Показать сообщение отдельно
Старый 25.02.2011, 22:31   #1520
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от Scarlett Посмотреть сообщение
Простак, меселе беледир. шехсен меним 10 иле яхын форум феалиййетимде, еввеллер меним постларымдан од пюскюрурду. Анджаг инди, гёрдуюнуз кими "конструктивная критика"... Она гере йох ки, игтидар меним хошума гелмейе башлайыб, ексине, наследникин феалиййети онун дедесине рехмет охутдурур.... Себеб де ондадырки, шехсен менде мухалифетин феалиййети ("ингилис гашыгы иле фиренг п...у йемейи") икрах хисси оятды. Бу бир гюнде олмады, бу дамла дамла артан хисс мухалифетин багышланмаз сехвлеринин нетиджесинде олду. Елбетте мухалифетин бези лидерлерине инамы там итирмесемде, умуми херекатын семимилийине инанмырам.
Scarlett xanım, mənə aydın deyil ki, sizi bu qədər əsəbiləşdirən nədir?

Əvvəla, burada söhbət ondan getmir ki, "bizimlə olmayan bizim düşmənimizdir". Amma bir həqiqət də var ki, virtual forumlarda "od püskürməkdənsə", real həyatda baş verən aksiyalara və tədbirlərə biganə qalmaq lazım deyil.

Məsələn, hər hansı bir partiya və ya siyasi blok tədbir keçirirsə (deyək ki, 2008-ci ilin yanvar ayında qiymətlərin artımına qarşı), özünü ziyalı, intellektual, nə bilim, nə sayan kəs isti kabinetdə qəhvə içə-içə soyuqda donan "axmaqlara" gülməkdənsə, gəlib onların yanında olmalıdır və sübüt etməlidir ki, o, bizim cəmiyyətin öndə gedən zümrəsini tərənnüm edir və bu cəmiyyətin problemlərinə qarşı həssasdır.

Yəni həmin özünü ziyalı, intellektual, nə bilim, nə sayan kəs belə bir yanlışlıqdan vaz keçməlidir ki, hər hansı bir partiya və ya siyasi blok cəmiyyətin problemlərini təkbaşına, yalnız öz üzvlərinin gücü ilə həll edə bilər. Belə olmur.

İkincisi, sizin "ingilis qaşığıyla" bağlı ittihamınız nədən qaynaqlanır, deyə bilmərəm, amma bu daha çox konkretlikdən xeyli uzaqda duran şablon yanaşmaya bənzəyir.

Bu, yalnız sizin ifadələrinizlə bağlı fikirlərdir, burada şəxsən sizə yönəlik bir şey axtarmayın.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием