Показать сообщение отдельно
Старый 15.09.2012, 17:38   #1834
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

GRANTLAR HAQQİNDA

http://azadliq.info/index.php?option...byli&Itemid=41

Bu gün günlərdən bazar

ŞƏNBƏ, 15 SENTYABR 2012 02:03

ELNUR ASTANBƏYLI

Bu günlərdə iqtisadçı Natiq Cəfərli maraqlı bir statistika açılmışdı, orada deyilirdi ki, 1994-2010-cu illərdə Azərbaycan hökumətinin qurumları, dövlət idarələri, müxtəlif adlarla 1,8 milyard dollar qrant alıblar (məhz qrant!), özü də bu qədər qrant əsasən Qərb fondlarından və ölkələrindən alınıb. Halbuki eyni dövrdə Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının aldıqları bütün qrantların məbləği heç 100 milyon dollara çatmır.

Indi özünüz təsəvvür edin: illərdir Qərbin qrantlarını bunlar basıb yeyirlər, amma bizi Qərbə işləməkdə ittiham edirlər. Bu, əlbəttə, sırtıqlığın, həyasızlığın son həddidir.

Digər tərəfdən, Qərbə işləməyi suç elan etmək özü çox gülməlidir. Gerçək suç bu rejimə işləməkdir, korrupsionerlərlə, oğrularla bir masa arxasına əyləşməkdir. Yeri gəlsə, heç Qərbə işləməkdə, Qərbpərəst olmaqda pis bir şey də yoxdur. Guya onların bu ölkədən istədiklərində pis nə var?

Deyirlər, korrupsiyanın kökünü kəsin.

Azad, ədalətli məhkəmələr qurun deyirlər.

Demokratik seçki tələb edirlər.

Ifadə özgürlüyü tələb edirlər.

Hüquqa, azadlıqlara qayğı tələb edirlər.

Necə yəni, indi biz bunu tələb edənlərlə işləməyib, onlarla əməkdaşlıq etməyib neyləməliyik? Korrupsionerlərləmi, hüquqa, qanunlara tüpürənlərləmi işləməliyik? Qərbpərəst olmayıb da YAPpərəstmi olacağıq?
Əlbəttə, hələ Qərbin özündən bunu soruşmaq lazımdır ki, onlar 16 ildə az qala 2 milyard dolları bu rejimə hansı məntiqlə verib? Hansı ağılla verib? Bir yandan “dovşana qaç” nə demək nədir, o biri yandan “tazıya tut” demək nə?
Araşdırsaq, bu 2 milyarda yaxın qrant yəqin ki, hökumətə şəffaflıq, korrupsiya ilə mübarizə, müxtəlif islahatların aparılması məqsədi ilə ayrılıb. Hanı nəticəsi? Bəhrəsi hanı? O qədər qrantları özü də yəqin ki, elə neft pulları kimi yaptokratlar həzm-rabedən keçirib, basıb yeyib.

Elə təzəlikcə Isveçrə hökuməti yaptokratlara 1,6 milyon manat qrant ayırıb, bu qrant isə Allah qoymasa, guya “Kapital bazarının modernləşdirilməsi” layihəsinə verilib. Çox gülməlidir. Guya bizdə kapital bazarı var? Olmayan bir şeyi necə modernləşdirəcəklər? Ümumiyyətlə, yaptokratiya hara, modernləşmə hara? Bunlar bütün varlıqları ilə yeniləşməyə, dəyişimə qarşıdırlar, çağa qarşıdırlar, çağdışıdırlar. Elə isə Isveçrə kimi ağlıbaşında olan ölkələr nəyə ümid edirlər?
Nə kapital bazarı-zad? Ölkədə illərdir bir “xodovoy” bazar var, o da davasını döydüyümüz bəşəri dəyərlərin, uğrunda illərdir min cür məhrumiyyətlərin çəkildiyi idealların, prinsiplərin satıldığı bazardır. Üstəlik, heç qrant-zad olmadan da bu bazar günbəgün “modernləşir”, hər gün dəyərlərin, prinsiplərin satılmasının ən “modern” yollarını, üsullarını görürük.

Hazırda bu bazarda ən bərkgedən məhsul “ümummilli məsələlərdə iqtidar-müxalifət birliyi”dir. Özü də siz baxmayın “ümummilli məsələlər” deməklərinə... Bircə “ümmmilli məsələ” var ortada, bu zaman da ancaq Qarabağ məsələsi nəzərdə tutulur. Və bizə də asanca utdurulur, həzm etdirilir.

Və bizdən bircəciyi də çıxıb demir: bəyəm ölkədə azad seçki keçirilməsi ümummilli məsələ deyilmi?

Bəyəm söz azadlığı, ədalətli məhkəmə, adil seçki, hüququn üstünlüyü ümummilli məsələ deyilmi?

Bunlar yalnız Azərbaycanda bir cəbhəninmi məsələsidir, bir qrupun, bir tərəfinmi məsələsidir?

Əgər elədirsə, o zaman Qarabağ məsələsində hansı “iqtidar-müxalifət birliyi”ndən söhbət gedə bilər? Biz deyilikmi, Qarabağın açarının da hüquqa dayanan, milli iradəyə sayğılı, ədalətli, azad, demokratik Azərbaycan olduğunu deyən? Elə isə bütün bunların hamısını rədd edənlərlə Qarabağ məsələsində necə bir olmaq olar?

***

Və sonda yazının adını qafasına taxanlara:
Bu gün şənbədir, bilirəm.
Amma mən artıq həftənin günlərini cüməyə, şənbəyə ayırmaq istəmirəm.
Artıq bu ölkədən hər gün günlərdən bazardır.
Alana da, satana da bazar olsun.



Последний раз редактировалось Хикмет Гаджи-заде; 15.09.2012 в 18:10.
Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием