Показать сообщение отдельно
Старый 18.05.2012, 17:00   #401
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Məsələn:

Elə hərbi hissələr var ki, bu pul əsgərlərə verildikdən sonra müxtəlif bəhanələrlə onlardan alınır. Əsgərlərdən orduda baş verənlər haqqında nə indi, nə də tərxis olunandan sonra danışmayacaqları ilə bağlı yazılı izahatlar alınır. Hətta bəzən zabitlərdən belə pul yığılır. Hərbi hissənin işıq pulundan tutmuş təmirinə qədər zabit maaşından müəyyən məbləğlər tutulur.

Bir neçə ay öncə tv-lərədn birində zabit şikayətilə bağlı reportaj getmişdi və məğz bundan ibarət idi ki, zabitlərin maaşından müxtəlif bəhanələrlə pul tuturlar. Şikayət edən var idi və şikayəti təsdiqləyən bir digəri var idi. Sonra, deyəsən, şikayətçini ilişdirib ona 4 il iş oxuyublar, onun şikayətini təsdiqləyəni isə məhkəmədə onun üzünə durdurublar. Videonu tapa bilsəm, sonra burda yerləşdirərəm.

Ümumiyyətlə, bu misalların sayı qeyri-məhduddur və ən azından əsgərliyə uşaq göndərmiş valideynlərin tam əksəriyyəti çağırışdan başlayaraq, xidməti müddət başa çatanadək pul yığımı faktını təsdiqləyə bilər.

Bizdən isə sadə bir şey tələb olunur - nəyisə sübut etmək və ya təkzib etmək üçün hisslərə qapılmamaq və boşuna söz güləşdirməyə meyllənməmək.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием