Показать сообщение отдельно
Старый 12.09.2011, 00:49   #53
Пользователь
 
Регистрация: 15.03.2011
Сообщений: 48
Сказал(а) спасибо: 0
Поблагодарили 7 раз(а) в 5 сообщениях
Вес репутации: 0
guler qurbanova на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Дорогие форумчане. Как я вам сказала мы 23 августа должны были ехать в Москву для обследования обеих детей. 7 сентября мы уже вернулись. Обо всем что там сказали врачи мне легче объяснить на азербайджанском языке.
Oğlumun əməliyyat pulu yığılmadan qızımda da problem aşkar olunduğuna görə, təcili gedəsi olduq Moskvaya. Qızı da, oğlanı da İnstitut Korreksionnoy Pedaqoqikidə, Melfonda yoxlatdıq. Xaliddə elə burda Bakıda yoxlatdıran zaman alınan nəticəyə yaxın nəticə alındı, yəni ki, qluxota s ostatkami sluxa. Eşitmə aparatı ilə həkim dedi ki eşidərək danışmayacaq. Həkim tapşırıqlar verdi. Dedi imkanınız var koxlear implantasiya etdirin, onda eşidib danışacaq. Ya da ki, əməliyyat etdirə bilmirsizsə, onda yalnız üz-üzə dayanıb danışın uşaqla ki, dodaqdan götürsün. Başqa yolu yoxdur. Eşitməsi elədir ki, ən güclü eşitmə aparatı da eşidərək danışmasına imkan vermir. Qızın məsələsinə gəldikdə isə, Bakıda yoxlatdıranda sağ qulağı 100 dB, sol qulağı 70 dB çıxmışdı. Moskvada yoxlatdırdıq, orada sağ qulağı 50 dB, sol qulağı isə 20 dB (norma) çıxdı. Yəni ki, sol qulağı normadadır, sağ qulağı isə I-II dərəcə. Surdoloq Elena İvanovna Şimanskaya dedi ki, hal-hazırda qıza eşitmə aparatı ıazım deyil. Amma aprel-may ayında yenə getməliyik. Qızla bağlı da tapşırıqlar verdi ki, bu-bu şeyləri o vaxta kimi deyə bilsə və eşitməsi aşağı düşməsə, onda eşitmə aparatı taxmayacaq. Yox əgər, ya tapşırdıqlarını may ayına kimi deyə bilməsə və eşitməsi pisləşsə, onda aparat taxacaq. Eşitməsi ilə bağlı onu da vurğuladı ki, əgər oğlanda eşitmə pozuqluğu varsa və qızın da bir qulağında azca da olsa varsa, ola bilər genetik faktor olsun, onda 2 yaşına kimi qızın eşitməsini bir də yoxlamaq lazımdır. Genetik faktor olduqda 2 yaşına kimi çox vaxt eşitmə getdikcə pisləşir. İndi bir o qalır ki, dua edək ki qızın eşitməsi pisləşməsin, olan eşitməsi ilə özü danışsın. Oğlanı da ki, kömək olsa, əməliyyat etdirsək, çox yaxşı olar, əməliyyat etdirə bilməsək də neyləmək olar, deməli, alnına eşitmək yazılmayıb.

Bütün bunlara əlavə olaraq Nara xanıma xüsusi təşəkkürümü bildirmək istəyirəm. Нара ханум, огромное вам спасибо за все.

guler qurbanova вне форума   Ответить с цитированием