Показать сообщение отдельно
Старый 28.02.2011, 15:29   #2406
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 54
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

ƏLİ KƏRİMLİNİN SABİRABADA GEDƏCƏYİ XƏBƏRİ ARANI QATDI



Fəlakət bölgəsi olan Sabirabadda vəziyyət acınacaqlı olaraq qalır. Hətta AXCP sədri Əli Kərimlinin Sabirabada gedəcəyi xəbəri bütün rayonu qarışdırıb. Bu barədə məlumatı qəzetimizə rayon sakinləri verib.

Sakinlərin bildirdiklərinə görə, nəinki təşkilat nümayəndələri, hətta sadə vətəndaşlar da etirazlara qoşulub. Etirazlar isə müxtəlif formalarda davam etdirilir. İnsanlar polisləri çaşdırmaq üçün AXCP sədri Əli Kərimlinin Sabirabada gələcəyi haqqında xəbər yayıblar. Xəbərin ardınca polislər müxalifətin rayon təşkilatlarının qərargahlarını mühasirəyə alıblar. Rayon mərkəzində və kənd yollarında postlar qurublar. Bir sözlə, rayona nəzarət daha da gücləndirilib.
Etirazçılar hər gün gecə saatlarında rayon mərkəzində yerləşən dövlət binalarına şüarlar da yazırlar. Məsələn, sosial yardımların verildiyi binaya “Rüşvətxorluq binası!”, bir neçə divara isə “Ceyhun Osmanlı və işsizlik” şüarları yazılıb. İnsanların dediyinə görə, şüarlar boya ilə yazıldığından onları silmək olmur.



Məsələ ilə əlaqədar hökumətin Sabirabada təyin etdiyi deputat Ceyhun Osmanlı ilə əlaqə yaratmağa çalışdıq. Lakin deputat məsələlərin qızğın şəkildə cərəyan etdiyi bir dövrə operativ münasibət bildirmək əvəzinə, telefon zənglərimizə cavab vermədi. SMS yazaraq münasibət öyrənməyimiz üçün onun elektron poçtuna məktubla müraciət etməyi məsləhət gördü. Bu müraciət günlərlə vaxt apardıqca Sabirabad sakinləri zülmlə çarpışır.
Bu arada YAP-ın rayon təşkilatının binasını yandırmaqda oğurluq məqsədi güdüldüyü barədə xəbər yayılıb. Deyilənlərə görə, YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bu binada oturmasa da, oranın yandırılmasında onun da əli var. Bildirilir ki, binadan oğurluq olduğu üçün izi itirmək məqsədi ilə onu yandırıblar.

Xatırladaq ki, fevralın 24-də seldən zərərçəkən sakinlər geniş aksiya keçirtmişdilər. Hətta aksiyaçılarla polis arasında ciddi narazılıq yaranmışdı. Buna görə əhali polisi daşa basmışdı. Sel köçkünləri Bakıda da mitinq keçirtmək, Prezident Administrasiyasına yürüş etmək istəyirlər.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием