Показать сообщение отдельно
Старый 11.05.2011, 09:51   #100
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

ERKİN@QEDİRLİ.COM

[B]


Məhəmməd Əmin Rəsulzadə adı tariximizə böyük həriflərlə həkk olacaq “QƏHRƏMAN” rəmzi haqda danışarkən belə bir ifadə işlədib - ZƏMANƏMİZİN SƏYAVUŞU. Lakin “zəmanəmizin qəhrəmanı” olan yerdə mütləq bir “zəmanəmizin mirxaini” də var. “Hər bir zaman kəsiyinin, hər bir dövranın tükənib bitməyi isə həmişə bax bu mirxainin ifşası ilə bağlıdır”, - desək, əsla yanılmarıq.

Ötən “Mirxainin ifşası” yazımızda biz bax bu mirxaini deşifrə edib üzə çıxarmaqla bu vəzifəni sanki yerinə yetirdik. Üç nəslin (Əbülfəz Elçibəy, Rasim Ağayev və Eynulla Fətullayev) ən gözəl övladlarını satmış Aydın Hacıyevi zəmanəmizin mirxaini kimi yaddaşınıza həkk etdik...
İndi yeni dövrün yeni ictimai-siyasi liderləri yetişir. Mirxain fenomeni ümid edirik ki, onlardan yan ötəcək. Yaxud neynək, razılaşın, onların da öz yeni mirxainləri olacaq mütləq. Bu yeni liderlərin biri - gəncliyin tanınmışlarından olan Erkin Qədirli ilə görüşə gedərkən əvvəlcə ən çox bu barədə düşündüm. Təki Allah onları yeni mirxainlərdən qorusun...


Nömrələnmiş qədim faciələr

- Bu “Mercedes”, “Audi”, “BMW”lərin nömrələrinə bax e, AZ-10-555, AZ-10-525, AZ-10-222... Nə deyim daha. Xalqımız sirli-sehrli numerologiyaya inanır də. Oxşar telefon nömrələrini almaq üstdə də gülməlidi, ölkədə qızğın dava gedir...

Erkin Qədirli gənc nəslin ictimai liderlərindən biri, bəlkə də ən tanınmışıdır. Beynəlxalq hüquq üzrə nadir mütəxəssislərdəndi. Erkinə zəng vurub müsahibə istəyəndə bir-iki dəqiqəlik zəif müqavimətlə üzləşsəm də axırda onu razı salmağı bacardım. Görüş yeri kimi Badamdar yolu kənarındakı “5 ulduz” istirahət mərkəzini işarələdik. Gəlib gördüm həə, buyur tamaşa elə, Erkin dayanıb restoranın qarşısında, “sonbala” “Mercedes”, “Audi”, “BMW”lərin ilk baxışda əcaib görünən sıra nömrələrinə zillənib. Nömrəsi 666 ilə bitən bir “Hammer”i görüncə mən də coşdum. Nitqimin kilidi açıldı:

- Erkin, salam. Şeytan da burdadır ki... Yenə də bizi qabaqladı bu lənətə gəlmiş...

Sinoptiklər demişkən, hava parçalı buludludur. Torpaqdan, ot-ələfdən qalxan bahar ətri Erkini də, məni də azca hallandırıb. Zarafatlarımız davam edir:

- Vallah, mən hüquqşünasam, dəqiq elmləri sevirəm, ancaq biləndə ki, Müstəqillik bəyannaməsini 1918-də imzalayanların sayı 26 olub, həə, azca şaşırdım. 26 Bakı komissarını yada saldım, YAP İdarə Heyətinin indiki 26 üzvünü də... - Erkin lütf edərək restoranın kabinetlərindən birinin qapısını açıb məni içəri dəvət edir. Numeroloji tilsimlərin tariximizdə indi də yaşaması, yenidən bir başqa donda dirilməsi məni də şaşırır:

- Qoca tarix davam edir deməli. İsti yerini təzələrə vermək barədə...

Erkin qoymur cümləmi bitirəm:

- Bəli, heç düşünmür də. Qalmışıq köhnə mistikanın, tilsimli numerologiyanın əlində. İndi gəl baş aç hansı 26-ların ənənəsi, tapmacası davam edir? İstiqlalçıların, yoxsa qırmızı komissarların?

Kabinetdə yerimi rahatlayınca qədim numerologiyanın çağdaş tariximizə nüfuzu barədə əlavə bir misal da gətirirəm:

- Şuşa qeydiyyatlı maşınların sıra nömrəsi 58 idi sovet vaxtlarında, - baxışlarımı məchul nöqtədən ayırıb yaşılgöz, sarışın Erkinin simasına sancıram. - Ermənilər də Şuşanı elə 5-ci ayın 8-də aldılar. Deməli, bu məğlubiyyət tilsimi Şuşanın alnına lap çoxdan yazılıbmış. Bilməmişik heç...

Qapı cırıldayıb açılır, samovar gəlir. Xidmətçi küncdəki solğun televizorun düyməsinə əl atmaq istəsə də gözlərim onu qabaqlayıb amiranə “yox” deyir. Eyni əmr eyni cür Erkinin yaşıl gözlərində də canlanınca xidmətçi dinməzcə, tələsik eşiyə sıçrayır. Gözlərimiz bərəlib. Onları qırpmağa özümüzdə cürət tapmadığımızı da hiss edirik.


Afrika təcrübəsi

Əslinə qalsa, Erkin Qədirli kimi məntiqpərəst alim-hüquqşünasla bax bu cür mistik, numeroloji mövzular ətrafında gəzişmək ilk baxışda gülməli, həm də məzəli görünsə də gəlin razılaşaq - biz, tariximizin, beynimizin mistik, şüuraltı bulantısını durultmadan şüurda hələ irəli sıçraya bilmərik. Bizim məntiq dünyasına keçidimiz hələ tezdi. Bu səbəbdən numeroloji mistika hər yeni dönəmdə bir başqa cür dirilib üzərimizə şığıyır. Yenə də öz qəti hökmünü diktə edir hər birimizə.

Həmişə Avropa tarixindən, qanunlarından misal gətirən Erkin bunu indi lap yaxşı hiss edir. Düzdü, Tiflisdə keçirilən NATO Parlament Assambleyasının Roth-Rote seminarında Erkin uca məqamlara yetişib sanki. Ölkəmizin Avroatlantik məkana inteqrasiyası barədə yüksək kürsüdən gözəl məruzə edib. Ancaq ürəyinin dərinliklərində qalmış bir mövzu Erkini hələ də narahat edir. Baxışlarını tez-tez məndən ayırıb pəncərədəki yad mənzərəyə dikməsi də məncə, bununla bağlıdır:

- Avropa, Amerika məntiq, hüquq elmini kifayət qədər mənimsəmişəm. Ancaq fikirləşirəm ki, Azərbaycana gələndə bu sanki yetərli olmur. Bizi dərk etmək üçün...-Erkin sanki bütün fəlsəfi çəkisini masa üzərinə tökür, - gərək mütləq Afrikanı da anlayasan!!!

- Avropa ilə təzə başlamışıq, sən deyirsən keçək Afrikaya?! - üzümü təbəssüm bəzəyir.

- Zəncilərin ictimai-siyasi quruluşu bilirsənmi necədir? Padşah, qəbilə başçısı zülmkarlığa keçincə xalq onu qəsəbədə yalqız buraxıb meşənin bir başqa işıqlı guşəsinə köçür. Padşah tək qalır. Üsyan, inqilab baş vermir orada. Bastiliya qalası fəth edilmir. Xalq sadəcə olaraq padşahı tək qoyur...

- Şekspirin Kral Liri düşdü yadıma - deyib söhbətimizin miqyasını bir azcana da genişləndirirəm. - Görünür, ən qədim Avropa cəmiyyətlərində də oxşar hadisələr baş verib. Padşahlar bir gün tək qalaraq düşüb çöllərə.

- Bizdə indi bax bu baş verir. Xalqımızın yeni nəsli hakimiyyətdən, TV-lərdən “boşanaraq” köçüb Facebook cəngəlliklərinə. Xalqımız çoxdan qəzetlərdən, TV-lərdən, seçkilərdən küsüb. O indi başqa paralel aləmdə, yəni sosial şəbəkələrdə təşkilatlanır, böyüyür, evlənir, sevişir, maariflənir, savad qazanır, etiraz edir. Orada onun yeni parlamenti, yeni iqtidarı, yeni müxalifəti var. Elə biri mən! Mən kimilər çoxdan burda deyil, ordadır. Elə sən də.
Erkinlə mənim baxışlarım cütləşib eyni nöqtədən asılı qalır bir müddət. Masanın bir qırağına qoyulmuş gümüşü samovarın qaynayıb titrəməsinə diksinməsəydik, sükunətimiz hələ lap uzun ömürlü olacaqdı bəlkə. Armudu stəkanlara süzülən pürrəngi çayın buxarı üzümüzə vurub beynimizi silkələyir.

***

- Mərkəzi Amerika, Hind-Çin cəngəlliklərində səyyahların aşkarladığı bomboş qədim şəhərlər bəlkə elə sən deyən tarixi yaşayıb. Xalq bir gün padşahın zülmünə dözməyərək o şəhərləri tərk edib. Şah qalıb tək-tənha. Bizim nağıllarda da qəhrəman adətən bu cür boş, daşlanmış şəhərlərə düşür, - “National geograhik” dərgisinə sanki yeni mövzu hədiyyə edirəm. Qədim astek, Kamboca ehramlarının rəngli şəkillərini əlavə edirəm bu fikirlərimə. Axırda bomboş Bakı mənzərələri ilə bitirirəm bu uzun foto serialını.

- Hə, Tiflisdəki növbəti çıxışımı, inşallah, bu mövzuya həsr edərəm.

Telefon yaddaşına qısa qeydlər edən Erkini bu dəfə bir başqa gözlə süzürəm. Yox, siyasi xadim deyil, siyasi maarifçidir o. Mahatma Qandi məktəbinin indiki davamçılarındandı, belələri xalqı meydanlara çıxarmır, siyasi məqalələr yazmır, silahlanmır, silahlandırmır, yox, xalqı tamam başqa dünyalara aparır. Virtual sosial şəbəkələrə çəkir gəncliyi. Peyğəmbərlər “o biri dünya” söhbəti ilə bu dünyanın zalımlarını yendilər. Erkində bu ənənə davam edir - budəfəki “o biri dünya” internet səhifələrindəki “Azadistan”, paralel, alternativ Azərbaycandı.

İrəli, 1918-ə doğru!

- 2018-də Demokratik Cümhuriyyətin 100 ili tamam olur. Bunu hansı şəraitdə qarşılayacaq gəncliyimiz?

Erkinin çoxmənalı sualı lal divarlara dəyib yenidən üzərimizə qayıdır: XIX yüzildə alman gəncliyi bir hərəkat təsis edir - “Geriyə, Kanta doğru”. Sonra görürlər ki, Kant heç keçmişdə deyil, gələcəkdədir. Şüarı “İrəli, Kanta doğru” şəklinə salırlar. Bizim də şüarımız belə olmalıdır - “İrəli, 1918-ə, Demokratik Cümhuriyyətə doğru”.

Hə, Erkin Qədirli zaman-məkan anlayışları ilə barışmır, onu təftiş etmək istəyir:

- Əslində Demokratik Cümhuriyyət öz zamanı üçün deyildi. Futuristik, gələcək ünvanlı layihə olaraq düşünülmüşdü. İndiki üçün, - pəncərəyə yaxınlaşıb uzaqlara baxan Erkin barmaqları ilə lal divarı taqqıldadır.

- Şərqin bu ilk demokratik cümhuriyyətinin yerinə gəlmiş Azərbaycan Sovet Sosialist Respublikası da futuristik, modern layihə olub... - bu əlavəm lap yerinə düşür.

- Ancaq indiki respublika keçmişpərəst, reqressionist təyinatlıdır. Futuristik, modern təyinatı yoxdur. O, həm demokratik, həm sosialist keçmişimizə ziddir.
Erkinin fikrincə, ölkəmiz bu gün beynəlxalq standartlara deyil, daha çox beynəlxalq stereotiplərə cavab verir deyə biz iflasa məhkumuq. Ermənilər də stereotiplərə gedir - əzabkeş xaç ətəyində inildəyən məzlum xalq və s. və i.a.

- Beynəlxalq standartları Gürcüstan mənimsədi, stereotiplərdən yaxasını qurtardı. Biz isə stereotiplərlə tək-tənha qaldıq. Orta Asiya indi stalinizmi, biz isə indi brejnevizmi yaşayırıq. Dövlət idarəetmə quruluşu icra intizamına tabedir, burda ən vacib iki nöqtə var - ideoloji loyallıq, qanunun aliliyi. Bizdə bunlar da işləmir. Korrupsiya dönüb inzibati mexanizmə. - Erkin dayanmır ki, dayanmır. İrəli şığıyır hey, özü demişkən, irəli, 1918-ə doğru.

- Məntiq itib ölkəmizdə, hər yerdə məntiqsizlik hökm sürür. Nəticədə bir monstr, yəni xoxan, xortdan yaranır cəmiyyətimizdə. Ancaq bu məntiqsiz monstrı şüurumuzdan qovmağın yolu var. “Demonstrasiya”, yəni nümayişlər. Yəni demonun, yəni divin demontajı.

- Demək istəyirsən ki, Avropa vətəndaş cəmiyyəti bax bu “demonstrasiya”lar yolu ilə öz qədim demonlarını, divlərini, 26-larını demontaj etməyi bacarıb? Divlərlə savaş dövrünümü yaşayırıq indiki XXI yüzildə biz?

Erkin Qədirliyə son müddəam amansız təsir göstərir. Söhbətimizin nağıllar aləminə sürüşməsinin onu əsla qane etmədiyi göz önündədir - Erkin telefonunu hey əlində fırlayır. Sussa da bir an sanki mənimlə deyil, bir başqa məchul nöqtə ilə diloqa girir. Aldığı səssiz cavabdan məmnunluq duymur, dodaqlarını büzərək:

- Nağıllarla, divlərlə qurtarmaq vaxtıdır, - cavabını sanki mənə deyil, beynəlxalq elmi konfrans iştirakçılarına ünvanlayır.

- 26 demonun, yəni divin hökmündən, nömrələnmiş əbədi faciələrimizdən canınızı qurtarmaq istəyirsinizsə...

Fikrimin axırını dinləmədən Erkin irəli cumur:

- İstəyirik. 30 aprel ADNA hadisələri ildönümündə hətta sanki barışıq da oldu iqtidarla müxalifət arasında. 20 yanvar ildönümlərindəki kimi. Ancaq faciələr ətrafında baş verən iqtidar-müxalifət barışığı yenə keçmişə dartır bizi. Gələcək, indiki zaman qalır bir kənarda. Bu cür barışıqlar, atəşkəslər, nə bilim..., lazımdırmı heç? Müvəqqəti atəşkəs... Meyitləri basdırmaqçün elan edilmiş kiçik fasilə...

***

Söhbətimizin bu əsnasında sanki səssiz kinematoqraf dövrünə düşdüm. Erkin nə danışsa da onu artıq eşitmirdim. Qarşımda yeni nəslimizin yeni gənc ziyalısı dayanıb - əks müddəaları iti, sükutu dərin... Telefonunu əlindən buraxmır. Hərdən bir barmağını silah kimi mənə deyil, qarşı tərəfdəki divlərə, monstrlara doğru tuşlayır. Əl-qolu daim havada, hərəkətdə olsa da bu gənc heç vaxt yumruğa çevirməyəcək öz qəzəbini... Bu insan maarifçidir, davakar deyil. Susdusa - tələsmə, inanma sükutuna Erkinin. Təsadüfən TV-lərdən eşitdiyin çox mənalı bir cümlə, göydəki tənha ulduz, bir başqası danışacaq sanki Erkinin əvəzinə.
Uşaqlıqda Naxçıvana gedib. Şahmat yarışına... Dəcəlliyi tutub, qaldığı hotelin liftini xarab edib.

Həə, deməli, qəzəblənsə, liftləri yenə də xarab edər o...

Həmid HERİSÇİ
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием