Показать сообщение отдельно
Старый 21.12.2006, 03:43   #138
Местный
 
Аватар для Ziyadli
 
Регистрация: 11.08.2006
Сообщений: 10,738
Сказал(а) спасибо: 1,872
Поблагодарили 1,747 раз(а) в 1,058 сообщениях
Вес репутации: 129
Ziyadli скоро придёт к известности
Мои фотоальбомы

По умолчанию

<div class='quotetop'>Цитата(Nomade @ 21.12.2006, 1:36) [snapback]24052[/snapback]</div>
Цитата:
soy solduran ve el qaldiran basha dushduk. toy dolduram yaxshi bes ne demekdir?
[/b]
Бый гагааа.. бе дастанлары яхшы билмирсен, аказывается. Сени айрым тоюна апаражам, иншаАллах. Орада бомба ашыхлар олэр.

Классификация женщин по Деде Горгуду: :20:

«Arvadlar dörd cürdür:

birisi soy soldurandır;
birisi toy doldurandır;
birisi evin dayağıdır;
birisi necə desən, bayağıdır».

Ozan, evin dayağı odur ki, çöldən-bayırdan evə bir abırlı qonaq gəlsə, əri evdə olmasa, o gələn adamı yedirir-içirir, yola salır. O cür arvad Ayişə, Fatimə cinsidir, xanım. Onun uşaqları sağ olsun. Ocağına bu cür arvad gəlsin...

Gəldin, o ki soy soldurandır, oğrunca yerindən qalxar, əl-üzünü yumadan doqquz bozlamacla bir bardaq qatığı gəvələyər, tıxıb-basıb doyunca yeyər, əlini böyrünə vurar, de-yər; «Bu evi görüm, xaraba qalsın! Ərə gedəndən bəri qarnım da doymadı, üzüm də gülmədi. Ayağım başmaq, üzüm yaşmaq görmədi». Deyər: «Ah, nə olaydı, birinə də gedəydim. Umdu-ğumdan da yaxşı-uyğun olaydı». Onun kimisinin, xanım, uşaqları beyüməsin! Ocağına bu cür arvad gəlməsin.

Gəldin, o ki toy doldurandır, tərpəninca yerindən qalxdı, əl-üzünü yumadan obanın o ucunu bu ucuna çarpışdırdı. Söz-şayiə yaydı, qapılara qulaq qoydu. Öynəyədək gəzdi. Öynə-dən sonra evinə gəldi, Gördü ki, oğru köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq komasına, inək damına dönmüşdür. Qonşularını çağırar ki: «Yetər! Zəlihə! Zibeydə! Ürüdə-can, qız-can! Paşa! Ayna Mələk! Qutlu Mələk! Ölməyə-itməyə getməmişdim. Yatacaq yerim yenə bu xaraba olasıydı. Nə olardı, mənim evimə azacıq baxaydınız? «Qonşu haqqı — tanrı haqqıdır»—deyib-söylər. Bunun kiminin, xanım, uşaqları böyüməsin! Ocağına bunun kimi arvad gəlməsin.

Gəldin, o ki necə desən, bayağıdır. Əri evdə olanda çöldən-bayırdan evinə bir abırlı qonaq gəlsə, əri desə ki, dur çörək gətir, yeyək; qonaq da yesin. Desə, bişmiş çörək daimi deyil, yemək lazımdır. Arvad deyər: «Neyləyim, bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə də dəyirmandan gəlmədi... Nə gəlirsə, mənim sağrıma gəlsin»,—deyə əlini yanına vurar, üzünü o tərəfə, sağrısını ərinə döndərər. Min söylərsən, birisini eşitməz,—ərin sözünü qulağına almaz. O, Nuh peyğəmbərin eşşəyi nəslindəndir. Xanım, ondan da sizi allah saxlasın! Oca-ğınıza belə arvad gəlməsin!
__________________
I am back!


Ziyadli вне форума   Ответить с цитированием