Показать сообщение отдельно
Старый 24.09.2011, 12:09   #189
Местный
 
Аватар для Oğuz
 
Регистрация: 12.03.2007
Адрес: Абхирати
Сообщений: 4,560
Сказал(а) спасибо: 1,567
Поблагодарили 1,223 раз(а) в 723 сообщениях
Вес репутации: 59
Oğuz на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Mövzu icabı:

İki qoçun başı bir qazanda qaynamaz – amma İsrail qoç deyil, qoçun buynuzundur. Aid olduğu qoç (ABŞ) da Türkiyə ilə bir qazanda (regionda) deyil...

Bu buynuz vaxtında qırılmalıdır. Ən azı Türkiyə üçün regional güc mərkəzinə çevrilməyin yolu bundan keçir.

Onun qırılması Türkiyənin (hansısa X məmurun deyil) ən vacib strateji niyyətlərindən biridir və gələcək təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. (Sevr müqaviləsi müəllifləri hələ də onu yuxularında görürlər...)

Qüvvələr nisbətindən, dünya balansından və regional münasibətlərdən asılı olaraq Türkiyə fürsət düşdüyündə bunu edəcək, etməlidir...

Güman edirəm, belə bir fürsət (imkan, güc, siyasi iradə) yaranıb.

Yaranıbsa, deməli, bunu dünyada (və regionda) ictimai rəyi öz xeyrinə formalaşdırmaqla, incə formada (və qabaqcadan hazırlanmış çox mərhələli və şahəli plan əsasında) həyata keçirmək lazımdır. Əks tərəf bunun üçün kifayət qədər əsas (bəhanə) törədib və Türkiyə bunlardan məharətlə yararlanır. (düşməni elə öz üsulu ilə vurmaq lazımdır)...
__________________
Carthago delenda est!

Oğuz вне форума   Ответить с цитированием