Показать сообщение отдельно
Старый 24.02.2011, 11:04   #2395
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,702
Сказал(а) спасибо: 471
Поблагодарили 1,468 раз(а) в 983 сообщениях
Вес репутации: 67
prostak скоро придёт к известности
Мои фотоальбомы

По умолчанию

ABŞ-da YAŞAYAN AZƏRBAYCANLI İQTİDARA ELƏ MESAJLAR GÖNDƏRDİ Kİ...




“Etdiklərinizin hamısının cavabı olacaq...”

Elmar Şahtaxtinski: “Bu məktuba imza atanlar Pavlik Morozovun taleyini unutmasınlar”


Azərbaycan iqtidarının təşkilatçılığı ilə bir qrup naxçıvanlı ziyalı tərəfindən məktubla hədələnən ABŞ-da fəaliyyət göstərən azərbaycanlı demokratiya fəalı Elmar Şahtaxtinski onu “vətən xaini” elan edənlərə sərt cavab verib. Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri olan, Naxçıvandakı məşhur Şahtaxtılar nəslinin nümayəndəsi E. Şahtaxtinski “Amerikanın səsi”nə müsahibəsində deyib ki, ona məktub göndərənlərin hərəkəti sovet dövründə Pavlik Morozovun öz atasını bolşeviklərə satmasını xatırladır.

Xəbər verildiyi kimi, Naxçıvandan bir qrup məmur və hökumətyönlü ziyalıların nümayəndələri Şahtaxtinskiyə təhqiredici məktub yazıb. Özlərini Şahtaxtinski soyadının nümayəndələri adlandıran bu şəxslər onu milli maraqları satmaqda, soyadı bədnam etməkdə və Azərbaycanın düşmənlərinə yardım etməkdə ittiham edirlər. “Xaricdə yaşayan həmvətənlərimizin əksəriyyəti haqq uğrunda mübarizə aparan insanlardır. Lakin vətənini satanlar da var. Siz onlardan birisiniz. Azərbaycanda demokratiyanın pozulması haqqında iddialarınız sizə şərəf qazandırmır”, deyə məktubda qeyd edilib."İstəyirik biləsiniz ki, seçdiyiniz yol şəxsiyyətinizə və Şahtaxtinski soyadına qara ləkədir. Sizi doğru yola qayıtmağa çağırırıq", deyə müraciətdə vurğulanır. Məktubu İsmayıl Hacıyev - Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinin rəhbəri, İsa Həbibbəyli - Naxçıvan Dövlət Universitetinin rektoru, Oruc Həsənli - Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Hacıfəxrəddin Səfərli - Naxçıvan Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru və daha 16 nəfər imzalayıblar.

Qeyd edək ki, E.Şahtaxtinski ABŞ-da təhsil alıb, hazırda bu ölkədə yaşayır və onun rəhbərlik etdiyi AZAD təşkilatı Azərbaycanda insan haqları və demokratiyanın qurulması uğrunda Birləşmiş Ştatlarda fəal mübarizə aparır. Təşkilat Amerika hökumətində, o cümlədən Dövlət Departamentində və Konqresdə görüşlər keçirir. Bundan başqa, ictimai forumlar, o cümlədən ötən ilin aprelində “Amerika - Azərbaycan əlaqələrində demokratiya” mövzusunda forum təşkil edib. 2008-ci ildə Azərbaycanda prezidentlik müddətinə məhdudiyyətləri götürən Konstitusiya düzəlişləri referenduma çıxarılanda AZAD təşkilatı Birləşmiş Ştatlarda bu antidemokratik addıma qarşı müxtəlif aksiyalar, o cümlədən BMT-nin mənzil-qərargahı qarşısında piket təşkil etmişdi. Bu günlərdə isə Şahtaxtinski ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza ilə Vaşinqtonda görüşüb və ölkəmizdəki vəziyyətlə bağlı fikir mübadiləsi edilib.

E.Şahtaxtinski və onun başçılıq etdiyi təşkilatın fəalları çoxdandır hakimiyyətin arzuolunmaz şəxsləri siyahısına düşüb, lakin belə görünür ki, Brayzanın səfir kimi and içəndən dərhal sonra Vaşinqtonda onunla görüşməsi Azərbaycan hakimiyyətini möhkəm qəzəbləndirib. Görünür, hakimiyyəti qəzəbləndirən həm də odur ki, E.Şahtaxtinski naxçıvanlı nəslindəndir, özü də məşhur şəcərəni təmsil edir.

E.Şahtaxtinski dünən “Amerikanın səsi”nə müsahibəsində bildirib ki, ona ünvanlanan hədələyici məktub Azərbaycan hakimiyyətinin sifarişi ilə hazırlanib: “Buraya imza atan adamlar özlərini Naxçıvan ziyalıları və bəziləri özlərini Sahtaxtinskilər nəslinin nümayəndələri adlandırır. Məktubda mənim rəhbərlik etdiyim AZAD təşkilatının fəaliyyətini nəslin reputasiyasına qara ləkə adlandırıb, məni vətənə xəyanətdə günahlandırırlar. Əlbəttə ki, gülünc bir ittihamdır. Məktubun elə yazılması indiki Azərbaycan hakimiyyətinin keçmiş DTK metodlara-bir nəslin adamlarını bir-birinə qarşı çevirməklə ən çirkin bir əmələ əl atmasını göstərir. Gülünc ittihamların heç bir faktiki sübutu yoxdur. Sadəcə olaraq, mənim hökumətin siyasətinə qarşı buradakı fəaliyyətimə görə bizi vətən xaini adlandırmaq, ermənipərəst və başqa damğalar vurmaq istəyirlər. Əlbəttə ki, bu, siyasi kələkbazlıqdan başqa bir şey deyil”.



AZAD rəhbəri deyib ki, məktuba cavab hazırlayır və onu mətbuat vasitəsilə yayacaq. Şahtaxtinski onu “xain” adlandıranlara məsləhət görür ki, okeanın bu tayında - ABŞ-da vətən düşməni axtarmaqdansa, özlərinin ətrafında hər gün baş verən biabırçılıqlara nəzər yetirsinlər. “Oğru hakimiyyətin camaatın sərvətini mənimsəyib, xalqın haqq səsini boğmaqla məşğul olmasına diqqət yetirsinlər. Bu insanların içərisində Naxçıvanın və hətta millət vəkilləri var. Qalanları isə ziyalı adı daşıyırlar, elmlər doktorları, Akademiya üzvləridir. Mənə maraqlıdır ki, bunlar nə vaxtsa hakimiyyətin törətdiyi haqsızlığa, vətəndaşlara verilən işgəncələrə, rüşvətə qarşı səs qaldırıblarmı? Bunlar əgər özlərini azad şəxsiyyət kimi birinci növbədə göstərə bilməyiblərsə və Azərbaycanda bu dəqiqə ən çox özbaşınalıq məskəni olan Naxçıvandakı biabırçılıqlara qarşı onlar ömürlərində bir dəfə də olsun, camaatın, mətbuatın qarşısında çıxış etməyiblərsə, onların okeanın bu tayında kiməsə də məktub göndərməyə heç bir mənəvi haqqı yoxdur. Mən bunu onlara çatdıracağam və Naxçıvanda olan biabırçılıqları faktlarla göstərəcəyəm” deyə, o bildirib.

Şahtaxtinski deyib ki, məktub onun fəaliyyəti ilə bağlıdır: “Bunlara mən çatdırmaq istəyirəm ki, vaxtilə Sovet rejimində Pavlik Morozov adlı bir gənci qəhrəman kimi göstərmişdilər. Əgər bilirsinizsə də, Pavlik Morozovun ”igidliyi" ondan ibarət idi ki, o, öz atasını bolşevik hökumətinə satmışdı. Bu da həmin metoddur. Burada Şahtaxtinski nəslinin iki nəfərinin adından mənə deyirlər ki, mənim buradakı fəaliyyətim və bizim təşkilatın fəaliyyəti nəslə qara ləkə gətirir. Tarix göstərdi və nəinki tarix, elə Sovet vaxtı hamıya bəlli idi ki, Pavlik Morozovun axırı nə ilə qurtardı. Mən bunu imza atanların yadına salmaq istəyərdim. Bundan ibrət dərsi götürsünlər. Bu məktuba imza atmağı əmr verən hakimiyyət, onların gözündə bu gün sınmaz görünə bilər. Ancaq mən onları əmin edə bilərəm ki, bütün bu hakimiyyətin törətdiyi cinayətlər və onun əlləri və ağzı kimi işləyən insanların etdiklərinin hamısı yazılır, yadda saxlanılır. Bunların hamısının nə vaxtsa cavabı olacaq. Ona görə, elə bilməsinlər ki, bu gülünc məktubu mənə göndərməklə, hökumətə nökərlik etməklə yalnız, bir tərəfli təsirə məruz qalacaqlar, yəni bunların heç birinin cavabı olmayacaq. Bunların totalitar təfəkkürlərində, elə bilirlər ki, bu məktub nəyəsə təsir edə bilər və kimisə qorxuda bilər. Bir də ki, orada imza atan Şahtaxtinski nəslinin 1-2 nümayəndəsinə demək istəyirəm, bu hakimiyyətə nökərlik etməklə nəslin adına əsl qara ləkəni gətirən belə hərəkətlərdir. Əgər onlar öz məktublarında Şahtaxtinskilər haqqında yazdıqlarını bilmirəm, özləri yazıblar ya yazıb verib onlara imza atdırıblar-bir az diqqətlə oxusalar, orada görərlər ki, onların fəxr etdikləri bütün bu şəxsiyyətlər vaxtilə imperiyaya qarşı durublar, hakimiyyətin haqsızlığına qarşı çıxıblar və öz xalqını qoruyublar. Ona görə mən bu insanları düz yola gəlib, hakimiyyəti yox, əsl dövlət mənafeyini müdafiə etməyə çağırıram".
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием
2 пользователя(ей) сказали cпасибо:
Хикмет Гаджи-заде (24.02.2011), Xan (25.02.2011)