Показать сообщение отдельно
Старый 13.04.2011, 00:13   #51
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Molla Nəsrəddin Посмотреть сообщение
Увы, лично я этого не вижу.
Тогда вот вам свежий пример.


“AZƏRBAYCANIN İQTİSADİYYATI VƏ GƏLƏCƏYİ MƏHVƏ SÜRÜKLƏNİR”




Qubad İbadoğlu ölkənin gəlirlərinin necə talan edildiyi haqda dəhşətli faktlar əldə edib

İctimai Palatanın İqtisadi İslahatlar Komissiyasının koordinatoru Qubad İbadoğlu Azərbaycanın gəlirlərinin korrupsiya yolu ilə necə havaya sovurulduğu haqda konkret rəsmi faktlar və rəqəmlərdən ibarət sənəd hazırlayıb. Rəsmi statistik məlumatlara əsaslanan sənəddə Azərbaycandakı iqtisadi vəziyyətlə bağlı şok faktlar yer alıb.

Sənəddə bildirilir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 2011-ci ildə Azərbaycan üçün 3.5 faizlik iqtisadi artım tempi (real ÜDM-in faiz artımı) proqnozlaşdırır ki, bu da Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya regionunun digər ölkələri ilə müqayisədə nisbətən aşağı göstəricidir. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin hesablamlarına görə, əgər Azərbaycan iqtisadiyyatı hazırkı formada (inzibati qaydada və neft-qaz sektorunun dominantlığı şəraitində) idarə olunarsa, bu halda 2024-cü ildə real ÜDM-in səviyyəsi 2010-cu il ÜDM-dən ən azı 20 faiz azala bilər. 2010-cu ildə ölkədə istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilə nisbətən 5,0 faiz artaraq 41,6 milyard manata çatıb. Nəzərə alsaq ki, 2024-cü ildə təbii artım tempi ilə Azərbaycanda əhalinin sayı indikindən çox olacaq, onda adambaşına düşən ÜDM-in həcmi hazırkı 4 min 653,3 manatdan 3 min 500 manat səviyyəsinə düşə bilər.

Sənəddə qeyd olunur ki, dünya bazarında neftin hazırkı qiymətləri ilə Azərbaycana hər gün 90 milyon dollara qədər vəsait daxil olur. Bu, ayda 2,7 milyard, ildə 30 milyard dollardan çoxdur. Bu məbləği adambaşına bölsək gündə 10 dollar, ayda 300 dollar, ildə isə 3600 dollar deməkdir. Orta statistik azərbaycanlı ailəsinə (4,5 nəfərə) hesablayanda bu o deməkdir ki, hər ailə başına ildə 16.200 dollar vəsait ölkəyə yalnız neft satışından daxil olur: “Ötən il Azərbaycan neftinin orta illik ixrac qiyməti 1 barel üçün 78,2 dollar olub. Halbuki dünya bazarında neftin orta qiyməti 79,68 dollar təşkil edib. Bu iki rəqəm arasındakı bu qədər fərq milyardlarla məbləği ifadə edir və ciddi narahatçılıq doğurur. 2010-cu il yanvar ayının 1-nədək Azərbaycan neftdən 45 milyard 200 milyon dollar gəlir əldə edib ki, onun da 22 milyard 435 milyon dolları xərclənib. Bu gün həddindən artıq xərcləmək sabah daha az xərcləməyə səbəb olur və bu, gələcək nəsillərə neftdən çatacaq payı azaldır. Daha çox xərcləmələr xüsusilə də şəffaflığın aşağı və dövlət maliyyə nəzarətinin zəif olduğu halda səmərəsizliyi artırır. 2006-2010-cu illərdə dövlət büdcə xərcləmələri 43 milyard 408,4 milyon AZN təşkil edib ki, onun da yalnız 10 milyard manata qədəri əmək haqqı və pensiyaların ödənilməsinə yönəlib. Bu dövr ərzində hökumətin həyata keçirdiyi xərcləmələrdən ən çox faydalanan enerji və nəqliyyat (investisiyalar əsasən bu sektorlara yönəldilib), dövlət idarəçiliyi, təhsil və müdafiə sektorları olub”.

Araşdırma nəticəsində o da məlum olub ki, ötən 5 il ərzində (2006-2010-ci illər üzrə) dövlət büdcəsindən 14 milyard 820,1 milyon manat yalnız investisiya xərclərinə yönəldilib ki, bu həmin illər üzrə xərclənmiş cəmi büdcə vəsaitlərinin 34,5 faizini təşkil edir. Son 5 ildə təhsilə dövlət büdcəsindən 4 milyard 211,1 milyon AZN vəsait xərclənib.

2010-cu ildə Azərbaycan dövlət büdcəsinin ümumi gəlirləri 11 milyard 400 milyon manat, qeyri-neft büdcəsinin gəlirləri 4 milyard 223 milyon manat olub ki, bu da büdcə gəlirlərinin 63 faizinin neft gəlirləri hesabına formalaşmasını təsdiq edir. Azərbaycanın adambaşına düşən qeyri-neft büdcəsinin gəlirləri cəmisi 470 manat təşkil edir ki, bu da Gürcüstanla müqayisədə 1,5 dəfəyədək azdır.
Sənəddə daha sonra bildirilir ki, 2011-ci ilə qədər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 747 milyon manat, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində Azərbaycan tərəfinin payına 625 milyon 720.2 min manat; "Əzizbəyov" metro dairəsindən Bakı Beynəlxalq Aeroportuna gedən avtomobil yolunun layihələndirilməsi, tikintisi, (14 km), tikinti zolağına düşən mühəndis xətlərinin köçürülməsi - 360 milyon 499.6 min manat, Qusar rayonunda turizm infrastrukturunun layihə-smeta sənədlərinin hazırlanması və tikintisi üçün 279 milyon 600 min manat, Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət yolu kimi yenidən qurulması üçün 250 milyon manat, Bakı şəhərində Heydər Əliyev adına mərkəzin tikintisi üçün 4 il ərzində (2007-2010) 171 milyon 256 min manat; Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəşisməsində (“Əzizbəyov” metro stansiyası dairəsi) yol qovşağının tikintisi, tikinti zolağına düşən mühəndis xətlərinin və tikililərin köçürülməsi üçün 147 milyon 191.3 min manat xərclənib. Dövlət büdcəsindən təmir xərcləri üzrə Heydər Əliyev Sarayının binasında təmir-yenidənqurma işləri üçün 49 milyon 681 min manat, Bakıda Səadət Sarayının bərpası üçün 42 milyon 887.6 min manat, Akademik Milli Dram Teatrında təmir-bərpa və yenidənqurma işləri üçün 31 milyon 570 min manat, “Nizami” kinoteatrının binasının təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və bərpa-yenidənqurma işləri üçün 25 milyon manat xərclənib.

Araşdırma zamanı büdcədən oğurlamaları sübuta yetirən daha dəhşətli faktlar da ortaya çıxıb: “2003-2009-ci illərin idxal statistikasında 16 ölkə üzrə kənarlaşma məbləği 10 milyard 645 milyon 900 dollar təşkil edib. Aşkara çıxarılmış fərqin 2003-2009-cu illər ərzində rəsmi olaraq bəyan edilmiş idxal əməliyyatlarında payı orta hesabla 41,3 faiz təşkil edir. Bu isə yol verilə bilən normadan 4 dəfədən də çoxdur. Tədqiqatlar göstərir ki, oliqarxların şirkətləri gətirdikləri məhsulları dəyərindən dəfələrlə baha satır. Gömrükdə kartof 6 qəpiyə, şəkər 28 qəpiyə, banan 43, portağal isə 44 qəpiyə rəsmiləşdirilir”.

Q.İbadoğlunun araşdırma əsasında hazırladığı sənəd Azərbaycanın gəlirlərinin hansı səviyyədə talan olunduğu haqda dəhşətli mənzərəni ortaya qoyub.






Цитата:
То, что существует это суррогат.

P.S. Косвенным подтверждением, того, что эти партии суррогат (к сожалению даже "Мусават". Заметьте, никоим образом не хочу кинуть тень на бренд "Мусават"). Точно так же как во власти, в этих партиях нет социальных лифтов, нет конкуренции.

Понятно, что в условиях авторитаризма, архисложно создать нечто лучшее. Однако думать, что с такими партиями с их лидерами и функционерами можно достичь хоть какого-то прогресса - иллюзия.

Все это даже не вчерашний, а позавчерашний день.

Национально-освободительное движение достигло своей цели - Азербайджан стал государством. Здесь, НФА (как движение) так или иначе выполнило свою миссию.

А вот создание предпосылок для установления демократии, задача специфическая и партиям, вышедшим из рукава НФА, она не по плечу.

Для этого эти партии сами должны измениться, шагать в ногу со временем. Либо исчезнуть.

К сожалению, время появления новых структур (которые бы стали локомотивом демократии) пока еще не пришло. Этот процесс только начинается и находится в самом зародыше.

Этот процесс можно аккуратно подталкивать, но ни в коем случае нельзя форсировать! Это может отбросить общество назад еще дальше.

Нужно понять одну простую истину, что революция должна сперва произойти в умах людей, и лишь затем на улицах. Что революцию надо заботливо лелеять и пестовать как младенца, чтобы созрев, она принудила власть в один прекрасный власть считаться с собой (а если нет, то смести ее в архив истории). А выскакивать в период весеннего обострения с истошными воплями "Азадлыг" и "Истефа" это, извините, идиотизм.
Должен сказать, что по поводу "суррогата" вы сильно переборщили, но названные проблемы существуют.

Главная причина объективна и заключается в том, что biz hamımız azərbayCanlıyıq, все мы вышли из одной шинели и все мы продукты одного общества.

Но на фоне того, в каких неимоверно сложных материальных и моральных условиях существует и борется наша оппозиция, названные вами огрехи, на мой взгляд, простительны и их можно рассматривать как болезни переходного периода.

После того, как настанет другая жизнь, сущность всех политических и общественных институтов в довольно короткие сроки поменяется и будет соответствовать духу времени.



Последний раз редактировалось prostak; 13.04.2011 в 00:20.
prostak вне форума   Ответить с цитированием