Показать сообщение отдельно
Старый 12.11.2010, 15:22   #872
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

Yeni Musavat 12.11.2010
İQTİDAR PARTİYALARI MÜXALİFƏTİN BƏYANATINA BƏYANATLA CAVAB VERDİLƏR

Bu gün Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş bəzi siyasi partiyalar birgə bəyanat imzalayıb.

APA-nın məlumatına görə, bəyanata Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Demokratik İslahatlar Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Qurtuluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası və Azərbaycan Sosial Rifah Partiyası qoşulub.
Bəyanatda Azərbaycanda 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkiləri demokratiya istiqamətində irəliyə doğru mühüm addım hesab edilib. Sənəddə qeyd olunub ki, seçkiöncəsi ölkədə hərtərəfli plüralist ab-hava, demokratik mühit formalaşıb, siyasi partiyaların seçki kampaniyasına qoşulması imkanları təmin edilib, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq namizədlər sərbəst şəkildə qeydiyyata alınıb.
Bəyanatda təşviqat prosesi də müsbət qiymətləndirilib, həmçinin qeyd olunub ki, seçki kampaniyası texniki baxımdan yüksək səviyyədə təşkil olunub, prosesin şəffaflığı təmin edilib.
“Təəssüflər olsun ki, istər seçkiyə hazırlıq, istərsə də seçkiqabağı fəaliyyətin bütün parametrlərində öz rəqiblərinə uduzduğunu dərk edən bəzi müxalifət partiyaları hələ seçkidən əvvəl bu siyasi kampaniyanı pozmağa yönəlmiş cəhdlər göstərib. Seçkilərdən dərhal sonra isə heç bir obyektiv əsas olmadan onlar kampaniyanın demokratik və şəffaf imicinə kölgə salmağa çalışırlar. Biz seçki kampaniyasının gedişini və nəticələrini təhrif etmək yolu tutmuş hərəkətləri pisləyir, bunu demokratik davranış qaydalarına və siyasi mədəniyyət normalarına sığmayan hərəkət kimi qiymətləndiririk. Biz, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyalar hesab edirik ki, 7 noyabr parlament seçkiləri azad, demokratik, şəffaf və ədalətli şəraitdə keçirilib, Azərbaycan xalqının iradəsini aydın və dəqiq şəkildə ifadə edib. Ölkənin bütün siyasi qüvvələrini və beynəlxalq təşkilatları Azərbaycan Respublikasında keçirilən parlament seçkilərinə və onun nəticələrinə obyektiv qiymət verməyə səsləyirik” – deyə, bəyanatda vurğulanıb.
Qeyd edək ki, bəyanatın mətni bu gün YAP-ın mərkəzi qərargahında parlament təmsilçiliyi qazanmış siyasi partiya rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda razılaşdırılıb.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием