Показать сообщение отдельно
Старый 15.05.2011, 21:37   #5801
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Atəşkəsin atəşi kəsilməyən 17-ci ili

Düz 17 il bundan əvvəl, 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında Bişkek protokolu imzalanıb. Bu sənəd hər iki tərəf arasında atəşkəsin əldə olunmasına hesablansa da, cəbhədə hər gün atəş səsləri eşidilir.

Atəşkəs haqda sazişin imzalanması isə Azərbaycan ordusunun artıq Füzuli istiqamətində ciddi irəliləyişlərə nail olması və Horadiz stansiyasına nəzarəti bərpa etdiyi dövrə təsadüf etmişdi. Ermənistan və Azərbaycan prezidentləri - Levon Ter-Petrosyan və Heydər Əliyev, ATƏT-in Minsk qrupunun icraçı sədri Yan Eliasson və rusiyalı həmsədr Vladimir Kazimirovun vasitəçiliyi ilə atəşkəs haqda razılıq əldə olundu.

Həmin dövrdə danışıqlarda iştirak etmiş Vəfa Quluzadənin sözlərinə görə, Rusiya Azərbaycanı öz təsirinə almaq üçün sənədin yalnız onun irəli sürdüyü təkliflər əsasında bağlanmasını tələb edirdi. Lakin bir tərəfdən Azərbycanın qərb dövlətləri ilə bağladığı neft müqaviləri, digər tərəfdən isə Rusiyanın Çeçenistanla müharibəyə başlaması Rusiyanın bu planını alt-üst etdi.

Vəfa Quluzadənin sözlərinə görə, hətta Kazimirov onu hələdələməkdən də çəkinməyib: “Dedi ki, Gəncəni də itirə bilərik. O dedi ki, siz Kürdəmirə qədər ərazilərinizi itirə bilərsiz. Deyirdi ki, atəşkəs hər 3 aydan bir imzalanmalıdır. 3 aydan bir Azərbaycan Ermənistan və Rusiyaya müraciət etsin ki, atəşkəs imzalansın”.

Politoloq deyir ki, Rusiyanı kənarlaşdırmaq üçün Paris vasitəsilə Ter-Petrosyanın müşaviri Jerrarla eyni atəşkəs şərti hazırlayıb: “Bu da aşağıdakından ibarət idi. Heydər Əliyevin kabinetində oturaraq atəşkəsin bəndlərini onunla razılaşdırıb, sonra Parisə deyirdik. Oradan isə Jerrar da Ter-Petrosyanla razılaşdırırdı. Ona görə ruslar bundan məyus oldular və razılaşdırlar”.

Artıq 17 ildir ki, Ermənistan və Azərbaycan prezidentləri arasında aparılan danışıqlara baxmayaraq, Ermənistan tərəfi həmişə qeyri-konstruktivlik nümayiş etdirməklə böyük sülhün əldə olunmasına mane olur. Ona görə də ekspertlər hesab edir ki, artıq danışıqlar prosesini uzatmağa lüzum yoxdur. Hələ 1991-ci ildə ermənlərin azərbaycanlı rəsmilərinin olduğu vertolyotu havada vurmasından sonra Azərbaycanın Ermənistana müharibə elan etməsini təklif edən Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadənin sözlərinə görə, indiki dövrdə atəşəkəsi davam etdirmək Ermənistanın xeyrinə işləyir. O hələ də hesab edir ki, torpaqları qaytarmağın yeganə yolu müharibə yoludur: “Nə Minsk qrupu, nə də digər ölkələr bizə Qarabağı qaytarmayacaq. Müharibə sülhlə başa çatır. Amma sülhə gedən yol müharibədən keçir. Bu gün də mən düşünürəm ki, Azərbaycan xalqı müharibəyə hazırlaşmalıdır”.

Millət vəkili, politoloq Rasim Musabəyov isə əksini düşünür. Onun sözlərinə görə, müharibəyə o vaxt başlayırlar ki, əlac qalmasın: “Müharibəyə o vaxt başlanılır ki, sənin əlində imkan var, yəni müsbət nəticə əldə edilə biləcək. Biz tək müharibəyə başlaya bilmərik. Tək olsaq, müharibəyə başlayarıq. Amma ermənilərin himayədarları var. Hərbi uğur qazanmaq lazımdır. Hərbi əməliyyatlar konkret nəticəyə hesablanmış halda müharibəyə başlana bilər”.
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием