Показать сообщение отдельно
Старый 25.06.2012, 11:17   #1794
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

UNUDULMAZ İSAXAN AŞUROV
877 dəfə baxılıb

Zamin Haci

http://www.musavat.com/new/Yazarlar/...AN_A%C5%9EUROV

Hər adamın həyatda çox sevdiyi bir mahnı, ya bir şeir olur, hərdən bunu dodaqaltı zümzümə edir, ya ürəyində oxuyur. Mənim çox sevdiyim şeir parçalarından biri budur:

“Uca divarlar hörən daş deyil, düşüncədir,
Kişiyə mərdlik verən yaş deyil, düşüncədir.
Suç onun əsəridir, qanun onun əsəri,
Dar ağacına gedən baş deyil, düşüncədir".

Bu, böyük şeirdir, ya elə dörd sətirdir - bilmirəm. Heç müəllifini də tanımıram. Ancaq 2003-cü ildən bu şeir yaddaşıma pozulmaz şəkildə həkk olunub. Onu mənə İsaxan bəy demişdi. Unudulmaz İsaxan Aşurov. Bugünlərdə İsaxan bəy öldü. Mən qəsdən “dünyasını dəyişdi”, “vəfat etdi” kimi ifadələr seçmirəm. Çünki heç kimin bilmədiyi bir mücərrəd sonluğu o gözəl insanın adının yanına yazmaq istəmədim. İnsan həyatının mənası nədir ki? Onsuz da hamı əvvəl-axır ölür. Söhbət o ölümün gəldiyi anda hansı vəziyyətdə olmaqdır. İsaxan bəy əsl insan ömrü yaşadı və ölümə də açıq alınla, gülərüzlə getdi.
Aşurov mənim dostum idi, bunu həmişə qürurla söyləmişəm, baxmayaraq ki, bəlkə aylarla bir-birimizin üzünü görməzdik. Mənim belə dostlarım çoxdur: Spartak, Budda, Basat, Orxan Vəli, Dostoyevski, kürdəmirli Həsrət bəy... Gördüyünüz kimi, onların içində tarixi şəxslər də var, əfsanə qəhrəmanları da, indi yaşayan real soydaşlarımız da. Onlar çoxdurlar və buna çox şadam. Onlar hər biri mənim yaşamağım üçün haçansa stimul veriblər. Heç özləri də bilmədən. Qayıdaq o şeirin yaddaşıma yazılma tarixcəsinə.
Dediyim kimi, İsaxan bəyi çoxdan tanıyırdım, ancaq sıx ünsiyyətimiz 2003-cü ildə olmuşdu. O zaman İsa Qəmbər prezidentliyə namizəd idi və bir çox rayonlarda görüşlər keçirirdi. Həmin görüşlərin bir neçəsinə mən İsaxan bəylə birgə getdim. Yolda etdiyimiz söhbətləri unutmuram. Ümumiyyətlə, Aşurov elə hərtərəfli insan idi ki, yapon samuraylarının əxlaq kodeksindən və Borçalıdakı məzəli əhvalatlardan eyni dərəcədə şövqlə danışa bilərdi. Vəkillik etdiyi məhkəmə prosesində hakim qadına Lermontovun şeirini rus dilində söyləyə bilərdi.
Bax, elə həmin səfərlərin birində İsaxan bəy o şeiri dedi. Mən bu qısa poetik parçadakı ritmə, düşüncəyə verilən dahiyanə qiymətə heyran qalmışdım. Axı insan nədir? Belə baxanda insan elə düşüncədir.
Masallı-Lənkəranda İsa Qəmbərin rayon seçiciləri ilə görüşünə gedəndə isə bir insident yaşamışdıq. Başqan adətən çoxlu maşınlarla, kortejlə səfər edirdi, bu dəfə biz kortejdən qabaq yola çıxmışdıq. Biləsuvar rayonuna çatanda yol rayon mərkəzinin içindən keçirdi və İsaxan bəy təklif elədi ki, maşını saxlayıb düşək, yol qırağında İsa bəyi gözləyən adamlarla bir az söhbət edək. Hardan biləydik ki, o vaxt Biləsuvarda polis rəisi olan, çox vəhşi xarakterli tip (onun murdar adını da burda yazıb İsaxan bəyin xatirəsinə həsr elədiyim yazını korlamaq istəmirəm) bizi yol kənarında gözləyir. Qəfildən hardansa bir sürü polislə üstümüzə tökülüşdülər, bizi döyməyə başladılar. Aşurov nəhəng gövdəli adam idi, onun qollarından yapışıb yerə yıxmağa çalışan polislər bir anda mənə Qulliverə hücum edən liliputları xatırlatmışdı. Mən dərhal Amerika səfirliyində işləyən Dadaş bəyə zəng vurdum, yarım saat sonra İsaxan bəyi buraxdılar, ancaq bu arada çox maraqlı bir söhbət olmuşdu. Bir insanın mənalı və dəyərli həyat yaşamasını sübut edən situasiya idi. Bunu deyəsən bir dəfə yazmışam, yenə yazıram.
İsaxan bəy 1992-93-cü illərdə Qazaxda polis rəisi işləmişdi və indi bizi Biləsuvarda tutan həmin tip də Qazaxdan bura rəis gətirilmişdi. (Qazaxdakı vəhşi hərəkətlərinə görə keçmiş OMON-çular ona silahlı basqın etmişdilər, ancaq bu tip masanın altında gizlənib sağ qalmışdı). Uzun sözün qısası, bizi tutanda bu rəisin yanındakı bir polis İsaxan bəyi tanıdı və hörmətlə salam verdi. Sən demə, rəis Qazaxdan Biləsuvara dəyişiləndə o polisi də özü ilə gətiribmiş və vaxtilə həmin polisi sistemə elə İsaxan bəy götürübmüş. Bunu biləndə Biləsuvarın rəisinin əlinə sanki fürsət düşdü, çox sevincək polisdən soruşdu: “Səni o vaxt işə götürəndə Aşurova nə qədər pul vermişdin?”. Polis şəstlə rəisin üzünə baxdı və dedi: “Rəis, İsaxan bəy adamları işə götürəndə onlardan pul almırdı”. Rəis çox dilxor oldu, ancaq özünü sındırmaq istəmədi, guya zarafatla dedi: “Yəqin onda qoyun-quzu vermisən”. Polis bu dəfə də susmadı: “Rəis, İsaxan bəy işçilərdən və ümumiyyətlə heç kimdən nə rüşvət, nə qoyun-zad almırdı”. Siz o anda rəisin sifətinin necə qaraldığını, İsaxan bəyin üzündəki işığı isə gərək görəydiniz...
Sonra biz rayondan geri qayıdanda İsaxan bəy yolda bir söhbət elədi, deyirdi ki, görəsən insanlar niyə mənalı həyat yaşamırlar, niyə azərbaycanlıların çoxu pul, var-dövlət düşkünüdür və sairə. Hiss elədim ki, rəisin vəhşiliyindən dilxor olub, ancaq üzə vurmur.
Bəli, “kişiyə mərdlik verən, yaş deyil, düşüncədir”... Aşurov o şeirin müəllifinin adını bilmirdi, deyirdi ki, türkiyəli şairdir. Ancaq mənə elə gəlir ki, o şeiri elə İsaxan bəy özü yazmışdı. Bəzən həyat da gözəl şeir kimi olur...


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием