Показать сообщение отдельно
Старый 27.02.2011, 00:27   #1526
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Scarlett xanım, "quote" etmədən cavab verməyimi qüsur hesab etməyin.

Birinci bənd üzrə - hisslərinizi qıcıqlandırdığım üçün üzr istəyirəm, tam səmimi etirafımı qəbul edin ki, mən bunula heç bir məqsəd güdməmişəm.

"Söyüşçüyə qahmaq çıxmaq" dedikdə yəqin ki, Hikmət bəyin "sülh petisiyasını" nəzərdə tutursunuz. Bununla bağlı bilməyiniz vacibdir ki, mən istənilən halda "cinayət və cəzanın" tarazlı olmasının tərəfdarıyam. Qismət olarsa, siz bunun şahidi hələ olacaqsınız. Və hesab etmək ki, sizinlə konfliktdə olanla hamı savaşmalıdır, çox da korrekt deyil. Həmin konfliktin məğzi üzrə mən sizin tərəfinizdəydim, amma cəzanın yüngülləşdirilməsini də istədim.

İkinci bənd üzrə - hesab edirsiniz ki, müxalifətin cəhdləri uğursuz və nəticəsizdir.

Sizlər nə təklif edirsiniz və təklifinizin reallaşması üçün nə etməyə hazırsınız?

Üçüncü bənd üzrə - adları açıqlayın, ya razılaşım, ya da etiraz edim.

Dördüncü bənd üzrə - sizlər nə təklif edirsiniz və təklifinizin reallaşması üçün nə etməyə hazırsınız?

Beşinci bənd üzrə - bəli, sizin yazdıqlarınızı oxuyuram. Siz buna nədən şübhə edirsiniz?

Altıncı bənd üzrə - belə başa düşürəm ki, iqtidara inanmırsınız, müxalifətdən isə çox şeylər umursunuz?

Elə isə, sizlər öz təkliflərilə və öz əməllərilə buyursunlar düşərgəyə!
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием