Показать сообщение отдельно
Старый 04.12.2018, 10:30   #16
Администратор
 
Аватар для Dismiss
 
Регистрация: 23.07.2006
Адрес: Baku
Сообщений: 47,510
Сказал(а) спасибо: 10,446
Поблагодарили 10,975 раз(а) в 6,929 сообщениях
Вес репутации: 1
Dismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспоримаDismiss репутация неоспорима
Мои фотоальбомы

По умолчанию

İsmət Qayıbov doğuldu

03.12.2018, 23:56


Bu gün günorta saat 12.58 dəqiqədə Respublika Prokurorluğunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İsmayıl Qayıbovun oğlu dünyaya gəlib. Üç qızdan sonra 49 yaşlı İsmayıl Qayıbov 4-cü uşaq atası, oğul atası olub.

Modern.az xəbər verir ki, oğlunun adını İsmət qoyan İsmayıl Qayıbov bu barədə “Tvitter” hesabında yazıb: "Bu gün günorta mənim çoxdan gözlədiyim oğlum doğuldu - İsmət Qayıbov!".

Qeyd edək ki, hazırda Respublika Prokurorluğunda çalışan İsmayıl Qayıbov 1991-ci ilin noyabrında Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus “Mi-8” helikopterinin vurulması zamanı həlak olan Azərbaycan Respublikasının Baş prokuroru İsmət Qayıbovun oğludur.

Xatırladaq ki, 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olunan İsmət Qayıbov 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilib. İsmət Qayıbov 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində işləyib.



İsmət Qayıbov erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına daim etiraz edirdi. O, həmçinin, Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirirdi ki, şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri seçib. İsmət Qayıbov hələ o dövrdə 20 yanvar faciəsini "Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırır və bildirirdi ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar".
__________________
Тема Нагорного Карабаха далеко не исчерпана. Рано или поздно, если только какой-нибудь метеорит не уничтожит половину населения земного шара, азербайджанцы все равно попытаются решить этот вопрос. ©




Dismiss вне форума   Ответить с цитированием