Показать сообщение отдельно
Старый 19.01.2011, 06:58   #2360
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,199 раз(а) в 1,382 сообщениях
Вес репутации: 119
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Hikmət Hacızadə: “Partiya yoxdur, bircə bayraq qalıb” - Müsahibə

http://qafqazinfo.az/_HIKM%C6%8FT_HA...987-xeber.html

18.01.2011 | 16:48

Müsavat Partiyasının Divan üzvü Hikmət Hacızadənin “Qafqazinfo”ya müsahibəsi:

- 2011-ci ildə siyasi sahədə Azərbaycanda hansı yenilik gözləyirsiniz?
- Azərbaycanda hələki siyasət ölüb. Siyasi səhnə artıq yoxdur. Bu əslində çoxdan, 95-96-cı illərdən belə idi. Amma keçən il bu hamıya aydın oldu. Parlament seçkilərində bəlli oldu ki, artıq açıq siyasət də yoxdur, partiyalar da. YAP da heç kəsə lazım deyil. Bax bu sönük mənzərə gözümün qabağındadır. Mən istəyərdim ki, heç olmasa, cəmiyyət bir az canlanıb, səs çıxarıb, müqavimət göstərsin. Amma nə olacaq, nə olmayacaq, mən deyə bilmərəm.

- Sizin fikrinizcə, bu ölünü diriltmək mümkündürmü?
- Mümkündür. Amma nəsə baş verməlidir. Mən hələ ki, nəyinsə baş verəcəyini görmürəm. Buna şərait yoxdur.

- İctimai-siyasi proseslərin canlanması üçün müxalifət nə etməlidir?
- Müxalifət partiyalarında, əgər belə güc varsa onlar mənəvi gücə çevirilməlidir. O zaman ki, onlar siyasi güc kimi tutulurdularsa, əvvəllər onların arxasında hansısa sosial qruplar və sair dururdu, onlara dəstək verilirdi, siyasi qruplar, siyasi liderlər var idi. İndi onlar yoxdur. Ya ölkədən gedib, ya tutulub, satılıb və ya çörək dalınca gedib, ya yuxulayıb. Demək, meydanda qalmaq istəyən ancaq siyasi yolla deyil, mənəvi yolla vəziyyətə təsir edə bilər. Necə ki, Brejnev vaxtında xalqı oyatmaq istəyən dissidentlər bu yolla təsir etmək istəyirdilər. Bax budur. Molla Nəsrəddin jurnalı yolu, Zərdabi yolu, Saxarov yolu. Hələki ancaq bunlar qalıb.

- Yəni sıfırdan başlamaq lazımdır?
- Bəli. Sıfırdan başlamaq lazımdır.

- Bəs, heç satılmayan qalıbmı ?
- Var, qalıb onlardan. Amma onlar siyasi qüvvə təşkil etmirlər. Çox azlıq təşkil edirlər. Mən əhalini deyirəm. Əhali arasında qeyrətli insanlar, ürəyi yananlar qalıb, amma onlar çox azdır.

- Onları təşkilatlanmağa ehtiyacı varmı ?
- Onları məsələn partiya şəklində, hansısa hərəkat şəkilində təşkilatlanmaq mümkün deyil. Çünki onların sayı azdır. Tək-tük orda-burda qalıblar. İndi biz Brejnev dövründəki kimi vəziyyətdəyik.

- Bu prosesləri hakimiyyətin müxalifət üzərində qələbəsi kimi qiymətləndirmək olarmı ?
- Onlar elə hesab edirlər ki, bu qələbədir. Ancaq bu, ölkə üçün böyük bir faciədir. Əgər ölkədə siyasi rəqabət, arena yoxdursa, demək bu , elə orqanizmdir ki, onun sinir sistemi, qarşılıqlı əlaqəsi yoxdur. Yaxud ayaq çürüyürsə, baş bu barədə xəbər tutmur.

- Ölkədə fəallığı AXCP və Müsavatın birləşməsi ilə yaranacağına güman vardı. Amma bu da baş tutmadı...
- Mən bu prinsipin tərəfdarı idim. Əgər camaat istəyirdisə, onlardan nəsə umurdusa, birləşsəydilər, yaxşı olardı.

- Onlar birləşərsə, fəallıq gətirə bilərdilərmi ?
- Bir az fəallıq gətirə bilərdi. Amma böyük canlanma , hansısa hərəkat yaratmazdı. Təkcə birləşməklə yox, hansısa şəraitdə, hansısa şərtlər dəyişməlidir. Büdcədə pul azalmalıdır, hansı ki, oradan polislərə, maskalılara, verilir. Əgər ölkədə yarıtmaz idarəetmə varsa, onda ölkənin sabitliyi tənəzzülə gedir. Camaat başlayır acından oyanmağa, hərəkat başlayır. Bizdə isə neft o mənzərəni pozur. Büdcədə pul var, polisə verilir, maskalılara verilir, onlar da camaatı döyür. Başqa səbəblər də var. Bizim iki diktator ölkə, Rusiya ilə İran arasında olmağımız, demokratik ənənələrin az olması, Sovet irsi və digər sadaladıqlarım bizim demokratik inkişaf etməyimizə mane olur.

- Partiyaların birləşməsi ilə bağlı müzakirələrdə iştirak edirdinizmi?
- Mənim başım qarışıq olduğu üçün mən iştirak etmirdim. Amma birləşmənin tərəfdarıyam, birləşsələr pis olmaz.

- Hesab edirsinizmi, bu məsələ artıq qapadılıb?
- Mən elə hesab etmirəm. Geniş əməkdaşlıq var idi, yenə də olacaq. Partiyanın birləşmə məsələlərində isə sədr problemləri var. Kim hansı yer tutacaq, aşağıda-yuxarıda olanlar kim olacaq. Onu da Məhəmməd Peyğəmbərin vaxtından bu yana hələ heç kəs həll etməyib. Müsəlman mədəniyyətində sədr davasını hələ ki, heç kəs həll etməyib. Bax elə bu cür mənasız şeylər müsəlmanın evini yıxır.

- Partiyadakı istefaları necə dəyərləndirisiz ?
- Bunlara görə mən çox məyusam. Bu adamlar getməsə yaxşı olardı. Onlar hamsı ləyaqətli insanlardı. Mən istərdim ki, biz bir olaq. Bütün çətinliklərə baxmayaraq, siyasi partiyalar, siyasət olmasa belə Müsavatın bayrağı, simvolu var. Biz onu qorumalıyıq. Ona görə də mən bu bayrağın yanında qalmışam və davam edəcəyəm. Mən çalışacağam “Molla Nəsrəddin “olum.

- Cəbhə ilə birləşməyi Müsavat özü təklif etmişdi, lakin sonradan bu mövqedən geri çəkildi?
- Çox absurd bir şey alındı.

- Buna səbəb nə idi ?
- Bu mövqeyimizin zəifliyidir. Nəyə görə bu təklif irəli sürülmüşdü, nəyə görə ində belə oldu?!!! Mövqeyimizin zəifliyindən. Qabaqcadan bunu düşünmək lazım idi ki, bunun sonu belə olacaq və belə təklif sürülməməli idi.

- Bu sizə qarşı kampaniya aparmağa arqument verdi ?
- Biz qalmışıq ki, bizə qarşı da kampaniya aparsınlar ? Yoxdur heç kəs. Bircə bayraq qalıb. Onu saxlamaq lazımdır.

- Partiyanın rəhbərliyi, başqanı, müavinləri var...
- Partiya yoxdur. Siz deyən mənada partiya yoxdur. Var e, orada qərargah var, oturublar. Amma həqiqi siyasi qüvvə kimi, hansısa sosial qrupların təşkilatçısı, rəhbəri kimi yoxdurlar. Çünki o sosial qruplar yoxdur. Odur ki, bizə hücumlar da çox olub. Nə etməyiblər ki? Balalarımız da tutublar. Ona görə artıq bir şey gözləmirəm. Sadəcə olaraq, onlar sevinirlər ki, ahaaa sinir sistemini sıradan çıxarıdq. Daha heç yerimiz ağrımayacaq. Bax belədir... Sevinirlər.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием
2 пользователя(ей) сказали cпасибо:
Bergmann (21.01.2011), Xan (19.01.2011)