Показать сообщение отдельно
Старый 07.05.2012, 18:40   #1776
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Azərbaycan hakimiyyətindən hesab sorulacaq

http://azadliq.az/index.php?option=c...ast&Itemid=414

«Hakimiyyət SSRI-ni uçuruma aparan siyasəti davam etdirir»

Hikmət Hacızadə: «Heç nə unudulmur, indi baş verənlərin ciddi fəsadları olacaq»


Azərbaycan hakimiyyətinin Qərblə bütün münasibətləri təhlükə altına qoyaraq əlaqələri kəskinləşdirdiyi açıq görünməkdədir. Iqtidar Qərbə qarşı başlatdığı kampaniyanı hər ötən gün daha da genişləndirərək yeni şantaj metodları “icad” edir. Politoloq Hikmət Hacızadə ilə müsahibəmizə öncə hakimiyyətin son reaksiyasının nədən irəli gəldiyini aydınlaşdırmaqla başladıq:

- Azərbaycan hakimiyyəti həmişə özünəməxsus formada tənqidlərə cavab verib. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycan iqtidarına qarşı son zamanlar tənqidlərin sayı artıb. Bu son bir neçə ildə dünyada gedən böyük dəyişikliklərlə bağlıdır. Demokratik ölkələrdə ictimai rəylər, qafalar dəyişib. Bunun davamı olaraq dünyada ciddi demokratik dəyişikliklər gedib. Nəticədə hazırda demokratik ölkələrdəki ictimaiyyət öz hökumətlərindən əxlaqlı xarici siyasət tələb etməyə başlayıblar. Bunu bizim diktatorlar heç vaxt gözləməyiblər. Onlara elə gəlirdi ki, diktator Qərbin maddi maraqlarını ödəsə, Qərb də bununla kifayətlənəcək və susacaq. Iqtidar bunu heç cür anlaya bilmir. Hazırkı dünyada sənin Qərbə nə qədər güzəştə getməyindən, neft verməyindən asılı olmayaraq, demokratik dövlətlərin xalqları diktatorlara qarşı sərt siyasət gözləyirlər. Əgər hakimiyyətlər bunu etməsələr, xalq onlara səs verməyəcək. Bunu nə hökumət, nə də bəzən demokratik ictimaiyyət başa düşür. Düşünülür ki, bəlkə bu iradların arxasında nəsə var. Bəlkə Qərbə az güzəştə gedirik, ona görə tənqidlər var. Bu, yanlış fikirdir. Bu, Azərbaycana əlavə güzəştlər qoparmaq üçün təzyiq deyil. Bu, 19-cu əsrin təfəkkürüdür. Qərb ictimaiyyəti artıq diktatura ölkələrindəki zülmə dözməyəcək. Bunu nə Almaniyanın səfiri, nə kansleri, nə də Barak Obama dayandıra bilər. Heç kəs gələn demokratikləşmə dalğasını qarşısını ala bilməz. Hətta ABŞ-a istifadə üçün Azərbaycanda yeni hava limanı lazım olsa belə. Nə “New York Times”a, nə “Washington Rost”, nə “Mond” qəzeti xahiş yerinə yetirməyəcək. Bu prinsipi hakimiyyət başa düşmür. Iqtidar elə düşünür ki, Azərbaycandakı kimi Qərbdə də hakimiyyət mətbuatdakı kampaniyaları idarə edir.

Bu siyasətin sonda hesabı sorulacaq

- Azərbaycan hakimiyyətinin əsas hədəf aldığı dövlət hazırda Almaniyadır. Almaniyaya qarşı ciddi kampaniya aparılır. Bir müddət əvvəl bu kampaniya ABŞ-a qarşı aparılırdı. Azərbaycanın bu addımları digər dövlətlərlə münasibətlərə necə təsir edə bilər?

- Hakimiyyət öncə onu tənqid etdiyinə görə ABŞ-ı hədəf götürmüşdü. Indi də başlayıblar sərt tənqidlərə görə Almaniyanı ittiham etməyə. Mən hakimiyyətdə oturanlara müraciət edirəm və bildirirəm, and olsun, Almaniya səfirinin, Merkelin günahı yoxdur. Almaniya mətbuatında yazılanlara onlar məsul deyillər. Qəzetçilər həqiqəti yazıblar və bundan sonra da yazacaqlar. Hakimiyyət əbəs yerə qışqır-bağır salmasın. Gərək hakimiyyət ondan tələb olunan islahatlara getsin, siyasi məhbus problemini həll etsin.

- Almaniya ilə Azərbaycanın münasibətlərinin korlanması digər Qərb ölkələri ilə əlaqələrə necə təsir edə bilər?

- Əlbəttə, baş verənlər digər demokratik ölkələrlə əlaqələrə təsirsiz ötüşməyəcək. Heç nə unudulmur. Sonda baş verənlərin haqqı sorulacaq və baş verənlərin ciddi fəsadları olacaq. Bunu anlamaq lazımdır. Belə ittihamlar cavabsız qalmayacaq.

- Hakimiyyət bəyan edir ki, Almaniyanın Azərbaycanı tənqid etməsi bu dövlətin ölkəmizin inkişafını gözü götürməməsindən irəli gəlir. Belə ki, Azərbaycan regionun “lider” ölkəsidir...

- Bu cür suala cavab vermək çətindir. Axı hakimiyyətdəkilər nəyə nail olublar ki, ona Almaniya kimi qüdrətli dövlət paxıllıq etsin?


Qərb dövlətləri yox, ictimaiyyəti hakimiyyətimizi hədəf seçib

- Fransa səfiri Qabriel Keller Azərbaycan hakimiyyətinin davranışlarından şoka düşdüyünü bildirib və diplomat almaniyalı həmkarına dəstəyini ifadə edib. Sizcə, hakimiyyətin siyasəti bu istiqamətdə davam edərsə, Avropa dövlətləri və Amerika da oxşar dəstəyin ifadəsinə qoşula bilərmi?

- Əlbəttə, qoşulacaq. Avropa Birliyinə daxil olan dövlətlərin ictimaiyyətləri bu savaşa mütləq qoşulacaq. Burada müharibə dövlətlər arasında getmir. Burada qarşıdurma Qərb ictimaiyyəti ilə Azərbaycan hakimiyyəti arasında gedir. Hansı səfirin olmasından asılı olmayaraq Fransanın “Le Mond” qəzeti Almaniyanı dəstəkləyəcək. Fransanın prezidentinin Ilham Əliyevlə görüşməsinə və normal əlaqələr saxlamasına baxmayaraq, ictimaiyyət hakimiyyətdən sərt addımlar atmağı tələb edir. Artıq dövlətlər hakimiyyətə qarşı deyil. Qərb insanları Azərbaycan hakimiyyətini hədəf seçib.

- Fransa səfiri mətbuata müsahibəsində eyni zamanda bildirib ki, “Ərəb baharı”nın Azərbaycanda baş verməsinin mümkünlüyünə dair suala cavab verib. O qeyd edib ki, bu barədə Azərbaycan vətəndaşları özləri qərar verməlidirlər. Fransa və beynəlxalq ictimaiyyət bu prosesdə onları yalnız müşayiət edə, azadlıq və demokratiya dəyərlərini müdafiə edə bilərlər. Bu açıqlama sizcə, nəyin mesajıdır?

- Bu mesaj bir daha münasibətlərin dəyişməsinin göstəricisidir. Əvvəllər heç bir Qərb ölkəsinin səfiri bu cür açıqlama ilə çıxış etməzdi. Amma indi bu cür açıqlamalar verilir. Belə mesaj ona görə verilmir ki, Parisdən ona belə bir göstəriş gəlib. Sadəcə olaraq səfir ölkəmizdə baş verənləri gördüyünə, Fransa qəzetlərini oxuduğuna, öz ictimaiyyətində gedən diskusiyaları eşitdiyinə görə bu fikir onda yaranıb. Fransa səfiri artıq Azərbaycandakı rəzaləti həzm edə bilmir. Çünki həqiqətən də vəziyyətin acınacaqlı olduğunu görür.

- Beynəlxalq aləm Azərbaycan hakimiyyətindən ciddi dəyişikliklər, insan haqlarının qorunmasını, siyasi məhbus probleminin həllini tələb edir. Hazırda hakimiyyətə qarşı da bu cür sərt reaksiya bundan xəbər verir. Yəni hakimiyyətdə dünyada gedən dəyişiklikləri anlayan bir adam yoxdur?

- Görünür yoxdur. Bu, birinci səbəbdir. Ikincisi, Azərbaycan hakimiyyətinin insan haqlarını pozması bir siyasi kursdur. Bu siyasətdən imtina edib başqa siyasi kurs qəbul etmək, xüsusi bilik və qətiyyət tələb edir. Necə vaxtilə Qarbaçov bu cür qətiyyəti nümayiş etdirmişdi. Ona görə Qarbaçovu elə-belə dünyanın dahisi saymırlar ki? O, keçmiş kursu dəyişə bildi. Burada dahilik lazımdır. Azərbaycan hakimiyyəti insan haqlarını pozmaqla ölkəni idarə edir. Bu siyasəti dəyişmək isə asan deyil.

Azərbaycandakı oliqarxların syiasi gücü yoxdur

- Novruz Məmmədovun dövlət başçısının ABŞ-a səfəri ərəfəsində söylədiyi fikirlər nəyə xidmət edirdi? Çünki N.Məmmədov vurğulayır ki, Qarabağla bağlı dəstək olmazsa, Azərbaycan Qərbyönlü kursu dəyişə bilər. Bu açıqlama nə dərəcədə reallığa uyğundur. Bu bir xəbərdarlıqdır, yoxsa imitasiyadır?

- Hakimiyyət elə düşünür ki, Qərbə güzəştə getdikcə demokratiya ilə bağlı tələblər azalacaq. Novruz Məmmədovun cümləsi bu təfəkkürün təzahürüdür. Hakimiyyətin mövqeyini dəyişməyi elə asan deyil. Hakimiyyət Qərbdən imtina edib hara birələşəcək? Azərbaycandan Qarabağı alan Rusiyaya? Yoxsa Irana birələşəcək? Digər tərəfdən, hakimiyyətin yığdığı bütün maliyyə vəsaitləri Qərb banklarında, övladları xaricdə... bu əlaqələrdən necə imtina edəcək?

- Bir çox ekspertlərin fikrincə, Suriyadan sonra demokratik dəyişikliklər üçün növbə Azərbaycanındır. Bəlkə hakimiyyət bu cür proqnozlardan ciddi narahatlıq keçirir?

- Əlbəttə, bu proqnozlar konkret təhlillərə əsaslanaraq deyilib. Hər iki regiondakı situasiyalar müqayisə olunub. Azərbaycandakı narazılığın olması bu proqnozları ortaya gətirib. Hakimiyyət də ona görə narahatlıq keçirir.

- ABŞ-ın Ceyms Fondunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı 5-6 oliqarxın əlindədir. Bu cür açıqlama sizcə, reallığa nə dərəcədə uyğundur?

- Birincisi, bu, reallığa uyğun hesabatdır. Amma bu, gerçəkliyin bir hissəsidir. Çünki dəqiq elmi dildə danışsaq, görərik ki, Azərbaycanda heç oliqarx yoxdur. Bu şəxslər təyin olunmuş oliqarxlardır. Bu şəxslərin siyasi gücü yoxdur. Klassik oliqarxların isə həm siyasi, həm də iqtisadi gücü var. Çünki biz bu gün oliqarx kimi qəbul etdiyimiz nazirlər sabah olmaya bilər. Necə ki, vaxtilə oliqarx sayılan Heydər Babayev bir günün ərzində nüfuzunu itirdi. Azərbaycanda hər şey bir ailənin əlindədir. Ona görə iqtisadiyyat 5-6 oliqarxın əlində deyil, sadəcə bu şəxslər vasitəsilə idarə olunur.

- Sərhədsiz Reportyorlar Ilham Əliyevi bir qayda olaraq “mətbuat yırtıcısı” siyahısına salırdılar. Amma bu dəfə bu siyahıya Vasif Talıbov da əlavə olunub. Bu nəticə nəyin görsənişidir?

- Bu hesabatda açıq görünür ki, nəyə görə Ilham Əliyevlə yanaşı Vasif Talıbov da bu siyahıya əlavə olunub. Təşkilat bu nəticəyə ölkədə mətbuata olan basqıları qiymətləndirərək gəlib.

Hakimiyyət “Eurovision”u özünü reklam üçün keçirir


- Bir-iki xarici qəzetin tənqidinə dözməyən hakimiyyət bir müddət sonra müsabiqə zamanı ölkəyə gələcək 2000 yaxın jurnalistin tənqidi ilə üz-üzə olacaq. Belə olan halda Azərbaycan “Eurovision”dan necə çıxacaq?

- Demokratik hökumət bu qədər tənqidə dözməzdi. Ona görə Azərbaycan “Eurovision” yarışmasından biabırçı halda çıxacaq. Azərbaycan böyük maliyyə xərclərinə getdi. Hakimiyyət Azərbaycanı müasir, sivilizasiyalı ölkə kimi göstərməyə çalışır. Amma bu məqsədə çatılmadı. Hakimiyyət özünü reklam etmək, müasir olduğunu göstərmək üçün bu qədər vəsait xərcləyib. Amma əsl reallıqları gizlətmək mümkün olmayacaq.

- Britaniya hökuməti qərar qəbul edib ki, insan haqlarını pozan Azərbaycan məmurlarını ölkəsinə buraxmayacaq. Bundan əvvəl də ABŞ oxşar qərarla çıxış etmişdi. Sizcə, bu addımlar nəyin siqnalıdır?

- Bu bir daha göstərir ki, dünya dəyişib və insan haqlarının tapdanmasına dözmək artıq yeniləşən dünyanın planlarına uyğun deyil. Ona görə müxtəlif yollarla çalışacaq ki, Azərbaycanda demokratik situasiya olsun. Belarusa da qarşı analoji addımlar atılıb. Bu, daha böyük sanksiyaların başlanğıcıdır. Nəyə görə belə qadağalar ortaya çıxır. Çünki xarici jurnalistlər, ictimaiyyət bunu öz hökumətlərindən tələb edir.

- Hakimiyyət hər zaman onu tənqid edən təşkilatlara ermənipərəst, qərəzli damğası vurur. Yəni neçə illik hakimiyyətləri dövründə bunlar bu təşkilatlarla əlaqələri normalaşdıra bilmədilər? Bəs hanı uğurlu xarici siyasət?

- Bu, hakimiyyətin ənənəvi layihəsidir. Hakimiyyəti tənqid edən təşkilatlar həmişə eyni cür damğalanır. Bu, sovet hökumətinin siyasəti idi. Kim tənqidə başlayırdısa, o, casus adlandırılırdı. Bu siyasət SSRI-ni uçuruma apardı. Indi də bu hakimiyyət həmin yolu gedir. Hakimiyyət özünə yad olmayan tarixə baxsın. Çünki hazırda hakimiyyətdə oturanlar keçmişdə də vəzifə tutublar. “Yeni Azərbaycan” qəzetinin, özünün nəzarətində olan telekanalların yazmağı ilə deyil. Azərbaycan hakimiyyəti heç zaman “Pravda” və birinci kanal kimi güclü təbliğat apara bilməyəcək. O, güc və ağıl tapıb bu kursdan imtina etməlidir.



Последний раз редактировалось Хикмет Гаджи-заде; 07.05.2012 в 19:22.
Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием