Показать сообщение отдельно
Старый 15.02.2011, 01:23   #4
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

“KÜTLƏVİ AKSİYALARA EHTİYAC VAR VƏ O, KEÇİRİLMƏLİDİR”



İsa Qəmbər: “Gənclik ordusu bu gün internetdədir, amma virtual həyatla real həyat arasında Çin səddi yoxdur”

- Bütün son gəlişmələrdən sonra da bu fikrinizdə qalırsınız?

- İndi də görünən budur. Yenə də Misir nümunəsinə baxaq. Orada çox güclü bir xalq hərəkatı getdi, Qahirə başda olmaqla, milyonlarla insan küçələrə çıxdı, addım-addım hakimiyyəti geri çəkilməyə məcbur elədilər. Amma Mübarək istefa vermədi və bir balaca situasiya səngiyən kimi yekə-yekə danışmağa başladı. Mübarək bəyanat verdi ki, bu mitinqlər dayanmalıdır, məsələlər sentyabra qədər davam edəcək və sair. Xalq bunu qəbul eləmədi, fəallıq daha da artdı və Mübarək getməyə məcbur oldu. Yəni xalq görəndə ki, hakimiyyət yenə də manevrlərə başlayır, müxalifət adına iddia edən qüvvələr də bağlı qapılar arxasında danışıqlar prosesinə başlayıblar, iqtidar da arxayınlaşır; - xalq bu oyunu qəbul etmir. Yəni dialoq məsələnin ikinci tərəfidir; hakimiyyətin dialoqa ehtiyacı olanda, hətta müxalifət buna razılıq versə belə xalq buna razı olmayacaq.

- Bu yaxşı haldırmı?

- Yaxşı ya pis, bu, reallıqdır.

- Ölkəmizi belə bir perspektiv gözləyirmi?

- Təbii gözləyir. Dünyada elə bir avtoritar rejim yoxdur ki, əbədi olaraq davam etsin. Uzunmüddətli, yaxud qısamüddətli, hamısı ya özləri istefa verib getməyə məcbur olurlar, ya da xalqın üsyanı nəticəsində gedirlər. Başqa fərqli bir variant yoxdur. Ssenari budur. Azərbaycanda da bu labüddür. Bu proses 1 aya başlayacaq, ya 1 ilə, bu sual səslənə bilər, ancaq bunun baş verəcəyi şəksizdir.

- Ərəb ölkələrində gedən proseslərdə bir məsələ də önə çıxdı - gənclik məsələsi. Tamamilə gözlənilmədən həm Tunisdə, həm də Misirdə inqilabı təşkil edən, aparan, yekunlaşdıran müxalifəti təşkil edən islamçılar yox, gənclik oldu. Bir müxalifət lideri olaraq düşünürsünümü, Azərbaycanda gənclik prosesdə iştirak edirmi, edirsə iştirak həddi hansı səviyyədədir, siyasətə gənclik axını varmı? Siz, İsa Qəmbər olaraq, ötən əsrin gəncliyini təmsil edirsiniz. Sizin nəsil o zaman gənclik olaraq böyük bir işi bacardı; SSRİ yıxıldı, Azərbaycan müstəqil oldu, müharibə pis-yaxşı aparıldı, 20 faiz ərazimiz işğal olsa da, Azərbaycanın tam işğal planının qarşısı alındı... Bunu o dövrün gənc nəsli etdi. Bəs, 21-ci əsrin gəncliyindən nə gözləyirsiniz? Onlarla təmasdasınızmı? Onlara ümidiniz varmı? Gənclərin proseslərdə aktivliyi ürəkaçan səviyyədədir, yoxsa laqeyddirlər? Laqeyddirlərsə niyə? Hansı səbəbdən ərəb ölkələrində gənclik ortaya çıxıb öz sözünü deyir, amma Azərbaycanda siyasət yenə də Sizlərə - ötən əsrin fədakar gənclərinə qalıb. Hətta siyasətdə pauza yarananda belə görürük ki, meydanda heç kim yoxdur. Mən bir müşahidəni deyim. Ötən ilə AXCP və Müsavat ardıcıl olaraq piketlər keçirdi. Orada həbs olunanların siyahısına baxanda görürdük ki, hər dəfə eyni adamlardır, daha çox köhnə nəsildir və aksiyalara 50-60 nəfərdən artıq adam gəlmir. Müsavat və AXCP sosial şəbəkələrdə, müəyyən çevrələrdə müzakirə olunan, diqqət çəkən aksiyalar keçirirdi, amma cəmiyyətin, gəncliyin buna reaksiyası zəifdir...

- Doğrudan çox maraqlı və önəmli məsələdir... Mən Azərbaycan gəncliyindən razıyam. Azərbaycan gəncliyi hər zaman mübarizənin önündə olub və indi də mübarizənin önündədir. Ötən əsrin sonlarında isə bizim nəsil mübarizənin önündə olub. 90-cı illərdə Müsavat Partiyasının minlərlə gəncinin coşğu ilə proseslərdə iştirakını xatırlayırsınız. Onların böyük bir qismi repressiyalara uğradı. Xüsusi ilə 2003-cü ildən sonra nə qədər gənc sıradan çıxarıldı, nə qədəri Avropaya mühacirətə getməyə məcbur oldu? Nə qədər gənc Rusiyaya, Türkiyəyə getdi.

- Bəli, onlar az qala bir partiya qədərdirlər.

- Bizim insanlarımızın 2 milyondan çoxu xaricdədir. Onların da əksəriyyəti narazı təbəqədir və gənclik, orta yaşlı insanlardır. İndi isə qısa bir pauzadan sonra yeni bir gənclik ortaya çıxır. 2005-də onun cücərtiləri var idi, az idilər, ancaq indi böyük bir ordudurlar.

- Haradadır o ordu?

- O ordu bu gün internetdədir. Amma virtual həyatla real həyat arasında Çin səddi yoxdur. Virtual həyatdan real həyata çıxış 1 saatın işidir. Bu gün o gənclik ayaq üstədir. Seçkidən sonrakı müddətdə bu proses vüsət almağa başlayıb. Təkcə bizim son tədbirlərimizdən birində 20 nəfər gənc Müsavata gəlmişdi. Onların da əksəriyyəti son bir həftədə Müsavata üzv yazılıblar və Gənclər Təşkilatına qoşulublar. Gənclər gəlməyə başlayıblar və bu proses davam edəcək. Və bu, yeni gənclikdir. Onlara bizim kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmək xoşbəxtliyi qismət olmayıb; amma onlar başqa bir xoşbəxtliyin sahibidirlər. Onlar müstəqil Azərbaycanda anadan olublar. Anket məlumatlarına baxırsan, ən yaşlısı 1989-cu ildəndir; artıq 1991, 92, 93-cü ildə doğulanlar bu prosesə qatılırlar. Və bunlar müstəqil Azərbaycanda yaşayıblar, müstəmləkə Azərbaycanında yox. Onlar anadan olanda başqa bir dövlətin idarəçiliyi altında yaşamaq kompleksini yaşamayıblar, öz dillərində təhsil alıblar. Bir məsələyə diqqət edin. O zamanlar Azərbaycanın bir rusdilli kəsimi var idi. Onların arasında çox savadlı, yetişmiş, səviyyəli, xalqa xidmət edən insanlar çox idi. Bu kəsimin əsas problemi o idi ki, öz doğma dillərində danışa bilmirdilər, ya da çox çətinliklə danışırdılar. İndi ingilisdilli gənclik meydana gəlib, amma onların 99 faizi doğma dillərində səlis danışır. Bu gənclik fəallaşmaqdadır.

- Amma bu gəncliyin təmsilşiləri ortaya çıxan kimi liderlərdən də sərt repressiyalara məruz qalır...

- Əgər biz gəncliyin önəmini başa düşürüksə, iqtidardakılar da başa düşür. Anlayırlar ki, gənclik prosesə qatılırsa, çox qısa müddətdən sonra olanların qarşısını ala bilməyəcəklər. Artıq gənclik prosesə qatılıb. Hətta bu hakimiyyət bu gəncliyin virtual fəallığından da narahat idi. Hər halda, Emin Milli ilə Adnan Hacızadənin təxribata çəkilərək uzun müddət həbsxanada saxlanılması hakimiyyətin gənclikdən qorxusunun təzahürü idi. Gəncləri fəal mübarizəyə qatılmaqdan çəkindirmək, hətta virtual həyatda da ehtiyatlı olmağa sövq edən addım idi. Amma xeyri olmadı. Adnanla Eminin həbsindən sonra Azərbaycanda blog fəaliyyəti gücləndi. Gənclərlə yanaşı ortayaşlılar da ora qatıldılar. İndi isə real həyatda, mübarizədə bu gənclərin sayı artmaqdadır. Savadlı, özlərinə əmin, dünyanı görmüş, müxtəlif paytaxtlarda təhsil almış gənclərdirlər. Onlar özü də prosesə iddialı gəlirlər. Mən əminəm ki, onlar ictimai prosesə xeyli gözəllik, yenilik, rəngarənglik, enerji gətirəcəklər.

- İnşallah, bir mitinq təyin edərsiniz, baxarıq bu yeni nəsil ora hansı sayda qatılacaq.

- İnşallah, yəqin ki, biz bunu görəcəyik. Bizim veteran gənclərlə söhbətimiz oldu, onlara dedim ki, görürsünüz, işləyib yeni gəncləri yanınızda görmək mümkündür. Təxminən 2005-2008-ci illər ərzindəki süstlüyü bir hazırlıq dövrü kimi qiymətləndirmək olar. Təhsillərin aldılar, virtual dünyada təcrübələrini yığdılar, indi yavaş-yavaş real həyatda da iştirak edirlər.

- İsa bəy, ərəb ölkələrində baş verə inqilablara qədər müxalifət təşkilatlarından gedənlər var idi. Bu tendensiya dayandımı sizcə? Çünki tərsinə dönüşlər müşahidə olunur. Məsələn, Adil Qeybulla və İbrahim İbrahimli qərar veriblər ki, gəlib İctimai Palatanın işində iştirak edəcəklər. Bu , o deməkdirmi ki, əlini yelləyib hər şeydən küsənlər, artıq ümid olmadığını düşünənlər ərəb ölkələrində baş verənlərdən stimul alıblar?

- Adlarını qeyd etdiyiniz şəxslər İctimai Palatanın təsisçiləri siyahısında olublar, bəzi sessiyalarda iştirak ediblər, ona görə də növbəti tədbirlərdə iştirak etmək istəyirlərsə, bu onların haqqıdır. Burada bir problem yoxdur. Ancaq bütövlükdə təbii ki, inam məsələsi həlledicidir. Bunu hər zaman demişəm. Dəyişikliyə inam olanda insanlar hər bir fədakarlığa, qəhrəmanlığa da, bundan irəli gələn məhrumiyyətlərə də hazır olurlar. Dəyişikliklərə inam olmayanda düşünürlər ki, nə mənası var?

- Belə düşünmək olarmı ki, bu hadisələr olmasaydı, gənc nəsil də meydana gəlməyəcəkdi? Yəni müxalifətə yox, başqa yerə gedəcəkdilər, tutaq ki, özləri yığışıb nəsə edə bilərdilər. Belə düşünürsünüzmü?

- Belə deyək ki, bu hadisələr sadəcə gənclərin meydana çıxmasını sürətləndirdi. Müsavata gələn o iyirmi gənc bu mərhələdə ilk qaranquşlardır. Axın hər zaman var. Hər ay partiyaya iki-üç nəfər də olsa, gəlir. Bu yaxınlarda ehtiyatda olan bir polkovnik Müsavata gəldi, üzv yazıldı. Təcrübəli, çox ciddi bir kadrdır. Bu hadisələr sadəcə gedən prosesi sürətləndirdi.

- Son vaxtların siyasi gündəminə adını yazdıran başqa bir qurum da var, Ziyalılar Forumu. Burada Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Cəmil Həsənli, Eldar Namazov kimi tanınmış ziyalılar təmsil olunurlar. Ölkənin mühüm hesab olunan, tirajlı simalarını özündə birləşdirən bir qurumdur. Düzdür, onun haqqında müxtəlif söz-söhbətlər, xəbərlər, şayiələr dövriyyədədir, amma oradakı insanlar çox mühümdür. Niyə İctimai Palata onlarla hər hansı bir təmasa keçmir, niyə onlar İctimai Palatada təmsil olunmurlar, əməkdaşlığınız yoxdur?

- Maraqlı məsələdir. Bizim o ziyalıların hər birinə böyük hörmətimiz var. Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Ramiz Rövşən, Rafiq Əliyev Azərbaycanın ən önəmli ziyalılarındandırlar. Öz sahələrinin liderləridirlər. O çevrədə olan Eldar Namazov da təcrübəli bir siyasətçidir, politoloqdur. Orada da kifayət qədər maraqlı bir kontingent bir araya gəlib. Bizim onlara şəxsən də böyük hörmətimiz var, fəaliyyətlərinə də rəğbətlə yanaşırıq. Hesab edirəm ki, önəmli fəaliyyətə başlayıblar. Onların ayrı-ayrı qərarları, bəyanatları bəzən ictimai rezonans verir. Elə şəxslərimiz var ki, onlar həm İctimai Palatanın üzvüdürlər, həm də Ziyalılar Forumunda iştirak edirlər. Düşünürəm ki, İctimai Palata ilə Ziyalılar Forumu arasında hansısa bir məsləhətləşmələrə ehtiyac var.

- Başlamısınızmı bu yöndə çalışmalara?

- Qeyri-rəsmi, şəxslər səviyyəsində kontaktlarımız var. O adamlar bizə yad adamlar deyillər ki. Hamısı xətir-hörmətlərini saxladığımız, münasibətlərimiz olan adamladır. Şəxsi kontaktlarımız var və fikir mübadiləmiz olub. Amma bir növ məsləhətləşmələr mərhələsinə ehtiyac var. Baxacağıq, əgər onlar istəsələr bunu edəcəyik. Ziyalılar Forumunun fəallığının artmasını da biz çox yüksək qiymətləndiririk. Son vaxtlar onların fəallığı daha da artıb, gənclərlə görüş keçirirlər, ayda bir dəfə yığışmaq haqda qərar veriblər. Mən bunu çox müsbət bir proses kimi qiymətləndirirəm. Onların ictimai proseslərə, ictimai rəyə ciddi təsir eləmək imkanları var, inanmaq, ümid etmək istərdim ki, bu təsir özünün göstərəcək.

- Çox uzun vədəli, yaxşı mənada iddialı, Azərbaycanın gələcəyini müəyyən edən məsələlərdən, proseslərdən danışırsınız, gözəl təhlillər verirsiniz... Belə təəssürat var ki, uzun vədəli bir prosesdə iştirak etmək qərarınız var. Yəni yeni dəyişim mərhələsində də İsa Qəmbər olaraq iştirak etməkdə qərarlı görünürsünüz... Belə qənaət yaranır ki, arxayınsınız, rahatsınız ki, Azərbaycanda bu dəyişikliklər mütləq olacaq. Bu prosesləri təhlil edirsiniz, şərh verirsiniz ki, cəmiyyət, oxucular da proseslərə o cür baxsınlar. Bu o deməkdir ki, Siz siyasətdə və proseslərin mərkəzində qalırsınız və qalmaq haqda qərar vermisiniz?

- Mən siyasətçiyəm, tutduğum vəzifədən asılı olmayaraq doğru-düzgün bildiyim istiqamət üzrə hər zaman fəaliyyət göstərmişəm və yenə də göstərəcəm.

- Yəni başqanlıqdan getməyiniz iştirak aktivliyinizə və indiyədək sərgilədiyiniz mövqeyə təsir etməyəcək?

- Təbii ki, mən bir müsavatçı olaraq fəaliyyətimi davam etdirəcəm və proseslərdə iştirak edəcəm.

- Başqanlıqdan gedəndən sonra İctimai Palatanın Koordinasiya Şurasında tutduğunuz mövqe qalacaqmı?

- Bu texniki məsələdir. Qala da bilərəm, qalmaya da.

- Yaxın müddətdə AXCP qərar verdi ki, kütləvi aksiyalara başlayacaq. Müsavat Partiyası da bu aksiyalara qoşulacaq, yoxsa o da özü fərdi qaydada aksiyalara start verəcək?

- Mən söhbətimizin əvvəlində də qeyd elədim ki, kütləvi tədbirlər məsələsi partiya rəhbərliyində, strukturlarında müzakirə olunur. Eyni zamanda İctimai Palatada da bununla dair ilkin fikir mübadiləsinə başlamışıq. Hesab edirik ki, kütləvi tədbirlərə ciddi ehtiyac var və keçirilməlidir. Aparıcı siyasi, ictimai qüvvələr özlərini buna hazır edən zamanda da bu prosesə start verəcəyik.

- İctimai Palata meydana çıxan ərəfədə ictimaiyyətə müəyyən mesajlar verdi. Palatanın cəmiyyətə yeni bir mesajları varmı? Yəni hansısa bir “ev hazırlığı” varmı?

- Bütün istiqamətlərdə gündəlik iş rejimi davam edir. İctimai Palata həm strateji hədəfləri müəyyənləşdirib və bu istiqamətdə addımlar atılır, həm də gündəlik, cari siyasi-ictimai proseslə bağlı qərarlar var və olacaq. Ümumiyyətlə, bu söhbətimiz boyunca əsas fikir və mesajlarımızı ictimaiyyətə çatdırdım. Prosesləri televiziya ekranlarından, kompüter monitorlarından, internet və qəzet səhifələrindən izləmək yox, proseslərdə bilavasitə iştirak etmək ehtiyacı var. Bu, ilk növbədə gənclərimizə, gənclər təşkilatlarına, eyni zamanda ziyalılarımıza, iş adamlarına və ümumiyyətlə, bütün təbəqələrdən olan insanlara aiddir. Bu çağırış hüquqlarının, haqqının pozulduğunu hesab edən və bunların bərpasını istəyən, Azərbaycanın gələcəyi uğrunda mübarizəyə hazır olan hər bir insana aiddir. Vətəndaşların hakimiyyətin başlatdığı bu “korrupsiya istirahəti həftəliyi”ni daimi bir şeyə çevirmək, hakimiyyətin kosmetik dəyişikliklər aparmaq istəyini doğrudan böyük islahatlara çevirmək istiqamətində fəallıq göstərməsini istəyərdim. Təbii ki, bu mərhələdə siyasi qüvvələrdən, ictimai təşkilatlardan, mediadan, ayrı-ayrı şəxslərdən tam məsuliyyətli davranış gözləyirəm. Çünki həddindən artıq məsuliyyətli bir mərhələdir, çox böyük müsbət dəyişiklərin zəmini göz qabağındadır, bunlar real məsələdir. Bunu düzgün dəyərləndirmək və bütün səyləri buna yönəltmək lazımdır. Ona görə də hər kəsdən ilk növbədə son dərəcə məsuliyyətli qərarlar, gərəkən fədakarlığı göstərməyi gözləyirəm.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием