Показать сообщение отдельно
Старый 30.09.2012, 00:43   #300
Модератор
 
Аватар для Papa Karlo
 
Регистрация: 24.12.2011
Адрес: Baku
Сообщений: 4,989
Сказал(а) спасибо: 567
Поблагодарили 910 раз(а) в 657 сообщениях
Вес репутации: 56
Papa Karlo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

меня больше удивило то, что day.az опубликовало этот материал...



...“Qafqazinfo”ya daxil olan məlumata görə, Gülər Əhmədovanın düşdüyü bu situasiya, onunla müxtəlif sövdələşmələr həyata keçirən və bir çox hallarda uduzmuş vəziyyətdə qalan insanları hərəkətə keçirib. Onlar uzun illərdir ki, Gülər Əhmədovaya birbaşa və dolayı yolla verdikləri pulu almaq üçün fəaliyyətə başlayıblar. Qeyd etdiyimiz kimi bununla bağlı redaksiyamıza bir çox məlumatlar daxil olub. Lakin biz onların dəqiqləşdirilmiş kiçik bir hissəsini təqdim edirik.Məlumata görə bir neçə il əvvəl Gülər Əhmədovanın hamiliyi ilə bir nəfər deputat həmkarı Çingiz Əsədullayevin sahibi olduğu “Azəriqazbank”dan 2 milyon pul kredit kimi götürüb. Sonradan həmin şəxs pulu qaytarmadığına görə həbs edilərək vəsait geri tələb edilib. Lakin o, pulu bankdan çıxaran kimi 1 milyonunu Gülər Əhmədovaya verdiyini deyib və özünə çatan vəsaiti qaytarmağa hazır olduğunu bildirib. Həmin vaxtdan indiyə qədər həmin çəkişmə davam edir və Çingiz

Əsədullayev deputat həmkarından bu pulu geri ala bilmir. Bu arada qeyd edək ki, Çingiz Əsədullayevdən bir neçə deputat həmkarı böyük məbləğdə pul götürərək qaytara bilməyib. Onlardan biri də Fərhad Qəribovdur.Gülər Əhmədova aldığı həmin pula Gənclikdəki milyonerlər məhəlləsində ev də alıb. Onun eyni zamanda onlarla obyektinin, o cümlədən Xızı rayonunda yanacaq doldurma məntəqəsinin olduğu deyilir.
Qeyd edək ki, 2010-cu il parlament seçkiləri ərəfəsində də bir qrup insan Yasamal rayonu ərazisində bina tikintisi ilə bağlı alınacaq torpaq sahəsi müqabilində Gülər Əhmədovaya 500 min verdiklərini və pulu geri ala bilmədiklərini iddia etmisdilər.

Papa Karlo вне форума   Ответить с цитированием