Показать сообщение отдельно
Старый 13.02.2011, 12:30   #3
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

“TƏLƏBİMİZ PARLAMENTİN BURAXILMASI VƏ YENİ DEMOKRATİK SEÇKİLƏRİN KEÇİRİLMƏSİDİR”




İsa Qəmbər: “Hakimiyyət özünü güclü hesab edəndə, müxalifətlə dialoqa getmir; hakimiyyət dialoqa məcbur olanda isə xalq imkan verməyəcək müxalifət iqtidarla dialoqa getsin”

- Bütün bu dediklərinizin fonunda Azərbaycan və burada olacaq proseslərə qayıdaq. Ərəb ölkələrində olan hadisələrə münasibətdə üç qrupun reaksiyasından danışmaq istərdim; müxalifətin, cəmiyyətin və iqtidarın reaksiyalarından. Mənim müşahidəmə görə, hamıdan daha operativ və çevik reaksiya hakimiyyətin reaksiyası oldu. Prezident Davosdaykən telefon açıb Prezident Administrasiyana tapşırıq verib və bir önləyici proses başladılıb. Bu, bir reaksiya sayıla bilər. Müxalifətin reaksiyasını da bildik: bəyanatlar verdiniz, məsuliyyəti üzərinizə götürməyə hazır olduğunuzu açıqladınız. Cəmiyyət də ürəkləndi, siyasətin vurğusu dəyişdi. Amma nə müxalifətdə, nə də cəmiyyətdə iqtidar qədər operativ reaksiya olmadı. Bu cür dəyərləndirmə ilə razısınızmı?


- Təbii ki, hər bir subyekt öz janrında reaksiya verəcək. Müxalifət rüşvətin yığışdırılmasın tələb edə bilər, ancaq rüşvətin qarşısının alınmasını müxalifət təmin edə bilməz axı.

- Sizcə, ümumiyyətlə, hakimiyyətin başladığı proses rüşvətin yığışdırılması prosesidirmi?

- Gələcəm o məsələyə. Müxalifət bəyanat verə, müzakirə edə, tələb qoya bilər, bunu da etmişik. Xalq çox diqqətlə müşahidə edib vəziyyətin müzakirəsinə başlaya bilər, bu da edilib. Hər zaman demişəm ki, xalqımız çox müdrik xalqdır, hər şeyi gözəl görür, qiymətləndirir və hər şeyi bilir. Sadəcə, xalq bəzən “nəyi bilmək, nəyi bilməmək” sualını “hansı sərf edir” mövqeyindən həll edir. Yəni sərf edəndə bilirlər, sərf etməyəndə deyirlər bilmirik. Halbuki hər şeyi bilirlər. Hamı hər şeyi bilir. Konkret qərarları isə hakimiyyət qəbul edir. Bu qərarları qəbul etməyə başlayıblar. Bu, kimin operativ münasibət bildirməsinə dair mövqeyim idi. Bilavasitə qərarlara gəldikdə, bu axı yeni bir tələb deyil. 17 ildir beynəlxalq təşkilatlar, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu tərəfindən bunlar deyilir. 2003-cü ildə isə birbaşa şərt kimi danışıldı ki, sizi hakimiyyətdə saxlayırıq, siz də bunu etməlisiniz. Hər yerdə bunu deyirlər, açıq da deyirlər, qapalı da. Hakimiyyət isə bunları qəbul etmirdi. Özlərinə nə sərf edir, nəyə məcburdurlar onu edirdilər, nə sərf etmirdi onu eləmirdilər. İndi isə bir proses başlandı. Gördülər ki, Tunisdə, Misirdə nə baş verir. Üstəlik də, əgər Davosdan deyilibsə ki, müşavirə keçirin, qərarlar qəbul edin, deməli, Davosda da çox önəmli söhbətlər, tövsiyələr olub. Axı Davosda çox ciddi adamlar yığışır. Məsələnin mahiyyət tərəfinə gəldikdə isə bu təkcə özünütənqid deyil, həm də özünüifşadır axı. Bunu analitiklər, jurnalistlər çox düzgün qiymətləndiriblər. İndiyə qədər hakimiyyət deyirdi ki, rüşvətdə bizim günahımız yoxdur, bu xalqın mentalitetidir, insanlarımız buna alışıb, uzağı ayrı-ayrı məmurların günahı da ola bilər. İndi müşavirə keçirib qərar qəbul ediblər, ondan sonra bir sıra strukturlarda rüşvət ya aradan qaldırılır, ya da müxtəlif variantlarda azaldılır.

- Sizcə, bu qərarlar ciddidirmi, müvəqqəti xarakterli deyil ki?

- Rüşvət, korrupsiya mexanizmini yaradan da bu rejimdir, idarə edən də. İndi bunu bəzi hissələrdə azaldan, dayandıran, ləngidən də rejimdir. Bunu etiraf etmiş olublar. Ancaq bunun böyük bir anlamı yoxdur. O mənada ki, bu rejim korrupsiyanı tam şəkildə aradan qaldıra bilməz. Çünki korrupsiya bu rejimin mahiyyətidir. Ondan imtina etsə, bu rejim olmayacaq da. Nəzəri cəhətdən bütün komandanı dəyişib yeni adamlarla siyasəti dəyişə bilərlər.

- Bunu gözləyirsinizmi?

- İctimai Palatanın sessiyasında çıxış edərkən mən demişdim ki, bizim tələbimiz parlamentin buraxılması və yeni demokratik seçkilərin keçirilməsidir. Və demişdim ki, bu təklif ziyalılara radikal görünür, biz müxalifət üçün yumşaq təklifdir, amma hakimiyyət üçün qeyri-mümkün görünür. Amma ola bilər ki, iki aydan sonra özləri bizə yalvaracaqlar ki, gəlin yeni parlament seçkisi keçirək, onda bəlkə biz razı olmağı düşünəcəyik, amma xalq razı olmayacaq. Tunisdə, Misirdə gedən proseslər bunu göstərdi. Əslinə qalsa bu yeni bir şey deyildi. Ərəb ölkələrində gedən proseslər müxtəlif ölkələrdə dəfələrlə olub.

- Bakıda da olub...

- Bəli. 1992-ci ilin 15 mayında səhər saatlarında Prezident Aparatından gələn zənglərin ard-arası kəsilmirdi. Deyirdilər ki, gəlin danışığa, nə cür deyirsiniz elə də edək. Halbuki 14 mayda bizi hədələyirdilər, həbs, məhv edəcəklərini bildirirdilər. Ancaq görəndə ki, xalq yürüşə hazırlaşır, bizi zənglərlə bezdirirdilər. Ancaq mümkün olmadı. Halbuki, bunu bir gün öncə etsəydilər, 15 may yürüşünə də ehtiyac olmayacaqdı. Həmin praktika dəfələrlə baş verib. Bunu insanlar başa düşməyəndə təəccüblənirəm. Avtoritar adamlar düşünəndə ki, dünyadakı mövcud qanunauyğunluqları dəyişə, başqa cür edə bilərəm, bu çox absurddur və gülüncdür. Ona görə də biz təklifimizi vermişik. Bu təklifi verəndə demişdim ki, hakimiyyətin bizim təklifimizlə razılaşması bir Azərbaycan möcüzəsi olar. Necə ki, biz 1991-ci ili payızında Azərbaycanda 360 nəfərlik Azərbaycan SSR Ali Sovetini dəyişib 50 nəfərlik - 25 demokrat, 25 nomenklaturadan ibarət Milli Məclisə çevirdik. Bu əslində dinc inqilab idi. Hakimiyyətin dinc şəkildə yeni qüvvələrə verilməsi prosesinin önəmli bir addımı idi. Bu bir Azərbaycan möcüzəsi idi. Bu, indi də ola bilər. Ancaq inanmıram ki, hakimiyyət belə addımlara, belə möcüzəyə hazır olsun. Problem də ondadır ki, proses başlayanda o cür addımları atmağın mənası olmayacaq.

- Sizcə, hakimiyyət indiki prosesi niyə başlayıb? Müxtəlif rəylər var buna dair. Məsələn, “Turan” agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, bu bir qrant layihəsidir. Cəmiyyətdə belə bir fikir var ki, qorxudan edirlər. Bəziləri deyir ki, beynəlxalq təşkilatlardan, Qərbdən gələn tapşırıqdır. Sizin fikrinizcə, səbəb bunlardan hansıdır?

- Hər üç səbəb var. Həm qorxu var, həm tapşırıqdır, yəni təzyiq və tövsiyələrin nəticəsidir, həm də Mehman bəyin dediyi layihəyə görədir. Ümumiyyətlə, hər hansı bir hadisə olanda mütləq bir səbəb tapıb onun üzərində dayanmaq o qədər də düzgün deyil. Heç bir hadisə bir səbəbdən baş vermir. Böyüklü-kiçikli səbəbləri olur. Hakimiyyətin davranışının da çoxlu səbəbləri var. Sadalanan üç səbəb də ora aiddir. Məsələ ondadır ki, araşdırsanız görərsiniz ki, islahatlarla bağlı layihələr hər zaman olur. Bu yeni bir şey deyil. Sadəcə, adətən buna əməl olunmur, bəzən olunur.

- Möcüzə baş verəcəyini gözləmədiyinizi dediniz. Bəs kosmetik xarakterli, vəziyyəti yumşaltmaq üçün başqa nələrsə ediləcəkmi?

- Hələ ki bu proses gedir. Müxtəlif məlumatlar ortadadır. Elə “Yeni Müsavat”da da bu ziddiyyətlərə dair maraqlı xəbərləri oxuyuruq. Mənim tövsiyəm odur ki, əgər hakimiyyət rüşvətxorluq işində qısa bir fasilə elan edibsə, bundan tam istifadə etmək xalqın xeyrinədir. Eyni zamanda bu fasiləni mümkün qədər böyütmək də xalqın yararınadır. Odur ki, kimin vergidə, gömrükdə, mülkiyyət məsələləri, digər məsələlərlə bağlı işi varsa, baş vursunlar, qanunu işlərini həll etsinlər. Mən də belə söhbətlərə rast gəlmişəm ki, bir müddət öncə gömrükdən malını keçirmək üçün böyük məbləğ tələb ediblər, o pulu borca almaqda ikən xəbər gəlib ki, ondan 4 dəfə az məbləği gətir, yükünü apar. Bunlar çox təəccüblüdür.

- Bir neçə belə məlumat “Yeni Müsavat”da da var.

- Bunlar gözləmədiyim istiqamətdə rastlaşdığım faktlardır.

- Siyasətdə də belə faktlar gözlənilirmi? Burada da hansısa “siyasi rastomojka”ların qiymətinin dəyişəcəyi ehtimalı varmı?

- Belə bir proqnozlar verilirdi ki, hakimiyyət saxta parlament seçkilərindən sonra real müxalifəti, azad mətbuatın qalan bir-iki nümunəsini tam məhv edəcək. Amma nə baş verdi? Bu prosesi başlaya bilmədilər. Düzdür, təzyiqlər yenə də var, Sumqayıtda bir fəal gənci həbs ediblər, Osman Kazımovu Vəkillər Kollegiyasından çıxarıblar, qəzetlərə basqı davam edir. Amma planlaşdırdıqları o böyük prosesi başlaya bilməyiblər. Düzdür, buna nail ola bilməyəcəkdilər, amma cəhd edəcəkdilər. Partiyaların maliyyələşməsi məsələsində YAP-çılar deyirdilər ki, ancaq parlamentdə təmsil olunan təşkilatlara dövlət büdcəsindən vəsait ayrılacaq. Amma bir həftə əvvəl YAP-ın funksionerləri dedilər ki, yox, partiyaların qeydiyyatı, seçkilərdə topladığı səs faizi və digər amillər nəzərə alınmalıdır.

- Ağıllanıblar yəni?

- Yəni bu cür xırda, kosmetik dəyişikliklərə gedirlər, bunun da necə olacağını zaman göstərəcək. Amma bunlar kifayət ola bilməz. Sadəcə, vətəndaşlar rüşvət, korrupsiya fasiləsindən istifadə edib problemlərinin həllinə girişməlidir. Eyni zamanda iqtidar nəyəsə görə arxayınlaşıb bu pəncərəni bağlayıb korrupsiyaya qayıtmağa başlayanda adamlar öz haqlarının müdafiəsinə qalxmalıdırlar. Düşüncələrdə formalaşacaq ki, 5-10 gün rüşvətsiz yaşadıq, bu mümkün oldu, deməli, bundan sonra da belə olmalıdır. Cəmiyyət buna çalışmalıdır. Müxalifət, media da bu ideyanı yaymalıdır ki, hakimiyyətin kosmetik şəkildə dəyişiklərini ciddi, köklü dəyişikliklərə keçirməyə çalışmalıyıq.

- Belə bir məqamda hakimiyyət xarici amillərlə də üz-üzə qalıb. Sözün əsl mənasında indi bir savaş gedir. Qəribəsi odur ki, hakimiyyət ideoloqları, dəstəkçiləri eyni vaxtda bir-biri ilə konfliktdə olan iki gücün - Tehran və Vaşinqtonun üzərinə gedirlər. Dünyanın ən müxtəlif ölkələrində Tehranın Azərbaycanın daxili işlərinə qarışması iddiası ilə İranın səfirliklərinin önündə aksiyalar təşkil edilir, eyni məzmunlu münasibəti də İran sərgiləyir. Həmçinin, Amerika qəzetlərində Azərbaycan iqtidarı əleyhinə yazılar dərc olunur. Buna da Azərbaycan iqtidarı rəsmi qəzetlərində cavab verir, Milli Məclisdə YAP deputatları Vaşinqtona bayraq sancırlar. İqtidarın bir vaxtlar arxasında olan xarici faktorlarla indi üz-üzə qalması görüntüsü var. Bunun səbəbi nədir?

- “Washinqton Post” qəzetini bütün dünyada oxuyurlar, “Azərbaycan” qəzetini isə heç ölkəmizdə də oxumurlar. Maraqlı məsələdir. Bəziləri hesab edir ki, İranla Azərbaycan arasındakı bu qarşıdurma süni xarakter daşıyır və bu görüntü onların hər ikisinə lazımdır. Azərbaycan iqtidarına ona görə lazımdır ki, beynəlxalq aləmə burada vəziyyətin ciddi olduğunu nümayiş etdirsin. Yəni İran təhlükəsi ciddidir, biz olmasaq bu dalğanın qarşısını başqa qüvvə ala bilməz. İrana da o lazımdır ki, Azərbaycana hansısa təsirlər etsin və hansısa daxili problemlərini həll eləsin.

- Həm də öz aləmində İran bu “aqressiv” layihə ilə ABŞ və İsraili gələcək hərbi əməliyyatlarda Azərbaycandan istifadə etməkdən çəkindirir. O mənada ki, istifadə edəcəkləri halda, Azərbaycanda aranı qatmaq gücünü və başqa perspektivləri yada sala bilir...

- Orası da var, amma, mən bir az fərqli düşünürəm. Hesab edirəm ki, bu Azərbaycan hakimiyyətinin, anlaşılmaz, yanlış balans siyasətinin iflasının daha bir sübutudur. Elə situasiyalar var ki, müxtəlif qüvvə mərkəzlərinin maraqlarını ödəmək mümkün olur. Elə situasiyalar da var ki, qüvvə mərkəzlərinin arasındakı ziddiyyət o həddə gəlib çatır ki, artıq hər iki tərəflə eyni qaydada davam edə bilməzsən. Mövqeyini seçməlisən, nəyi haqlı, düzgün, dövlətinin marağına uyğun hesab edirsənsə, onu qəbul etməlisən. Qərblə İran arasındakı ziddiyyət heç kim üçün sirr deyil. Bu ziddiyyətdə Azərbaycan iqtidarının hər iki tərəfə dost kimi görünməyə çalışması- hər iki tərəflə münasibətlərin korlanmasının səbəblərindən biridir. Mən bunu yanlış siyasətin iflası kimi qiymətləndirirəm. Azərbaycan hakimiyyətinin, Tehranla, Rusiya ilə, Amerika ilə çox ciddi problemləri var...

- Türkiyə ilə də var...

- Məni acıdır ki, hakimiyyətin bərbad siyasəti nəticəsində Türkiyə ilə də problemlər yaşanır.

- Bu müxalifətin xeyrindir axı. Harada problem yaranırsa, orada müxalifət dövriyyəyə girməlidir, müttəfiq qazanmalıdır. Amerikada da, Rusiyada da, İranda da, Türkiyədə də. Belə olmalı deyilmi?

- Bu müxalifətçi yanaşması baxımından doğrudur. Amma axı biz Müsavat Partiyasıyıq. Müsavat ölkənin təbii ki, həlledici müxalifət partiyasıdır, buna söhbət yoxdur. Amma eyni zamanda Müsavat Azərbaycanın taleyinə görə məsuliyyət daşıyan bir partiyadır. Biz məsələyə bu miqyasda yanaşırıq. Bütün qiymətləndirmələrdə, yanaşmalarda bu mövqedən çıxış edirik. Onu da deyim ki, bizim azad dünyada, Türkiyədə çox ciddi müttəfiqlərimniz var.

- Hər zaman bu mövqedən çıxış etmisiniz. Heydər Əliyev zamanında da, o xəstələnəndə də, digər vaxtlarda da müxalifətçilik yox, milli maraqlardan çıxış etmisiniz. Sonradan Sizdə bir peşmançılıq olmayıb ki, kaş o fürsəti, məqamı əldən verməyəydik, lap elə bolşeviklərsayağı müxalifətçilik mövqeyindən çıxış edəydik.

- Bolşeviklərin sonunu biz gördük...

- ...Hakimiyyətə gəldilər və 70 il qaldılar.

- Hakimiyyətə gəldilər və ölkələrini bərbad bir günə saldılar. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Rusiya kapitalizm yoluna qədəm qoyan, çiçəklənən bir ölkəyə çevrilə bilərdi. Bu proses gedirdi də. Rusiyanın nəhəngliyi, təbii sərvətləri, zəhmətkeş xalqı böyük bir inkişafa zəmin yaratmışdı, bolşeviklər onu məhv elədilər. Ölkəni bərbad günə saldılar.

- Firqə maraqlı baxımından qalib gəldilər, ideologiyalarını Avropaya, dünyaya yaydılar, uzun illər iqtidar oldular, Rusiyanı dünya gücünə çevirdilər...

- Rus xalqını bədəbəxt etdilər, qonşu xalqlara zülm etdilər, dünyanın probleminə çevrildilər. Hər halda, bir daha təkrar edirəm ki, Müsavat Partiyası əsas müxalifət partiyası olmaqla yanaşı, Azərbaycanın məsuliyyətini çiyinlərində daşıyan bir partiyadır, ona görə də mövqeyimiz budur.

- Bu mövqe və ümummilli məsuliyyətlə bağlı hakimiyyətlə dialoqa getmək perspektivlərini qəbul edirsinizmi? Yəni tələb, ehtiyac olsa gedərsinizmi dialoqa?

- Bu mövzuda dəfələrlə mövqe bildirmişik.

- Axı indi yeni situasiya yaranıb.

- Biz dialoqa açıq olduğumuzu hər zaman demişik. Hakimiyyət isə bunu spekulyasiya mövzusu kimi qəbul edib. Hələ 10 il əvvəl dialoq mövzusu gündəmə gələndə demişdim ki, Müsavat buna hazırdır, bundan çəkinən partiya deyil. Öz mövqeyimizdə qalaraq, hər cür təmaslara da hazırıq, məsuliyyətimizi də bilirik. Amma eyni zamanda demişdim ki, görünür Azərbaycanda hakimiyyətlə müxalifət arasında dialoq baş tutmayacaq. Soruşmuşdular niyə baş tutmayacaq, izah etmişdim ki, nə qədər ki, hakimiyyət özünü güclü hesab edir, özünə arxayındır müxalifətlə dialoqa getmir; hakimiyyət dialoqa məcbur olanda isə xalq imkan verməyəcək müxalifət iqtidarla dialoqa getsin.


Davamı var.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием