Показать сообщение отдельно
Старый 11.02.2011, 23:35   #1
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 55
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию Дискуссии вокруг интервью с Исой Гамбаром

“QƏZƏBLƏNMİŞ, DƏYİŞİKLİK İSTƏYƏN XALQIN QARŞISINDA DURA BİLMƏYƏCƏKLƏR”



İsa Qəmbər:

“... Azərbaycanda elə hadisələr baş verib ki, onların hər hansı biri İlham Əliyev də başda olmaqla, hakimiyyətin istefası üçün kifayət idi”

“Cəmiyyətdə elə bil gözlənti var ki, Tunisdə, Misirdə baş verənləri televiziyadan seyr etdiyi kimi, Azərbaycanda da baş verən inqilabi prosesləri televiziyadan seyr edəcəklər”



Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat”ın qonağı oldu. İsa Qəmbər qəzetin baş redaktoru Rauf Arifoğlu ilə ölkədə, dünyada gedən proseslər barədə geniş müzakirə apardı, onun suallarına cavab verdi. Baş redaktorla Müsavat başqanının söhbətində çox maraqlı məsələlərə toxunuldu, bir çox məsələlərə aydınlıq gətirildi.


- WikiLeaks olayı, ardınca da ərəb dünyasında baş verən hadisələr Azərbaycan müxalifətini sanki bir az ürəkləndirib. Necə hesab edirsiniz, bu cür faktorlar müxalifətə ciddi stimul verirmi və verirsə, müxalifət bu stimulla hansı məsafəyə qədər gedə bilər?

- Burada stimul anlayışı daha çox cəmiyyətə aiddir, müxalifətə yox. Müxalifət 1993-cü ilin yayından indiyədək - 18-ci ildir ki, bu rejimə qarşı mübarizə aparır. Bəzən hakimiyyətin bir addımlığına qədər gəlir, bəzən zəif görünür, proses dalğavari bir şəkildə gedir; mübarizə isə fasiləsiz rejim şəraitində davam edir. Hakimiyyət bu müddət ərzində nə qədər çalışsa da siyasi müxalifəti meydandan çıxara bilməyib. Hətta bu hakimiyyət siyasi meydanın özünü məhv etmək istəyib, lakin bacarmayıb. Bu baxımdan, müxalifətin stimula bəlkə heç ehtiyacı yoxdur. Amma ərəb ölkələrində gedən proseslər cəmiyyətə təsir göstərməlidir.

- Sizcə, göstəribmi?

- Təbii ki, göstərib. Misirdə, Tunisdə baş verən hadisələri Azərbaycan televiziyalarında nə qədər məhdudlaşdırılmış şəkildə versələr də, camaat peyk kanallara da baxır, internetdən izləyir, qəzetlərdən oxuyur. Təbii ki, cəmiyyət bundan ruhlanır. Son illərə qədər əsas problem onda idi ki, insanlar düşünürdü: “Dəyişiklik olmayacaq, bu iqtidarı dəyişmək mümkün deyil”. Amma ərəb ölkələrində bu proseslər bir nümunə ortaya qoydu; əgər on illərlə hakimiyyətdə qalan, on milyonlarla əhalisi, yüz minlərlə ordusu, polisi olan diktatorlar getməyə məcbur olursa, Azərbaycandakı zəif avtoritar rejim necə getməyəcəyini iddia edə bilər?

- Belə bir hal müxalifət olaraq sizlərə cəmiyyətlə işləmək, təşkilatlanmaq baxımından rahatlıq gətirmirmi? Bir var, heç nəyə inamı olmayan toplumla işləyəsən, onu inandırasan, bir də var, Misir olayları timsalında dəyişikliklərin mümkünlüyünə hətta müxalifət liderlərindən çox inanan, bir az da eyforiyaya qapılan toplumla işləyəsən. Bu cür vəziyyət Sizi fəaliyyətinizi yenidən qurmaq baxımından qane edirmi?

- Təbii ki, fərqli situasiyadır. Bunu təxminən 2004-cü ilin sonu, 2005-ci ilin birinci yarısındakı situasiya ilə müqayisə etmək də olar. Yəni 2003-cü ilin dəhşətli repressiyalarından sonra Gürcüstanda, Ukraynada, Qırğızıstanda hakimiyyət dəyişikliklərinin, inqilabların baş verməsi Azərbaycan cəmiyyətində də inam yaratmışdı. Oxşar situasiya indi də hökm sürür. 2005-ci ildən üzü bu yana keçirilən saxta seçkilər, referendum cəmiyyətdə yenə də bir ümidsizlik yaratmışdı. Belə bir yanlış, mənasız tezis də beyinlərdə hakim olmuşdu ki, nə qədər neft var, bu cür də davam edəcək. Təəssüf ki, bu tezisi bəzi səviyyəli politoloqlar da zaman-zaman səsləndirirlər. İndi baş verən proseslər isə dəyişikliklərə olan inamı bərpa etməyə başlayıb. İndi əlbəttə ki, cəmiyyətlə, insanlarla dil tapmaq daha asandır. Amma indinin də başqa problemi var. Cəmiyyətdə elə bil gözlənti var ki, Tunisdə, Misirdə baş verənləri televiziyadan seyr etdiyi kimi, Azərbaycanda da baş verən inqilabi prosesləri televiziyadan seyr edəcəklər. Hamı düşünür ki, dəyişiklik labüddür, olacaq; ancaq hamı gözləyir ki, bunu kimsə başqası edəcək.

- Niyə belədir?

- Bunun sirri hələ tapılmayıb. Yəni hələlik izahı yoxdur ki, niyə bəzən cəmiyyət on illərlə susur, amma bir günün içində ayağa qalxıb öz gücünü göstərir. Görürsən ki, dəhşətli hadisələr baş verir, cəmiyyətdən reaksiya gəlmir, amma sonra kiçik görünən bir hadisəyə görə xalq etiraza qalxır. Bu sualın cavabını hələlik nə siyasətçilər tapıb, nə alimlər, nə də sosioloqlar. Ona görə də bunun üzərində baş sındırmağın anlamı da yoxdur. Sadəcə, hər kəs öz üzərinə düşən işi görməlidir ki, bu dəyişikliklər Azərbaycanda da baş versin. Ancaq mümkün qədər itkisiz baş versin.

- Niyə müxalifət bu imkandan istifadə edib bir aksiya, yürüş, heç olmasa piket keçirmir?

- Məsələ müzakirə olunur. Seçkilərdən sonra da bu haqda fikir mübadiləsi olmuşdu ki, kütləvi aksiyalara nə zaman başlamaq məqsədəuyğundur. Dünyada gedən proseslərdən sonra bu məsələ daha da aktuallaşdı. Bu məsələni Müsavat rəhbərliyində də, partiya strukturlarında da müzakirə edirik. Eyni zamanda İctimai Palatada da tərəfdaşlarımızla fikir mübadiləsi aparırıq. Burada iki məqam var; bir tərəfdən gecikmək olmaz, kütləvi tədbirlər zamanında başlamalıdır. Ancaq o biri tərəfdən bir beynəlxalq termin var, fal-start, yəni startdan əvvəl başlamaq, startın korlanması. Bunu da nəzərə almaq lazımdır. Ona görə də aksiyalarla bağlı müzakirələr aparılacaq və uyğun qərar veriləcək, çox gözləmək lazım gəlməyəcək.

- İctimai Palata bu yaxınlarda çox iddialı bir bəyanat verdi ki, ölkənin məsuliyyətini öz üzərinə götürməyə hazırdır...

- O tezisi birinci dəfə mən səsləndirdim, bildirdim ki, belə bir mötəbər tərkibdə, tanınmış insanların iştirakı ilə İctimai Palatanın yaranması cəmiyyətə bir mesajdır ki, bu mərkəz ölkədə baş verəcək dəyişikliklərin məsuliyyətini öz üzərinə götürməyə hazırdır. İkinci tezisi də söylədim ki, əgər hakimiyyət inqilabi proseslərin burada da təkrarlanmasını istəmirsə, islahatlara getməlidir. Özü də oyuncaq deyil, ciddi islahatlara. Burada söhbət parlamentin buraxılmasından, yeni azad, ədalətli seçkilərin keçirilməsindən gedir. Bu mesajları verdim, Palatada çox müsbət qarşılandı. Qurumun mövcud vəziyyətlə bağlı bəyanatı sessiyada müzakirəyə təqdim ediləndə səsləndirdiyim bu tezis də bəyanatın sonunda öz əksini tapdı. Bu çox ciddi bir mövqedir, bəyanatdır. İddialıdır, amma eyni zamanda reallığa əsaslanan bir mövqedir.

- Bundan bir az sonra müttəfiqiniz AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna verdiyi müsahibəsində eyni bəyanatı səsləndirdi, amma bunu fərdiləşdirdi. Dedi ki, mən ölkənin gələcəyi ilə bağlı məsuliyyəti öz üzərimə götürməyə hazıram. Buna münasibətiniz necədir?

- Problem yoxdur. Siyasətçilər jurnalistlərin suallarına cavab verirlər. Konkret olaraq ondan soruşublar ki, sən bu məsuliyyəti üzərinə götürməyə hazırsanmı? Təbii ki, siyasətçi prosesdə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan etməlidir, o da edib.

- Bu hansısa bir fikir ayrılığınınmı nəticəsidir, yoxsa hansısa başqa bir səbəb var? Çünki bu cür bəyanat birgə təmsil olunduğunuz İctimai Palatanın adından verilmişdi. Məsələn, suala cavab olaraq deyilə bilməzdimi ki, biz İctimai Palata olaraq belə bir bəyanat vermişik, biz bu məsuliyyəti öz üzərimizə götürməyə hazırıq? Məsələni fərdiləşdirmək uyğunsuz deyildimi?

- Suala cavab olaraq fikir səsləndirilib. İstənilən siyasətçidən soruşsanız, özünə inanan siyasətçi deyəcək ki, məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Burada problem görmürəm.

- Ümumiyyətlə, AXCP, Əli Kərimli ilə hansısa bir problem varmı? Hər halda, media bu haqda yazır. Düzdür, bunlar təkzib olunur, amma istərdik Sizdən də eşidək.

- Elə bir problem yoxdur. Sadəcə, seçki müddəti bitib. Seçkidə biz AXCP ilə blok olaraq fəaliyyət göstərdik. İndi uzaqbaşı seçkinin yekunu ilə bağlı bir bəyanat vermək qalıb. Onu bəlkə etdik, bəlkə heç ehtiyac olmadı. Ondan sonra bizim AXCP ilə faktiki müttəfiqliyimiz ortadadır. Bir də İctimai Palatada əməkdaşlığımız var. Mənə elə gəlir ki, müəyyən söz-söhbətlər, anlaşılmazlıqlar olduğu üçün yeni bir müttəfiqlik sazişinin imzalanması işin xeyrinə olar.

- Təklif etmisinizmi?

- Bunu səsləndirmişik, təklifimizi AXCP rəhbərliyinə çatdırmışıq. Ancaq yenə də səslənməsinin bir ziyanı yoxdur. Müsavat Məclisi 26 dekabr toplantısında AXCP ilə müttəfiqliyin davam etməsi və daha da dərinləşməsi mövqeyini qəbul edib. Həmin mövqeyə uyğun olaraq biz AXCP-yə yeni müttəfiqlik haqqında saziş imzalamaq haqda düşünməyi təklif etmişik. Təklifimiz qüvvədə qalır. Bu olsa, daha çox aydınlıq olar və daha çox strukturlaşmış, institutlaşmış şəkildə əməkdaşlığımız davam edər. Ancaq istənilən halda İctimai Palatada da, ikili münasibətlərdə də müttəfiqliyimizi davam etdirmək fikrindəyik və etdiririk.

- İctimai Palata siyasi alternativlik funksiyanı icra edə biləcəkmi? Çünki məsuliyyəti üzərinə götürməkdən başqa, Azərbaycan hakimiyyətinə real bir alternativin irəli çıxması, onun cəmiyyətə, Qərbə təqdim edilməsi ehtiyacı var. Gözlənilirdi ki, bu, Müsavat-AXCP birliyi olacaq və cəmiyyət də, Qərb də bu birliyə münasibətdən çıxış edərək Azərbaycan siyasətinə mövqe bildirəcək... İctimai Palata bu gözləntiləri doğrulda biləcəkmi və bu yeri doldura biləcəkmi və ya bilibmi?

- İctimai Palata ölkənin bir çox aparıcı siyasi qüvvələrini və ictimai təşkilatlarını, tanınmış insanlarını, vətəndaş cəmiyyəti institutlarının önəmli hissəsini bir araya gətirən çox güclü bir birlikdir. Artıq mexanizmlər işə düşüb, İctimai Palata çalışır, çox ciddi, iddialı layihələrin anonsunu da verib. Yeni konstitusiya layihəsini hazırlamaq niyyətimiz də var. Qanunvericiliklə bağlı çox ciddi təkliflər hazırlamağı planlaşdırmışıq. Hakimiyyətin illərdir qəbul edə bilmədiyi Xocalı faciəsi haqqında qanun layihəsini İctimai Palata hazırladı. Eyni zamanda ölkənin problemlərinin ciddi müzakirəsi gedir. İctimai Palatanın proseslərdə aparıcı rol oynayacağına məndə heç bir şübhə yoxdur. Həmçinin bu məsələləri mütləqləşdirməyin tərəfdarı deyiləm.

- Nə mənada?

- Tutaq ki, Tunisdə inqilabi proseslər baş verəndə öncədən hansısa bəlli olan alternativ var idimi? Yox idi. Proses başlandı və göründü ki, xalq bu cür yaşamaq istəmir, dəyişiklik olmalıdır. Tunis hakimiyyətinin rəhbəri müdriklik nümayiş etdirdi, yığışıb ölkədən getdi. Bununla da hakimiyyət dəyişikliyi reallıq şəklində gündəmə gəldi, qərarlar qəbul olunmağa başladı, proses də gedir.

- Demək istəyirsiniz ki, müxalifətə heç ehtiyac yoxdur?

- Yox, onu demək istəmirəm... Misirdəki prosesi götürək. Təbii ki, orada müxalifət var idi, partiyalar var idi, islamçı qüvvələr var. Və onların ətrafında müəyyən ideyalar var idi. Ancaq proseslər başlayanda ortada elə bir qüvvə yox idi ki, meydana insanlar yalnız onun sözü ilə gəlsin, onun sözü ilə də dağılsın. Əvvəla, özü qərar verən, özü hərəkət edən, iradə nümayiş etdirən xalq var. İkincisi də, bu xalqın içərisindən olan, böyük və ya kiçik nüfuzu olan təşkilatlar, liderlər var. Düzdür, Misirdəki proseslə bağlı suallar var, amma bir sualın cavabı verilib ki, Misirdə dəyişiklik labüddür; artıq Mübarək, onun oğlu prezident olmayacaq, Mübarəkin varisi prezident olmayacaq. Və Misir dünənki Misir olmayacaq. Bu bitmiş məsələdir. Sadəcə, söhbət ondan gedə bilər ki, bu proses sentyabra qədər uzanacaq, yoxsa bir neçə günə bəlkə də sabah yekunlaşacaq. İndi oradan Azərbaycana gələk. Bunu deyərkən mən qətiyyən o fikirdə deyiləm ki, müxalifət lazım deyil. Əksinə, müxalifət çox lazımdır. Mən diqqəti başqa bir önəmli məqama yönəltmək istəyirəm. Bu hadisələr bir daha sübut elədi ki, avtoritar liderlər, diktatorlar müxalifət partiyalarını bağlamaqla, əzməklə, həbslərlə, qəzetləri sıxmaqla, məhv etməklə dəyişikliklərdən sığortalana bilməyəcəklər. Qəzəblənmiş, dəyişiklik istəyən xalqın qarşısında dura bilməyəcəklər. Bu həqiqət təsdiq olundu. Aydın məsələdir ki, ciddi, mütəşəkkil bir müxalifətin olması prosesin daha sürətlə aparılmasına, daha itkisiz bitməsinə təminat ola bilər. Odur ki, müxalifətin fəaliyyətinə ciddi ehtiyac var. Azərbaycanda isə indi ən güclü birlik İctimai Palatadır. Nəzəri cəhətdən partiyalar bloku yarana, bir neçə partiyanın sazişi, hansısa bir başqa quruluş ola bilərdi. Ancaq bu gün ortada olan İctimai Palatadır və o, məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Qalanını zaman göstərəcək... Proses uğurla gedəndə və uğurla nəticələnəndə o vaxta qədər qəbul olunan bütün qərarlar dahiyanə qərarlar kimi dəyərləndirilir. Liderlər də çox müdrik şəxslər, onların ətrafındakı insanlar da fədakar adamlar kimi qiymətləndirilir. Xalq da ən qəhrəman xalq kimi qəbul olunur, qiymətləndirilir. Ancaq proses uğursuz bitəndə bəlli olur ki, lider də bir şey deyilmiş, ətrafındakı insanlar da fədakar deyilmiş, qərarlar da yanlış imiş. Təşkilat da mənasız imiş, hər şey mənasız imiş... Əlbəttə, nəticə dəyərləndirmə aparmağa əsas verir, amma hər halda, biz postsovet məkanında uğurla başa çatan inqilabi prosesləri də görmüşük, uğursuz nəticələnəni də. Bunu biz özümüz etmişik də. Oradakı komponentləri müqayisə edəndə təsdiq olunmur ki, uğurlu nəticədə hər şey dahiyanə idi, uğursuzda hər şey səhv idi. Belə bir müqayisə təsdiq olunmur.

- İsa bəy, çox maraqlı bir müşahidənizi dediniz ki, Azərbaycan xalqı öz cəmiyyətində olan dəyişikliyə də televiziyadan baxmaq istəyir. Əcəba, bizim insanlarda hakimiyyətə qəzəb o dərəcədə deyilmi? Bəlkə bizdə ərəb ölkələrində olan zülm, qadağalar yoxdur? Bəlkə hər şey sona qədər yetişməyib hələ? Yaxud da müxalifət yetişdirməyib?

- Yenə də hər günün öz hökmü var qeydini etməliyəm.

- Konkret olaraq Azərbaycanda xalqa qarşı işgəncə, zülm varmı?

- Eyni qaydada soruşmaq olar ki, niyə Misir xalqı 30 il bu zülmə dözürdü, məhz 30 ilin tamamında hərəkətə gəldi? Niyə iki ay öncə hərəkətə gəlmirdi?

- Yeri gəlmişkən, mən ötən il Qahirədə olanda orada insanların durumunu görəndə dəhşətə gəldim. Qahirədə elə yerlər var idi ki, insanlar toyuq damına oxşar komalarda yaşayırdılar. Orada dedim ki, görəsən, bunlar niyə dözürlər, ayağa qalxmırlar?

- Bir qədər əvvəl dediyim kimi, bu sualın cavabı yoxdur ki, niyə xalq xeyli müddət dözür, bir gün dözmür, ayağa qalxır. Bunu izah etmək mümkün deyil.

- Bəlkə bizdə rejim bir az yumşaqdır, ona görə xalq deyir dözərik, burada nə var ki?

- Müəyyən göstəricilərə görə Misirlə üst-üstə düşən məqamlar da var, fərqli məqamlar da. Məsələn, korrupsiyanın göstəricisinə görə Azərbaycan Misirdən də, Tunisdən də daha bərbad vəziyyətdədir, rəqəmlər daha dəhşətlidir. Siyasi məhbuslara görə isə Misirdə rəqəmlər daha yüksəkdir, çünki orada həm əhalinin sayı çoxdur, həm də son illərdə kəskin qarşıdurmalar olub, repressiyalar həyata keçirilib. Fərqli nümunələr gətirmək olar. Elə məsələlər var ki, o, Misirdə özünü daha çox göstərir, eləsi də var Azərbaycanda. Ancaq söhbət ondan gedir ki, fərqlər həlledici deyil. Azərbaycanda bu illər ərzində elə hadisələr baş verib ki, onların hər hansı biri, İlham Əliyev də başda olmaqla, hakimiyyətin istefası üçün kifayət idi. Ancaq hakimiyyət bu günə qədər davam edib. İndi isə dəyişikliklər labüd hala gəlib. Söhbət təkcə ərəb ölkələrində gedən proseslərdən getmir. Söhbət, ümumiyyətlə, dünyada gedən proseslərdən, dünyanın dəyərlərindən gedir. Hər zaman biz demişik ki, “soyuq müharibə” bitəndən, azad dünya sosialist düşərgəsinə qalib gələndən sonra yaranmış müstəqil dövlətlərin demokratik inkişafı labüddür. Bu olacaq, qarşısını heç kim ala bilməz. Onu da demişik ki, Amerika başda olmaqla azad dünya bu ölkələrdə demokratik dəyişikliklərin olmasını istəyir. İlk illərdə cəmiyyət bunu olduğu kimi qəbul edib, bizim dediyimizə inanıb. Sonrakı illərdə - 2003-ün prezident, 2005-ci ilin parlament seçkilərindən sonra cəmiyyətdə belə bir fikir yarandı ki, Qərb ancaq öz maraqlarını düşünür. Bu, kökündən yanlış fikirdir. Düzdür, indi bunun yanlış olduğunu sübut eləmək də asan deyil, amma kökündən yanlış məsələdir. Azad dünya bütün dünyanın demokratik olmasını istəyir. Hansı dövlət özü hansı sistemdədirsə, bütün dünyanın orada olmasını istəyər...

Davamı var.
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием