Показать сообщение отдельно
Старый 15.06.2012, 14:33   #1778
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Mediaforum.az

POLİTOLOQ: “HƏRƏNİN ÖZ İSLAMI VAR”.
TARİXÇİ: “DİNSİZ DÖVLƏT YOXDUR”

2012-06-14 - 13:32:00

http://www.mediaforum.az/az/2012/06/...548159c04.html

http://www.mediaforum.az/az/2012/06/...139482c04.html

Hikmət Hacızadə:

- Əslində bu gün konkter heç kim dəqiq demir islam nədir. Hərənin öz islamı var, hər islam məktəbinin öz qayda-qanunları var. İslam dövlətlərinə baxsaq, onlar şəriət qanunları ilə idarə olunur. O şərait qanunları “Quran”a və sünnəyə əsaslanır. Əksər hallarda məlum olur ki, o qaydalar orta əsrlərdə formalaşıb. Əlbəttə ki, bu qaydalar müasir respublika quruluşuna yaramır. Respublikanin əsas prinsipi nədir? Hamı azad və bərabər doğulur, onun anadangəlmə ləyaqəti var və o, qanun qarşısında hamı ilə bərabərdir. Amma şəriətdə elə deyil. “Quran”ın “Nisa” surəsində deyilir ki, kişinin qadından üstün hüquqları var.

Dindarın başqa, ateisin başqa hüquqları var. Dində yəhudiyə başqa, müsəlmana isə başqa cür baxırlar. Respublika quruluşlu ölkədə isə belə deyil. Çalışsan ki, islam dövləti bu üsulla qurulsun, mümkün olmaz, böyük ziddiyyətlər yaranar. Mənə görə, respublika quruluşlu ölkə daha yaxşıdır, qadın və kişinin hüquqları eyni olmalı, ateislə dindara eyni yanaşılmalıdır.

Şəriət qanunları arasında orta əsrlərdən qalma cəzalar var - əl kəsmək, daşqalaq etmək, edam etmək... Sözsüz ki, bunlar indiki humanizm normaları ilə üst-üstə düşmür. Bəlkə də orta əsrlərdə belə qəddarlıq lazım idi, amma indi elə şey mümkün deyil. İndi Azərbaycan Respublikasında ölüm hökmü də ləğv olunub. Amma şəriətdə bu var. Şəriətdə deyilir ki, biri digərinin arvadını vurub öldürübsə, o da o birinin arvadını vurub öldürməlidir. “Quran”ın “Bəqərə” surəsinə baxın.

Nə üçün? Nəyə görə arvad kişinin etdiyi cinayətin cəzasını çəkməlidir? Biz tez-tez İranda, Pakistanda, xüsusən də Əfqanıstanda bu kimi faktlar olduğunu eşidirik. Kimsə kiminsə xanımına təcavüz edir, yaxud öldürür, həmin tayfa gəlib qarşı tərəfdən bir qadın istəyir ki, onu cəzalandırsınlar. Axı arvadın nə günahı var? Bütün bunlar kənara qoyulmalıdır.

O ki qaldı islamın mənəvi dəyərlərinə, onlara nə söz ola bilər? Düzgün ol, saxtakarlıq eləmə, zina etmə, kasıba əl tut, andında sadiq ol və sairə. Bunlardan istifadə etmək lazımdır...

Vasif Qafarov:...........


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием