тот журнал, ни этого Уильям Тола, никаких памятников Г.З.Тагиеву в Эдинбурге. Тем более в ЮК все памятники регистрированы властями.
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием
Ответ


Здесь присутствуют: 1 (пользователей: 0 , гостей: 1)
 
Опции темы
Опции просмотра

Ваши права в разделе
Вы не можете создавать новые темы
Вы не можете отвечать в темах
Вы не можете прикреплять вложения
Вы не можете редактировать свои сообщения

BB коды Вкл.
Смайлы Вкл.
[IMG] код Вкл.
HTML код Выкл.

Быстрый переход

Похожие темы
Тема Автор Раздел Ответов Последнее сообщение
Азербайджанец или тюрок? Yerli Социология, Опросы 1589 26.09.2013 23:13
Памятник Андранику Озаняну в Сочи снесли.... QafqazWolf Армения 26 10.06.2011 23:26
азербайджанец-мусульманин Ader Социология, Опросы 127 20.05.2009 21:53
азербайджанец-христианин Ader Социология, Опросы 18 14.07.2008 09:44
Бог, Которому поклоняемся Zubeyr Религия 1 16.02.2008 18:10


Текущее время: 21:34. Часовой пояс GMT +5.

Powered by vBulletin® Version 3.8.7
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd. Перевод: zCarot
Rambler's Top100  

Голос Тюркского мира Кавказский полигон