Показать сообщение отдельно
Старый 20.05.2011, 06:13   #5803
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

AZƏRBAYCAN ORDUSU CƏBHƏ XƏTTİNDƏ İRİMİQYASLI TƏLİMLƏRƏ BAŞLADI

Laçında sənədsiz PKK-çılar

Danışıqları mümkün qədər uzatmaq taktikasına sadiq qalan Ermənistan isə daha çox vaxt udaraq işğal edilmiş ərazilərdə, xüsusən Laçında möhkəmlənməyə çalışır. Təsadüfi deyil ki, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşmada Laçın aparıcı yer tutur. Erməni mənbələrində yer alan məlumatlar, Minsk Qrupu həmsədrlərinin hazırladıqları hesabatlar da təsdiq edir ki, hazırda bu rayonda məskunlaşdırılan ermənilərin sayı 10 mini keçir. Onların bir çoxu Yaxın Şərq ölkələrindən gətirilib, lakin bir müddət əvvəl Türkiyə hərbi kəşfiyyatı tərəfindən əldə edilən məlumatlar təsdiqləmişdi ki, Laçında həm də İraqın şimalından, Suriyadan və Türkiyənin cənub-qərbindən PKK terror təşkilatının üzvləri-kürdlər də məskunlaşdırılır.
Bu PKK-çıların bir çoxu Ermənistan pasportu daşıyır, bir çoxunun isə ümumiyyətlə, sənədi yoxdur. İşğal edilmiş ərazilərdə, xüsusən Laçın və Kəlbəcərdə heç bir sənədi olmayan şəxslərin məskunlaşması faktı Minsk Qrupunun ötən il yaradılmış qiymətləndirmə missiyasının hesabatında da əksini tapmışdı.

Bakıdan mesaj

Ermənistanda işğaldan sonra “Berdzor” adı verilən Laçının alınmasını xüsusi əhəmiyyətli hadisə kimi qeyd edirlər. Ermənistan mətbuatı, Laçının işğalına rəhbərlik edən keçmiş erməni hərbçiləri və separatçı Dağlıq Qarabağ rejiminin təmsilçiləri bildirir ki, Laçın işğal olunana qədər Qarabağdakı erməni qüvvələrinin təchizatı olduqca çətin idi. Hərbi yüklər və digər zəruri təchizat malları vertolyotlarla və kiçik tutumlu yük təyyarələri ilə daşınırdı. Azərbaycan isə tez-tez vertolyotları və təyyarələri vurmaqla hava yoluyla təchizata ciddi əngəl yaradırdı. Lakin Laçının alınması Qarabağdakı erməni qüvvələrinin Ermənistandan quru yoluyla təchizatına, habelə əlavə hərbi qüvvələrin və texnikanın yeridilməsinə yol açdığı üçün Qarabağ müharibəsinin taleyi həll olundu - Ermənistan yeni-yeni Azərbaycan ərazilərini işğal etmək imkanı qazandı.
Azərbaycanda siyasi çaxnaşmaların hökm sürdüyü bir vaxtda itirilən bu strateji əhəmiyyətli rayonun hərbi baxımdan kimin nəzarətində olmasından Qarabağın gələcək taleyi də asılıdır. Belə görünür ki, Azərbaycan bu ağır itkinin ildönümündə düşmənə işğal edilmiş əraziləri geri qaytarmaq üçün hərbi yola əl atmağa hazır olduğuna dair mesaj verir. Mesaj həm də Qarabağ danışıqlarında vasitəçilik edənlərə yönəlib. Hazırda Minsk Qrupuna həmsədrlik edən ölkələr, o cümlədən Avropa çalışır ki, Qarabağ məsələsi ətrafında gərginliyin artmasına imkan verməyib tərəfləri danışıqlar masası arxasında saxlasın. Lakin danışıqlar xətrinə danışıqlar aparmaq kimi mənasız taktika Azərbaycana heç nə vermir, Bakının son ümidləri Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlaradır.
Bu danışıqlar 2011-ci ildə o qədər də intensiv getmir, heç bir ciddi irəliləyiş yoxdur Ermənistan əvvəlki taktikaya-ya danışıqlarda əldə edilən hansısa cüzi irəliləyişi cəbhədə təxribatlar törətməklə heçə endirməyə, ya da müxtəlif bəhanələrlə danışıqları uzatmağa sadiqdir.

Avropa Parlamentinin sədri narahatdır

Danışıqların nəticəsiz qalması, gərginliyin artması və hərbi əməliyyatların yenidən başlanması riski Avropa Parlamentinin rəhbəri Eji Bujekin regiona dünən başlayan səfərində də əsas mövzulardan olacaq. Bujek səfərinə İrəvandan başlayıb, o səfər ərəfəsində deyib ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının tezliklə baş tutmasına ümid edir. O, Ermənistan və Azərbaycan parlamentləri arasında bu münaqişəyə dair dialoqun başlamasına nail olmağa çalışacağını da deyib. Lakin məlum olduğu kimi, Ermənistan artıq AŞ PA-da Qarabağa dair dialoqdan imtina edir və bu məsələ ilə bağlı alt komitənin fəaliyyətinin bərpasına qarşıdır. Parlamentlərarası birbaşa dialoqun təşkili imkanları isə hələ real deyil. “Mən narahatam ki, bu münaqişə regional təhlükəsizlik və stabillik üçün başlıca təhlükə olaraq qalır. Bütün tərəflər münaqişənin dinc həllini ən qısa müddətdə tapmaq üçün səylər göstərməlidir. Möhkəm sülhə aparan yol davakar bəyanatlardan, tarixi təhrif etməməkdən və təxribatlardan çəkinməkdən keçir” deyə Bujek səfər ərəfəsində bildirib.

Fransa Qarabağ siyasətini fəallaşdırmağa hazırlaşır

Edvard NalbəndyanErmənistan xarici işlər naziri Edvard Nalbəndyan isə Fransada səfəri zamanı münaqişənin nizamlanmasına dair müzakirələr aparıb. Onun fransalı həmkarı Alen Jüpe ilə görüşündə nələrin danışıldığı haqda məlumat yoxdur, Ermənistan XİN isə bildirir ki, tərəflər münaqişənin nizamlanmasında hərbi yoldan qaçmağın zəruriliyi haqda danışıblar. Dünən Nalbəndyan Parisdən Minsk Qrupuna həmsədrlik edən digər ölkəyə - ABŞ-a yola düşüb. Onun ABŞ dövlət katibi Hillari Klintonla və digər rəsmilərlə görüşü nəzərdə tutulur.

Erməni mənbələri onu da xəbər verir ki, Nalbəndyan Fransada prezident Nikola Sarkozinin İrəvana bu ilin ikinci yarısında baş tutacaq səfərini də müzakirə edib. Qeyd edək ki, Sarkozinin Bakıya səfəri də nəzərdə tutulub, istisna deyil ki, Fransa prezidenti İrəvan və Bakıya səfərini eyni vaxta salacaq. Fransa hazırda beynəlxalq məsələlərdə, böhranlı situasiyalara müdaxilədə ən fəal oyunçulardan biridir. Gözləmək olar ki, Sarkozi gələnilki prezident seçkiləri ərəfəsində Qarabağ məsələsində də hansısa təşəbbüslə çıxış edərək Qafqazdakı ən təhlükəli münaqişə ilə bağlı ölkəsinin siyasətini fəallaşdıracaq.

BMT-nin ali komissarı azərbaycanlı qaçqınlarla maraqlanır

Antonio QuterresBMT-nin Qaçqınların işi üzrə Ali Komissarı Antonio Quterres də Qarabağ münaqişəsi regionunda səfərdədir. Bundan əvvəl Ermənistanda səfərdə olan Quterres dünən Azərbaycanda səfərini davam etdirib. O, Ağdam və Yevlax rayonlarında olub, Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın düşmüş azərbaycanlıların məskunlaşması şəraitini öyrənib. BMT nümayəndəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əi Həsənovun müşayiəti ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa olunmuş məcburi köçkün qəsəbəsinə baş çəkib, məcburi köçkünlərlə söhbət edib, qəsəbədəki orta məktəblə tanış olub.

Məcburi köçkünlərlə söhbətində A. Quterres bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Dağlıq Qarabağ münaqişəsini həll etməyə gücü çatmasa da, o, bu problemin dünya ictimaiyyəti tərəfindən unudulmaması üçün əlindən gələni edir.

Məcburi köçkünlər BMT nümayəndəsinə üzləşdikləri problemlərdən, ermənilərin cəbhə xəttində dinc insanları öldürmələrindən danışıblar. Köçkünlərlə görüşdə A. Quterres bildirib ki, sonuncu dəfə 5 il əvvəl Azərbaycanda olub. Ötən dövrdə Azərbaycan hökumətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən A. Quterres qısa zamanda hökumətin böyük layihələr reallaşdırdığını vurğulayıb.

Daha sonra ali komissar erməni təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulan azərbaycanlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Bakının Binəqədi rayonundakı yataqxanalardan birində olub. Sonra qonaq Binəqədi rayonunda məcburi köçkünlər üçün tikilən yeni qəsəbə ilə tanış olub.
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием