Показать сообщение отдельно
Старый 01.10.2012, 11:13   #421
Модератор
 
Аватар для Papa Karlo
 
Регистрация: 24.12.2011
Адрес: Baku
Сообщений: 4,989
Сказал(а) спасибо: 567
Поблагодарили 910 раз(а) в 657 сообщениях
Вес репутации: 56
Papa Karlo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию


“Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır. Bu cinayət işini siyasiləşdirmək olmaz”.

APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov Elşad Abdullayev və Gülər Əhmədovanın videosu ilə bağlı başlanan cinayət işinin istintaqından danışarkən deyib.

Baş prokurorun sözlərinə görə, materiallarla bağlı müxtəlif ekspertizalar təyin olunub: “Dünən əməkdaşlarımız Azərbaycan Beynəlxalq Universitetinin binasında olublar. Həmin videoçəklişin aparıldığı otağa baxış keçirilib. Bütün bu araşdırmalar başa çatandan sonra aydın olacaq ki, həmin videoyazı hansı otaqda və hansı məqsədlə aparılıb”.

Baş prokuror deyib ki, G. Əhmədova özü istintaqın obyektiv aparılması üçün deputat toxunulmazlığı hüququndan imtina edib: “O da hesab edir ki, istintaqa yaxından kömək edəcək”.

Z. Qaralov bildirib ki, Gülər Əhmədova ilə bağlı videomaterial yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir: “İlk növbədə Elşad Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi ilə bağlı Elşad Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır. Bu suallardan biri budur ki, Elşad Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il saxlayıb, yalnız Azərbaycanı tərk edəndən ictimaiyyətə açıqlayıb. Əgər o korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, deputatlığa namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq orqanına bildirməli idi. Belə bir müraciət isə olmayıb”.

зы. а кто утверждает, что Ельшад Абдуллаев борец с коррупцией?

Papa Karlo вне форума   Ответить с цитированием