Показать сообщение отдельно
Старый 03.05.2013, 14:11   #1881
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://etatist.com/xeber/5489-hikmt-...styirm-ki.html

ikmət Hacızadə: "Nazirdən soruşmaq istəyirəm ki..."

Oxunub : 463 Tarix : Bu gün, 09:29
"Mən həmişə azadlığı sevirdim"

Hikmət Hacızadə Azərbaycanda bəlkə də tək demokrat olan adamdır. Onu hər kəs bəyənir, özünə məxsus yumoru və səmimiyyəti ilə. Ancaq göründüyü kimi sadəlövh deyil. O sadəcə dövrünün yetişdirdiyi əsl intellektlərdəndəndir. Onun fərqi budur, çox bilir ki, çox sadədir. Söhbətimiz qısa alındı, ancaq sonuncu sualımın ikinci hissəsini verməyə imkan vermədən fikrini gitarası ilə isbatladı, təbii, özünə məxsus tərzlə...

Etatist.com-un bu dəfəki müsahibi, Baş Nazirin keçmiş müavini, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, Müsavat Partiyasının və onun Divanın üzvü, Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti, Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, bir neçə kitab müəllifi Hikmət Hacızadədir.

"Biz azad doğulmuş insanlardanıq"

- Hikmət bəy, indiyədək heç bir müsahibənizdə gəncliyinizdən danışmamısınız. Gəncliyiniz necə keçib?
- Gərgin olub. Çünki, biz azad doğulmuş insanlardanıq. Mən həmişə azadlığı sevirdim. Əlbəttə ki, sovet hökumətində, siyasi azadlıqdan söhbət gedə bilməzdi ancaq, şəxsi azadlığımız var idi. Yəni, mən və mənim nəslim o vaxt necə davranmaq, kiminlə dostluq etmək, hansı kitabları oxumaq, necə bir geyim geyinmək uğrunda vuruşurduq. Mən Azərbaycanda öndə gedənlərdən idim. Bizim ansamblımız var idi, gitara çalırdıq, mübarizə aparırdıq, özümüzü azad hiss etmək istəyirdik. Hamısı sıxıntı, basqı altında idi. Axırda qələbə çaldıq.

- O zaman Bakıda qalırdınız və səhv eləmirəmsə roka qulaq asırdınız.
- Bəli.

- Viktor Tsoya qulaq asırdınız?
- Mən şəxsən yox. Biz başlayanda Viktor Tsoy yox idi. Onlar 20 il sonra gəldilər. O zamanlar "Beatles”, "Chikago” və s. dinləyirdik. Sonra isə sovet hökumətində də rok yarandı. Tsoy məhz onlardan idi. Yəni onlar təxminən 10-15 il sonra yarandılar, sonra inkişaf etməyə başladılar. Mən artıq həmin vaxt caza qulaq asmağa başlamışdım. Amma Viktor Tsoy yaxşı ifaçı idi.

- Mənə elə gəlir ki, gəncliyinizlə bağlı sualı gözləmirdiniz, elədir?
- Bəli, gözləmirdim (gülür)

- Bu sualdan çəkinirsiniz?
- Yox, mən fəxr edirəm, həmin vaxtları yada salanda özümü xoşbəxt hiss edirəm. Bakı Dövlət Universitetində Fizfakda oxudum. Fizfak xüsusi intellektual bir yer idi. Daha sonra hardasa 6-7 il Moskvada oxudum, aspiranturanı bitirdim. Moskvanın kənarında bir biolji "Puşkin” mərkəzi var idi, ora SSRİ-də alimlər, aspirantlar, istedadlı adamlar gəlirdilər. Bizim çox gözəl və yaradıcı bir mühitimiz var idi. Fizika-riyaziyyatdan diplom müdafiə etdim. Sistemin dağılmasını orda gördüm. Şüurun, xalqın ləyaqətinin dirçəlməsini, mədəniyyətin çiçəklənməsini orda gördüm.

"İnsanlar gördü ki, sistem çürüyür”

- Nədə görürdünüz bu dirçəlməni?
- İnsanlar gördü ki, sistem çürüyür. KQB qorxurdu, hamının başının üstündə domokl qılıncı kimi asılmışdı. Buna baxmayaraq xüsusilə akademiyada alimlərin danışmağına heç nə kimi baxırdılar. Onlar danışmağa, məktublar yazmağa, cürbəcür qadağan olunmuş kitabları tapmağa və çap etməyə başladılar. Yüksək səviyyədə disidentlər yarandı. Bunu mən öz gözümlə gördüm.

- Bəs indi necə sistemin dağılma simptonlarını görə bilirsiniz?
- Mən dünyada böyük demokratik dalğanı görürəm. Azərbaycanda da ümumi şüurun, gəncliyin keyfiyyətinin artdığını görürəm və inanıram ki, tez bir zamanda bizdə də böyük dəyişikliklər olacaq.

- Sizin bir övladınız var – Adnan bəy. Deyirlər, valideynlər adətən öz həyatlarında özlərinin təmin edə bilmədiklərini öz övladları üçün təmin etmək istəyirlər. Siz Adnan bəyə ən önəmli, özünüzdə olmayan nə vermisiniz?
- Bu barədə heç düşünməmişdim. Mənim hər şeyim var idi. Ancaq biz sovet hökumətini görmüşdük, dünyanı görməmişdik. Mən də istəyirdim ki, oğlum getsin xarici görsün, xarici dili öyrənsin.

- Siz bunu verdiyinizi düşünürsünüz?
- Bəli. Oğlum getdi, məktəbi də, universiteti də Virciniya Riçmend unversitetində oxudu.

"Sizdən çox şey öyrənirəm”

- Freydin belə bir fikri var idi ki, valideynlər öz övladlarında yaşamağa davam edirlər.
- Bəli, razıyam, mən davam edirəm. Nəinki Adnanda, bütün gəncliyimizdə öz həyatımın davamını görürəm. Mən həmişə dəstəkləyirəm və sevinirəm ki, siz varsınız. Sizdən çox şey öyrənirəm.

"Dissident klublar dedikdə istehza ilə deməmişəm”

- Keçən dəfə sizin bir müsahibənizi oxudum. Demişdiniz ki, mövcud partiyalar dissident klublara bənzəyirlər. Necə fikirləşirsiniz, bu dissident klublardan xilas olmadığımız təqdirdə mübarizə ola bilərmi və xilasımız olmalıdırmı?
- Dissident klublar siyasi partiyadan arxasında sosial qüvvə olmamağı ilə fərqlənir. Onların bizim ölkədə olmamağının səbəbi nə sevmədikləri, nə də hörmətdən düşdükləri üçündür. Sosial qüvvə ümumilə ölkədə yoxdur. Biz diktaturada yaşayırıq və burda siyasi partiyalar mümkün deyil. Amma dissident klublar mənəvi gücə məxsusdurlar. Dissident klublar dedikdə istehza ilə deməmişəm. Onlar həqiqi qəhrəmanlardır. Çünki, siyasi partiya lideri öz qrupuna arxalanır. Amma dissident təkcə özünə arxalanır. Onun qrupu yoxdur, ölüb satılıb, sınıb. O təkcə özü danışır. Özü bir kitab yazır, bütün ölkəni lərzəyə gətirir.

"Partiya lideri tutulanda həmin dəqiqə milyonlarla adam meydana çıxmalıdır”

- Yazmırlar axı...
- Onlar ki, sınmayıblar, onlar meydandadır. Məsələn, İsa bəyin bir oğlunu aparıb öldürmək istəyirdilər, o biri oğlunu gündə prokratura çağırır. Oğluna toy eləməyə belə qoymurdular. Amma o sınmır başqaları kimi. Bu da bir nümunədir. Hələ ki, bu mümkündür. Mən dissident klubu deyəndə, bu adamları daha yüksək qəhrəmanlar kimi qəbul edirəm. Çünki partiya lideri tutulanda həmin dəqiqə milyonlarla adam meydana çıxmalıdır. Amma burda heç kim çıxmır. Onu tuturlar ancaq o yenə də sınmır.

- Dissidentin siyasi iddiası ola bilərmi?
- Dissidentin hər şeyi ola bilər. Amma söhbət ondan gedir ki, o təkdir.

"Onlar o xəbəri eşitsələr və başa düşsələr, o dəqiqə ürəkləri partlayar”

- Tək olan adamın siyasi iddiası ola bilərmi?
- Ola bilər. Deyə bilər ki, xalq nə vaxtsa oyanacaq, mən prezident olacam. Sual yarana bilər ki, niyə bunlar özlərini dissident adlandırmır, partiya adlandırırlar? Ona görə elə edirlər ki, Azərbaycanda böyük bir kütlə var. Hansı ki, onlar o xəbəri eşitsələr və başa düşsələr, o dəqiqə ürəkləri partlayar. Ölərlər ki, son ümidimiz, inandığımız bunlar idi. Bunlar isə 50 nəfər olubmuşlar. Ona görə o sözü demirlər. Amma mən onu deməyə bilmərəm. Çünki, məndən gündə soruşurlar və mən gərək ətraflı izah edim.

- Hikmət bəy, siz yəqin ki, Corc Ourelin "1984” və Oldos Hakslinin "Yeni Dünya” əsərini oxumusunuz.
- Bəli.

- Mənə elə gəlir ki, Azərbaycanda bu 2 utopiya əsərinin hər ikisinin elementləri, çox ağıllı vəziyyətdə mövcuddur. Əgər biz gerçəkdə mübarizə aparmaq istəyiriksə, birinci romantik vəfamızdan xilas olmalıyıq. Məsələn Azərbaycandakı iqtidarın da, müxalif elitanın da övladları eyni ataları kimi bir-biriləri ilə tez və antitez üzərindən mübarizə aparmağa başlayırlar. Mənə elə gəlir ki, bütün bunların hamısını uçurtmaqdan ötrü 3-cü bir qüvvə lazımdır.
- Gəlsin. Biz gözləyirik ki, yeni qüvvələr, yeni adamlar gəlsin. Düşsünlər qabağa vuruşsunlar. Amma gəlmir.

- Bəlkə qabaqlarını kəsirlər?
- Kim kəsir? Meydan boşdu. Nə istəyirsiniz qurun. Başlayın.

- Hikmət bəy, indi hansı fəaliyyətlə məşğulsunuz?
- Mən siyasi araşdırmalar aparıram. Müsavatın siyasi ekspertiyəm və tədqiqlə məşğulam. Demokratiya nəzəriyyəsi, tarixi, demokratik davranış yaymaq. Gənclərlə də proqramlarım da olur. Əsasən bunlardır.

- Necə fikirləşirsiniz, Azərbaycan cəmiyyəti demokratiyaya hazırdırmı?
- Artıq hazırdır.

- Bəs 5 il bundan əvvəl?
- Çətin sualdır. Mən bunu deyə bilmərəm. Bizim yeni nəslimiz yetişib, qoca nəslimiz də ağıllanıb və dünyada vəziyyət dəyişib. Beynəlxalq islahatlar olacaq, bizə dünya kömək edəcək. Cürbəcür metodlar, fəlsəfələr var. Bəlkə biz bunu dərk etmirik amma bunun hamısını edəcəklər.

- Ramiz Mehdiyev İrana rəsmi səfər etdi və İran rəsmiləri ilə görüşdə Azərbaycan bayrağını qoymamışdılar.
- Mən də ona fikir verdim. Çox təəssüf edirəm.

"Əgər iranlılar bununla öyünürlərsə, çox heyif onların səviyyəsinə”

- Bu nə deməkdir?
- Hörmətsizlik əlamətidir. Aşağı görməkdir. Nə isə göstərməkdir ki, biz böyüyük, siz balacasınız. Hər-halda xoşməramlı addım deyil. Əgər iranlılar bununla öyünürlərsə, çox heyif onların səviyyəsinə. Əslində qonşu ilə dost olmaq lazımdır.

- Mütaliə elədiyinizdə ən üstün verdiyiniz siyasi fikirli insan kimdir?
- Mənim təsvirimdə islahatçı siyasətçilərdir. O islahatçılar ki, tək başına, balaca bir qrupla bütün ölkəni dəyişdi. Ölkənin tarixini, formasını dəyişdi. Məsələn, I Pyotr, Atatürk, Marqaret Tetçer, Ronald Reygan. Ən sevdiyim insan Xruşovdur. Xruşov haqqında bir şey danışmaq istəyərdim sizə. Xruşov bir gün gəlir Amerikanın Nyu York şəhərinə. Orda mətbuatın böyük bir evi var və onun orda çıxışı olmalıdır. Çıxış belədir - ortada mikrofon var, ətrafında dairə formasında insanlar durur, danışırsan və ondan sonra banket olur. Xruşov ora gəlir, danışmağa başlayanda görür ki, yuxarıda balkonlar var və orda qadınlar durub. Ətrafdakılar isə ancaq kişilərdir. Deyir ki, bacılar orda nə edir? Onlar isə deyir ki, bizim qayda-qanunumuza görə biz onları aşağı buraxmırıq, ancaq yuxarıda olmalıdırlar. Nikita isə onların aşağı düşməsini istəyir. Onlar qəbul etmir. Nikita, onlar düşməyincə danışmayacağını bildirir. Qadınları aşağı salırlar. Nikita Sergeyeviç danışır, ondan sonra 100 illik ənənə sınır, qadınlar artıq aşağıda durmağa başlayırlar.

- Məni narahat edən məsələlərdən biri də odur ki, biz bəzən inqilabdan danışırıq amma, heç bir inqilabçını tanımırıq. Sizcə tarix boyunca olan inqilabları bilmədən siyasi proseslərə qatılıb "inqilab” demək doğrudurmu?
- Razıyam sizinlə. Mütləq bunların hamısını öyrənmək lazımdır. Fikir, fəlsəfə tarixini mütləq öyrənmək lazımdır.

"İnqilab sənin, mənim istəyimlə olmur”

- Biz mətbuatda Qərb Azərbaycanda inqilab hazırlayır, dəstəkləyir kimi başlıqlar görürük. Bütün gün inqilab sözünü oxuyuruq. Amma bu gün Azərbaycanda inqilab sözü saqqız olub çeynənib və dadı qalmayıb. İnsanların qarşısında inqilab sözünü deyəndə romantizm duyğularından daha çox ikrah hissi yaradır. Sizcə bu inqlabçılıq ruhudur, yoxsa şarlatanlıq?
- Əvvəla heç kəs inqilab istəməz. Çünki, inqilab dağıdıcılıqdır. Amma başa düşmək lazımdır ki, inqilabın olub və ya olmaması bizdən asılı deyil. Nə vaxt təkamül yolu blokada olunursa, onda cərəyan gəlir dirənir və onda inqilab başlayır. İnqilab sənin, mənim istəyimlə olmur. Sülh islahatları yoxdursa, onda inqilab söhbəti yaranır və yayılır. Bizdə də belədir. Heç bir islahat getmir, təkamül yoxdur. Hamı da deyir ki, əgər qapılar açılmırsa onda sındıraq. Sındıra da bilmirlər. Görünür ki, hələ o həddə çatmayıb və danışa-danışa qalıblar. Biz burda nə edə bilərik? Adama qoymurlar ki, hüququ olduğu halda qapını açıb sual versinlər.

- Bu yaxınlarda prezident İlham Əliyev yeni təhsil naziri təyin etdi və yeni nazirin nurçu olmaq söz-söhbətləri gedir. İddialara görə, bu artıq ikinci nurçu təyinatdır. Müxalifətdən belə bunun uğurlu addım olduğu söylənildi. Siz bu barədə nə düşünürsünüz? Azərbaycan islamlaşması bizim xeyrimizə ola bilərmi?
- Yox. Mən islamlaşma da başqa bir şey də istəmirəm. Bizim konstitusiyamız var, biz dünyəvi dövlətik. Mən bu adamların da nurçu olduğunu bilmirdim. Ancaq mən inanmıram ki, İlham Əliyev hardansa axtarıb nurçu tapıb gətirib. O özü dindən uzaq adamdır, belə şey fikirləşməz. O ki qaldı nazirin fəaliyyətinə, əgər o gəlibsə proqramını açıb göstərsin.

"…sentyabrın 1-i yenə məktəblərdə uşaqlardan pul yığacaqlarmı?”

- Mətbuatda hicablı bir qızla görüşməsi haqqında xəbərlər getdi.
- Sözün düzü yaxşı edib. Bu böyük bir problemdir. Bütün dünyada var. Avropa məhkəməsinə də belə şikayətlər gedib və onlar da baxıb. Odur ki, heç bir direktorun, müəllimin hicablı qızı dərsdən çıxarmağa və başqa şeylərə haqqı yoxdur. Mən özüm dindar deyiləm amma, insan haqları var və gərək qəbul edək. O, əvvəla proqramını göstərməlidir. Hamı bilir ki, təhsil bərbad günündədir. Necə düzəltmək istəyir? Planı nədir? Mən soruşmaq istəyərdim, sentyabrın 1-i yenə məktəblərdə uşaqlardan pul yığacaqlarmı? Məktəblərdə müəllimlərin hamısı oturub seçki komisiyasında saxtakarlıqla məşğuldurlar, o dəyişəcəkmi? Nə edəcəyi barədə programını açmasını xahiş edərdim.

- Mən sizinlə keçən dəfə də görüşəndə diqqət etdim ki, sizin dırnaqlarınız uzundur və bunu araşdırdım ki, bu nə deməkdir. Araşdırmalarım nəticəsində, məlum oldu ki, bunun iki səbəbi var birincisi Fransa burjua inqilabı zamanında dırnaqlarını uzun saxlayanlar elita imiş…
- Yox, o mənə aid deyil, mən gitara çalıram (gülür)


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием