Показать сообщение отдельно
Старый 03.03.2012, 18:19   #133
Модератор
 
Аватар для Papa Karlo
 
Регистрация: 24.12.2011
Адрес: Baku
Сообщений: 4,989
Сказал(а) спасибо: 567
Поблагодарили 910 раз(а) в 657 сообщениях
Вес репутации: 56
Papa Karlo на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Kerim Посмотреть сообщение
наши организовали поддержку Путину?
AZƏRBAYCANLI MİLYARDERLƏR RUSİYADAKI SEÇKİLƏRƏ QARIŞDI


....Bu arada Rusiyadakı azərbaycan diasporu da baş nazir Putini dəstəkləyən aksiya təşkil edib. Moskvada təşkil edilən konsert-toplantıda baş nazirin keçmiş müavini, hazırda Rusiyada bizneslə məşğul olan Abbas Abbasov çıxış edərək deyib ki, azərbaycanlılar Putinin prezident olmasını istəyir. Çünki o namizədlərin içərisində ən xarizmatikdir və Rusiyada stabilliyi təmin etməyə qadir olan yeganə siyasətçidir. A.Abbasov Putinin yenidən prezident olmasının Azərbaycanın da maraqlarına cavab verdiyini deyib. Konsertə Rusiyanın tanınmış azərbaycanlı iş adamları - Araz Ağalarov, Telman İsmayılov və oğlanları Ələkbər və Sərxan İsmayılovlar, Fərhad Əhmədov, İsgəndər Xəlilov da qatılıblar.
Rusiyadakı azərbaycan diaspor təşkilatlarına Bakıdakı hakimiyyətin təsiri güclü olduğundan bu aksiyanı həm də Azərbaycan iqtidarının Putinə dəstəyi hesab etmək olar. Maraqlıdır ki, Rusiyadakı erməni diasporu analoji aksiya keçirməyib. Baxmayaraq ki, Rusiya və Putin Ermənistanın ən yaxın müttəfiqlərindəndir. Məlumdur ki, Azərbaycan hakimiyyətindəki oliqarxların əksəriyyətinin Rusiyada biznesi, yaxud bu ölkə ilə gəlirli biznes əlaqələri var. Bu baxımdan onlar Putinə dəstək verməklə həm də öz biznes maraqlarını qorumuş olurlar.

http://www.musavat.com/new/Gündəm/11...;_QARIŞDI

ps. Bu məlumata Allahşükürün də Putini dəstəkləməsini əlavə etsək, sualın cavabı "hə" dir.

Papa Karlo вне форума   Ответить с цитированием