Показать сообщение отдельно
Старый 19.11.2010, 14:07   #2548
Местный
 
Регистрация: 19.08.2006
Сообщений: 125
Сказал(а) спасибо: 148
Поблагодарили 53 раз(а) в 28 сообщениях
Вес репутации: 14
Bergmann на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Цитата:
Сообщение от QafqazWolf Посмотреть сообщение
SARKİSYANA "QATİL" DEDİ, 900 AVRO CƏRİMƏLƏNDİ

Almaniyada yaşayan azərbaycanlı Həbib Abdullayev (Müntəzir) məhkəmə qərarı ilə 900 avro cərimələnib. Noyabrın 19-da “Media forum”a danışan Həbib Abdullayev özü belə məlumat verib.

Həbib Abdullayev bu il iyunun 22-si Berlinə səfər edən Ermənistan prezidenti Serj Sərkisyana qarşı etiraz aksiyasında tutulmuşdu. O, iyunun 23-də “Media forum” saytına bildirmişdi ki, aksiyada “Sərkisyan - terrorçu, qatil” şüarı səsləndirib: “Polis məni saxladı. Dedilər ki, Almaniya qanunlarına görə, Serj Sərkisyanı təhqir etmişəm. Bunun qanun pozuntusu olduğunu bildirib haqqımda protokol yazdılar. İşimi prokurorluğa göndərəcəklər”.

Noyabrın 18-də məhkəmə bu işə baxıb. Həbib Abdullayevin sözlərinə görə, Berlin məhkəməsi ona 30 gün həbs əvəzinə hər gün 30 avro olmaqla 900 avro cəza kəsib: “Bu cəzanı ödəməyi düşünmürəm. Əlimdən gələni edib etirazımı bildirəcəm! Şahidlərdən biri Ermənistanın Almaniyadakı səfiri Armen Martirosyandır. Vəkil tutaraq cəzanın ləğv edilməsinə çalışacam”.

P.S Кстати это тоже человек тоже форумчанин, кто помнит юзера с кличкой Хабиб Мунтазир

Birinci, uşaqların çıxmağı məni çox sevindirdi. Hikmət bəylə mən dünən danışdım. Amma bir daha: Hikmət bəy, gözünüz aydın olsun, yaxşı oğul böyütmüsünüz, allah razı olsun. Eyni sözlər Eminə da aiddir.
İndi keçək Həbibin məsələsinə. Bu işlə məşğuluq, özü də kifayət qədər intensiv surətdə. Armen Martirosyan təkcə şahid yox, həm də şikayət ərizəsi ilə müraciət edən insandır. Dünən Həbiblə məhkəməyə gedib, rəsmi etirazı təqdim etdik. Ardı olacaq və bu məhkəmə əslində Sarkisyanın öz məhkəməsinə çevriləcək. Onlar super şou istəyirdilər, indi meqa şou alacaqlar. Mən də iyunun 22-də ordaydım. Bir qədər improvizasiya olsa da, hər şey əla idi. İndi Martirosyan bizi axmaq bilib. İttihamnamənin əsaslandığı maddələr belə səhvdir və bu ciddi prosesual qüsurdur. Alman prokurorluq orqanının qüsuru. İnşallah hər şey yaxşı olacaq.

Bergmann вне форума   Ответить с цитированием
5 пользователя(ей) сказали cпасибо:
Dismiss (19.11.2010), Nana (19.11.2010), QafqazWolf (19.11.2010), Tebessum (19.11.2010), Xan (19.11.2010)