Показать сообщение отдельно
Старый 14.12.2010, 12:04   #105
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Манатов: 5,951
Банк: 0
Всего Манатов: 5,951
Отправить денежный перевод
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Мои фотоальбомы

По умолчанию



Primitiv inkişaf modeli…

14 декабря 2010 09:53

Ramiz Mehdiyevin rəhbərliyi ilə yeni bir kitab yazılıb, “İnkişafın Azərbaycan modeli”, və təqdimat mərasimində hakimiyyət üzvləri bu barədə fikirlərini bildiriblər. Çox primitiv, bayağı və elmi əsası olmayan fikirlər səslənib, amma ən əcaib fikri bizim sistemdə professor olan Şəmsəddin Hacıyev səsləndirib:

«Hər bir ölkənin özünəməxsus inkişaf xüsusiyyətləri, həm resurs, həm də aparılan siyasət xüsusiyyətləri var. Model o ölkələrə aid olunur ki, o ölkədə inkişaf anoloqu olmamaqla fərqlənir və aparılan siyasət fərqliliyi ilə xarakterizə olunur»

Tutasan yaxasından bu professorun və deyəsən ki, analoqu olmayan ölkələr ancaq faşist və kommunist rejimləri olub, hətda onlar belə bir-birlərini bəzən təkrarlayıblar, qalan hər şeyin, hər modelin analoqu var və olacaq. Sizin qurduğunuz primitiv iqtisadi modelin onlarla analoqu var, əsasən də, Afrikanın təbii resurslarla zəngin ölkələrində bu model onillər öncə tədbiq olunub.

Bir dəfə də sirkələyib soruşasan ki, aparılan siyasətin fərqliliyi nədədir? Hətda qədim Romadan bəri bütün avtoritar rejimlər necə idarə etməyə çalışırdılarsa, hansı prinsiplərlə işləyirdilərsə, siz də, elə model olaraq bunu seçmisiniz. Çox primitiv olan “Çörək və şou”, həyatın hər sahəsində insiharçılıq, hakim elitanin toxunulmazlığı və özbaşnalığı, bütün azadlıqların beşikdəcə boğmağa çalışılması, bütün bunlar əsirlərdir var.
Nə qədər ki, sizin kimi düşünən “professorlar” olacaq, nə qədər ki sizin qurduğunuz resurslara və primitiv gücə dayalı ölkələr var, bu sistemlərin analoqu olacaq.

Amma dünya elə sürətlə dəyişir ki, yaxın bir neçə ildə, belə absurd sistemlər tamamilə çökəcək, çünki bu tipli ölkələr, dünya düzəninə bir təhtitdir, artıq sivil dünya bunu dərk etib, qalıb sizin kimi kafaların dərk etməsi, çox yaxşı olardı ki, düşünüb özünüz dərk edəsiniz ki, silkələnməyəsiniz…
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием