Показать сообщение отдельно
Старый 08.05.2011, 23:26   #66
Местный
 
Аватар для Scarlett
 
Регистрация: 17.09.2006
Сообщений: 21,842
Сказал(а) спасибо: 4,581
Поблагодарили 4,457 раз(а) в 3,153 сообщениях
Вес репутации: 379
Scarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордитсяScarlett за этого человека можно гордится
Мои фотоальбомы

По умолчанию

http://www.musavat.com/new/Gündəm/100092-19_İL_ŞUŞASIZ...


Bu gün Azərbaycanın yaxın tarixinin ən uğursuz günlərinin birindən - Şuşanın işğal edilməsindən düz 19 il vaxt keçir. 19 il bəlkə də tarix üçün uzun müddət sayıla bilməz, ancaq Azərbaycanın nəyi itirdiyini, bu itkini hələ də geri qaytara bilmədiyini xatırlayanda 19 il kifayət qədər uzun vaxtdır.


Qarabağın, təkcə Qarabağın yox, həm də Azərbaycanın mirvarisi sayılan bu şəhərin düşmən tapdağı altında düşməsindən bu yana hər il mayın 9-da ermənilər Şuşada bayram paradı keçirir. Bakıda isə ancaq onunla kifayətlənə bilirik ki, ya Şuşa barədə acı xatirələri eşidək, ya da hansısa anım tədbirləri barədə xəbərləri dinləyək. Əvvəllər çoxları deyirdi ki, Azərbaycan Şuşanın işğal altında qalmasına heç cür dözə bilməz. Amma 19 il bu cür itkiyə dözmək üçün az vaxt deyil, deməli, dözmək olurmuş. Allah bu cür dözümü heç bir azərbaycanlıya göstərməsin...

***

Azərbaycanın yaxın tarixinə bələd olanlar üçün Şuşanın işğalının səbəblərini xatırlatmağa ehtiyac yoxdur. Ölkədə baş alıb gedən siyasi xaos, nizami ordunun olmaması, bir çoxlarının səbəbi və motivi hələ də qaranlıq qalan təxribatlar, mərkəzi hakimiyyətin zəifliyi, nəhayət, xarici qüvvələrin Azərbaycan üzərində oynadıqları böyük oyunlar Ermənistanın hərbi təcavüzü qarşısında davam gətirməyə imkan vermədi. Beləliklə, Azərbaycanın Şuşa ilə başlayan böyük itkiləri bir-birini əvəzləməyə başladı.
Qısa xronika: erməni silahlı qüvvələri 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçiriblər. Şəhərin kütləvi şəkildə artilleriya atəşi zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 11 minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.
Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə çox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralındı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24900 nəfər əhali yaşayıb.

***

Şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan hazırlayıb. Ter-Tadevosyan indi istefada olan general-leytenantdır və hər il Şuşanın alınması münasibətilə keçirilən tədbirlərdə öndə gedir. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Şuşa kimi şəhərin alınması hərbi nöqteyi-nəzərdən olduqca mürəkkəb məsələ kimi görünə bilər. Şəhərin coğrafi mövqeyi elədir ki, orada yaxşı müdafiə xətti qurmaqla düşmənin zirehli texnikasının və canlı qüvvəsinin yoxuş yuxarı irəliləməsinin qarşısını asanlıqla almaq olar. Müasir müharibələrdə isə bu cür yaşayış məntəqələrini güclü aviasiya dəstəyi olmadan ələ keçirmək kifayət qədər çətindir. Lakin o vaxt Şuşanın bu unikal coğrafi mövqeyindən faydalanan olmadı və nizamlı müdafiə xətti qurulmadı.
Ermənilər isə məhz Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıb və müdafiənin təşkilinə mane olublar. Bununla belə küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və ordu şəhəri tərk edib. Azərbaycanın yenicə formalaşmaqda olan könüllü hərbi dəstələri və Milli Ordunun nizamsız bölmələri Laçın istiqamətinə geri çəkiliblər.

***

Sonradan məlum olub ki, Şuşanın işğalı əməliyyatına qərar verilərkən Ermənistan və Dağlıq Qarabağdakı separatçı erməni qüvvələri arasında ciddi ziddiyyətlər mövcud olub. Ermənistan prezidenti Levon Ter-Petrosyan Azərbaycanla danışıqların getdiyi bir vaxtda bu əməliyyata razılıq verməyib. Lakin Dağlıq Qarabağda separatçı erməni qüvvələrinə rəhbərlik edən Robert Köçəryan İrəvanla kəskin mübahisələrdən sonra bu əməliyyata başlayıb.
Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən spiker Yaqub Məmmədov Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Lakin Rusiya Qarabağda münaqişənin sönməsini istəmirdi və Xankəndindəki erməni separatçıları Moskvanın birbaşa dəstəyi altında fəaliyyət göstərirdi. Ekspertlər təhlil edirdi ki, Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub. Məqsəd Azərbaycanın Rusiyadan uzaqlaşmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər. 1992-ci il, mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını “hərbi dövrün şıltaqlığı” adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A.Mütəllibov devrildi. Ona qarşı irəli sürülən ittihamlar arasında bu da yer alırdı ki, Mütəllibov Azərbaycanı yenidən Rusiyanın tabeçiliyinə qaytarmaq üçün böyük oyuna cəlb olunub və Şuşanı satıb.

***

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub. Müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

***

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğalın 19-cu ildönümü ilə bağlı açıqladığı məlumatda deyilir ki, nazirliyin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb: Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub. Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada inşaat işləri aparılıb. Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan Xan mağarası amansızlıqla məhv edilib. Şəhərin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə, yolun sağında isə ağaclar bütünlüklə qırılıb. Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib.
Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.
Bu yazıya düşmən tapdağı altında olan şəhərdən yeni şəkillər də əlavə edirik. Baxaq və nələri itirdiyimizi dərk etməyə çalışaq...

F.MƏMMƏDOV




Scarlett вне форума   Ответить с цитированием