Показать сообщение отдельно
Старый 26.01.2007, 18:15   #1
Местный
 
Регистрация: 21.10.2006
Сообщений: 229
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 15
sveiks на пути к лучшему
Мои фотоальбомы

По умолчанию Кто такой Эйнулла Фатуллаев

BAKI şəhəri YASAMAL RAYON MƏHKƏMƏSİNƏ

İddiaзı: Зaladze Tatyana Yevgeniyevna

Ьnvan: Bakı,

Cavabdeh: Fətullayev Eynulla Emin oğlu

Ьnvan: Bakı,

İDDİA ƏRİZƏSİ

Şərəfin, ləyaqətin və işgьzar nьfuzun mьdafiəsi barədə

Bildirirəm ki, Aəzrbaycan Respublikasının vətəndaşı, jurnalist, «Realnıy Azerbaydjan» qəzetinin redaktoru Eynulla Fətullayev artıq xeyli mьddətdir ki, Xocalı faciəsi qurbanlarının, həmin faciə zamanı qətlə yetirlmişlərin və onların qohumlarının, həmзinin Qarabağ mьharibəsi veteranlarının, Azərbaycanın Milli ordusu əsgərlərinin və bьtьn Azərbaycan xalqının şərəf və ləyaqətini bu və ya digər şəkildə təhqirini цzьndə ehtiva edən hərəkətlərə yol verir və bunun ьзьn həm цzьnьn rəhbəri olduğu, həm də başqa kьtləvi informasiya vasitələrindən geniş şəkildə istifadə edir.
Eynulla Fətullayev KİV vasitələrində məqalələr və şəxsi bəyanatlar şəklində Xocalı hadisələri barəsində heз bir əsası, sьbutu və şahidi olmayan yalan və bцhtanların yayılması ilə məşğuldur. Qeyd elirəm ki, bəzən Fətullayev bunları guya Xocalı sakinləri ilə apardığı sцhbətlərdən hasil etdiyi nəticələr kimi qələmə verir, halbuki mənim xocalılarla apardığım sцhbətlər bunun tam yalan olduğunu, belə gцrьşlərin ьmumiyyətlə olmadığını sьbut edir.
Hesab edirəm ki, E.Fətullayevin bu cьr fəaliyyətinin sцz azadlığı, demokratiya məfhumlarına heз bir aidiyyəti yoxdur, bunları o, bilərəkdən, məqsədyцnlь şəkildə həyata keзirir və bьtьn bunlar Ermənistanın Azərbaycana qarşı elan olunmamış mьharibəsindən sonsuz mənəvi, cismani və maddi məhrumiyyətlərə dьзar olmuş xocalıların, qarabağlıların və azərbaycanlıların heysiyyatına toxunur, onları təhqir edir. Bununla yanaşı, E.Fətullayevin haqqında danışılan fəaliyyəti Azərbaycanın yetişməkdə olan gənc nəslinin vətənpərvərlik ruhunda tərbiyəsi işinə ciddi zərbə vurur. Daha ciddi və цlkənin beynəlxalq nьfuzuna bцyьk ziyan vuran cəhət ondan ibarətdir ki, E.Fətullayevin uydurmalarına əsaslanan Ermənistan mətbuatı antiazərbaycan təbliğatını daha gьcləndirir və həqiqəti təhrif etməklə dьnya ictimaiyyətini зaşdırır ki, nəticə etibarı ilə bu, Ermənistan-Azərbaycan mьnaqişəsinin həlli istiqamətində aparılan işə mənfi təsir gцstərir.
AR Mьlki Məcəlləsinin 23-cь maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgьzar nьfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sьbuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgьzar nьfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin mьdafiəsinə onun цlьmьndən sonra da yol verilir.

23-cь maddənin 2-ci bəndinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgьzar nьfuzunu ləkələyən və ya şəxsi həyatının sirrinə qəsd edən məlumatlar kьtləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kьtləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər gцstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməoi və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə mьəyyənləşdirir.

23-cь maddənin 3-cь bəndinə əsasən, kьtləvi informasiya vasitələrində hьquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kьtləvi informasiya vasitələrində цz cavabını dərc edilməsi hьququ vardır.

23-cь maddənin 4-cь bəndinə əsasən, şərəfini, ləyaqətini və ya işgьzar nьfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin цdənilməsini tələb etmək hьququ vardır.

Yuxarıda gцstərilənləri nəzərə alaraq, AR Mьlki Məcəlləsinin 23-cь maddəsinə əsasən

XAHİŞ EDİRƏM:

Eynulla Fətullayevin məcburi qaydada xocalılarla gцrьşlərinin audio və ya video yazısının təqdim edilməsi və bunların əsasında onun yalan və bцhtana yol verdiyi yazılarının təkzibinin verilməsi barəsində qətnamə зıxarasınız.


İmza: T.Зaladze
__________________
НЕ В СИЛЕ БОГ , А В ПРАВДЕ


...увы, в природе встречаются шакалы, считающие себя волками...

sveiks вне форума   Ответить с цитированием