Показать сообщение отдельно
Старый 11.03.2011, 13:05   #5702
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Sarkisyan Dağlıq Qarabağ münaqişəsindən təzə xəbər dedi

“Azərbaycanın mövqeyində irəliləyiş var”

“Dağlıq Qarabağ məsələsində irəliləyiş barədə Latviyanın baş nazirinin sualına cavab verəndə dedim ki, əgər bu sual bir həftə əvvəl verilsəydi, deyərdim ki, hər hansı nəticəni gözləmirəm. Amma Soçidəki görüşdən sonra demək olar ki, Azərbaycanın mövqeyində müəyyən irəliləyiş var”. “Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın prezidenti Serj Sarkisyan Riqada erməni diasporunun nümayəndələri ilə görüşdə deyib.

Sarkisyanın sözlərinə görə, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizama salmasının prinsipləri ətrafında müəyyən razılıq əldə olunacaq. O, ölkələrin həmsədrlərin təklif etdiyi üç əsas prinsip - güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərilə razılığa gələ biləcəyini söyləyib. Sarkisyan bundan sonra yeni danışıqlar mərhələsinin başlayacağını deyib: “Bu zaman bir çox məsələlər detallaşdırılacaq, mümkün detalları müzakirə etməyə başlayacağıq. Mən qeyd etmək istəyirəm ki, prinsiplər üzrə razılıq danışıqların başlanğıcıdır, sonu deyil” .
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием