Показать сообщение отдельно
Старый 18.01.2007, 16:20   #88
Новичок
 
Регистрация: 23.12.2006
Адрес: Tinistan
Сообщений: 16
Сказал(а) спасибо: 0
Поблагодарили 0 раз(а) в 0 сообщениях
Вес репутации: 0
antidevil на пути к лучшему
Мои фотоальбомы
Отправить сообщение для antidevil с помощью MSN Отправить сообщение для antidevil с помощью Yahoo

По умолчанию

Tin söhbəti saytının etirazı və bəyanatı

Azərbaycan cəmiyyətindəki çirkinlik və eybəcərlikləri maraqlı şəkillər, karikatura, video-audio fayllar, felyeton yazı, satikrik məqalələr və müxtəlif materiallarla özündə cəm edən "Tin söhbəti" (www.tinsohbeti.com) saytı yenidən hakimiyyət tərəfindən Azərbaycan sərhədləri daxilində yasaqlandı. Düz dörd ay bundan öncə iki dəfə yasaqlanmış sayt beynəlxalq təşkilatlar olan "Sərhədsiz Repartyorlar" (RSF) birliyi və "Beynəlxalq Söz Azadlığı Mübadiləsi" (İFEX) tərəfindən etiraz bəyanatına əsasən yenidən Azərbaycan sərhədləri daxilində fəaliyyətə başlamışdı. Həmçinin yanvar ayının 9-u susmayaq.biz saytı ilə bərabər yasaqlanan saytla əlaqədar beynəlxalq təşkilatlar yenidən etiraz bəyanatı ilə hakimiyyətə təzyiq göstərmişdi. Elə bir neçə gün öncə yenidən İP ünvanı deyişdirilərək açılan sayt bu gün bir daha, 4-cü dəfə blok olundu. Son olaraq sayta İlham Əliyevin karikaturaları yerləşdirilmişdi və məşhur "Vermə" hərəkatından söhbət açılırdı. Görünür bu elektron jurnalın reytinqi günü-gündən irəliləyərək 600-dən çox insanın ziyarətinə tuş gəlməsi hakimiyyəti saytı bağlamağa məcbur etmişdir. Və son günlər qiymətlərin artırılmasından narahat olan hakimiyyət əhalinin kütləvi etirazından təşvişə düşərək, xalqı daha da coşduracaq bu cür saytların qarşısını almağı planlaşdırmışdır. Xatırladaq ki, bu sayt ölkədən kənarda çox asanlıqla fəaliyyət göstərir və heç bir xaker hücumuna məruz qalmayıb. Bunun üçün Azərbaycandakı istifadəçilər proxy ilə hazırladığımız www.heyderizm.com saytından istifadə edərək girə bilərlər. Bunları yazmaqda bir məqsədimiz var. Səyləri birləşdirdikdə və prinsipial mövqe tutaraq dinc mübarizə metodlarından istifadə etdikdə məqsədimizə nail olduğumuzu Bəxtiyar Hacıyevin həbsi ilə əlaqədar aparılan uğurlu kompaniyanın timsalında da görə bilərik. Fikrimcə Azərbaycanda fəal vətəndaş mövqeyini nümayiş etdirmək üçün kifayət qədər mövzu və sahə var. Bu tip fəaliyyətlər uğurla nəticələnə bilmək üçün koordinasiya olunmalıdır. İndi biz koordinasiyadan yox, daha çox Tin Söhbətinin qapadılmasının etiraz bildirilməsinə layiq olan bir mövzu olduğunu vurğulamaq istəyirik. Fikrimcə aktual fəaliyyət planına bu saytın yenidən açılması uğrunda mübarizənin daxil edilməsi zəruridir. Bu həm də bir təklifdir. Mübarizə və onun üsulları ətrafında diskussiya etmək olar. Amma bu zərurətə münasibət barədə fikrinizi bilmək pis olmazdı. Bu məqsədlə hər zaman bizimlə əlaqə saxlaya bilərsiniz.
__________________
Tinimiz kinimizdir...

antidevil вне форума   Ответить с цитированием