Показать сообщение отдельно
Старый 11.12.2010, 13:33   #5499
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

HAKİMİYYƏT MÜHARİBƏ ANONSU VERDİ


Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində imkanların tükəndiyi bir vaxtda müharibənin yaxında olduğunu göstərən anonsla çıxış edib. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov dünən jurnalistlərlə söhbətində deyib ki, danışıqlar prosesi dalana dirənib və bu, Ermənistanın beynəlxalq hüquqa meydan oxumasının nəticəsidir.


“Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, separatçı rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətdən bir daha təsdiqi olacaq. Ermənistan başa düşməlidir ki, bu siyasətin heç bir perspektivi yoxdur. Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiqi artırmır. Düzdür, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər. Amma maraqlıdır: onlara təzyiq göstərməkdə kim mane olur? Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur. Hesab edirəm ki, bundan sonra artıq Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir. Bu istiqamətdə çox böyük işlər görülüb. Artıq Serj Sərkisyanın və onun hakimiyyətinin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var. Azərbaycan bu günə kimi çox böyük hövsələ nümayiş etdirdi. Dünya ictimaiyyəti də gördü ki, Azərbaycan sülh, danışıqlar tərəfdarıdır. Ancaq beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin. Bu, bizim hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq”, - deyə I vitse-spiker bildirib.

Milli Məclis sədrinin I müavini jurnalistlərin “müharibə olacağını gözləmək olarmı” sualına cavabında “bunu yaxın günlərdə özünüz görəcəksiniz”, deyə, cavab verib.


Rusiya tərəflərlə ayrı-ayrılıqda danışır
Bundan əvvəl sülh prosesində imkanların tükənməkdə olduğu və Azərbaycanın hərb yolunu seçə biləcəyi ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da bəyan etmişdi. Danışıqlar prosesinin heç bir ciddi nəticə verməyəcəyi bu günlərdə ATƏT-in Astanada keçirilən sammiti zamanı bir daha üzə çıxdı və göründü ki, vəziyyət prezidentlərin planlaşdırılan görüşünün baş tutmamasına gətirib çıxaracaq dərəcədə mürəkkəbdir. Bu, həm də Rusiyanın vasitəçiliyinin iflasa uğramasıdır. Rusiya son iki ildə danışıqlar prosesini öz nəzarəti altına alıb və Minsk Qrupunun digər həmsədrlərini prosesdən xeyli ölçülərdə kənarlaşdırıb.

Lakin indi Azərbaycanın Rusiyanın səylərinin nəticə verə biləcəyinə dair gözləntiləri də özünü doğrultmur. Parlament spikerinin birinci müavinin açıqlaması ondan xəbər verə bilər ki, Azərbaycan rəhbərliyi ciddi qərar astanasındadır: yaxın günlərdə ya danışıqlar prosesindən çəkilib Z.Əsgərovun dediyi kimi, bütün resursları müharibəyə səfərbər etmək, ya da bu planı daha bir müddət arxa plana keçirib danışıqların növbəti mərhələsinə qoşulmaq barədə qərar verilə bilər.

Belə görünür ki, sözügedən kritik qərarın verilməsi Rusiyanın tərəflərlə ayrı-ayrılıqda apardığı danışıqlardan asılı olacaq. Dekabrın 9-da Moskvada MDB xarici işlər nazirlərinin toplantısı çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri görüşərək münaqişənin nizamlanmasına dair məsələləri müzakirə ediblər. Ardınca isə Rusiya prezidenti Dmitri Medvedyev MDB sammitinə qatılmaq üçün Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanla bu məsələ ətrafında müzakirələr aparıb.

Dekabrın 9-da isə Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Moskvaya gedib. Onun Medvedyevlə ikitərəfli görüşü və Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparması gözlənilirdi. Ehtimal olunur ki, bu təmaslarda söhbət əsasən gələn il danışıqlar prosesini necə qurmaq barədə gedir. Nəticəsiz başa çatan növbəti ildən sonra ABŞ da münaqişənin nizamlanması üçün səyləri “ikiqat artırmaq” barədə vəd verir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi gələn il Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini ikiqat artırmaq niyyətindədir.
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием