Показать сообщение отдельно
Старый 11.03.2011, 13:07   #61
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 57
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

“11 Mart - Böyük Xalq Günü” aksiyası

“Qafqazinfonun” məlumatına görə, aksiyanın təşkilatçıları “Facebook”da yaratdıqları qrupda insanları “28 May” metrosunun ətrafına toplaşmağa çağırıb. Onlar təxminən saaty 12:00-dan başlayaraq insanları tək-tək şəhərə çıxamağa səsləyib. Digər bir üzv isə aksiyaçıları uzun və dar küçələrə toplaşmağa çağırıb.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində yaradılan qrupun virtual etiraz aksiyasına dəstək çıxanların sayı 4 minə çatıb. Qrup aksiyaya 30 mindən çox istifadəçini dəvət edib.



musavat.com saytının məlumatına görə isə bu gün səhərdən başlayaraq paytaxt Bakıda polis qüvvələrinin döyüş hazırlığlı vəziyyətinə gətirildiyi müşahidə olunur. Əməkdaşlarımızın verdiyi xəbərə görə, "28 May", İçərişəhər", "Elmlər Akademiyası", "Sahil" metrostansiyalarının ətrafında çox sayda polis qüvvələri cəmləşdirilib. Bundan başqa bir kənarda çox sayda avtobuslar da saxlanılıb. Onlar hazır vəziyyətdə dayanıb gənclərin aksiyasının başlanacağını gözləyirlər ki, polis tərəfindən saxlanılan gəncləri polis bölmələrinə daşısınlar.

Bundan başqa, digər metrostansiyaların ətrafında da vurnuxma, təşviş hiss olunur. Məsələn, əməkdaşımızın müşahidəsinə görə, "Neftçilər" metrostansiyasının cənub-şərq çıxışında maklerlərin yığışdığı parka toplaşan insanlar polis qüvvələri tərəfindən qovulublar Onlara deyilib ki, bu gün burada durmaq olmaz.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием