Показать сообщение отдельно
Старый 08.12.2010, 11:04   #5481
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

RUSİYADAN ERMƏNİSTANA GİZLİ TAPŞIRIQ GEDİB


Şərqi Avropada milliyyətlər və etnik problemlər üzrə ekspert, Dövlət Departamentinin keçmiş sovet respublikaları üzrə mütəxəssisi Pol Qobl Rusiyanın məsələnin həlli ilə əlaqədar Ermənistana göstərdiyi təsirin zaman-zaman dəyişə bildiyini deyir: “Mənim təxminimə görə, keçmişdə danışıqlar prosesində bəzi vaxtlarda Rusiya Ermənistana daha əlverişli razılaşma əldə etmək üçün mövqeyində möhkəm dayanmağını tapşırıb. Başqa vəsilələrlə isə Moskva razılığa gəlməsi üçün bu ölkəyə təzyiq göstərib”.

Rusiyanın hər bir ölkə kimi ilk növbədə öz milli maraqlarına üstünlük verdiyini xatırladan politoloq “Amerikanın səsi”nə açıqlamasında qeyd edir ki, Rusiyanın heç bir şəkildə Ermənistandan üz döndərməyəcəyini fikirləşmək səhvdir: “Tez-tez yol verilən səhv kimi Rusiyanın heç vaxt Ermənistandan üz döndərməyəcəyi fərz edilsə də bu, baş verəcək. Azərbaycanlı bir yazıçının bir neçə il bundan əvvəl bildirdiyi kimi, Cənubi Qafqazda Gürcüstan darvaza, Ermənistan vasitə, Azərbaycan isə mükafatdır. Moskva siyasətində əsaslı dəyişikliklər vasitəsilə onu Bakıdakı ən mühüm xarici qüvvəyə çevirəcək formula tapsa, Ermənistandan bir dəqiqədə üz çevirər”.

Politoloq əlavə edir ki, bu, Rusiyanın əbədi müttəfiqi sayılan Serbiya üçün də doğrudur: “Bəzən ermənilərin etdikləri kimi, rusların heç bir seçimi olmadığını, həmişə müsəlman azərbaycanlılara qarşı xristian erməniləri himayə edəcəklərini fikirləşmək səhvdir. Məsələlər belə həll olunmur”.

Ekspert Kremlin siyasətində Ermənistana münasibətin dəyişməsi kimi yozulan vəziyyəti belə şərh edir ki, indi Rusiyada müxtəlif qruplar arasında mübarizə gedir və Moskvanın hansı istiqamətə yönəldiyini bilmək olduqca çətindir: “Güman edirəm ki, Sərkisyan Lavrov, Putin və Medvedyevə ayrı-ayrılıqda telefon etsə, onların üçündən də bir qədər fərqli şeylər eşidəcək. Ona görə də Ermənistana Rusiya tərəfdən, necə deyərlər, üzərində yekdilliklə razılıq əldə olunmuş bir mesajın göndərildiyini demək çətindir”.
Bununla yanaşı, Pol Qobl deyir ki, bir neçə amil ümumilikdə Rusiyanın dəyişdirilmiş Madrid prinsiplərini qəbul etməsi üçün Ermənistana təzyiq göstərməsinə gətirib çıxara bilər.

“Tərəflər arasında hər hansı bir formada razılıq əldə edilməsinə nail ola bilmədiyi təqdirdə Minsk Qrupunun öz funksiyasını itirməsi və dağılması istisna olunmamalıdır. Bu halda Rusiya indiki rolunu itirə bilər. Bunun Cənubi Qafqazda zorakılıqların yenidən başlamasına gətirib çıxarması ehtimalı olduqca güclüdür və Rusiya hadisələrin gedişatının bu mərhələyə gəlib çatmasını istəmir. Mən Rusiyanın bunun baş verməsini istəyəcəyinə inanmıram. Belə ki, Cənubi Qafqazda döyüşlərin yenidən başlaması Şimalı Qafqazda vəziyyətin daha da gərginləşməsinə, Rusiyanın İran və Birləşmiş Ştatlarla arasındakı əlaqələrin daha da mürəkkəbləşməsinə səbəb ola bilər” - deyə alim bildirib.
Pol Qobl deyir ki, Rusiyanın yenilənmiş Madrid prinsipləri sahəsində tərəqqi əldə edilməsi vaxtının gəldiyini fikirləşməsi üçün səbəbləri var. İkinci məsələ isə Birləşmiş Ştatların mövqeyidir. ABŞ artıq regionda diplomatik nailiyyətin əldə edilməsinə ehtiyac olduğunu hiss edir: “İnsanların Birləşmiş Ştatlarda erməni lobbisinin rolu barədə dediklərinə baxmayaraq, məncə, Birləşmiş Ştatlar hər şeydən əvvəl ərazi bütövlüyü məsələsində öhdəlik götürüb. Buna görə də Madrid prinsipləri axırda Azərbaycanın 2015-ci ildə 1991-ci ildəki eyni beynəlxalq sərhədlərə malik olmasını təmin edəcəyi təqdirdə ABŞ bu prinsiplərlə barışa bilər. Üçüncü faktor isə Avropa Birliyidir ki, bu qurum Dağlıq Qarabağ məsələsində heç bir nailiyyət əldə edilməməsindən olduqca narazıdır. Avropa Birliyi xarici siyasət sahəsində o qədər də mühüm nailiyyətlər əldə etmədiyinə görə Cənubi Qafqazda bunu bacarmaq təşkilatın üzvlərini məmnun edəcək”.

Politoloqun sözlərinə görə, bütün deyilənlərə baxmayaraq, Bakıda və İrəvanda hamının başa düşdüyü kimi, Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi Azərbaycan torpaqlarının böyük bir hissəsindən özü üçün ən əlverişli şərtlərlə geri çəkilmək məqsədilə sərt müzakirələr aparacaq və dünya ictimaiyyətindən əhəmiyyətli miqdarda maliyyə dəstəyi tələb edəcək.
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием