Показать сообщение отдельно
Старый 02.03.2011, 12:46   #2420
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 54
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

SÜLEYMAN RÜSTƏM PƏNAH HÜSEYNİ NECƏ İTTİHAM ETDİ?

Son günlər “Facebook” sosial şəbəkəsində ən çox müzakirə olunan mövzularından biri də şair Süleyman Rüstəmin “Müsavatçılara çavab” şeiridir. Şeir XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini (AXC) quran müsavatçılara həsr olunub. Şeirdə cümhuriyyət qurucuları olan müsavatçılar tənqid olunur. Hətta şair bir az da irəliyə gedərək müsavatçılara xitabən “O üç rəngli bayrağısa görməyəcək gözləriniz!... Çürük murdar firqəniz də özünüzdən tez ölmüşdür, Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür” deyib.

Amma şeirdə günümüzdə də aktual olan maraqlı başqa bir məqam da var.

S.Rüstəm AXC-nin qurucularını əhali arasında aclıq yaratmaqda, insanlara jmıx, göy ot yedirtməkdə suçlayır. Bu ittihamlar günümüzdə də səslənir. YAP siyasi rəhbərliyi dəfələrlə AXC-Müsavat hakimiyyətini xalqa jmıx yedirtməkdə ittiham edib. Bu ifadələr parlamentə polemikalar zamanı Pənah Hüseynə də ünvanlanıb.

Ötən əsrin əvvəllərində M.Ə.Rəsulzadə, daha sonra isə hazırkı Müsavat başqanı İsa Qəmbər dövlət fondunda yığılan külli miqdarda qızılı xaricə aparmaqda ittiham edilib.

Bu paralellər xüsusi xidmət orqanlarının standart ittihamlarının olduğunu deməyə əsas verir.
AXC-Müsavat hakimiyyəti dövründə baş nazir olan Pənah Hüseyn acından heç kəsin jmıx yemədiyini, bu sözün isə obrazlı şəkildə ifadə olduğunu dedi: “Heç kəs jmıx yeməyib. 95-ci ilə qədər çörəklə bağlı problemlər var idi. Keyfiyyətsiz taxıl məhsullarından un hazırlanırdı. Çünki taxıl xaricdən gəlirdi. Yaranmış vəziyyətdən istifadə edib bu cür ifadələr işlədiblər. Jmıx qarışıq yemdi. Bundan kənd təsərrüfatı heyvanlarının yemlənməsində istifadə edirlər”.

P.Hüseyn qeyd etdi ki, hökumətləri gözdən salmaq üçün bu cür təxribat xarakterli ifadələrdən istifadə edirlər: “Paralellər mənə ilginc göründü. Obrazlar, dil, terminlər eynidir. Xatırlayıram ki, 1993-cü ildə şayiə yayılmışdı ki, guya bizim hökumət Ləl-Cəvahirat fondunda olan qızılı da götürüb xaricə aparıb. Eyni ittihamı N.Nərimanov tərəfindən Məhəmməd Əmin Rəsulzadəyə də deyilib. Nəriman Nərimanov 1920-ci ildə may ayında, səhv etmirəmsə, Təzə Pir məscidinin həyətində bu ifadələri işlətmişdi. Daha sonra Şeyx Şamil haqqında da bu cür ifadələr işlədilib. Bu, Rusiyanın sovet dönəmində xüsusi xidmət orqanlarında hazırlanmış təbliğat təxribatı idi. Paralellər mənə də çox maraqlı göründü”.

P.Hüseyn sonda bildirdi ki, əslində zaman dəyişib, amma təbliğat məktəbləri eyni olaraq qalır.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием