Показать сообщение отдельно
Старый 13.11.2010, 05:27   #894
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Natiq Güləhmədoğlu, Azadliq Qazeti

Məni Hikmət Hacızadə tutdurub

Qalın-qalın kitabların bəzən tək bir cümləsi sizin həyatınızı dəyişmək və ya ömrünüzdə ciddi bir iz buraxmaq imkanındadır.

Yəqin, hansınızdasa belə hal olub, məndə olduğu kimi.

2003-cü ilin prezident seçkisinə 3 gün qalmış əlimə Hikmət Hacızadənin hazırladığı “Seçkidə müşahidəçilik” adlı broşüru düşdü.

Broşür saxtakarlıq əleyhinə müşahidəçinin nə edəcəyini quru, hüquq dilində izah edirdi.

Bütün bunların lap sonunda müəllif müşahidəçilərin susdurulması üçün şirnikləndirici vədlərin, bəxşişlərin daha geniş yayıldığını xatırladır və qara hərflərlə xəbərdarlıq edirdi: "Heç vaxt vicdanınızla alver etməyin".

Razıyam ki, qeyri-adi bir xəbərdarlıq deyil, belə öyüd nəsihətləri hər gün eşidirik.

Ancaq, bu fikir beynimə elə hopdu ki…

15 oktyabr seçkisi başladı.

Müşahidəçiydim.

Seçkinin bitməsinə bir saat qalmışadək bir saxtakarlığa da belə imkan vermədim.

Ancaq özüm də əmin idim ki, belə qalmayacaq.

Az keçmədi bir yığın adam gəldi.

Onlar rayondan gələn seçki “moşşenikləri” idi.

Yan otağa məni çəkib söhbətə başladılar.

"Gənc oğlansan, sənə yaxşı iş taparıq".

"Pul qazanmağına şərait yaradarıq".

"Bir güllə bahar olmaz".

"Sənə demirik ki, əqidəndən imtina elə, yox, sadəcə elə edək ki nə şiş yansın nə kabab".

Onlar hər təklifi səsləndikcə ürəyimdə “heç vaxt vicdanımla alver etmyəcəmi” təkrarlayırdım.

Lap axırda bu sözü onların üzünə deyib, səsvermə otağına döndüm.

Saxtakarlar artıq cənnət həzzi yaşayırdılar.

Qabaqlarına bülletenləri düzüb, İlham Əliyevin xeyrinə cızlayıb qutuya tökürdülər. "Dayanın, etməyin" dedim, eşidən kimdir?

Onda mən "heç vaxt vicdanınla alver etmə" fikrinin təsiri altında cızlanmağa hazırlanan 501 bülleteni götürüb məntəqədən qaçdım.

Buna görə elə həmin gün gecə məni həbs edib türməyə yolladılar.

O hadisənin üstündən 7 il keçəndən sonra, bu ilin əvvəli oğlu Adnanla bağlı Hikmət Hacızadəgildən reportaj hazırlayırdım.

Onda dedim ki, bəy, mən də həbsdə olmuşam.

Biləsiniz ki, həbsə düşməyimə səbəbkarı da sizsiniz.

Hikmət Hacızadə qəribə formada təəccübləndi.

Sizə yazdığımı ona danışdım, kefi xeyli kökəldi və gülərək: "Bunu mütləq yaz. Sən demə bizi oxuyan var imiş. Mən elə bilirdim özümüz özümüz üçün yazırıq"-dedi.

Yazının qüvvəsinə inanın, o sizin xəyal etmədiyiniz yerlərdə belə hadisələr yarada bilir.

Həbsə düşdüyüm ilk dəqiqələrdə hansı kitab dadıma çatdı, onu da gələn yazıma saxlayım.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием
Пользователь сказал cпасибо:
Xan (23.11.2010)