Показать сообщение отдельно
Старый 18.01.2007, 18:39   #89
Пользователь
 
Регистрация: 16.10.2006
Сообщений: 80
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 13
ucadag на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Həmişə olduğu kimi, bu dəfə də qorxmaz, mərd insanların və təşkilatların (partiyaların) sayəsində etiraz aksiyaları (mitinqlər, piketlər) keçiriləcək. Həmişə də seçkilərə qədər uzanıb bu etirazlar və həmişə də seçkilərdə qalib gələn tərəf müxalifət olub!!! Ancaq nə edəsən ki bir çox bəziləri haqsızlığa qarşı vuruşmaq (təbii ki sivil qaydalarla) əvəzinə, daha çox qeybətə üstünlük verirlər, daha çox "o da pisdi, bu da pisdi" prinsipinə üstünlük verirlər!!!

Və yenə də "sivil" mübarizə tərəfdarı olan bir çox (xırda) "müxalifət"çilər (rahat kresloya yayxanıb "intellektləşən") kənarda dayanıb onun-bunun dalınca danışmaqla mübarizəyə öz "töhfələrini" verdilər.

Ənənəvi olaraq bu dəfə də "Azadlıq" bloku, Müsavat partiyası və... bir qədər gözlənilməz olsa da Ümid partiyası etiraz tədbirləri görmək qərarına gəldilər.

Ümid partiyası mitinq təyin etdi, (üstəlik AXCP-yə də müraciət etdi ki onların tədbirində öz fəalları ilə iştirak etsinlər), ancaq potensialları imkan vermədiyindən bir bəhanə gətirib təxirə saldılar.

Müsavat partiyası ilə də hər şey bəllidir, Abutalıbov deyir "sür "Ukrayna dairəsi"nə" - baş üstə! Etiraf etmək lazımdır ki, "Azadlıq" blokunun tərkibində müsavatçılar daha cəsarətli idilər, nəinki başqa vaxtlarda.

Yerdə qalır bircə "Azadlıq" bloku. Yeganə qüvvədir ki, hakimiyyətlə açıq mübarizə aparır, buna potensialı da imkan verir. Sadəcə əl-ayağa dolaşan və kənardan müşahidə aparanlar olduqca çoxdur.
__________________
Hər kəsə öz arşınına görə səlahiyyət verilsə - sui-istifadə halları baş verməz!
Arifə bir işarə kifayət edər! Anlamayana nəyi isə anlatmaq - artıq vaxt itkisidir!

ucadag вне форума   Ответить с цитированием