Показать сообщение отдельно
Старый 04.12.2010, 00:44   #5446
Местный
 
Аватар для QafqazWolf
 
Регистрация: 12.10.2006
Адрес: Qərb
Сообщений: 4,472
Сказал(а) спасибо: 800
Поблагодарили 374 раз(а) в 257 сообщениях
Вес репутации: 58
QafqazWolf на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Из сегодняшней прессы Мусават:

CƏBHƏ XƏTTİNDƏ ERMƏNİYƏ GÜLLƏ ATMAMAQ ƏMRİ VERİLİB?

Cəbhə xəttində qulluq edən zabitlərdən biri redaksiyamıza maraqlı məlumat verib. Adının çəkilməsini istəməyən zabitimiz bildirir ki, bir neçə gün əvvəl ön cəbhə xəttində qulluq edən zabitlərə erməniyə güllə atmamaqla bağlı bir sənədə qol çəkdirilib. Həmin sənədə görə, qadağanı pozan hər kəs məsuliyyətə cəlb olunacaq. Mənbəmiz bildirir ki, bu, zabitlər arasında ciddi narazılığa səbəb olub, etiraz doğurub. Hətta döyüş növbəsinə çıxan zabitlər silahdan imtina ediblər: “Belə bir əmr 2008-ci ilin martında da verilmişdi. Həmin vaxt da heç kim tabe olmamışdı. O zaman Beyləqan korpusunda bəzi zabitlər cəzalandırıldı. Yenidən belə bir əmr gəlib”.

Milli Ordunun zabiti onu da bildirir ki, ermənilərə güllə atmamaq qadağası qeyri-rəsmi formada onsuz da mövcuddur: “Artıq bunun qanuniləşdirilməsi prosesinə start verilməsi kifayət qədər ciddi hadisədir. Bütün zabitlər arasında məsələ ilə bağlı narahatlıq var”.

Eldar Sabiroğlu Məsələyə münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumatın yanlış olduğunu dedi: “Mənbəniz sizə çox səhv məlumat verib. Belə bir şey nə indi, nə də əvvəllər olub. Sadəcə təmas xəttində atəşkəs rejimi hər iki tərəfdən qorunduğuna görə güllə səsləri eşidilmir. Lakin bu, o demək deyil ki, Ermənistan tərəfdən atəşkəs rejimi pozulduğu təqdirdə Azərbaycan tərəfdən cavab verilməyəcək. Əgər Ermənistan belə bir addım atsa hər zaman olduğu kimi, yenə cavabı veriləcək. Mənim üçün çox təəccüblüdür ki, olmayan bir məsələ barədə yanlış informasiyalar haradan meydana çıxır. Yaxşı olardı ki, həmin zabitin kim olduğunu açıqlamasanız da, müəyyən bir aydınlaşma gətirəydiniz. O zaman daha ətraflı cavab verə bilərdik. Mən o adamı zabit hesab etmirəm. Bəlkə də zabit adından belə bir dezinformasiyanı yayırılar”.
Mövzu ətrafında araşdırmalarımız davam edəcək.

Кинза, какие комменты на счет этой новости?)
__________________
Таких как Cайгон и Ямайка всегда пропускать надо вперёд (а вдруг шахта лифта пустая)

QafqazWolf вне форума   Ответить с цитированием