Показать сообщение отдельно
Старый 14.12.2010, 14:41   #30
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 57
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

MOSKVADA AZƏRBAYCANLILARA QARŞI HÜCUMLAR BAŞLADI


Moskvada radikal meylli gənclərlə milis arasındakı güclü toqquşmalardan və Kremlin divarları önündə baş verən iğtişaşdan sonra Rusiyada etnik zəmində zorakılıq dalğası başlayıb. Ötən sutka ərzində hüquq-mühafizə orqanları heç bir motiv olmadan Orta Asiya respublikalarından və Qafqazdan olanlara qarşı bir neçə zorakılıq hadisəsini qeydə alıblar. Hücuma məruz qalanlar arasında azərbaycanlılar da var.



Moskva milisinin məlumatına görə, şəhərin Cənub inzibati dairəsinin ərazisində bir qrup gənc Qırğızıstan vətəndaşına hücum edərək ona çoxsaylı bıçaq zərbələri endirib və qətlə yetiriblər. Şahidlərin bildirdiyinə görə, hücum edənlərin sayı 15-ə yaxın olub, onlardan birinin qız olduğu bildirilir. Onlar Asiya mənşəli şəxsi görən kimi heç bir motiv olmadan ona hücum ediblər və yerə yıxaraq amansızcasına döyüblər. Daha sonra hücum edənlərdən biri qırğızı bıçaq zərbələri ilə öldürüb. Hadisə yerinə gələn milis əməkdaşları isti izlərlə hücum edənləri tapmaq üçün əməliyyata başlayıblar.

Dekabrın 13-nə keçən gecə naməlum gənclərdən ibarət qrup Azərbaycan vətəndaşını da güllələyib. Milisdən bildirildiyinə görə, 28 yaşlı azərbaycanlı gecə-gündüz fəaliyyət göstərən ərzaq mağazasında satıcı işləyirmiş: “Səhər saat 4 radələrində 3 nəfər naməlum şəxs mağazaya yaxınlaşaraq onunla sözlü mübahisəyə girib, daha sonra gənclərdən biri pnevmatik tapançanı çıxararaq satıcıya yeddi dəfə atəş açıb. Həmin şəxs çoxsaylı yaralarla ağır vəziyyətdə xəstəxanaya aparılıb”.

Moskva metroları qeyri-ruslar üçün xüsusilə təhlükəli hesab edilir. Ötən gecə metronun “Aviamotornaya” stansiyasının vestibülündə Saratov şəhərinin əslən qafqazlı olan 26 yaşlı sakini amansızcasına döyülmüş vəziyyətdə tapılıb. Məlum olub ki, onu döyərək stansiyaya atıblar və zərərçəkən stansiyanın açılmasına qədər köməksiz vəziyyətdə gözləyib. Onun vəziyyətinin kritik olduğu bildirilir, bəzi məlumatlara görə, bu şəxs də azərbaycanlıdır. Moskva metrosunun “Kitay-qorod” stansiyasında da Azərbaycan vətəndaşı hücuma məruz qalıb. Axşam saat 18 radələrində naməlum şəxs 22 yaşlı azərbaycanlıya yaxınlaşaraq onun qarnına bıçaq zərbəsi endirib. Milisin məlumatına görə, zərərçəkən şəxs Moskvada müxtəlif ünvanlarda yaşayıb və ayrıca yaşayış yeri olmayıb: “Yaralı ”Kuzminok" stansiyasına qədər gedə bilib, orada tanışının mənzilinə gedib və onun vasitəsilə xəstəxanaya aparılıb. Vəziyyəti ağırdır, qarın boşluğundan dərin bıçaq yarası alıb".
Daha bir zorakılıq hadisəsi “Tretyakovsk” stansiyasında qeydə alınıb. Bir qrup faşist təmayüllü gənc Özbəkistan vətəndaşına hücum edərək onu qəddarcasına döyüblər. Şahidlərin bildirdiyinə görə, hücum edənlər millətçi şüarlar qışqırıblar. Milis isti izlərlə onlardan 6 nəfəri saxlayıb. Xəbərlərdə o da bildirilir ki, dünən gecə naməlum şəxslər iğtişaşların baş verdiyi Manej meydanında qarın üzərində böyük faşist simvolu-xaç çəkiblər. Hüquq-mühafizə orqanları həmin simvolu çəkənlərin kimliyinin məlum olduğunu bildirib.

Rusiyada faşizmin yeni dalğasının başlaması və Moskvadakı güclü iğtişaşlarla bağlı prezident Dmitri Medvedyev daxili işlər naziri Rəşid Nurqaliyevi görüşə çağırıb. Prezident ona tapşırıq verib ki, iğtişaşları təşkil edənlər tapılıb cəzalandırılsın. Medvedyev nazirə əmr edib ki, gələcəkdə belə situasiyalar yaranarsa, vətəndaşların müdafiəsi üçün bütün mümkün vasitələrdən istifadə edilsin. Ekspertlər isə hesab edirlər ki, son hadisə Rusiya hakimiyyətinin vəziyyətə nəzarət edə bilmədiyini, radikal qrupların Moskvanın mərkəzində daha sərt qarşıdurma təşkil etməyə qadir olduğunu göstərir. Onların fikrincə, hakimiyyət indiyədək əsas rəqib olaraq siyasi müxalifəti görməkdə səhv edib, əslində isə əsas rəqib radikal təmayüllü gənclərdir.
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием