Показать сообщение отдельно
Старый 19.05.2011, 22:45   #9
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

NÖVBƏTİ KÜTLƏVİ TƏDBİRİN TARİXİ TEZLİKLƏ DƏQİQLƏŞƏCƏK

Müsavat başqanı İsa Qəmbər hakimiyyətin vicdan məhbuslarıın ləngimədən azad etməli olduğunu bildirib

- Son vaxtlar İctimai Palatanın fəaliyyətində sönüklük müşahidə olunur? Bunun səbəbi nədir?

- İctimai Palatanın fəallığı son həftələr ərzində xeyli artıb. Komissiyaların toplantıları keçirilir, hesabatları, iş planları təqdim olunur, Qadınlar Şurasının toplantısı, iqtisadi komissiyanın dəyirmi masası keçirilib. İctimai Palatanın aksiyalarına görə həbs olunanların müdafiə komitəsi mayın 18-də mətbuat konfransı keçirib. Hazırda bir sıra sənəd layihəsi müzakirə olunur və İctimai Palatanın növbəti sessiyasına təqdim ediləcək. Regional təşkilatlandırma prosesi canlanıb, artıq hakimiyyətin narahatlıqları göz qabağındadır. Sumqayıtda İctimai Palatanın təsis toplantısının qarşısını aldılar və qərargahımızın qapılarını möhürlədilər.

Bütün istiqamətlərdə İctimai Palata fəallığını daha da artırıb. Sadəcə cəmiyyətdə kütləvi tədbirlər gözləntisi var və 17 aprel mitinqindən sonra İctimai Palatanın növbəti mitinqini hələlik keçirməməsi belə bir təəssürat yaradır. Amma İctimai Palatanın fəaliyyətinin zəifləməsi haqda təəssürat yanlışdır. Düşünürəm ki, növbəti kütləvi tədbirin tarixi də tezliklə dəqiqləşəcək və gözlənti də doğrulacaq.

- Qarşıdakı yaxın zaman üçün İctimai Palatanın planları nədir?

- Bəzən həftədə bir neçə dəfə İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilir və bu məsələlər ətraflı müzakirə edilir. Yaxın müddət üçün bir neçə tədbirimiz var, o cümlədən 28 May Respublika Günündə Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin ziyarəti planlaşdırılır.

- İctimai Palata ilkin dövrdə müxtəlif sahə ilə bağlı layihələr hazırlayırdı. Bu istiqamətdə işlər davam edirmi?

- Mən də onu deyirdim ki, iqtisadi komissiyanın təklifləri var və həmin təkliflər müzakirə edilərək sənəd hazırlanır. Hazırda korrupsiyaya qarşı mübarizə ilə bağlı sənəd üzərində iş gedir. Eləcə də digər komissiyalar layihələr hazırlayıblar və müzakirələr başlayıb. İctimai Palatanın həm əsasnaməsinin, həm də “Yol xəritəsi” adlı sənədinin müzakirəsi gedir. Yəni bir sıra istiqamətdə layihələrin müzakirəsi davam edir, yəqin ki, onların bir qismi İctimai Palatanın mayın sonuna planlaşdırılan sessiyasında təqdim olunacaq.

- Sessiyanın tarixi məlumdurmu?

- Hələlik tam dəqiqləşməyib. Düşünürəm ki, sessiya mayın sonlarında keçiriləcək.

- İctimai Palata aksiyalara başlamazdan öncə kütləvi tədbirlərin keçirilməsinə müxtəlif yanaşmalar vardı. İndi də İctimai Palatanın Koordinasiya Şurasında fikir ayrılıqları mövcuddur. Hazırda İctimai Palatanın mitinqlərlə bağlı mövqeyi necədir? May ayında mitinq ola bilərmi? İctimai Palatanın Koordinasiya Şurasında mitinqlə bağlı konsensus varmı?

- İctimai Palatanın Koordinasiya Şurasında və digər strukturlarda mitinq məsələsi müzakirə edilir. Müzakirələr yekunlaşıb qərar qəbul olunan zaman, təbii ki, cəmiyyət bunu biləcək. Müzakirə tamamlanana qədər daxili müzakirələrlə bağlı geniş danışmağa ehtiyac duymuram.

- Sizin mövqeyinizi bilmək maraqlı olardı...

- Mənim mövqeyim həmişə maraqlıdır...

- Kütləvi tədbirlərin davam etməsinə ehtiyac varmı?

- Təbii ki, kütləvi tədbirlərin davamına ehtiyac var. Xatırladıram ki, İctimai Palatanın aprelin sonunda keçirilən son sessiyasında kütləvi tədbirlərin davam etməsi ilə bağlı qərar verilib.

- Qərar yerinə yetiriləcək?

- Aydın məsələdir, bütün qərarlarımızı yerinə yetiririk, bunu da yerinə yetirəcəyik.

- Hazırda həbsdə olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuatda bir ismarışı dərc olunmuşdu. Orada ad çəkilmədən qeyd olunurdu ki, kimlərsə öz bəyanatlarına Arif Hacılının adını salmırlar. Bu gün isə yazılıb ki, AXCP sədri Əli Kərimli 2 aprel mitinqinə görə həbs olunanlar haqda hazırladığı bəyanata Arif Hacılının adını salmayıb. Bu doğrudurmu? Siz həbs olunanların müdafiəsi ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?

- Həbs olunanlarla bağlı İctimai Palatanın Koordinasiya Şurası, digər strukturları, müdafiə komitəsi, eləcə İctimai Palataya daxil olan digər təşkilatlar fəaliyyət göstərir. Bu, müxtəlif istiqamətlərdə aparılan fəaliyyətdir və nə mümkündürsə edilir. Tutulanların önəmli hissəsini elə ilk həftədən “Amnesty İnternational” vicdan məhbusu elan etdi. Bu artıq onların günahsızlığının beynəlxalq ictimaiyyətdə qəbul edilməsi, hakimiyyətin onları azad etməsi tələbinin beynəlxalq miqyasda gündəmə gəlməsi deməkdir. Biz də bunun nümunələrini görürük. Avropa Parlamentinin qətnaməsi və bir sıra önəmli beynəlxalq təşkilatın qərarları ilə hər kəs tanışdır, proses davam edir.

Arif bəy Azərbaycanın ən önəmli siyasət adamlarından biridir. Xüsusən bu il - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyində Arif Hacılı kimi müstəqilliyə imza atmış şəxslərdən birinin həbsə atılması bu hakimiyyətə hörmətsizlik gətirir. Hakimiyyət bunun fərqində olmalıdır və çox qısa bir zamanda Arif Hacılı da daxil olmaqla bütün vicdan məhbuslarını, jurnalistləri, fəal gəncləri azadlığa buraxmalıdır. Hakimiyyət bunu edəcək, amma nə qədər tez etsə bir o qədər özünün xeyrinə olar.

Dediyiniz məsələyə gəlincə, görünür, mətbuatda yaranmış hansısa anlaşılmazlığın nəticəsində belə bir mövzu ortalığa çıxıb. Çünki İctimai Palatanın bütün sənəd və bəyanatlarında həbsdə olan dostlarımız, silahdaşlarımızla bağlı mövqe bildirilib və Arif bəyin də adı həmişə öndə çəkilib. Bunu İctimai Palatanın qəbul etdiyi sənədlərə baxdıqda aydın görmək mümkündür. Ola bilsin ki, hansısa layihə hazırlığı mərhələsində yanlış anlaşılma olub, amma məsələnin bu formada təqdim edilməsində məntiq görmürəm.

- Paytaxtda mitinqlərə əlverişli yerlərin ayrılmasına nail olmaq üçün hakimiyyət strukturları ilə bağlı danışıqlar aparılması məqsədilə nümayəndələr müəyyənləşdirib iki dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdiniz. Müraciətlərə reaksiya varmı? Hakimiyyətdən cavab yoxdursa, bunu necə qiymətləndirirsiz?

- Bu, az da olsa, zamana ehtiyacı olan məsələdir. Düşünürəm ki, bu məsələ həll olunmalıdır və olacaq. Sərbəst toplaşmaq üçün müvafiq yerlərin ayrılması önəmli bir problemdir və həll olunmalıdır. Bu problemi həll etməyə bilməzlər.

- İlin sonuna kimi Müsavat Partiyasının qurultayı keçirilə bilərmi? Hazırlıqlar necə gedir?

- Hazırlıq davam edir, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasları mütəmadi keçirilir. Rayon təşkilatlarında konfransların keçirilməsi qurultay üçün çox önəmlidir. Bu iş gedir. Təkcə son həftədə üç rayonumuzda konfranslar, toplantılar keçirilib. Təbii ki, dostlarımızın, xüsusilə Arif Hacılının, gənclərin həbsi bu prosesə müəyyən problemlər yaradır. Hakimiyyət də hər zaman olduğu kimi problemlər yaratmaqda davam edir, amma buna baxmayaraq hazırlıqlar davam edir, hər zaman olduğu kimi uğurlu qurultay keçirə biləcəyik.

- Son günlər Azərbaycanda beynəlxalq qurumlara ünvanlanan sərt bəyanatlar artıb. Eyni zamanda, Avropadan Azərbaycana səfərlər artıb. Bu nəylə nəticələnə bilər?

- Artıq beynəlxalq miqyasda çox köklü dəyişikliklər baş verib. Söhbət ondan gedir ki, azad dünya birmənalı olaraq qəbul edib ki, təhlükəsiz və firavan dünya istənilirsə, azadlıq dəyərləri bütün dünyaya yayılmalıdır. Bu proses bütün dünyanı əhatə edir, o cümlədən Azərbaycanı. Ona görə də Azərbaycan hakimiyyəti bu yersiz nadincliyi, dirənməyi dayandırıb Azərbaycanda azadlıqlarla bağlı məhdudiyyətləri aradan qaldırmaq və azadlıqları genişləndirmək istiqamətində addımlar atmalıdır. Hakimiyyət bunu etməyə məcbur olacaq, nə qədər tez və könüllü şəkildə bunu edərsə, Azərbaycanın da, özlərinin də maraqlarına uyğun olar.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием