Показать сообщение отдельно
Старый 26.07.2012, 01:29   #1819
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Vəliyevlər ölkədən 48 milyard pul çıxarıb

http://www.azadliq.az/index.php?opti...yas&Itemid=457

ÇƏRŞƏNBƏ, 25 İYUL 2012 09:03

Font Ölçüsü

Britaniya parlamentinə bağlı təşkilat ölkəmiz haqda sensasion məlumat yaydı


Britaniya parlamentinin himayəsiylə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən “Taxe Justice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatı “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatını açıqlayıb. Hesabatın keçmiş sovet, indiki MDB ölkələrindən bəhs edən hissəsində Azərbaycanla başlı şok məlumat yer alıb. Sənəddə 1993-2010-cu illər aralışında MDB ölkələrindən offşor zonalara ümumilikdə 1,1 trilyon dollar çıxarıldışı qeyd olunub.
Təşkilatın araşdırmalarından sonra məlum olub ki, 1993-2010-cü illərdə MDB ölkələri arasında ən az pul Qırşızıstandan çıxarılıb. Bu ölkədən ofşor zonalara ötürülən pulun miqdarı 0,9 milyard dollar olub. Keçmiş sovet ölkələrindən ofşor zonalara ötürülən pulun miqdarına görə Rusiya birinci yeri tutur.

Şimal qonşumuzdan 17 il ərzində 798 milyard dollar pul ofşor zonalara daşınıb.

Ikinci yerdə isə Ukrayna dayanır. Bu ölkədən çıxarılan pulun miqdarı 167 milyard dollardır.

“Taxe Justice Network” təşkilatının hesabatında bildirilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 1993-2010-cu illərdə ən çox pul Azərbaycan və Qazaxıstandan çıxarılıb.

Nazarbayevin rəhbərlik etdiyi ölkədən ofşor zonalara 138 milyard dollar daşınıb. Özbəkistandan 23, enerji ehtiyatları ilə zəngin Türkmənistandan 3,4, Tacikistandan 2,4 milyard dollar çıxarılıb.

Azərbaycanın yerləşdiyi Qafqaz regionundan çıxarılan pulun miqdarına görə ölkəmiz rekord göstərici ilə birinci yerdədir. Hesabatda deyilir ki, 1993-2010-cu illər aralışında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb.

Bu rəqəm Ermənistanla müqayisədə 23,

Gürcüstanla müqayisədə isə 18 dəfə çoxdur. Belə ki, Ermənistandan 17 il ərzində ofşor zonalara 2,2 milyard, Gürcüstandan isə 4,1 milyard dollar daşınıb.

Turan



Последний раз редактировалось Хикмет Гаджи-заде; 26.07.2012 в 20:21.
Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием