Показать сообщение отдельно
Старый 12.02.2011, 23:07   #2
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

“AMERİKALILAR TƏLƏSMƏYƏ BİLƏR, BİZ TƏLƏSMƏLİYİK”



İsa Qəmbər: “Dünyanın beyin mərkəzlərində artıq qərarlar verilib ki, bu cür davam edə bilməz”

- Axı demokratik dünyanın çoxlu diktator dostları da var.

- Reallıqlardan irəli gələn bir məsələdir. Amma son 100 ili, 50 ili, elə son 10 ili götürək, diktatorların sayı azalır, yoxsa artır? Dinamikaya diqqət edək ki, Amerikanın dostu olan diktatorların sayı artır, yoxsa azalır. Əlbəttə azalır. Mən başa düşürəm ki, burada söhbət insanların, xalqların ömründən, onilliklərdən, adamların uzun müddət haqsız, hüquqsuz vəziyyətdə yaşamağa məcbur edilməsindən gedir. Amerika isə böyük bir dövlətdir, onlar üçün 50-60 ilin böyük bir fərqi yoxdur. Onlar öz xalqları üçün dünyanın ən yüksək həyat səviyyəsini təmin ediblər. Ona görə də amerikalılar tələsməyə bilər; biz isə tələsməliyik. Amma ümumilikdə ABŞ başda olmaqla, Qərb demokratiya istəyir.

- Azərbaycanda istəyirmi?

- Bəli. Dəfələrlə mən demişəm ki, bu dəyişikliyin qarşısını alan bizim qonşularımız - Rusiya, İran amilidir.

- Necə alırlar? Məsələn, siz 2003-cü ildə seçkini udmuşdunuz, Qərb bunu tanımadı, tam əks bir mövqe sərgilədi. Bu, Azərbaycan tarixində qalıb və xalqın gözü qarşısında baş verib.

- Bu suala zamanında cavab vermişəm, indi bir daha yada salım. Söhbət ondan getmirdi ki, Qərb yalnız mən seçkini udandan sonra İlham Əliyevi müdafiə eləməyə başladı. Seçki ərəfəsində, təxminən 2003-cü il sentyabrın 15-ə qədər bu qərarlar qəbul edilmişdi. Anlaşma əldə etmişdilər ki, rejim davam eləsin. Onların anlaşması bu cür idi. Biz gücümüz çatan qədər çalışdıq. Həm xalq olaraq ortaya iradə qoyuldu, həm siyasətçi olaraq iradə nümayiş etdirdik; bütün dünyaya mövqeyimizi elan etdik. Lakin sentyabrın ortalarına doğru qərar o cür oldu. Səbəbi də çox sadə idi. Qərb azad seçkilər nəticəsində xalqın seçdiyi qüvvənin hakimiyyətdə olmasının tərəfdarı idi. Ancaq hakimiyyətdə olan qüvvələr də, Rusiya da bilirdi ki, həqiqi seçki keçirilsə biz qalib gələcəyik, Müsavat qalib gələcək. Onlar da çox rahat şəkildə Qərbi şantaj edirdilər ki, əgər demokratlar hakimiyyətə gəlsə, Ermənistanla müharibə başlayacaq, neft kontraktları ləğv olunacaq, separatizm baş qaldıracaq, iqtidarda olan oliqarxların silahlı dəstələri arasında savaş başlayacaq, ölkədə qarşıdurma olacaq, bunlar regionda da sabitliyə təhlükədir, Qərbin maraqlarına da...

- Qərb o qədər sadəlövh və ağılsız idimi ki, bunlara inansın? Öz kəşfiyyatı, diplomatları vasitəsi ilə bu məlumatların doğru olub-olmadığını dəqiqləşdirə bilmədi?

- Amerika nəyin nə cür olduğunu bilir. Ancaq Moskvanın adamları onlara deyəndə ki, Azərbaycanda separatizm başlayacaq, amerikalı başa düşür ki, separatizm öz-özünə baş qaldırmayacaq, bunu Kremldən və Tehrandan körükləyəcəklər. Deyəndə ki, demokratik qüvvələr hakimiyyətə gəlsə, müharibə yenidən alovlana bilər, bu o deməkdir ki, ən azı Ermənistan Rusiyanın nəzarətindədir... Bu təhlükəsizlik və iqtisadi maraqlara problemlər yaranması şantajı ilə Rusiya və Tehran istədiyinə nail ola bilib.

- Sizcə, bütün bunlara baxmayaraq, Qərb 2003-də Azərbaycana münasibətdə səhv qərar qəbul etdi, yoxsa yox?

- Mən hesab edirəm ki, səhv qərar qəbul edib. Çünki biz 2003-cü ildə xalqın nə cür ruh yüksəkliyi ilə prosesdə iştirak etdiyini yada salanda, on minlərlə adamın adını seçki siyahılarında tapa bilməyib məhkəmələrə getməsini yada salanda görürük ki, doğrudan da möhtəşəm bir proses gedib. Bütün ölkə ayaq üstə idi və hər kəs dəyişiklik istəyirdi. Bu potensial Rusiyadan, Tehrandan gələn təhdidlərin qarşısını almaq üçün yetərli idi. Təbii ki, beynəlxalq birliyin sağlam mövqeyi olsaydı, bu təhdidlərin qarşısını almaq tamamilə mümkün idi. Bu mənim fikrimdir. Amma onlar bunu etiraf etməyəcəklər. Deyəcəklər ki, biz düz eləmişik. Heç mən dediyim arqumentləri də etiraf etməyəcəklər ki, bu faktorlara görə o mövqedə durublar. Bu il, gələn il fərqli mövqe ortaya qoysalar, deyəcəklər ki, 2003-də Azərbaycan xalqı buna hazır deyildi, indi hazırdır. Halbuki biz bilirik 2003-də Azərbaycan xalqı dəyişikliklərə ən güclü şəkildə iradəsini ortaya qoymuşdu.

- Sizcə, doğrudanmı Qərb bunu deyəcək, indi Azərbaycan xalqı dəyişikliklərə hazırdır? İndi nə dəyişib?

- Çox şey dəyişib.

- Doğrudanmı, həm də Qərblə hakimiyyətin münasibətləri dəyişib, gərginləşib? Niyə? Axı həmin o Qərb bu iqtidara tam dəstək verib; Rusiya sadəcə bir az da yardımçı olub... Qərb bu müxalifətin hakimiyyətdən kənarda qalmasını sözün bütün mənalarında legitimləşdirdi və təmin elədi. Bəs indi nə dəyişdi? Qərb bu iqtidardan nəyi ala bilmədi?

- O qərar birgə qəbul olunmuşdu. Qlobal mənada götürəndə tərəflərin Güney Qafqazda apardıqları mübarizə hələ yekunlaşmayıb. Bu baxımdan tərəflər öz maraqlarını nəzərə alaraq, vəziyyətin daha bərbadlaşacağını düşünərək vaxtaşırı müxtəlif anlaşmalara baş vururlar. 2003-də də baş verənlər də həmin anlaşmalardan biri idi. Dəyişən məsələlərə gəlincə, prinsip etibarı ilə Qərb üçün Azərbaycanda hakimiyyətdə olan şəxsin familiyası, siyasi mənsubiyyəti maraqlı deyil. Onlar üçün maraqlı olan ölkədə demokratik prosedurlara əməl edilməsidir. 4-5 ildən bir xalqın hakimiyyəti dəyişmək imkanının ola bilməsidir. Azərbaycanın beynəlxalq proseslərdə iştirakıdır. Və Azərbaycanda sabitliyin pozulmayacağının təminatdır. Bu təminat demokratik qaydada veriləndə daha yaxşı olur. Demokratik şəkildə verilə bilməyəndə, avtoritar liderlər tərəfindən veriləndə Amerika buna dözməyə məcbur olur. Bu baxımdan burada kimin hakimiyyət başında olması Amerika üçün önəmli deyil. 2003-cü ildə Amerikanın açıq danışan analitiklərindən biri Ariel Koen demişdi ki, ABŞ üçün fərq etməz ki, Azərbaycanda prezident İlham Əliyev olacaq, ya müxalifət namizədi. Onlara lazım olan odur ki, qeyd etdiyim prosedurlar olsun, müəyyən təminatlar olsun ki, inkişaf və stabillik pozulmayacaq. Əliyev rejimi bunu həyata keçirə bilmədi. Korrupsiyanı aradan qaldırmalı idi, qaldırmadı. İnhisarı aradan götürməli idi, götürmədi. Köhnə kadrlardan xilas olub islahatçı düşüncəli komanda ilə yoluna davam eləməli idi, bunu etmədi. Neftdən gəlirlər hesabına cəmiyyətdə vəziyyəti düzəltməli idi və insanların yaşayışını razılıq səviyyəsinə yüksəltməli idi, bunu etmədi. Eyni zamanda strateji məsələlərdə Amerika, Qərb dünyası ilə eyni mövqedən çıxış etmədi.
Bu məsələnin bir tərəfi - Azərbaycanla bağlı olan cəhətidir. Məsələnin daha qlobal tərəfi də var. Biz zaman-zaman bunu demişik, insan haqları və demokratiya sadəcə bir ideal, gözəl hədəf deyil, eyni zamanda mütləqdir. Təhlükəsizliyin də, iqtisadi inkişafın da, sülhün də təminatı budur. Bunu hər zaman biz demişik, Qərbin ciddi analitikləri də qəbul edirdi; lakin siyasətçiləri demək olar ki, bunu səsləndirmirdilər. 6 il öncə Kondoliza Rays məhz elə bu gün inqilab baş verən Qahirədə bəyanat verərək dedi ki, 60 il ərzində demokratiyanı təhlükəsizliyə qurban vermişik, indi 60 il keçib, nə azadlıq var, nə də təhlükəsizlik, sabitlik; deməli, nəyisə dəyişməyin zamanı gəlib çatıb. Rays o zaman bu sözü dedi, sonra bizdə olan məlumatlara görə onun bir az da başı ağrıdı. Görünür, onda Qərb bu bəyanata uyğun şəkildə siyasətini dəyişməyə hazır deyilmiş. Ancaq ötən 5-6 ildə çox məsələlərdə dəyişiklik oldu. Fələstin məsələsinin həll olunmaması, ərəb ölkələri ilə İsrail arasında gərginliyin artması da diqqətdən kənarda qalmamalıdır. Fələstin problemi, ərəb ölkələri ilə İsrail münaqişəsi müasir dünyada təhlükəsizliyin təmin olunmasında ən böyük konfliktlərdən biridir, bəlkə də birincisidir. Bu konflikt tam çözülmədən qlobal miqyasda təhlükəsizliklə bağlı çoxsaylı problemlər yaranır. Təbii ki, çoxsaylı digər problemlərin həll olunmaması da var. Qarabağ problemi həll olunmur, Gürcüstanın ərazi bütövlüyü bərpa olunmur və sair. Bu tipli konfliktlərdən dolayı təhlükəsizliklə bağlı ciddi təhdidlər yaranır. Əfqanıstanda məsələlər gərginləşir, İranın nüvə silahı əldə etməsi narahatlığı artır, habelə 2008-ci ildə başlayan qlobal böhran diqqətdən kənarda deyil. Təbii ki, beyin mərkəzləri bu kimi məsələləri müzakirə edir və qərarlar verirlər.

- Bu qərarlar artıq verilibmi?

- Dünyanın beyin mərkəzlərində artıq qərarlar verilib ki, bu cür davam edə bilməz. Bu cür davam edəcəyi təqdirdə, nə dünyada təhlükəsizliyi təmin eləmək mümkündür, nə iqtisadi əməkdaşlıq, nə də azad dünyanın inkişafına nail olmaq mümkündür. Bugünlərdə Hillari Klinton bəyanat verdi ki, azadlıq və demokratiya bizim üçün ideal deyil, praqmatik zərurətdir. Ötən ilin sentyabrında prezident Barak Obama da BMT-nin Assambleyasındakı çıxışında bu fikri bildirmişdi. Obamanın BMT-dəki 2009-cu il çıxışı ilə 2010-cu ildəki çıxışını müqayisə edin, görün nə qədər var. Çox böyük fərq var...

- Corc Buş bunların hamısından daha sərt çıxış edirdi və məsələni daha konkret qoyurdu. Sanki bugünkü Tunis, Misir xalqına müraciət edirdi. Amma ABŞ-ın yürütdüyü siyasət tam əksinə idi.

- Bu elə böyük mövzudur ki, o tərəfin danışsaq gərək çox uzağa gedək. Corc Buşun qiyməti zamanı gələndə dəyərləndiriləcək. Son 10-20 ildə Avropada seçkilərin dinamikasına diqqət edin. 80-90-cı illərdə parlamentdə bir yer almaq üçün dəridən-qabıqdan çıxan millətçi partiyalar artıq parlamentlərdə fraksiyalara çevrilməyə başlayırlar, iqtidar ortağı olurlar, koalision hökumətlərdə yer alırlar. Proseslər bu cür davam edərsə, Avropada millətçilərin hakimiyyəti götürəcəyi, təkpartiyalı iqtidarlar quracağı istisna deyil. Proses buna doğru gedir. Bu günlərdə İngiltərənin baş naziri Devid Kemeron dedi ki, biz ölkəmizdə çox mədəniyyətli bir sistem qururuq, amma bəzən görünür ki, liberalizmin yumruqsuz olması hamı tərəfindən eyni dərəcədə qəbul edilmir, İngiltərə öz identikliyini itirə bilər. Bu Avropa liberal mədəniyyətində fərqlənən bir mövqedir.

- Niyə bu cür mövqelər ortaya çıxır? Və niyə Avropada millətçi partiyalar güclənə bilirlər?

- Çünki milyonlarla, on milyonlarla afrikalı, asiyalı Avropaya axışır. Avropanın şəhərləri afrikalı, asiyalılarla doludur. Artıq bir sıra şəhərlərdə say baxımından kimin üstünlük təşkil etdiyi araşdırma mövzusu ola bilər. Mənim bu barədə avropalılarla söhbətlərim də olub. Demişəm ki, siz bu axının qarşısını ala bilməyəcəksiniz. İmmiqrasiya qaydalarını sərtləşdirirlər, 5-10 il əvvəl Avropaya getmiş adamları geri qaytarırlar. Amma mən avropalılara deyirəm ki, immiqrasiya qaydalarını sərtləşdirməklə bu axının qarşısını ala bilməyəcəksiniz. Necə ki, hava atmosfer təzyiqi yuxarı olan yerdən aşağı olan yerə külək kimi axırsa və bunun qarşısını almaq mümkün deyil, həmin qaydada da insanlar həyatın ağır olduğu yerlərdən rahat olduğu yerlərə axışırlar. Bu, tarixin ümumi qanunauyğunluğudur, indi ortaya çıxmayıb, min illərlə belə olub. Avropalılara deyirəm ki, babalarınızın qəhrəmanlığı, özünüzün fədakarlığınız, əməyiniz ilə yüksək səviyyəli həyat şəraiti yaratmısınız, gözəl yaşayırsınız. Dünya ilə iqtisadi əməkdaşlıq edirsiniz, həmin ölkələrdə sabitlik istəyirsiniz ki, oranın nefti, qazı rahat şəkildə sizə gəlib çatsın. Orada insanların hansı səviyyədə yaşamasına isə indi-indi başınızı qaldırıb baxırsınız. O baxımdan avropalılara deyirəm ki, Avropa dəyərləri Asiyaya, Afrikaya gəlməyəcəksə, asiyalılar, afrikalılar Avropaya gələcək. Və Avropanın identifikasiyası da pozulacaq. Bunun qarşısını almaq isə mümkünsüzdür, çünki təbii prosesdir. Əgər avropalılar bunun qarşısını almaq istəyirlərsə, bu dəyərlərin bütün dünyaya yayılması üçün fədakarlıq göstərməlidirlər, məsuliyyətli qərarlar qəbul edib arxasında dayanmalıdırlar. O baxımdan indi ABŞ başda olmaqla, azad dünyanın insan haqları və demokratiya məsələsində yanaşmasında fərqlərin ortaya çıxması, daha prinsipial qərarların qəbul edilməsi həm informasiya kimi də məlumdur, həm də təhlillərdə müşahidə olunur. Beynəlxalq miqyasda çox ciddi nəticələr çıxarılıb.

- Hansı nəticələr?

- Bunlar çoxdur, bir-ikisini deyim. Biri odur ki, zənginlərlə kasıblar arasında fərq azalmalıdır. Burada söhbət həm zəngin ölkələrlə kasıb ölkələr arasında fərqdən gedir, həm də hər bir ölkədə zəngin insanlarla kasıb insanlar arasındakı fərqlərdən gedir. Bu qlobal qərardır, bu fərq azaldılmalıdır. İkincisi, xalqların haqlı narazılıqlarına səbəb olan davranışlar, idarəçilik redaktə olunmalıdır, islahat aparılmalıdır.

- Yəni xalqları dağıdıcı qüvvəyə çevirən iqtidarlar aradan qalxmalıdır...

- Bəli, dağıdıcı qüvvəyə çevirən, terrora sürükləyən, Avropaya, Amerikaya mühacirətə yönəldən hallar aradan qalxmalıdır ki, xalqlar öz ölkələrində normal yaşaya bilsinlər. Üçüncüsü, siyasətdəki ikiüzlü qərarlar, ancaq öz maraqlarına əsaslanan qərarlar praktikası dəyişməlidir. Ünlü qlobal maraqlardan çıxış edilməlidir. İnformasiya məsələsində şəffaflıq olmalıdır. Wikileaks saytının dillər əzbəri olması bunun təzahürüdür. Artıq qəbul edilib ki, bu prosesin qarşısı alınmazdır. Məşhur bir söz var ki, hansısa bir prosesin qarşısıalınmazdırsa, o prosesə rəhbərlik etmək lazımdır. Azad dünya onsuz da bu prosesə rəhbərlik edir, daha düşünülmüş bir şəkildə bu şəffaflığın artmasına nail olacaqlar. Dövlətlərin, xalqların, hakimiyyətlərin bir-birilərini yaxşı tanımasını və xalqların da öz iqtidarlarını yaxşı tanımasını təmin edən informasiyaların daha açıq şəkildə dünya miqyasına yayılması prioritetlərdən biridir. Bu və digər bir neçə qərarlar qəbul edilib. Bu qərarlar dünyanı dəyişməyə başlayıb. Son illərdə daha bir fikir mövcuddur ki, demokratiya, demokratik dəyərlər, insan haqları böhran yaşayır. Mənim fikrimcə bu yanlışdır. 50 min illik bəşəriyyət tarixində demokratiya və insan haqlarına indiki qədər diqqətlə yanaşılmayıb. Özünüz araşdırın, yaxud tarixçilərdən soruşun, demokratiya və insan haqları məsələsi nə zaman 20-ci əsrin sonları və 21-ci əsrin ilk onilliyində olduğu kimi diqqət mərkəzində olub?

- Ehtiram ayrı bir şeydir. Özünüz də deyirsiniz ki, Avropada millət, toplum anlayışını önə çəkən, insan haqları və demokratiyanı bir pillə arxaya atan təşkilatlara önəm verilməsi halı artıb...

- Bu başqa məsələdir, həmin təşkilatlar xalqlarındır. Xalqlar, insanlar narahat olur, dünən sağ mərkəzçiyə, solçuya, sol mərkəzçiyə, liberala səs verən seçici bu gün gedib millətçiyə səs verir. Bu xalqların əhval-ruhiyyəsidir, proseslərə reaksiyasıdır. Bu, Azərbaycanda da olsa, belə olacaqdı. Amma qərarlar isə beyin mərkəzlərinin, siyasi mərkəzlərin mövqeyidir.

Davamı var.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием