Показать сообщение отдельно
Старый 08.06.2011, 10:29   #5908
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

GÜC NAZİRLƏRİNƏ “HAZIR OLUN” ƏMRİ

Qəfil həmlənin ediləcəyi tarix barədə də bəzi məlumatlar çatıb, lakin məlum səbəblərdən onu göstərməyi lazım bilmirik. Məlumatda deyilir ki, söhbət irimiqyaslı hərbi əməliyyatların başlamasından yox, cəbhənin bir hissəsindən, düşmənin daha zəif hesab edildiyi nöqtələrdən birindən ediləcək qəfil həmlədən gedir. Bu həmlə nəticəsində qısa vaxt kəsimi çərçivəsində 6-7 kəndin geri qaytarılması planlaşdırılır. Belə görünür ki, söhbət düşmənə Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün qəti addımlar atmağa hazır olduğu barədə kifayət qədər aydın mesaj verməkdən gedir.

Lakin ölkə rəhbərliyi onu da hesablamamış deyil ki, Azərbaycan qüvvələrinin keçirəcəyi bu qısamüddətli əməliyyat və bir neçə yaşayış məntəqəsinin geri alınmasına cavab olaraq düşmən tərəf irimiqyaslı hərbi toqquşmalar başlada bilər. Bu səbəbdən hazırlıqlar bütün mümkün variantlar üzrə aparılır. Eyni zamanda nəzərdə tutulur ki, Minsk Qrupuna həmsədrlik edən dövlətlər dərhal işə qarışıb hərbi əməliyyatların böyüməsinə imkan verməyəcəklər. Bu baxımdan Azərbaycan silahlı qüvvələri düşmənə qəfil zərbə endirərək onu bir qədər geri oturtmağa nail olsa daha irəli getməyəcək və vasitəçilərin danışıqlar masasına qayıtmaq çağırışlarını eşidəcək. Xatırladaq ki, Azərbaycan rəhbərliyinin danışıqlarda imkanların getdikcə tükəndiyini görərək hərbi əməliyyatlara başlamaq planları barədə mətbuat son aylarda bir neçə dəfə yazıb. Bu hazırlıqlar barədə əldə edilən xəbərlərə görə cəbhə xəttinə yaxın ərazilərdə dislokasiya olunmuş hərbi hissələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, digər müharibə hazırlıqları aparılıb.

Ancaq indiki beynəlxalq situasiya irimiqyaslı hərbi əməliyyatları başlatmaq üçün əlverişli deyil. Böyük dövlətlər Azərbaycana mesaj verirlər ki, hərbi yola əl atsa güclü təzyiqlərlə üzləşəcək. Lakin digər tərəfdən, Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlara başlamasa belə, qəfil həmlə edərək cəbhənin bir istiqamətində mövqelərini irəli çəkməsi böyük dövlətləri də münaqişənin nizamlanması üçün səyləri artırmağa məcbur edərdi. Başqa sözlə, Azərbaycan müharibəyə başlamır, ancaq qəfil həmlə taktikasından istifadə edərək Ermənistana və əsas səylərini danışıqlar xatirinə danışıqların davam etməsinə yönəldən vasitəçilərə başa salır ki, torpaqlarının işğalı ilə daha iki onillik barışmaq niyyətində deyil. Qeyd edək ki, Kazan danışıqlarının ertəsi günü Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə irimiqyaslı hərbi paradın keçirilməsinə də hazırlıq gedir. Bu parad da Ermənistana, həmsədr ölkələrə mesaj vermək taktikasının bir hissəsi kimi dəyərləndirilə bilər.
http://www.musavat.com/new/G%C3%BCnd...%C6%8FMR%C4%B0
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием