Показать сообщение отдельно
Старый 11.10.2012, 21:07   #605
Модератор
 
Аватар для Papa Karlo
 
Регистрация: 24.12.2011
Адрес: Baku
Сообщений: 4,989
Сказал(а) спасибо: 567
Поблагодарили 910 раз(а) в 657 сообщениях
Вес репутации: 56
Papa Karlo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Gülər Əhmədova YAP-dan Prezidentə şikayət etdi

“Məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı Sizdən rica edirəm”

Sabiq millət vəkili Gülər Əhmədova Facebook sosial şəbəkəsi vasitəsilə ölkə Prezidenti İlham Əliyevə müraciət edib. Modern.az saytı onun müraciətini təqdim edir:
- Mən 2 gün bundan öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqın gedişatına kömək etmək məqsədilə öz deputat mandatımdan imtina etdim və istintaqda ifadəmi verdim. Bundan sonra KİV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim. Lakin daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şər və iftira yağdırmağa başladılar. Hər gün bu təhqirlər mənə ünvanlanmağa başladı.

Bununla həmin insanlar istintaqın gedişatına mane olur, istintaqın istiqamətini yanlış yönə çevirməyə çalışırlar. Mənim barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirem ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirlər yağdıran insanlar çox peşman olacaqlar.

Sonda Cənab Prezidentə müraciət edirəm ki, Sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş ,Sizin sədr olduğunuz partiyanın üzvləri mənim barəmdə təhqir dolu açıqlamalar səsləndirir və məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq, məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı Sizdən rica edirəm.

Hörmətlə, Gülər Əhmədova

ps. По моему, в этом и заключается цель всех этих нападок, кому-то очень нужно, чтоб она заговорила…


Последний раз редактировалось Papa Karlo; 12.10.2012 в 00:36.
Papa Karlo вне форума   Ответить с цитированием