Показать сообщение отдельно
Старый 11.12.2010, 13:37   #5500
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Rusiyalı ekspert: “Proseslər ABŞ-ın istədiyi istiqamətdə gedir”

Rusiya və digər vasitəçilər danışıqlar prosesinin bu cür dalana dirənməsinin nə dərəcədə təhlükəli olduğunu dərk edirlər. Əslində Kremlin səyləri daha çox ona yönəlirdi ki, prosesi nəzarət altında saxlasın, prezidentləri danışıqlar masasından çəkilməyə qoymasın və bununla da müharibənin başlanmasını əngəlləsin. Ancaq indi bu taktikanın da limiti tükənir. Danışıqlar xatirinə danışıqlar aparmaq strategiyasının nəyə hesablandığını rəsmi Bakı da yaxşı dərk edir. Çünki danışıqların uzanmasına paralel olaraq Rusiya Azərbaycanın güclənən hərbi potensialını neytrallaşdıra bilmək üçün Ermənistanı silah yardımları edir. Sözügedən taktika ABŞ-ın da işinə yarayır və məhz bu səbəbdən Vaşinqton nizamla prosesində təşəbbüsün Moskvaya keçməsindən qətiyyən narahat görünmür.

Rusiya Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Sergey Mixiyevin sözlərinə görə, Vaşinqtonun Rusiyanın Qarabağ məsələsində fəallığına pozitiv reaksiyası onu göstərir ki, proseslər ABŞ-ın istədiyi istiqamətdə gedir: “Mən amerikalıların hansısa xüsusi təşəbbüslə çıxış edəcəyini təxmin etmirəm. Onların reaksiyası göstərir ki, proses Vaşinqtonun istədiyi istiqamətdə gedir. Lakin mən başa düşmürəm ki, onlar bu prosesi stimullaşdırmaq üçün hansı təşəbbüslərə əl ata bilərlər”.

Bununla belə S.Mixiyev hesab edir ki, müharibə olmayacaq, çünki o, heç kimə lazım deyil: “Yəqin ki, biz bir müddət dalan sakitliyinin şahidi olacağıq. Ümumiyyətlə, situasiya bu cür idi və belə də qalır. Hər şey bundan sonra da dondurulmuş vəziyyətdə qalacaq, çünki kəskin addımlar atmaqda heç kim maraqlı deyil”.

Qeyd edək ki, bir gün əvvəl ABŞ-ın Qarabağ məsələsində Rusiyanın vasitəçilik səylərini alqışladığı barədə bəyanatı dövlət katibinin müavini Filip Qordon vermişdi.


Azərbaycan ordusu sarsıdıcı zərbələr endirməyə hazırdır

Şübhə yoxdur ki, müharibənin başlanmasını nə ABŞ, nə Rusiya, nə də digər güclər istəmir. Azərbaycanın cənub qonşusu İran da müharibənin yolverilməzliyi barədə mesajını tərəflərə çatdırıb. Rəsmi Tehran əsasən ondan narahatdır ki, Qarabağda müharibənin başlaması İrana müdaxilə üçün bəhanə ola bilər. Belə mürəkkəb vəziyyətdə Azərbaycan rəhbərliyi müharibə barədə qərarın nə dərəcədə riskli olacağını hesablamamış deyil.

Qərar verilsə, bu, o demək olacaq ki, Azərbaycan beynəlxalq güclərin müdaxiləsinə qədər cəbhə xəttində vəziyyəti dəyişərək işğal edilmiş ərazilərin ən azı bir hissəsini azad etmək variantını seçir. Nəzəri olaraq Azərbaycanın belə imkanları var. Azərbaycan gələn il üçün hərbi xərclərini rekord səviyyədə - ikiqat artırıb. Son illər intensiv şəkildə ordunun yeni silahlarla təmin edilməsi istiqamətində iş gedir, Azərbaycan dünyanın ən güclü silah sənayesinə malik ölkələrindən olan İsraillə bu məsələdə sıx tərəfdaşlıq edir. Məlumatlara görə, İsraildən artıq yüz milyonlarla dollarlıq silah alınıb, bunlar əsasən düşmən hədəflərini uzaq məsafədən və dəqiq vurmağa imkan verən silahlardır. Yəni Azərbaycan ordusu indi ona qadirdir ki, hərbi əməliyyatlara başlayan kimi düşmənin ən strateji hədəflərini, məsələn, Xankəndini hətta təmas xəttindən xeyli aralıda mövqe seçən bu silahlarla yerlə bir etsin. İstər yerli, istərsə də beynəlxalq ekspertlər Qarabağda müharibənin “blits-kriq” (“ildırım sürətli”) xarakterli ola biləcəyini təxmin edirlər. Çünki bu mürəkkəb regionda uzun müddət hərbi əməliyyatların aparılmasına siyasi şərait imkan verməzdi.


Rusiya Ermənistana yeni silahları niyə verir?

Azərbaycanın hakimiyyət təmsilçisinin yaxın günlərdə kritik qərarın veriləcəyinə dair eyhamı həm də ondan irəli gəlir ki, əgər işğal edilmiş əraziləri hərbi yolla qaytarmağa qərar veriləcəksə, bunu çox ləngimədən etmək lazımdır. Çünki Rusiya Ermənistana silah yardımını artırmaqdadır. Bu narahatlıq “WikiLeaks” saytı tərəfindən yayılan ABŞ-a dair son məxfi sənədlərdən birində də əksini tapır. Birləşmiş Ştatların Tiflisdəki səfiri Con Bass prezident Obamanın xüsusi müşaviri Riçard Holburka göndərdiyi teleqramda bildirir ki, 2010-cu ildə Rusiya Ermənistana silah verilməsini artırıb.

“Gürcüstan Ermənistanla qonşuluq münasibətini saxlamaq istəsə də bu silahların həmin ölkə tərəfindən müstəqil istifadə ediləcəyinə inanmır. Təyyarələr üçün iri kalibrli döyüş sursatları kimi silahlar Ermənistandakı Rusiya qüvvələri tərəfindən Gürcüstana qarşı istifadə edilə bilər. Ermənistana bu cür silahların verilməsinin Dağlıq Qarabağ məsələsi ətrafında mövcud balansı poza biləcəyi azmış kimi, perspektivdə bu silahlar gələcəkdə Gürcüstanla Rusiya arasında mümkün münaqişə zamanı da tətbiq edilə bilər” - deyə səfir yazır.
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием