Показать сообщение отдельно
Старый 12.02.2007, 01:15   #183
Местный
 
Регистрация: 08.09.2006
Сообщений: 157
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 17
DiamondFalcon на пути к лучшему
Мои фотоальбомы

По умолчанию


Çox sag olun, Dismiss xanım!

Bu yaxınlarda Etnoqrafiya ixtisası üzrə tarix elmləri doktoru Nərgiz xanım Quliyevanın müxtəlif mənbələrdə çap etdirdiyi və xalqımızın adət-ənənələrinə ithaf etdiyi işlərlə tanış olmuşdum. Mənim üçün bu məlumatlar həm yeni həm də çox maraqlı idi. Təəssüflər olsun ki, məhdud tirajla buraxılmış işlər geniş oxucu kütləsinə hələlik çatmamışdır. Fürsətdən istifadə edib həmin işlərdən iqtibasları bacardığım tərzdə forum yoldaşlarımla bölüşmək istərdim.

Çox istərdim ki, gözəl alimimizin əməyı cavan nəsl tərəfindən yetərincə qavranılsın və adətlərimiz qorunub saxlanılsın.

Söhbət azərbaycanlıların toy adət-ənənələrindən gedəcək. Əsas bölmələr Qız Bəyənmə, Elçilik, HƏ vermə, Bəlgə (yaxud nişan), Nişan qabağı Qaytarma, Oğlan Evində Tədarük, Qız evinə parç-paltar gətirilmə, Qız evində xınayaxdı gecəsi, Qızın ata evindən köçməsi, Qızın Oğlan evinə gətirilən Gün, Oğlan Toyu, Bəyin Oğurlanması və sairə.

Azərbaycanın hər bir bölgəsinə, rayonuna mənsub olan özəlliklər verilən materiallarda öz əksini tapacaq. İştirakçıları da fəal olmağa çağırıram, kimin əlində dəyərli material olsa, xahiş edirəm bu mövzuda yerləşdirsin.

Başa düşürəm, mənim üçün forumda yeni ampluadır :ee3:


DiamondFalcon вне форума   Ответить с цитированием